Yaradıcılığı ömrünə çıraq
olan şairə
(Portret cizgiləri)
Həyat doğrudan
da qəribə və sirli-soraqlıdır.
Elə insanlar da öz xasiyyətinə,
təfəkkürünə, düşüncə tərzinə
görə bu qəribə dünyamızın,
qəribə məxluqlarıdırlar.
Məhz buna görə də elə insanlar olur ki, onunla
bir dəfə söhbət eləsən,
əbədilik yaddaşında
qalır. Bax, mənim yazımın qəhərəmanı da
belə bir maraqlı inandır. O, hələ orta məktəb illərində
öz yaşıdlarından
özünün ağlına,
təfəkkürünə, təxəyyülünə, istedadına,
səbrinə, mehiban xasiyyətinə görə
çox seçilib. Bu xanım, özünün gözəl
mənsur şeirləri,
maraqlı bədii yazıları, oxunaqlı
publisistikası ilə
heç kimə bənzəməyən, sifətində
ilahi bir nur olan İlhamə
Məhəmmədqızıdır.
Ömrünün yarım əsrini bu ilin iyun
ayında geridə qoyan İlhamə Məhəmmədqızı hələ
orta məktəbdə
oxuyanda qəti qərara gəlmişdi ki, jurnalist olacaq.
Məhz ona görə də orta məktəbi bitirəndən sonra sənədlərin Bakı
Dövlət Universitetinin
jurnalistika fakültəsinə
verdi və bu bir nömrəli
ali məktəb ocağına qəbul olundu. Bu qədim
təhsil ocağında
dövrümüzün tanınmış
jurnalistləridən, məşhur
elm xadimlərindən
dərs aldı İlhamə xanım. Jurnalistika sənətinin sirlərinə dərindən
yiyələndi. Hələ
tələbəlik illərində
onun respublika mətbuatında çap olunan maraqlı yazıları müəllimlərinin
də diqqətini cəlb elədi. O, əsasən doğulub
boya-başa çatdığı,
yaşadığı Sumqayıt
şəhərində illərlə
tanıdığı, təmasda
olduğu maraqlı insanlardan-əmək qəhrəmanlarından,
müəllimlərindən, ədəbiyyat, incəsənət
xadimlərindən portret
yazılarını, oçerklərini,
məqalələrini mətbuatda
çap etdirdi. Hər bir yazısı
da oxucular tərəfindən böyük
maraqla qarşılandı
və sevə-sevə
oxundu. Həmin vaxtlar Sumqayıt
şəhərində çap
olunan “Sintez-kauçuk”,
“168 saat” qəzetlərinin
və “Formula uspexa” jurnalının demək olar ki, hər nömrəsində
İlhamə Məhəmmədqızının
məqalələri çap
olunurdu. İşlədiyi
Sumqayıt Radiosunda isə hər gün öz məqalələrini özünün
melodik səs tembri ilə səsləndirirdi. Bu radioda böyük həyat təcrübəsi
toplayan İlhamə Məhəmmədqızı nəhayət
ki, özünün “İdeal market” qəzetini təsis elədi. Bu qəzet də elə ilk nömrəsindən
maraqla qarşılandı.
Çox oxunaqlı qəzetlərdən biri oldu. Çünki burada maraqlı məqalələrlə yanaşı,
çoxlu elanlar da çap olunurdu.
Həm də bir növ
sumqayıtlıların “Qayğıkeş”
qəzeti sayılırdı.
O, özü söz dünyasının adamı
olduğuna görə
bu qəzetdə söz dünyası olan insanları da yaddan çıxarmır
və respublika yazarlarının çoxlu
şeirlərini, kiçik
hekayələrini, tənqidi
yazılarını da
çap etməklə
hər nömrəsi böyük müzakirəyə
çevrilirdi. İlhamə
Məhəmmədqızı bu qəzetdə əsasən dünyasını
dəyişən yazarlara
daha çox yer ayırır və onların heç vaxt çap olunmayan bədii yazılarının,
şeirlərinin tarixdə
yaşaması üçün
onları həvəslə
çap edirdi. Bax belə böyük
ürəyə malik olmaq, kimsəsizlərə
arxa-dayaq olmaq hər insana nəsib olmur. Onun məhz bu xeyirxah əməlləri
də İlhamə Məhəmmədqızına insanlar
tərəfindən böyük
məhəbbəti artırırdı.
