Mixail Qorbaçovun infantil şəxsiyyətinin
səciyyəvi xüsusiyyətləri
Ramiz Mehdiyev: “Mixail Qorbaçov Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsinin əsas
təşəbbüskarlarından biridir. Anlaşılmaz səbəblər
üzündən, yaxud bilərəkdən tutduğu
müşahidəçi rolu onu bu faciənin başlıca
faktoruna çevirdi”.
Bu sözləri Azərbaycan
Respublikası Prezidentinin Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyev Qarabağ münaqişəsinin həlli
istiqamətində görülən işlərlə
bağlı yazdığı “Ermənistan Vətəndaş
Cəmiyyəti kontekstində Ermənistan–Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi” adlanan iri həcmli
məqaləsində qeyd edib.
R. Mehdiyev
sonra qeyd edir:
“Məhz Qorbaçov tərəfindən təkcə Azərbaycan
xalqının deyil, sovet vətəndaşlarının
idealları və maraqları alçaqcasına
satıldı. Bunu necə izah etməli?
Onun vəziyyəti anlaya bilməməsi ilə,
yoxsa əksinə, kimlərsə tərəfindən ölkənin
dağıdılması üçün
hazırlanmış planın ardıcıl və ciddi
icraçısı olması ilə? Bu
suala artıq tarix cavab verib. Qorbaçov
SSRİ Konstitusiyasını kobud şəkildə pozaraq qəbul
etdiyi qərarları ilə Dağlıq Qarabağ
münaqişəsini açıq şəkildə dərinləşdirirdi”.
M.Qorbaçovun
şəxsiyyətinin nəzəri cəhətdən tədqiqatı
və onun kritik vəziyyətlərdə səciyyəvi
xüsusiyyətləri onda iki əlaməti gözə
çarpdırır:şəxsiyyətin
infantil məsuliyyətsizlik səviyyəsi və onun ətrafa
olan şübhəli münasibəti. Yazımızın
formatı Kreml personajlarına tibbi diaqnoz qoyulması
üçün nəzərdə tutulmasa da, Qorbaçovun
kliniki infantil məsuliyyətsizlik səviyyəsinə
yalnız aşağıda göstərilən formada izah vermək
mümkündür.
Kritik vəziyyətlərdə keçirilən həyəcanın
aradan qaldırılmasında əhəmiyyətli müxtəlifliyini
görərək, F. E. Vasilyuk artıq baş vermiş kritik
hadisəyə və bu hadisə ilə yaranan həyati tələbata
münasibətdə həyəcanlanmanın dörd
növünü ayırır.
Gedonistik həyəcanlanma zamanı insan baş vermiş
fakta məhəl qoymur, daxilən onu təhrif və inkar edir
(“qorxulu heç nə baş verməmişdir”), həyatının
pis vaxtında belə beynində xoşbəxtlik və
firavanlıq illuziyalarını formalaşdırır və
özünü buna inandırır.
M.
Qorbaçov 1955-ci ildən komsomol işlində
çalışmağa başlamışdı. Ümumittifaq Lenin Kommunist Gənclər
İttifaqı (ÜİLKGİ) Stavropol diyar komitəsinin təbliğat
və təşviqat şöbəsinin müdir müavini;
1958-ci ildən ÜİLKGİ Stavropol diyar komitəsinin
ikinci, sonra isə birinci katibi vəzifələrində
işləmişdi.
Hələ 1962-ci ilin yanvarında keçirilən
hesabat-seçki komsomol konfransında Sov. İKP diyar
komitəsinin birinci katibi F. D. Kulakov onun işini sərt şəkildə
tənqid etmişdi. Hesabat məruzəsində
“ÜİLKGİ-nin diyar komitəsinin sosializm
yarışlarına rəhbərlikdə qeyri-kafi işi barədə”
danışılırdı:
“İki il ərzində kənd təsərrüfatının
vacib sahələrinə 18 min gənc oğlan və qız
göndərilib. Adama elə gəlir ki, böyük miqyaslı iş
görülüb, lakin əslində bu işlə əlaqədar
müsbət heç nə görünmür, çünki
elə bu vaxt ərzində fermalardan 16 min gənc işdən
çıxmışdır. Kadrların belə
qərarsızlığı və tez-tez dəyişməsinin
başlıca səbəbi, yoldaş Qorbaçov, diyar komsomol
təşkilatında işləyən gənclər
üçün elementar mədəni-məişət şəraitin
yaradılmasına olan laqeyd münasibət, fermalarda kütləvi-siyasi
işlərin başlı-başına buraxılmasıdır.
