Bakı Dövlət Universitetinin tərəqqi və
inkişafında yeni mərhələ:
Heydər Əliyev mərhələsi(1969-2003)
1970-ci
illərdə universitetdə fəalyyət göstərən
12 fakültə və 88 kafedrada müasir elmin son naliyyətlərinə
yönəldilmiş elmi-tədqiqat planları tərtib
edilmişdi. Fakültələrdən 6-sı təbiətşünaslıq
və texnika elmlərin fakültələri, 6 humanitar elmlər
fakültələri idi. Həmçinin 6 universitet ümumi
universitet ictimai kafedraları fakültələrin tədris
prosesində də iştirak edirdilər. Universitetdə təşkil
edilib, formalaşmış 4 elmi-tədqiqat labarotoriyası və
elmi – tədqiqat hesablama mərkəzində ciddi elmi-tədqiqat
işləri aparmışdılar. Ancaq
sevindirici hal idi ki, 1978-ci ilə işlənilən 215
mövzunun tədqiqatı başa
çatdırlmışdı. Bunlardan 15-i Azərbaycan SSR-də
xalq təsərüfatının inkişafı problemlərinə,
20-si SSR Elmlər Akademiyasının kordinasiya planına, 117-si
Azərbaycan SSR Elmlər Akademiyasının kordinasiya
planına 56-sı isə təsərüffat müqavilələrinə
həsr edilmişdi.
Universitetdə 1970-ci illərdə yüzlərlə
elmi konfranslar, müsabiqələr, elmi müzakirələr
keçirilir. Geniş və maraqlı, ciddi elmi-tədqiqatları
yekunlaşdıran elmi seminarlar təşkil edilirdi. Elmi
konfranslar, elmi müzakirələr, elmi seminarlar əksər
hallarda ümum respublika, ali məktəblər arası tədbirlər
olduqlarından böyük umumi respublika əhəmiyyəti kəsb
edir, respublikamızda elmin inkişafına böyük töhfələr
verirdi.
1970-1980-cı illərdə
Bakı Dövlət Universitetinin elmi-tədris həyatına
böyük sürətlə daxil olan, elmi – metodiki işlərin
tədqiqi və ümumiləşdirilməsi, ayrı-ayrı
elmi sahələri üzrə metodologiyanın
hazırlanması və bu mühüm nəzəri və
praktiki əsasda dərsliklərin və dərs vəsaitlərinin hazırlanması prosesi olduqca
böyük ümumrespublika xarakteri daşıyırdı.
Dünya təhsil tarixinin inkişafından məlumdur ki,
mühüm elmi-tədqiqatların və ayrı-ayrı fənlərin
öyrənilməsi və ümumiləşdirilməsi
bazasında ayrı-ayrı fənlər, elm sahələri
üçün dərsliklər, dərs vəsaitləri
yazmadan, onları çap etdirib, tələbələr
arasında yaymadan tədris prosesinin kefiyyətindən
danışmaq olduqca çətindir. Məhz
buna görədir ki, Ulu Öndər təhsilə onun
inkişaf prespektivlərinə və istiqamətinə dair
vaxtaşırı keçirilən dövlət tədbirlərində
təhsilin və tədrisin inkişafının məhəl
daşı kimi ayrı-ayrı fənlər üzrə dərsliklərin
yazılmasını və tələbələr
arasında yayılmasını təhsil müəssisələrinin
qarşısında zəruri vəzifə kimi qoymuşdu. Bu baxımdan 70-80-cı illərdə Bakı
Dövlət Universiteti respublikada ali məktəbləri
üçün olduqca böyük işlər
görmüş, universitetin alimləri təbiət, texniki və
humanitar və ictimai elmlər üçün çox qiymətli,
təhsilimizin kefiyyət göstəricilərinə xidmət
edən dərsliklər və dərs vəsaitləri
yaratmağa müvəffəq olmuşlar. Universitet alimlərinin
yazdıqları dərsliklərin universitet nəşriyyatında
ləngimədən çap olunması bütün respublika
ali məktəblərinə çatdırlmasına kömək
edirdi. Hər il təxminən 15-20 dərslik, 20-30 dərs vəsaiti
və onlarla dərs proqramları 200 çap vərəqi həcmində
çap edilib respublika tələbələrinin isifadəsinə
verilirdi.
1970-1980-ci illərdə bilavasitə Heydər
Əliyevin tələbi ilə universitetdə elmi-tədqiqat
işi böyük vüsət almışdı. Mövcud
kafedralar tədris prosesinin təşkili ilə yanaşı
ciddi tədqiqat mərkəzlərinə çevrilmişdi.
