“Uçüq Pir”:
1000 yaşlı tarixi abidə
Hacıqabul
rayonunun Qubalı və Tava kəndlərinin arasında, qədim
qəbiristanlıqda yerləşən "Uçuq Pir"
abidəsinin min yaşı var.
Oxu.Az-ın bölgə
müxbiri xəbər
verir ki, XI əsrdə tikildiyi ehtimal olunan bu tarixi abidə
üç otaqdan ibarətdir.
Tarixçi, tədqiqatçı Məhəmməd
İsayevin sözlərinə
görə, ötən
əsrin 50-ci illərinə
kimi otaqların birində naməlum şəxsin məzarı
olub. Məhz buna görə də pir daim
ziyarət edilib. Amma indi həmin
məzardan əsər-əlamət
yoxdur. Məzarın olub-olmaması ilə bağlı tarixi mənbələrdə də
heç bir məlumat verilmir.
Pirdə hündürlüyü
2,85 metr olan qeyri-adi dairəvi pilləkən də var.
"Uçuq Pir"in qapısında tərsinə, ərəb
hərfləri ilə
həkk olunmuş
"Allah", "Məhəmməd",
"Əli" yazıları
var. Ehtimala görə, Şah İsmayıl Xətai bu ərazilərə səfər edən zaman yazını ehtiyatla, yəni şiə məzhəbinin
yayıldığı bir
vaxtda tərsinə yazdırıb. Yazı yalnız güzgü vasitəsilə düzgün
oxunur.
M.İsayevin fikrincə, bu, sünni və ya şiə məzhəbinə görə
ola bilməzdi, çünki hər iki məzhəbə etiqad edənlər Allaha inanır və Məhəmmədi onun peyğəmbəri bilir.
Hazırda "Uçuq Pir"in geniş tədqiq edilib əsaslı bərpa olunmasına ehtiyac var.
Azad Azərbaycan.-
2019.- 5 sentyabr.- S.5