Nəticədə diyarda kommunist əməyi zərbəçisi
adının alınması uğrunda yarışlar geniş
vüsət almamışdı. ÜİLKGİ
diyar komitəsi yarışlara, yalnız nəticə vurmaq
lazım olduqda diqqət yetirir. Görünür,
bizə yoldaş Qorbaçovla bu məsələni bir
partiyaçı kimi müzakirə etmək, daha yaxşı
olardı”.
1962-ci ilin martında o artıq Stavropol Ərazi-istehsal
kolxoz-sovxoz idarəsinin partiya təşkilatının katibi
kimi vəzifəsi aşağı salınır. Lakin burada da
onun yarıtmaz işi çox ciddi tənqid olunur. 1962-ci ilin yayında Sov. İKP
diyar komitəsinin verdiyi sərəncamda onun diqqətini Sov.
İKP MK-nın və SSRİ Nazirlər
Sovetinin kənd təsərrüfatı zəhmətkeşlərinə
müraciəti ilə bağlı işdə göstərdiyi
məsuliyyətsizliyə yönəldirdi. M. S. Qorbaçov belə bir qiymətə
qarşı öz etiraz dolu münasibətini bildirdi və
onda F. D. Kulakov onun işinin yoxlanılması
üçün komissiyanın yardılmasını təklif
etdi.
07. 08.
1962-ci ildə isə diyar partiya fəallarının
yığıncağında onun “payı”nı
əməlli-başlı verdilər.
Sov. İKP diyar komitəsinin birinci katibinin məsələsi
həll olunacaq plenumdan öncə DTK sədrinin birinci
müavini S. Çviqun Stavropol DTK-nın keçmiş sədri
E. B. Nordmanı öz yanına dəvət etdi. Həmin dövrdə kadrlar üzrə bütün
məsələlər DTK ilə
razılaşdırılırdı. Əgər
bu təşkilatın başında Andropovun
dayandığını nəzərə alsaq, onda DTK-nın
belə məsələlərdə fikrinin niyə belə
vacib olduğu aydınlaşar. Semyon Çviqunu,
Qorbaçouvun keçmiş rəhbər komsomol fəalı
kimi, A. Şelepin – V. Semiçastnı qurupu ilə nə qədər
bağlı olduğu maraqlandırırdı. Onda
məhz onların L. İ. Brejnevə qarşı müxalifətdə
olduğunu hesab edirdilər. E. Nordman S. Çviqunu M.
Qorbaçovun Şelepin və Semiçastnı qrupuna
heç bir aidiyyəti olmadığına inandırdı.
Y. V. Andropov Nordman ilə Kislovodskda
dincələrkən tanış
olmuşdular. Onun düzgünlüyünü və sədaqətli
adam olduğunu qiymətləndirən
Andropov onu Özbəkistan DTK-sına rəhbər təyin
edir. Məsələ burasındadır ki, məhz
həmin Nordmanın köməyi ilə Qorbaçov Andropova
yaxınlaşa bilsədə, sonradan onu da satmışdı.
Amma Nordman vasitəsi ilə Andropova yaxlnlaşan
Qorbaçov, 1971-ci ildə Sov. İKP
MK-nın üzvü olacaqdı. 27. 11. 1978-ci
ildən 11. 03. 1985-ci ilədək Sov. İKP
MK-nın katibi, 27. 11. 1979-cu ildən 21. 08. 1980-ci ilə
kimi Sov. İKP MK Siyasi Bürosunun
üzvlüyünə namizəd, 21. 10. 1980-ci ildən
isə Sov. İKP MK Siyasi Bürosunun
üzvü seçiləcəkdi. Onun
bundan sonrakı taleyi isə hamıya məlumdur. 11. 03. 1985-ci ildən 24. 08. 1991-ci il
də kimi Sov. İKP MK-nın Baş katibi vəzifəsini
daşımışdır. Az bir
müddətdə SSRİ-nın prezidenti oldu.