Elmi-tədqiqat prosesində 12 fakültə, 88 kafedra ilə
yanaşı olaraq respublika elmi-tədqiqat hesablama mərkəzi,
10-a yaxın elmi-tədqiqat laborotoriyası elmi muzeylər fəaliyyət
göstərirdi.
Universitetdə müxtəlif elm
sahələri üzrə 13-dən artıq müdafiə
şuralarının yaradılması alim kadrların
hazırlanmasına böyük şərait
yaratmışdı. Təhsil və tədrisin elmi metodiki əsaslarının
formalaşmasında tələbələr arasında təlim
tərbiyə işinin istiqamətləndirilməsində
elmi-tədqiqat problemlərinin mövzu istiqamətlərinin
müəyyənləşdirilməsində və təsdiqində
mühüm elm və metodiki problemlər mərkəzi kimi
böyük tədbirlər həyata keçirirdi. Həmçinin
universitet dissertasiya müdafiə şuralarının mərkəzi
di. Universitetdə ən mühüm ixtisaslar üzrə
doktorluq və namizədlik ixtisaslaşmış 13 müdafiə
şurası fəaliyyət göstərirdi. Universitet
alimləri ilə yanaşı respublikaının görkəmli
alimləri də müdafiə şuralarının
üzvü kimi şuraların işində iştirak edirdilər.
demək olar ki, 1970-1980-cı illərdə respublikada yetişən
doktorların və namizədlərin böyük əksəriyyəti
Bakı Dövlət Universitetinin yetişdirmələri
olmuşlar.
Ulu Öndər Heydər Əliyevin universitetə
göstərdiyi diqqət və qayğı nəticəsində
1970-1980-cı illərdə universitet Sovetlər
İttifaqının ən qabaqcıl universitetləri
sırasında öncül mövqe qazanmış, beynəlxalq
əlaqələri genişlənmişdir.
1970-1980-ci illərdə Heydər
Əliyev Azərbaycan ali məktəblərində olmayan nadir
ixtisaslar üzrə tələbə
hazırlığını Sovetlər birliyinin ali məktəblərində
hazırlanmasının zəruri olmasını nəzərə
alaraq “Şəhərlərarası qəbul” aparılması
proqramını irəli sürdü. Ittifaq hökuməti
Heydər Əliyevin xahişi ilə SSRİ-nin qabaqcıl ali
məktəblərində Azərbaycan üçün yerlər
ayırdı.
Bakı Dövlət Universiteti
ayrılan yerlərə müvafiq tələbə qəbuluna
başladı. Bu proqramın həyata keçirilməsi nəticəsində
70-80-ci illərdə Respublikamız yüzlərlə nadir
ixtisaslı xalq təsərrüfatının elm və mədəniyyətin
ən aparıcı sahələri üçün kadrlarla
təmin edildi.
Respublikamız üçün olduqca zəruri
olan bu problemi keçmiş SSRİ məkanında Heydər
Əliyev və onun böyük siyasi iradəsi və
nüfuzu həll edə bilərdi. Heydər Əliyev təhsil
islahatları aparılan, respublika təhsil sisteminin kadr tərkibi
ilə tanış olan zaman, məlum olmuşdur ki,
respublikamızın ucqar rayonlarında bir çox ixtisaslar
üzrə mütəxəssis kadrlar
çatışmır.
Bu qüsuru tezliklə aradan
qaldırmaq üçün Heydər Əliyevin göstərişi
ilə müsabiqədən kənar qəbulun
aparılması həyata keçirilməyə
başladı. Respublika qəbul planı hazırlanarkən
kadr çatışmayan rayonlar xüsusilə dağ
rayonları üçün müsabiqədən kənar qəbula
yerlər ayrıldı. (yəni müsabiqədən kənar
qəbul üçün göndərilən abuturuyentlər ən
az balla qəbul olunmaq imkanı əldə edirdilər).
Bu, zamanın tələbi idi. Məhz
1979-1980-cı illərdə kadr qıtlığı
keçirən dağ rayonları üçün onlarla
kadrların hazırlanması dövrün böyük
uğuru kimi qəbul edilməlidir.
