Dodaqaltı mızıldananlar
Felyeton
Bizim xalq çox istedadlı xalqdır. Hansı sahədə
istəsən özünü
göstərə bilir.
Həm də ədəbiyyata, incəsənətə,
dinə çox meyllidir, hətta mən deyərdim ki, çox sıx bağlıdır.
Odee..., millətin böyük bir hissəsi ölüsünü
basdırıb gününü
qəbiristanlıqda keçirir,
başqa bir hissəsi elə ki, mərhumu son mənzilə yola saldı gedir şadlanmağa, çal-çağıra,
yəni toya. Elə bil insanlar bu
iki fəaliyyət arasında haça-paça
qalıb. Ta başqa
bir işi, düşünəlisi bir
şeyi, zadı yoxdu. Toydan çıxıb
yasa gedir, yasdan çıxıb toya. Xeyir-şər ekiz qardaşdır.
Bir qisim insan da var
ki, xeyir-şər yaradıcılığı ilə
məşğuldur. Molla-imamlar yuxuda
gördüklərini hədis
adı ilə camaata dürtüşdürürlər.
Baxırlar ki, xalqı inandırıblar o zaman, Molla Nəsrəddinin sözü olmasın, başlayırlar
öz yuxularına inanmağa.
Bir qisim insan toy yaradıcılığı
ilə məşğuldur.
Yox, yox, birdən ağlınıza gələr
ki, bu qisim
insan dodaqdəyməz,
dildönməz, gəraylı,
təcnis biliklərimizi artırmaq,
bu növü zənginləşdirmək üçün
yenilərini yazırlar.
Əttövbə, ağlınıza elə şey gəlməsin. Bu qisim yalnız və yalnız "necə pul qazanmaq"
yaradıcılığı ilə məşğuldur,
özü də bunu uğurla həyata keçirir.
Bax, şadlıq saraylarında
yayda zala sərin, qışda isti hava vurmur
ki, toya gələnlər tez dağılışsınlar. Bunun şadlıq saray rəhbərlərinə nə
xeyri? Deyim, siz də barmağınızı qattalayın.
Səhəri gün, dünəndən
qalan bir çox yeməklər yenə masaların üstünə düzülür.
Hələ mən içkiləri
demirəm. Heç masaların
üstündən yığışdırılmır.
Soyuq qəlyanaltı,
dondurma, daha nə bilim nələr,
nələr... Vay, dədə vay!
Toy sahibi qalıb
qıraqda, sarayın sahibi bir toyla
üç toy yola verir. Etiraz edəndə də
dodaqaltı mızıldanır
ki, nə pul vermişdin, onu da masaların
üstünə qoyduq.
Bu dodaqaltı mızıldanmaq
ezop dilindən, bizdə isə "mus-mus deyincə, Mustafa
de" deyimindən də
güclüdür. Yəni, hamı
elə bilir ki, sən danışırsan,
ancaq heç nə demirsən. Özünə gərək
olmayan sözləri başdansovdu deyirsən, yəni başdan eləyirsən ki, di get.
Bax, bir qisim adam da var
ki dodaqltı mızıldanır, başdan
eləyir ki, əl çək. Sonra yuxarıdakı kuratoruna zəng edib deyir: "Gördün, nə gəşəng danışdım".
Odee..., Milli Məclisdə Xanhüseyn müəllim nətəhər dodaqaltı sözlər
dedi ki, nəticədə deputat qardaşlarımız düz
qalan bir ilin maaşını ala bilməyəcəklər. Ellikcə, "topdan" buraxıldı Milli Məclis. Bəs nə bilmişdiniz? 125 deputatdan ən
azı yüzü dodaqaltı mızıldanırdı.
Amma, etiraf edim ki, bu
sahədə ixtisaslaşmışdılar,
usta idilər. Qəşəng və mərifətli
qazanırdılar. Arada adama
dodaqaltı xox da gəlirdilər.
Dodaqaltı deyəndə yadıma dodaqdəyməz düşür. Bəndəniz də bundan beşini yazıb, özü də təcnis üstündə.
Bir gün mötəbər nazirin birinci müavininə bir tədbirdə söylədim ki, bəs biz "dodaqdəyməz",
"dildönməz" şeir
növlərilə "Ginnesin"
rekordlar kitabına düz bir saat
dodaqlarımız bir-
birinə dəymədən
şeir söyləməklə
düşərik. Xalqımız da bu sahədə
çox istedadlıdır.
Hər
ay bu rekord təzələnəcək. Gündə biri dodaqdəyməz, dildönməz yazacaq.
Sən də yuxarılarda mötəbər adama çevriləcəksən. Bəs nə bilmişdin?
Deyəsən təklif onun ağlına batdı. Bir qədər düşündü
və cavab verdi ki,
yaxşı təklifdir,
Mirzə. Sən belə elə,
bunu ingilis dilinə çevirtdir, pulunu da şəxsən
verəcəm, qoy sanballı və səhih olsun. Heç kimdə şübhə yeri qalmasın. O tədbirdə mənim qəhqəhəmi görəydiniz.
Doğrusu, o da duruxdu.
Təəccüblə soruşdu:
- Nəyə güldün, Mirzə?
