“Həyat, söylə sən kiminsən”
Cəfər Cabbarlı-120
Bu
gün Siyəzən Rayon Mədəniyyət
Mərkəzində “Cabir Novruz” Mədəniyyət Fondu, Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutu və Siyəzən Rayon Mədəniyyət
Mərkəzinin təşkilatçılığı ilə
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi,
böyük şair, yazıçı, dramaturq Cəfər
Cabbarlının 120 illiyinə həsr olunmuş “Həyat,
söylə sən kiminsən?” adlı ədəbi-bədii tədbir
keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları
Siyəzən şəhərinin
mərkəzində Ümummilli
Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə tər çiçəklər düzmüş,
daha sonra isə Siyəzən şəhər 1 saylı
tam orta məktəbin həyətində
böyük ədibin
heykəlini önündə
onun xatirəsini yad etmişlər.
Tədbiri giriş sözü
ilə açan Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz
Novruzov qonaqları salamlayaraq qeyd etmişdir ki, Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin Cəfər Cabbarlının
120 illiyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamına
əsasən ölkəmizdə
bu il böyük ədibə həsr edilmiş silsilə tədbirlər keçirilir. Bu tədbirlər dövlətimizin
elm, ədəbiyyat, incəsənət xadimlərinə
böyük diqqətinin
təzahürüdür. İcra
Hakimiyyətinin başçısı
böyük ədibin
Azərbaycan ədəbiyyatındakı
rolu, yaratdığı
sənət inciləri
barədə danışmış,
onun əsərlərin
həmişəyaşar olduğunu qeyd etmişdir.
Daha sonra
çıxış edənlər
Cəfər Cabbarlının
ölməz əsərlərinin
nəinki Azərbaycanda,
o cümlədən, bütün
dünya ölkələrində
tanındığını və sevildiyini vurğuladılar.
Qeyd edilmişdir
ki, Cəfər Cabbarlı milli ədəbiyyatın parlaq
ənənələrini qorumaqla
yanaşı, ədəbi-mədəni,
ictimai mühitdə yenilik və müasirlik uğrunda mübarizəni yaradıcılığının
əsas qayəsinə
çevirib. Böyük
yazıçının zəngin
bədii irsi müasirliyini, aktuallığını
həmişə saxlayır.
Yaratdığı güclü
xarakterlər və koloritli obrazlarla bədii-estetik fikir salnaməmizə misilsiz töhfələr verib. O, şəxsiyyət azadlığının və
humanizmin, milli azadlıq və istiqlal ideallarının tərənnümçüsü olub, çoxcəhətli
ədəbi və ictimai fəaliyyəti ilə xalqımızın
dünya mədəniyyəti
səhnəsində layiqli
mövqe qazanmasına
çalışıb. Bir əsrdir ki, Azərbaycan tamaşaçılarının neçə-neçə nəslinin
estetik zövqünün
formalaşmasında C.Cabbarlının
pyesləri əvəzsiz
rol oynayır. Onun milli və
bəşəri dəyərləri
ehtiva edən dramaturgiyası bu gün də Azərbaycan teatrlarının
səhnəsinin bəzəyidir.
Tədbirdə respublikanın tanınmış müğənniləri və bədii qiraətçiləri Cəfər Cabbarlının şeirlərini və sözlərinə bəstələnmiş mahnıları səsləndirdilər.
Rəsmiyyə Heybətağaqızı
Azad Azərbaycan.-2019.-
28 may.-S.5