1970-1980-cı illərdə
Bakı Dövlət Universitetinin uğurları içərisində
onun beynəlxalq əlaqələrinin genişlənməsi,
beynəlxalq imicinin yüksəlməsi ittifaqın və
dünyanın ali məktəbləri içərisində
özünəməxsus yer tutması olmuşdur. 1970-ci illərdə
universitetin beynəlxalq əlaqələrində ciddi yeniliklər baş verdi. 1970-1990-cı illərdə
universitetin 40-dan artıq müəllimi pedaqoji fəaliyyət
göstərmək üçün müxtəlif xarici
ölkələrə göndərilmişdi. Ən çox
diqqətə layiq tədbirlərdə biri də, universitetin
300 nəfər müəllim və tələbələrinin
asiya və afrika ölkələrində tərcüməçi
işləməsi olmuş, universitetin beynəlxalq əlaqələrinin
formalaşmasına müsbət təsir göstərmişdir.
Universitetin professor və müəllimlərinin 50 nəfərinin
müxtəlif beynəlxalq konfranslarda simpoziumlarda iştirakı
onun beynəlxalq imicinin yüksəlməsinə müsbət
təsir göstərmişdir. Bütün bu uğurların
qazanılmasında Heydər Əliyev iradəsi, qayğı
və köməyi dayanırdı.
Bakı Dövlət Universiteti
1970-1980-ci illərdə təkcə respublikamız
üçün deyil SSRİ respublikaları yaxın və
uzaq xarici ölkələr üçün də yüksək
ixtisaslı, peşəkar kadrlar hazırlamış
dünyanın şöhrətli elmi-tədris mərkəzləri,
nüfuzlu ali məktəbləri, beynəlxalq təhsil təşkilatları
universitet assosiasiyaları ilə əlaqə
saxlamış beynəlxalq tədris proqramlarında iştirak
etmişdir. Universitet yeni təhsil
formalarından “Şəhərlərarası təhsil” və
“müsabiqədənkənar” təhsil) formaları universitetlə onlarla ali
məktəblərlə əlaqə yaratmasına səbəb
olmuşdur.
Bakı Dövlət Universiteti olduqca
böyük miqdarda şəhərlər arası qəbul
aparmaqla həmin şəhərlərlə keçmiş
ittifaqın böyük şəhərləri ilə: Moskva, Leninqrad, Kiyev, Xarkov, Minsk, Daşkənd,
Alma-Ata, Novosibirsk, Dinepropetrovsk və s. şəhərlərlə
geniş beynəlxalq münasibətlər yaratmağa müvəffəq
olmuşdu. Əlaqə yaradılan belə şəhərlərin
miqdarı 30-a yaxın idi. Şəhərlər arası qəbul
proqramının həyata keçirilən bütün
Universitetlərlə həm təhsil, tədris əlaqələri,
həm də elmi-tədqiqat əlaqələri, müəllimlərin
qarşılıqlı gedişi onların birlikdə elmi-tədqiqatlarla
məşğul olması genişlənmişdi. Məhz ilk
olaraq qazanmaqda, formalaşmaqda olan bu əlaqələr ilk mərhələdə
rüşeym halda olsa da zaman keçdikcə formalaşaraq hərtərəfli,
qarşılıqlı inkişafda xidmət edən beynəlxalq
əlaqələrə çevrilmişdi.
1970-1980-ci illərdə xarici
ölkələrlə aparılan beynəlxalq əlaqələrin
miqyası genişlənmiş, Bakı Dövlət
Universiteti dünyanın inkişaf etmiş ölkələri
elə geniş beynəlxalq əlaqələri quran, onu
müvəffəqiyyətlə inkişaf etdirən Şərqlə
Qərb arasında əlaqə yaradan bir universitetə
çevrilmişdi. Məhz 1970-1980-ci illərdə
Bakı Dövlət Universitetinin ABŞ, Almaniya, İngiltərə,
Fransa. İspaniya, İtaliya, Çexoslavakiya, Misir, Yuqoslaviya,
Vetnam, Koreya və b. ölkələrlə beynəlxalq əlaqələr
yaratmağa müvəffəq olmuş bu əlaqələrdən
bəhrələnməyi bacarmışdır. Göstərdiyimiz ölkələrlə aparılan
beynəlxalq əlaqələr yüksək ixtisaslı,
peşəkar kadrların hazırlanması ilə
başlayır, yüksək səviyyəli elmi kadrların
hazırlanması birgə elmi tədqiqatların, elmi layihələrin
işlənməsi ilə yekunlaşırdı ki, bu da ali məktəblər
arası beynəlxalq əlaqələrin möhkəmlənməsinə
hər iki tərəf üçün uğurlar əldə
edilməsinə gətirib çıxarırdı.