M.
Qorbaçovun uzun illər köməkçisi olmuş Georgi
Şahnazarov yazır(“Yeltsin, Kreml, xəstəlik
tarixi” kitabından):
"Qorbaçovun ən zəif cəhətlərindən
biri laqeydlik keyfiyyətidir. Xasiyyətcə nikbin və həmişə
bəxti gətirən bu adam, hər
cür işin özü üçün əlverişli nəticələrlə
başa çatacağına əmin idi və bununla, demək,
bu işin pis tərəflərinə də
hazırlaşmırdı. Mən onun gələcək
qarşısında qorxu və əlavə ehtiyat tədbirlərini
görməyə məcbur edən əndişə hissi
keçirdiyini görməmişəm.”
Qorbaçovun
infantilliyi 18 may 1989-cu ildə, onun Çinə rəsmi səfəri
dövründə Tyanyanmin meydanında tələbələrin
iğtişaşları zamanı da özünü göstərdi.
Akademik Y.
İ. Çazov həmin günləri xatırlayaraq (“ROK”
kitabında) yazır: “İki kommunist islahatçının -
Qorbaçov və Den Syaopinin görüşü hələ
də gözümün qarşısında dayanır. Müqayisə Sovet “yenidənqurma”sının xeyrinə
deyildi. Den-Syaopin müdrik siyasətçi,
təcrübəli diplomat və eyni zamanda da böyük iradəli
insan idi. Qorboçov tələbələrin
və demokratiyanın müdafiəsi üçün fikir
söyləməyə çalışanda Den-Syaopin “hərdən
küçədə zibil yığılır, lakin külək
gəlir və hər yeri təmizləyir. Bizdə də belə olacaq” – deyərək onun
sözünü kəsdi. Hə, Sofokl
“çox danışmaq və çox şey demək eyni
şey deyil” dedikdə, haqlı imiş. Mən,
bizim bu ölkədən gedəcəyimiz günün elə
səhərisi bu küləyin Tyanyanmen meydanına hücum
çəkəcəyinə və bunun “təmizlənmə”
ilə nəticələnəcəyinə şübhə
etmirdim.”
Normal adam baş verən hadisələrə ayıq
başla, reallıq əsasında səbir “mexanizmi” ilə
münasibət bəsləyir, reallıq prinsiplərinə
tabe olur. İnsan, son anda, baş verən hadisənin
reallığını qəbul edir, öz tələbatını
və maraqlarını həyatının yeni maraqlarına
uyğunlaşdırır. Real hissləri,
həyatın mənasını korlayan kritik vəziyyətləri
tam qəbul edərək, onu etiraf edir, lakin həyatına yeni
məna verən işlərə də can atır. Fikrə,
xəyala dalan və özünü dərk edən və real
hisslərə malik insan həyatın mənasının daha
çox dərk edilməsinə nail ola bilər.
Bu bacarıq insana “həyatı daha böyük
planda qavramağa” kömək edir.
Bu qiymətli və nadir xüsusiyyət-müdriklik
adlanır. Məhz müdriklik real hiss və duyğular prosesində
iradə və inadkarlığını qoruyub saxlamaqla insana
kömək edir. Real hisslərin analoqu əxlaqı
davranış ola bilər. Nə
qədər sərt olursa-olsun, xarici şərait yox, mənəvi
prinsiplər bu davranış üçün qanun rolunu
oynayır. Qorbaçovda isə hər
şey tərsinə idi. Y. İ. Çazov yazır: “Səhərisi,
biz Çindən vətənə qayıtdığmız
gün, təyyarə havaya qalxdıqdan iyirmi dəqiqə
sonra, Qorbaçov məni təyyarənin baş katibə aid
olan salonuna, nahara dəvət etdi. Masa
arxasında, ondan və Raisa Maksimovnadan başqa, A. Yakovlev və
E. Şevardnadze də oturmuşdu. Yorğun
olduqlarından, ya da ki, aparılan çətin
danışıqlar səbəbindən nahar tez başa
çatdı. Mən artıq durub getmək istəyirdim
ki, birdən Qorboçov o dövrdə özünün ən
yaxın silahdaşları saydığı bu iki şəxsə
müraciət etdi: “Siz məni bağışlayın, amma mən
Yevgeni İvanoviç ilə bəzi tibbi problemləri
müzakirə etməliyəm”.
