“Dədə Qorqud”
dastanının yeni
tapılmış boyu: Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi”
ADU-da “Kitabi – Dədə
Qorqud” dastanına həsr olunmuş dəyirmi masa
keçirilib
Azərbaycan
Dillər Universitetində (ADU) universitet, AMEA “Türkologiya”
jurnalı, Bakı Yunus Əmrə İnstitutu və Beynəlxalq
Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı
ilə “Kitabi–Dədə Qorqud” dastanına həsr olunmuş
Sovet-Türk kollokviumunun 30 illiyinə və Dastanın yeni
tapılmış “Salur Qazanın yeddi başlı əjdahanı
öldürməsi” adlı boyunun müzakirəsinə həsr
olunmuş dəyirmi masa keçirilib.
Universitetdən
Mektebgushesi.az -a verilən məlumata
görə, dəyirmi
masada Azərbaycanın
və Türkiyənin
görkəmli alimləri
iştirak edib.
ADU-nun rektoru,
akademik, Xalq yazıçısı Kamal
Abdulla “Kitabi-Dədə
Qorqud” dastanına həsr olunmuş bir sıra tədbirlərin
həyata keçirildiyini
xatırladıb. “Kitabi-Dədə
Qorqud”un bütün türk xalqlarını birləşdirdiyini deyən
akademik bu dastanın hazırda “Nibelunqlar nəğməsi”,
Yunan, Şumer, Sanskrit dastanları ilə əlaqələndirildiyini,
müqayisə olunduğunu
diqqətə çatdırıb.
Kamal Abdulla, həmçinin Sovet-Türk
kollokviumunun tarixindən,
yaradılması prosesindən
danışaraq xatirələrini
bölüşüb.
Elmi yığıncaq
iki hissədən ibarət olub. Sovet-Türk kollokviumunun
(1988) 30 illiyinə həsr
olunan yığıncağın
birinci hissəsi professor Osman Fikri Sərtqayanın moderatorluğu ilə keçirilib. Bu bölmədə Yunus Əmrə İnstitutunun direktoru Cihan Özdemir, Beynəlxalq Türk Mədəniyyəti İrsi
Fondunun Prezidenti Günay Əfəndiyeva, türkiyəli professorlar Əhməd Bican Ercilasun, Saim Sakaoğlu, Fikrət Türkmən, professor Tofiq Məlikli, AMEA-nın Folklor İnstitutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının
müdiri, akademik
Muxtar İmanov, AMEA Dilçilik İnstitutunun
direktoru, akademik Möhsün Nağısoylu
mövzu ilə bağlı fikirlərini söyləyib, xatirələrini
bölüşüblər.
“Kitabi-Dədə
Qorqud” dastanının
yeni tapılmış
“Salur Qazanın yeddi başlı əjdahanı öldürməsi”
boyunun müzakirəsinə
həsr olunan iclasın ikinci hissəsi tanınmış
türkoloq alim professor Əhməd Bican Ercilasunun və akademik Möhsün Nağısoylunun
moderatorluğu ilə
azərbaycanlı və
türkiyəli alimlərin
birgə iştirakıyla keçirilib.
Bu bölmədə Ege Universitetinin professoru Metin Ekici, AMEA-nın Folklor İnstitutunun şöbə
müdiri, professor Ramazan Qafarlı, AMEA-nın Folklor İnstitutunun şöbə
müdiri, professor Seyfəddin Rzasoy, AMEA-nın Folklor İnstitutunun şöbə
müdiri Əfzələddin
Əskər, türkiyəli
professorlar Əhməd
Bican Ercilasun, Osman Fikri Sertkaya,
Bakı Dövlət Universitetinin “Türkologiya”
kafedrasının müdiri, professor
Ramiz Əskər çıxış ediblər.
Çıxışçılar dünya ədəbiyyatının
ən möhtəşəm
abidələrindən biri,
xalqımızın milli
iftixar qaynağı “Kitabi-Dədə Qorqud”un üçüncü əlyazmasının
tapılması və
tədqiqi tarixçəsi,
təsviri, quruluşu,
adı, dili, mövzusu və qayəsi, coğrafiyası barədə
müzakirələr aparıblar.
Azad Azərbaycan.-
2019.- 15 okyabr.- S.5