Bakı Dövlət Universitetinin
beynəlxalq əlaqələri, həm daxili ölkələr,
həm də dünyanın inkişaf etmiş qabaqcıl
ölkələri ilə Beynəlxalq əlaqələri
genişlənmiş, Universitet beynəlxalq əlaqələri
geniş miqyas olan dünya universitetləri sırasına daxil
olmuş, onun beynəlxalq imici möhkəmləşmişdir.
Bakı Dövlət Universitetinin şanlı
tarixinə “Heydər Əliyev mərhələsi” kimi daxil
olan 1970-1980-cı illlər Universitet tarixinin ən zəngin mərhələsini
təşkil edir.
Məhz bu illərdə
özünün dünya şöhrətli yetirməsi olan
Heydər Əliyevin bilavasitə rəhbərliyi və
qayğısı sayəsində Bakı Dövlət
Universiteti özünün ən şərəfli bir
dövrünü yaşamış, Azərbaycan
xalqının ən sevimli elm və təhsil məbədgahına
çevrilmişdir. Azərbaycan ali məktəblərinin
flaqmanı kimi formalaşan universitet ali təhsilin, ali məktəb
elminin formalaşmasının və stabilləşməsinin
nəhng amilinə çevrilmiş, xalqın milli mədəniyyətinin
əsas təhsil ocağı kimi milli ideologiyanın
formalaşmasının mayası kimi yüksək imic
qazanmış və bu imici hər zaman əldən verməmişdir.
Məhz 1970-1980-cı illərdə
Bakı Dövlət Universitetində dünya təhsil
sisteminin son nailiyyətlərinə, praktikasına söykənərək,
milli təhsil ənənələrimizin ən qiymətli
xüsusiyyətlərini qoruyub saxlayaraq elə islahatlar həyata
keçrilmişdir ki, bu islahatlar bu gündə təhsil
sisteminin yayılmasına, təkmilləşib
inkişaf etməsinə öz mütərəqqi təsirini
saxlamaqdadır. Bu islahatların əsasında Heydər
Əliyev duhası, onun milli ideologiyaya Azərbaycan
xalqının tarixi təhsil ənənələrinə
söykənən elmi-nəzəri, praktiki müddəalar
dururdu. Bu islahatların Ulu Öndərin təşəbbüsü
ilə formalaşıb, zərgər dəqiqliyi ilə yerinə
yetirilməsi ona həmişə yaşarlıq,
davamlılıq imkanları aşılayırdı.
Dünya təhsil tarixindən məlumdur ki, təhsilin
inkişafının təkmilləşib stabilləşməsinin
ən mühüm amili onun maddi-texniki bazasıdır. Möhkəm
maddi-texniki baza olmadan, kefiyyətcə yüksək təhsil
ola bilməz. Məhz buna görədir ki, Ulu
Öndər 70-80-ci illərdə Azərbaycan təhsilinin
inkişafını təmin etmək, onun kefiyyətini
möhkəmləndirmək üçün təhsilin
maddi-texniki bazasından möhkəmləndirmək
üçün əvvəlki illərlə müqaisədə
böyük işlər görülməsini
təmin etmişdir. İlk növbədə təhsilin
yüksək templə maliyyələşdirilməsi işi
ön plana çəkilmiş, təhsilə ayrılan maliyyə
vəsaiti ilbəil artırılmış təxmini
hesablamalara görə 1970-1980-ci illərdə bu artım
60-cı illərə nisbətən 4-5 dəfə
artırılmışdır.
1970-1980-ci illərdə Bakı Dövlət
Universitetinin yeni tədris korpusları ilə təmin edilməsində
ciddi işlər həyata keçirildi. Bakı Dövlət
Universiteti üçün inşa edilən yeni binanın
ikinci korpusu istifadəyə verildi. Beləliklə də
universitetin bina ilə təmin edilməsi əsaslı surətdə
yaxşılaşdırıldı. Universitet üç
böyük binada öz fəaliyyətini davam etdirməyə
başladı. Bu binalardan biri keçmiş Kommunist
küçəsində, ikisi Potiris Lumumba küçəsində
yerləşirdi. Yeni binanın istifadəyə verilməsi
Universitetin auditoriya fondunun 2 dəfədən çox
artmasına səbəb oldu. Yeni korpusların olduqca müasir
tədris avadanlığı, tədrisin texniki vasitələri
ilə təmin edilməsi universitetin qabaqcıl tədris elmi
müəssisə kimi formalaşmasına şərait
yaratdı.
