“Müasir
zaman və elektron kitabxanalar”: AMEA Naxçıvan Bölməsində seminar keçirilib
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan
Bölməsinin Elmi Kitabxanasında “Müasir zaman və elektron
kitabxanalar” mövzusunda
elmi seminar keçirilib.
AMEA Naxçıvan Bölməsindən
TED.az-a verilən xəbərə
görə, kitabxananın
direktoru Sahab Əliyeva Azərbaycanda, o
cümlədən Naxçıvan
Muxtar Respublikasında
yaradılan elektron kitabxanaların rolundan danışıb.Naxçıvan Muxtar Respublikasında kitabxana işinin müasir standartlar səviyyəsində qurulması
və kitabxanaların
elektronlaşdırılması üçün atılan
məqsədyönlü addımlardan
söz açan S.Əliyeva bu diyarda müasir tələblərə uyğun
kitabxanaların fəaliyyəti
üçün yaradılan
geniş imkanlardan bəhs edib. O, rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə də məlumat verərək bildirib ki, bölmənin
elektron kitabxanası
2013-cü il sentyabrın
4-də yaradılıb və
həmin ildə kitabxananın e-kitab.ameanb.nmr.az internet saytı hazırlanaraq oxucuların ixtiyarına verilib.Diqqətə çatdırılıb
ki, hazırda bölmə kitabxanasında
inventar sayı 37039 ədəd təşkil edən 15475 adda kitab elektron kataloqlaşdırılıb. 1780 kitabın elektron versiyası hazırlanıb
internetdə və ya lokal şəbəkədə
yerləşdirilib.Tədbirdə Elmi Kitabxananın baş kitabxanaçısı
Nuridə Kəngərli
“Kitabxanalarda həyata
keçirilən elektronlaşma
prosesləri” və
fond müdiri Kəmalə
Quliyevanın “Elektron kitabxanaların cəmiyyətdə
rolu” mövzusunda çıxışları dinlənilib
Tofiq Seyidov
Azad Azərbaycan.- 2019.- 17 oktyabr.- S.5