Dedim, zalım oğlu, buna deyərlər başdan sovuşdurmaq, yəni bir növ
dodaqaltı mızıldanmaq.
Ay müəllim, bu ingilis dilinə tərcümə olunsa,
day bunda dodaqdəyməzlik
qalmaz, olar dodaqyapışdırmaq.
Gülüb "bax bunu düz deyirsən, Mirzə" dedi, qalsın gələn dəfəyə.
Hələ mən müxalifəti demirəm. Bəziləri elə dodaqaltı
mızıldanır ki,
deyirsən bunların
ətəyində namaz
qılmaq olar. O gün mühacir işinə görə Müsavatın bərkgedən
başqanı qəzetlərə
deyir ki, əgər xaricdə mənim adıma bir mülk tapsanız,
sizə bağışlayacam.
Buna başdan eləmək deyirlər.
On-on beş il bundan qabaq
bir deputatımız da elə beləcə
demişdi. Dövlətimiz
də sağ olsun! Axtardı, tapdı. Özü
də heç bir mülk öz
adına deyildi. Mələdə-mələdə hüzuruna gətizdirdi,
çığırda-çığırda
tutub əlindən aldı ki, bəs
xalqa söz vermisən. Adam kişi olar! Nə qədər ki, sözü deməmişdin,
o mülklər sənin
idi. Söz ağızdan çıxdısa,
daha sənin deyil. Zorla dilindən dartıb
o sözü çəkib
çıxartmamışdılar ki. Deməyəydin, almayaydıq, di get.
Bu başqan da heylə. Guya öz adına bir
mülk yoxdur.
Keçək təzə partiya yaratmaq istəyənə. Bu HƏP və ənd (burada "ənd"i ingilis dilindən götürmüşəm, yəni,
həpin sonu) partiyasının baş türemşiki nətəhər
dodaqaltı mızıldanıb
təşkilatını elan
etdisə, artıq üçüncü şəxs
HƏPƏNDdən imtina
etdi. Gedənlər
dedilər ki, dodaqaltı
sözləri başa
düşməmişik, biz orda yoxuq. Amma,
məndən soruşsaydılar,
təklif verərdim ki, hələ göbəyi kəsilməyən
partiyanın adını
belə qoysunlar: Qisas Alanlar Partiyası
(QAP). Bu "qap" sözünə
başınıza çox
adam yığışardı.
Çünki zəmanə qapaqap
zəmanəsidir.
Dodaqaltı mızıldanmaq yaxşı
şeydir, amma siyasətdə yox, evdə. Arvad, yaxud elə
mən özüm.
Evdə dava düşməsin deyə, hərəmiz özümüz üçün
dodaqaltı mızıldanırıq.
Heç kim,
heç nə başa düşmür. Təhlükə sovuşdu, bitdi.
Yoxsa evdəki fəndlərimizi
siyasə gətirəndə
vay halımıza olur. Bax elə baş
diplomatımız kimi.
Azərbaycan dilində
nə deyir desin, onsuz da
heç kim,
heç nə başa düşmür. Axırda bir gün ingilisin dilində bundan soruşublar:
- Ay müəllim, Qarabağ kimindir?
O da dərhal mızıltını
kəsib, elə ingiliscə də cavab verib.
- Əlbəttə bizim.
Hamı
dərindən nəfəs
alıb və deyib:
- Bunu bayaqdan de, də.
Baş
diplomat da eləməyib
tənbəllik, əlüstü
əlavə edib:
- Bəs mən bayaqdan nə deyirdim?
Biri, o eşitməsin
deyə üzünü
yana çevirərək,
söyləyib ki, bayaqdan dodaqaltı mızıldanırdın. Amma, öz
aramızdı, məmurlar
arasında ən yaxşı, səlis, aydın dodaqaltı mızıldayan Hacıbala
Abutalıbov idi.
Belə baxanda çox aydın danışırdı,
ancaq elə başdan eləyirdi ki, bir də
heç zaman üzünü görə
bilmirdin, heyf, onu da əlimizdən
pensiya-təqaüd küləyi
alıb apardı.
İndi beləsinə
rast gəlmək mümkün deyil. Yeni gələnlər başdan-zaddan eləmirlər,
heç dodaqaltı mızıldanmırlar da...
Dalısını özünüz bilirsiniz nə yazmaq istədim.
İndi təzə seçkilər
olacaq. Namizədlər qapı-qapı gəzəcəklər
ki, yuxarılardan bir dəstək ala bilsinlər. Yuxarılar da
kimə dəstək verməsələr, dodaqaltı
mızıldanacaqlar, yəni
mənlik deyil.
Vay dədə, vay! Dodaqaltı mızıldanmaq, başdan
eləmək dövrü
çox güclənəcək.
Di gəl bundan
baş çıxart.
Bu yazını da
dodaqaltı mızıldana-mızıldana
yazdım ki, hərə öz payını götürsün. Başa düşdünüz
də?
29. 11. 19
P.S. "Dolanışıq
- 2"-ni yazmağı
unutmamışam. Gözləyirəm
Milli Məclis buraxılsın, deputatları
da qatım məmurların gözünə...
Yunus Oğuz
Azad Azərbaycan.-
2019.- 30 noyabr.- S.3