70-80-cı illərdə Bakı
Dövlət Universitetinin maddi-texniki bazasının möhkəmlənməsi,
auditoriya fondunun artırılması tədris prosesinin texniki
vasitəsitələrlə təmin edilməsi yeni tədris
fondunun yaradılması tədrisin kefiyyətini yüksəltməklə yanaşı onun tələbə
kontingentinin kəmiyyət artımına ciddi təsir
göstərdi. Rəqəmlərə diqqət yetirsək əgər
1565-ci illərdə universitetdə 12430 tələbə təhsil
alırdısa onların miqdarı 1980-ci illərdə 13 minə
yaxın idi. İldə universitetdə orta hesabla 1000 nfərə
qədər tələbə qəbul olunurdu. Beləliklə
1970-80-cı illərdə universitet xalq təsərüffatının
müxtəlif sahələri üçün minə
yaxın tələbə hazırlaya bilmişdi. Bu təhsil
tarixində xüsusi diqqətə layiq bir rəqəmdir.
Universitetin beynəlxalq əlaqələrinin
genişlənməsi, beynəlxalq nüfuzunun artması,
xarici ölkələrdən universitetdə təhsil almaq istəyən
tələbələrin miqdarına ciddi təsir göstərmiş,
1970-1980-ci illərdə Bakı Dövlət Universitetini 500-dən
artıq xarici tələbələr bitirmişdi.
Universitetdə tədris prosesinin
canlanması, tələbə kontingentinin sürətlə artması
universitetdə professor-müəllim heyətinin
artımına səbəb olmuş, olduqca yüksək elmi
potensiala malik milli kadrlar ordusu formalaşmışdı. Məhz
universitetdə yetişmiş milli kadrlar təkcə
universitetin özündə yox bütövlükdə
respublika elminin inkişafına ciddi təsir göstərməklə,
ölkənin bütün tədris və elmi müəssisələrə
böyük köməklik görstərmişdi.
Rəqəmlərə nəzər salaq. Əgər
1960-cı illərdə universitetdə 953 professor-müəllim
fəaliyyət göstərirdisə onların sayı 1980-ci
illərdə 1000 nəfər təşkil edirdi.
Universitet SSRİ universitetləri içərisində
ən çox xarici ölkələr üçün kadr
hazırlayan universitet kimi öncül mövqelərdən
birini tuturdu. Universitet dünyanın 20-dən artıq ölkəsi
üçün yüksək kadrlar hazırlayırdı.
Universitet yüksək ixtisaslı kadr hazırlamaqla
yanaşı xarici ölkələri üçün alim
kadrların hazırlanmasında da fəaliyyətini genişləndirmişdi.
Beləliklə 1870-1980-ci illər
Bakı Dövlət Universitetinin tarixinə Heydər
Əliyev mərhələsi kimi daxil olmuş, elm respublika
elminin, təhsilinin, mədəniyyətinin və tərəqqi
və inkişafında yüksək inkişaf mərhələsi
kimi öz bəhərəsini vermiş, böyük keyfiyyət
dəyişikliklərinə səbəb olan bir mərhələ
kimi tarixə düşmüşdür.
Məhz bu illərdə Bakı
Dövlət Universitetinin maddi-texniki bazası əsaslı
sürətdə möhkəmlənmiş, yeni tədris
korpusları istifadəyə verilmiş, universitetdə
müasir tələblərə cavab verən, dərin elmi,
praktiki, ənənəvi, milli əsaslarla zəngin olan təhsil
islahatları keçrilmiş, tədris prosesi müasir tədris
texnologiyası ilə, müasir avadanlıqla təmin edilmiş,
kompyüter, texnologiyasından istifadə edilməyə
başlanmışdır. Tədrisin
informasiyalaşdırılması prosesinin elmi əsasları
və texnologiyası öyrənilməyə
başlanmışdır. Universitetdə davamlı olaraq elmi-tədqiqat
labaratoriyaların yaradılması, onların yeni avadanlıqla,
cihazlarla, texnologiya ilə təmin edilməsi elmi-tədqiqat
işlərinin kefiyyətcə yüksəlməsinə
şərait yaratmışdır.
