“Qədim türk yurdu
Naxçıvan
AMEA-nın Mərkəzi
Kitabxanasında eyniadlı kitabın təqdimatı olub
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi
Elmi Kitabxanasında
AMEA-nın Folklor İnstitutunun təhsil şöbəsinin
müdiri, filologiya elmləri doktoru Nizami Muradoğlunun “Qədim türk yurdu Naxçıvan” kitabının təqdimatı
keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabın elmi redaktoru AMEA-nın Fəlsəfə İnstitutunun elmi işlər üzrə direktor müavini, fəlsəfə üzrə
fəlsəfə doktoru
Eynulla Mədətli tədbirdə çıxış
edərək nəşrin
elmi əhəmiyyəti
haqqında məlumat verib.
Qeyd edilib ki, N.Muradoğlunun Azərbaycan
Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
maliyyə yardımı
ilə “Araz” Ziyalılar İctimai Birliyinin “Naxçıvanda
erməni cinayətlərinin
izi və iddiaları” adlı layihəsi əsasında nəşr olunan kitabı tarixi faktları özündə əks etdirən məqalələr
toplusudur. Burada ermənilərin Naxçıvan
diyarına köçürülməsi,
burada yerləşdikdən
sonra yerli əhaliyə qarşı
törətdikləri vəhşiliklər,
qanlı müharibələr
haqqında geniş məlumat verilir.
Kitabın rəyçiləri
Qafqazşünaslıq İnstitutunun
əməkdaşı, tarix
üzrə fəlsəfə
doktoru Kamran İsmayılov və AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin
müdiri, tarix üzrə fəlsəfə
doktoru Nasir Quluzadədir.
Tədbirdə Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Əlizadə Əsgərli, Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru Oruc Əliyev, Qafqazşünaslıq İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Kamran İsmayılov, Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi Mirzə Ənsərli, Bakı Dövlət Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru Allahverdi Məmmədli və başqaları çıxış edərək kitabın elmi-tarixi əhəmiyyətindən danışıb, müəllifə gələcək işlərində uğurlar arzulayıb/
Bilman
Azad Azərbaycan.-
2019.- 12 oktyabr.- S.7