“Naxçıvan Muxtar Respublikasının tətbiqyönümlü yabanı
və mədəni qida bitkiləri”adlanan yeni kitab işıq
üzü görüb
AMEA
Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən
NUHÇIXAN-a verilən məlumata görə, AMEA Naxçıvan
Bölməsinin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel
Talıbov, həmin institutun əməkdaşları-professor
Əliyar İbrahimov, biologiya üzrə elmlər doktoru
İsmayıl Məmmədov, aqrar elmlər üzrə elmlər
doktoru Varis Quliyev, biologiya üzrə fəlsəfə
doktorları Ənvər İbrahimov, Teyyub Paşayev və
aqrar elmlər üzrə fəlsəfə doktoru Pərviz Fətullayevin
həmmüəllifi olduqları “Naxçıvan Muxtar
Respublikasının tətbiqyönümlü yabanı və
mədəni qida bitkiləri” kitabı çapdan
çıxıb.
Nəşrdə Bioresurslar İnstitutunda öyrənilən və təcrübədə sınaqdan
keçmiş, tətbiqyönümlü
perspektivli yabanı və mədəni qida bitkilərinin genofondunun elmi əsaslarla kompleks tədqiqinin nəticələri
əks olunub.
Kitabın elmi
redaktoru, AMEA-nın müxbir üzvü Elşad Qurbanov, rəyçiləri AMEA-nın
müxbir üzvü Tofiq Məmmədov və biologiya üzrə elmlər doktoru Aydın Əsgərovdur.
Seyidov Tofiq
Azad Azərbaycan.-
2019.- 19 sentyabr.- S.5