Beləliklə 1970-1980-ci illərdə
elm, təhsil və ictimai-siyasi həyatda baş verən
titanik dəyişiklər, dərin məzmunu, milli təmayüllü
islahatlar, böyük uğurlar, universitetin dünya
şöhrətli məzunu, Azərbaycan xalqının, Azərbaycan
dövlətçiliyinin xilaskarı, univesritetin çoxminli
kollektivinin sevimisi və fəxri Ulu Öndər Heydər
Əliyevin adı ilə onun ِAzərbaycan elminə, təhsilinə,
mədəniyyətinə böyük diqqəti və
qayğısı ilə bağlıdır. Məhz bu illərdə
unversitet Heydər Əliyevin böyük atalıq
qayğısı sayəsində əsaslı inkişaf yolu
keçmiş, uğurlara nail olmuş, beynəlxalq arenaya
çıxmışdır. Heydər Əliyev dühası
onun inkişaf və tərəqqi yolunu işıqlandırmışdır.
Ulu öndər Heydər
Əliyevin Azərbaycanın müstəqilliyinin ilk
dövründə elmin, təhsilin, mədəniyyətin
inkişafına, o cümlədən Bakı Dövlət
Universitetinin fəaliyyətinin daha da
yaxşılaşdırılması ilə bağlı həyata
keçirdiyi geniş miqyaslı tədbirlər ayrıca
tədqiqat mövzusudur və bu istiqamətdə
araşdırmalar aparılır. Ona görə
də bu məqalədə həmin dövrün
xarakteristikası üzərində dayanmadan Heydər
Əliyev siyasətini uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin bu sahədə
yerinə yetirdiyi tədbirlər haqqında ümumi məlumat
verməyi məqsədəuyğun hesab etdik.
***
2009-2019-cu illər Azərbaycan tarixində tərəqqi
və inkişaf mərhələsi kimi xüsusi yer tutur. Bu mərhələni
siyasət, iqtisadiyyat, elm, mədəniyyət və maarifin
inkişafı sahəsində böyük nailiyyətlər mərhələsi
kimi xarakterizə etmək olar. Bu, ulu öndər Heydər
Əliyevin bacarıqlı siyasi davamçısı İlham
Əliyev mərhələsidir.
Son zamanlar dünya ölkələrinin əksəriyyətində
iqtisadi böhran baş vermiş, bir çox ölkələr
iqtisadi tənəzzülə uğramışlar. Lakin
İlham Əliyevin apardığı siyasi-iqtisadi islahatlar sayəsində
qısa zaman kəsiyində Azərbaycan dünyanın
qüdrətli dövlətlərindən birinə
çevrilmişdir.
İlhyam Əliyevin ölkəmizə rəhbərlik
etdiyi dövrü eyni zamanda Azərbaycan regionlarının
inkişaf mərhələsi adlandırmaq olar. Son illərdə
elm, təhsil, mədəniyyət sahəsində həyata
keçirilən uğurlu islahatlar bu istiqamətlərin
inkişafına güclü təkan vermişdir.
Qeyd etdiyimiz kimi, müstəqillik illərində
Azərbaycan təhsilinin inkişafı bilavasitə ulu öndər
Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Təhsilin
inkişafına yüksək qiymət verən Heydər
Əliyev deyir: “Təhsil sitemi Azərbaycanın gələcəyini
təmin edən bir sistemdir. Hər bir millətin, hər bir
ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək
təhsilli etsək, onların müəyyən ixtisaslara yiyələnməsinə
şərait yarada bilsək, müstəqil Azərbaycanın
gələcəyi və demək, müstəqil Azərbaycanın
inkişafı, elmin inkişafı, təhsilin inkişafı,
insanların rifah halı o qədər də
yaxşı olacaqdır”.
Heydər Əliyevin təhsil siyasətini
uğurla həyata keçirən müstəqil Azərbaycan
dövləti müstəqillik tariximizin İlham Əliyev
dövründə olduqca səmərəli islahatlar həyata
keçirmiş, mühüm nailiyyətlər əldə
etmişdir. Təhsil sisteminin qarşısında duran vəzifələri
müəyyənləşdirərkən İlham Əliyev
qeyd edir: “Biz maddi dəyərlərimizi, iqtisadi
potensialımızı insan kapitalına çevirməliyik!
Çünki insanın savadı, biliyi, onun gələcək
həyatını müəyyən edir, ölkənin hərtərəfli
inkişafına xidmət edir”.
Prezident İlham Əliyevin
2004-2019-cu illərdə təhsilin yeniləşməsi,
dünya təhsil siyasətinə inteqrasiyası sahəsində
imzaladığı sərəncamların, qanun və qərarların,
aparılan islahatların uğurla və ardıcıl yerinə
yetirilməsi təhsil sistemində yüksək dəyərlərin
əldə edilməsinə səbəb olmuşdur.