Bu gün də həmin hörmət, məhəbbət
çox yüksəkdir.
İlhamə Məhəmmədqızı təpədən-dırnağa
qədər sumqayılıdır.
O, Sumqayıtla nəfəs
alır desən yanılmaram. Bütün həyatı boyu bu şəhərin uğurlarına sevinib və bu şəhərə
xor baxanları özünün satirik şeilərində, mənsur
şeirlərində və
məqalələrində tənqid
eləyib. Buna sübut olaraq onun “Tənha çinar ağacı” mənsur şeirini və onlarca publisit yazılarını,
şeirlərini misal göstərə bilərəm.
Tənha, yaraşıqlı
çinar acağının
azğın adamlar tərəfindən kəsilməsi
və ağacın “fəryadı” müəllifi
möhkəm sarsıdır.
Onu gözəl, bədii, dramatik boyalarla yazır. Bu mənsur şeiri oxuyan hər kəsdə, ağacları kəsib, təbiətimizi məhvə
doğru aparanlara qarşı böyük bir nifrət və etiraz yaranır. Bu da müəlifin böyük uğurudur. Çünki İlhamə
Məhəmmədqızı elə həyatda da hər kəsin
dərdinə yanan, hər kəsin dərdini, nisgilini öz dərdi, nisgili bilən bir ziyalı xanımdır. O, yıxılana
dayaq, çıraqsız
evə çıraq,
sağlam sevgisi olmayan ürəklərdə
sağlam sevgi yaratmaq iqtidarına malik. Həm də kiminsə göz yaşlarına biganə qalmayan şairə xanımdır.
“Hökmdən çıxa
bilmirəm” şeirində
bu haqda o, çox aydın yazır:
Talehim belə
yazılıb,
Hökmdən çıxa bilmirəm.
Kimsənin göz
yaşına,
Biganə qala
bilmirəm.
Əfsanə bilinən həyatı,
Gerçək anaraq, yaşadım.
Çiynimdə kədər yükümü,
Bir pay sanaraq, daşıdım...
Yeddi çap
olunan kitabı və on kitabı
da çapa hazır olan müəllif -İlhamə
Məhəmmədqızı oxucular tərəfində
bir insan kimi səmimiyytinə, sadəliyinə və bir şair, publisist kimi yazdığı maralı
əsərlərinə görə
çox sevilir. Onun yaradıcılığı
mövzu rəngarəngliyinə,
maraqlı epizodlar, gözəl dialoqlar tapmağına görə,
sadə dilinə, fəlsəfi dərinliyinə
görə söz dünyası oxucuları tərəfindən də
böyük maraqla qarşılanır. Bu bir həqiqətdir ki, ömrünü söz dünyasına sərf eləyən insan, böyük təfəkkürə,
dərin biliyə, həyatı yaxşı müşahidə etmək
bacarığına malik
olmasa, dünya ədəbiyyatından xəbərdar
olmasa böyük uğurlar əldə eləyə bilməz.
Ömrünün yarım sərini geridə qoyan İlhamə Məhəmmədqızının
publisist yazıları,
mənsur şeirəri,
məqalələri, oçekləri
onun ömrünə həmsöhbət olmaqla,
həm də onunla bu llərdə
yol yoldaşı olub. Bax buna
görə də İlhamə xanım özünü xoşbəxt
saya bilər ki, onun ömür
yollarında xatirələr
və belə dərin, bənzəri olmayan yazılar oxucuların qəlbini sevindirir, onlara xoş ömür payı qismət eləyir. Ona görə də mən belə deyirəm:
Yazıb-yaratmaqla o, çatıb bu yaşa,
Necə də
bu illər çox tezcə ötüşdü.
Heç kəsin
arzusu kaş dəyməsin daşa,
Ömür səhifəsinə
əlli də düşdü.
Atalar isə
belə deyib: “Düz yaşamaq, yüz yaşamaq deməkdir”. Siz 70 yaşlı Sumqayıt haqqında bir-birindən maraqlı yazılar yazmaqla, bu şəhəri
və onun insanlarını düyada
tanıdırsınız. Gün
o gün olsun ki, İlhamə xanım, sizi 100 il gümrah, sağlam yaşayan görək.
Əli RAFİQ
Azad Azərbaycan.-
2019.-5 oktyabr.- S.7