Elm zirvəsinə aparan 90 illik yol

Akademik Vaqif Abbasov "Yusif Məmmədəliyevin institutumuzun şərəfli tarixində xüsusi yeri var"

 

 

Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun yaradılmasının 90 illik yubileyinə həsr olunan toplantısı keçirilib.

 

Akademik Akif Əlizadə qurumun 1929-cu ildəAzneftİstehsalat Birliyinin Mərkəzi Kimya Laboratoriyası bazasında ilk Azərbaycan Neft Tədqiqat İnstitutu kimi fəaliyyətə başladığını bilidirb, 1959-cu ildən isə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu adlandırıldığı barədə məlumat verib. Elmi müəssisənin 90 ildə şərəfli yol keçdiyini, ölkəmizdə neft kimyası kimya elminin inkişafında mühüm rola malik olduğunu deyib.

 

Onun sözlərinə görə, ötən 90 il ərzində institutun alimlərinin elmi işləri Azərbaycan neftinin tədqiqinə, yüksək keyfiyyətli yanacaq yağların alınması məqsədi ilə effektiv emalın elmi əsaslarının işlənilməsinə, neft kimyası neft emalı prosesləri üçün yeni texnologiyalar katalizatorların yaradılmasına həsr olunub.

 

Qurumun 90 illik fəaliyyəti dövründə kataliz, üzvi-kimya, yüksəkmolekullu birləşmələr kimyası, fiziki-kimya, neftkimya sintezi sahəsində fundamental tədqiqatlar aparılıb, Azərbaycanın neft kimyası neft emalı sənayesinin kompleks inkişaf sxemlərinin hazırlanması istiqamətində mühüm işlər görülüb.

 

Akademik Akif Əlizadə institut əməkdaşlarının bundan sonra da neft-kimya sahəsində yeni elmi nəticələr nailiyyətlər əldə edəcəklərinə əminliyini bildirib.

 

Sonra Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif AbbasovElmin zirvələrinə aparan 90 illik yoladlı məruzə ilə çıxış edib.

 

Bildiriib ki, SSRİ- ilk yüksək oktanlı aviasiya benzini, Bakı neftlərindən bir neçə növ reaktiv yanacaqlarının alınma texnologiyası, SSRİ miqyasında tətbiq olunmuş rəqabət qabiliyyətli parafinsizləşdirmə prosesi, eləcə bu gün uğurla istifadə olunan katalitik krekinq prosesi institutun nəticələridir.

 

İlk raket yanacağının bu institut tərəfindən təklif olunduğunu deyən alim 1983-cü ildən Rusiya, Qazaxıstan, Ukrayna, Türkmənistan, Azərbaycanda tətbiq olunan çoxfunksiyalı korroziya inhibitoru, 1988-ci ildə lisenziya ilə Rusiya Federasiyasına satılmış Azəri inhibitorunun texnologiyası, analoqlarından üstün olan superplastifikatorun alınma texnologiyası, maye kauçukun ən müasir istehsal texnologiyası, yüngül gəmi dizel mühərrikləri üçün yanacaq alınma texnologiyası, dünyada bənzəri olmayan müalicəvi Naftalan yağı”nın alınma texnologiyası digər elmi nəticələri sadalayıb

 

Hacı Tofiq Seyidzadə

Azad Azərbaycan.- 2019.- 3 oktyabr.- S.7