Bu nailiyyətlər xüsusilə
son dövrlərdə daha intensiv xarakter
daşımış, həm ümumi orta təhsil sistemində,
həm də ali təhsil sistemində, təhsil sisteminin məzmununda
keyfiyyət dəyişikliklərinin baş verməsinə səbəb
olmuş, təhsil alanların bilik səviyyəsinin yüksəlməsinə
olduqca müsbət təsir göstərmişdir.
Azərbaycanda müstəqillik illərində
ali təhsil sistemində baş verən yeniliklər daha
mütərəqqi xarakter daşıyırdı. Bu proses
bilavasitə ölkəmizin Bolonya təhsil prosesinə
keçidi ilə əlaqədar olmuşdur. Doğrudur, Bolonya
təhsil prosesinə keçid birmənalı
qarşılanmadı. Keçmiş sovet təhsil sistemini
qiymətləndirməyə səy göstərən bəzi
müəllimlər tapıldı. Ancaq həyat, inkişaf
prosesi öz obyektiv həqiqətlərini ortaya qoyrdu. Zaman
keçdikcə Bolonya prosesinin Azərbaycan təhsil prosesinə
tətbiqi təhsil işçilərinin böyük əksəriyyəti
tərəfindən müsbət qiymətləndirilməyə
başladı.
Bütün Avropada geniş miqyasda qəbul edilən
Bolonya təhsil sistemi Azərbaycan təhsilinə yeni nəfəs
verdi. Avropa ölkələrində təhsil prosesində
baş verən yeniliklərlə tanış olmaq imkanı
yarandı. Təhsilimizin qarşısında yeni perspektivlər
açdı. Gənclərimiz Avropa ölkələrində
təhsillərini davam etdirmək imkanı qazandılar.
2006-cı ildən ali təhsil
sistemində kredit sistemi ilə təhsilin təşkilinə
başlanılması Bolonya təhsil sisteminin yeni bir keyfiyyətini
ortaya çıxardı. 2010-2015-ci illərdə ali təhsil
sistemində müasir maliyyələşdirmə sistemi tətbiq
edilməyə başladı ki, bu da Bolonya prosesinin daha da
möhkəmlənməsini təmin etdi.
2019-cu ildə hörmətli
Prezidentimiz, cənab İlham Əliyevin sərəncamı ilə
100 illik yubileyini qeyd etdiyimiz Bakı Dövlət Universiteti
milli elmimizin, təhsilimizin mərkəzi kimi xalq təsərrüfatının,
elm, təhsil və mədəniyyətin bütün sahələri
üçün 130 mindən artıq yüksək
ixtisaslı kadr hazırlamış, elmi inkişafın
sükanı arxasında möhkəm dayanmış, beynəlxalq
aləmdə böyük nüfuza malik bir universitet kimi
tanınmışdır.
Son illərdə BDU dünyanın 700 elitar universiteti
siyahısına daxil edilmişdir. Bakı Dövlət
Universitetində dərs deyən kadr potensialı tədris
prosesinin yüksək keyfiyyətindən xəbər verir.
1919-cu il noyabrın 15-də 44 akademik heyətlə fəaliyyətə
başlayan universitetdə hazırda 16 fakültədə, o
cümlədən 121 kafedrada 1300-ə yaxın professor-müəllim
heyəti çalışır. Onlardan təxminən 200 nəfəri
dövlətin ali orden və medalları ilə
təltif olunmuş, fəxri adlar almışlar. 17 nəfəri
AMEA-nın həqiqi və müxbir üzvi, 8 nəfəri
Milli Məclisin deputatı, 2 nəfəri Dövlət
mükafatı laureatı, 14 nəfəri fərdi Prezident təaqüdçüsü,
32 nəfərin Əməkdar elm xadimi, 281 nəfəri elmlər
doktoru, professor, 1035 nəfəri fəlsəfə doktoru,
dosent, 263 nəfəri isə elmi dərəcəsi
olmayanlardır.
Universitetdə
hazırda müxtəlif elmi istiqamərlərdə bakalavriat
səviyyəsində 66 ixtisas üzrə 19036 nəfər,
magistratura səviyyəsində 44 elmi istiqamətdə 235
ixtisaslaşma üzrə 1543 nəfər tələbə təhsil
alır. Doktorantura səviyyəsində 114
ixtisas üzrə 708 nədər təhsilini davam etdirir.
