Lənkəran qalası

 

 

1726-cı ildə tikilməyə başlanmış, 1727-ci ilin payızında tamamlanmışdır. Tikilməsinin səbəbi rusların Lənkəranı İran qoşunlarından müdafiə etməsi olmuşdur. Talış xanlığının mərkəzi Astaradan Lənkərana köçürüldükdən sonra onun iqtisadi, siyasi mədəni həyatında böyük dəyişikliklər olmuşdur. Rusiya, Orta Asiya, İran, Hindistanla iqtisadi əlaqələri daha da möhkəmlənmiş, şəhərdə sənətkarlıq ticatət inkişaf etmişdir. Lakin şəhər sakinləri tez-tez işğalçıların hücumlarına məruz qalmışlar. İşğalçılara qarşı mübarizə məqsədi ilə tikilən bu qalanın bərpası ingilis fransız mütəxəssislərinin köməyi ilə düzgün olmayan düzbucaqlı formasında ucaldılmışdır. Lənkəranlıların "Qələ" adlandırdıqları məhəllə bu qalanın içərisində yerləşmişdir. Onun cənub tərəfi Sütəmurdov körpüsündən başlamış dəniz sahilinə kimi, şərq hissəsi indiki 23 avqust meydanından Mayaka qədər, şimali Mayakdan indiki Mirmustafaxan küçəsinədək, qərb hissəsi Zabitlər evinin həyətindən Qala şadlıq evinədək əraziləri əhatə etmişdir. Qala birinci Rus-İran müharibəsində (1803-1813) İran ordusunun mühüm dayaq məntəqəsinə çevrilmişdir. Qalada İran ordusunun 4 minlik qoşunu yerləşdirilmişdir. Rus qoşunlarının şərqə yürüşündə bu qala çox çətinliklər törədirdi. 1812-ci il dekabrın 31-də rus əsgərləri qala divarlarının yanında mövqe tutur top atəşləri altında xəndəkləri keçib döyüşü qalanın içərisində aparmalı olurlar. 1813-cü ilin yanvarın 1-də Lənkəran qalası rus qoşunlarının əlinə keçir. İranlıların məğlubiyyətindən sonra sülh müqaviləsi bağlanır. Gülüstan sülh müqaviləsinə (1813) əsasən Lənkəran Rusiyaya birləşdirilir.

 

Lənkəran qalasının sahəsi 35 hektara yaxın olub, ölçüdə Bakı qalasından (21,5 hektar) böyük olmuşdur. Lənkəran qalası iki iri miqyaslı döyüş bürclərindən ibarət idi ki, onlar da qalanın diaqonalı boyunca yerləşmişdir onun şimal cənub bucaqlarını möhkəmləndirirdi. Şimal bürcü dəniz sahilində, cənub bürcü isə Lənkəran çayının kənarında idi. Lənkəran qalası istehkamlarının baş planı 1833-cü ildə tərtib təsdiq olunmuşdur. Qalanın istehkamları bir-biri ilə sədlə su dolu xəndəklərlə birləşən iki bürcdən ibarət idi. Bir tərəfdən şimal bürcündən çıxan istehkam sədləri sahil boyunca Lənkəran çayı ağzınacan keçib sonra müəyyən bucaq altında dönüb çay sahilindəki cənub bürcünə, başqa istiqamətdən sədlər qala meydanına bayır şəhərə yönəlmişdir. Lənkəran qalasının istehkamlarının baş planı təsdiq olunan zaman Lənkəran şəhəri 3 m eni, 2 m dərinliyi olan 1 km uzunluğunda xəndəkdən ibarət köhnə qalanın kölgəsində idi. Şəhər mərkəzində məscid 117 dükanlı 2 bazar yerləşirdi. 1836-cı ildə Lənkəranda cəmi 470 ev vardı. Köhnə qalanın ərazisində məmurların yaşayış evləri, əsgər kazarmaları qarnizon xidməti binaları yerləşdirilmişdi. Qalanın əsas müdafiəsini gözəl tikilmiş daş bürc təşkil edirmiş. Qalada Qubernator bağı, Naçalnik bağı, axşam bazarı s. adlı məhəllələr olmuşdur.

 

 

İldırım Şükürzadə

Azad Azərbaycan.- 10 sentyabr.- S.7