Hər il BDU-nun məzunu adını
qazanan 4 minə yaxın tələbə respublikamızın
daha da güclənməsi naminə dövlət
quruculuğunun müxtəlif sahələrində
çalışır.
Hazırda
BDU-nun 16 fakültəsində müxtəlif elmi istiqamətlərdə
bakalavriaturada 60 ixtisas, magistraturada 197 ixtisaslaşma, doktorantura
səviyyəsində isə 70 ixtisas üzrə 22 mindən
çox tələbə, magistrant və doktorant təhsil
alır.
Tələbələrin hazırlanması, dərs
prosesinin təşkili ən yüksək səviyyəli
müəllimlərə tapşırılır. Universitetin kadr potensialı
olduqca böyükdür, respublikanın ən görkəmli
alimləri və mütəxəssislərinin burada
çalışması onun imicini olduqca yüksəltmiş,
respublika ali məktəblərinin
flaqmanına çevirmişdir.
Bakı
Dövlət Universitetinin təşkilində, idarə edilməsində,
inkişaf və tərəqqisində, onun elm məbədgahına
çevrilməsində mühüm xidmətlərə malik
fədakar insanlar, görkəmli elm və təhsil xadimləri
olan rektorlardan V.İ.Razumovski, S.N.Davidenko, A.D.Qulyayev,
V.S.Yelpatyevski, T.A.Şahbazi, A.M.Məmmədov, M.Ə.Ələkbərli,
B.S.Həsənbəyov, Ə.M.Əliyev, C.A.Ələsgərov,
S.R.Əliyev, A.İ.Qarayev, C.Z.Hacıyev, Y.H.Məmmədəliyev.
Ş.F.Mehdiyev, M.S.Əliyev, F.M.Bağırzadə, Y.C.Məmmədov,
V.B.Quliyev, V.Ç.Qasımov, F.Y.Səməndərov,
M.N.Ələsgərov, M.C.Mərdanov, A.M.Məhərrəmov
Bakı Dövlət Universitetinin tarixi inkişaf yolunda
böyük işlər görmüş, elmin və təhsilin
inkişafında öz fədakar yaradıcı xeyirxah əməyi
ilə universitet tarixini bəzəmişlər.
Beləliklə,
“xalqımızın milli sərvəti” (H.Əliyev) olan
Bakı Dövlət Universitetinin keçdiyi 100 illik tarixi bir
yol Azərbaycan təhsilinin, elminin, mədəniyyətinin
keçdiyi uğurlarla dolu şərəfli bir yoldur.
Bakı Dövlət Universiteti hər zaman
xalqımızın ümummilli lideri Heydər Əliyevin və
İlham Əliyevin siyasi kursuna, azərbaycançılıq
ideyalarına sadiq olmuşdur.
Müasir şəraitdə Bakı Dövlət
Universitetinin bugünkü fəaliyyəti ulu öndər Heydər
Əliyevin, Azərbaycan Respublikasının prezidenti,
xalqımızın sevimlisi, cənab İlham Əliyevin daxili
və xarici siyasətinə böyük dəstəkdir.
Bakı Dövlət Universitetinin yeni tədris
korpusunun açılışında çıxış edən
prezidentimiz demişdir: “Bakı Dövlət Universiteti Azərbaycanın
aparıcı təhsil ocağıdır. Burada çox
güclü professor-müəllim heyəti
çalışır və bütün dövrlərdə
universitet Azərbaycanda peşəkar kadrların
hazılanması işində çox böyük işlər
görmüşdür. Bu gün isə universitet
inkişafının yeni mərhələsini yaşayır”.
Yeni inkişaf mərhələsi
elm və təhsilin informasiyalaşdırmasını, elmiləşdirilməsini,
modernləşdirilməsini, innovativ yeniliklər, informasiya
texnologiyalarının elmi tədqiqatlara və tədrisin təşkilinə
tətbiqi mərhələsi kimi böyük problemləri həll
etmək, təhsilin təşkilində və elmdə
dünyanın qabaqcıl universiteti sırasına
yüksəltməyi tələb edir. Universitetin kollektivi
hazırda bu mühüm problemləri həll etmək
üçün ciddi işlər görməkdədir.
Beləliklə, Bakı Dövlət
Universiteti bütün çətinliklərə sinə gərmiş,
tədricən inkişaf edərək formalaşmış və
qürur hissi ilə demək olar ki, bu gün Azərbaycan
xalqının böyük bir elm və təhsil məbədgahına
çevrilmişdir.
Abuzər Xələfov
Azad Azərbaycan.- 2019.- 12 oktyabr.- S.7