Biz üçlükdə qaldıq. Qorbaçov
söhbəti keçmiş xatirələrini
danışmaqla başladı. Mənim
yaratdığım və onun qızının da işlədiyi
Kardioloji mərkəzdə işlərin necə getdiyi ilə
maraqlandı. Raisa Maksimovna Çinə
olan bu səfər haqqında şövqlə, fərəhli
tonda danışırdı və həmişə olduğu
kimi öz həyat yoldaşının xidmətlərini də
qeyd etməyi unutmadı.
Tədricən söhbət siyasi problemlərin gündən-günə
daha da pisləşməsinə keçdi. Qorbaçovlar ailəsində
bir çox dövlət və kadr məsələlərinin
Raisa Maksimovnasız həll edilmədiyini bildiyimdən,
söhbət Mixail Sergeyeviçi əhatə edən
insanlardan düşəndə Raisa Maksimovnanın söhbətə
müdaxilə edərək, məni dəstəkləməsi,
düzü məni çox təəccübləndirdi. Mən Mixail Sergeyeviçi heç vaxt belə
qıcıqlanan görməmişdim. O qızardı,
birdən yerindən sıçradı və salonda gəzişməyə
başladı. Onun dediyi sözlər bir
çox illər ərzində xəyalımda olan
aparıcı, müdrik, güclü baş katib
obrazını tamamilə dağıtdı. Qarşımda onu tərk edən hakimiyyət
uğrunda mübarizə aparan və özünün siyasi vəzifəsini
bütün vasitələrlə qoruyub saxlamağa
çalışan adi partiya katibi durmuşdu. O deyirdi:
“Siz nə siyasətdə, nə də ki ölkəyə rəhbərlikdə
heç nə anlamırsınız. Mənə
Ali Sovetin Rəyasət Heyətinin sədri seçilmək
lazımdır”.
Yaxud onun Azərbaycan xalqına
sırıdığı Əbdülrəhman Vəzirovu
heç bir normal məntiqlə anlamaq olmurdu. Həqiqətəndə,
Ə. Vəzirovun Azərbaycana rəhbər təyin olunması
o dövrdə hər birimiz üçün gözlənilməz
oldu. On iki il Azərbaycandan kənarda
diplomatik fəaliyyət göstərmiş, ölkədə
gedən proseslərdən xəbərsiz və hətta ana
dilini doğru-dürüst bilməyən bir şəxsin erməni
separatizminin gücləndiyi bir vaxtda Azərbaycana göndərilməsində
sözsüz ki, Qorbacov və Liqacovun öz məqsədləri
vardı. Onlar “yenidənqurma” adı altında
Azərbaycanda başlamış milli azadlıq hərəkatını
boğmaq məqsədi ilə onun şirmasını önə
çəkmək isəyirdilər. M. Qorbaçovun ermənipərəstliyi
onun Azərbaycana olan münasibətinə də təsir etməyə
bilməzdi. Hələ Sov. İKP
baş katibi M. Qorbaçovun məsləhətçisi A.
Aqanbekyanın 1987-ci ilin noyabrında Fransanın “Humanite” qəzetinə
verdiyi müsahibəsi də bu siyasətin həyata kecirməsinə
böyük təkan oldu. Həmin müsahibədə A.
Aqanbekyan Qarabağ və Naxçıvan haqqında
verilmiş suala cavab olaraq demişdi: “Mən bu xəbəri
eşidib şad olardım ki, AzSSR-nin şimal-şərqində
yerləşən DQMR Ermənistana verilsin. Bir
iqtisadçı kimi mən belə hesab edirəm ki,
Qarabağ Azərbaycana nisbətən Ermənistanla daha
artıq bağlıdır. Bu məsələ
ilə əlaqədar mən bir təklif vermişəm,
ümid edirəm ki, yenidənqurma, demokratiya şəraitində
bu problem öz həllini tapacaq”.
Avropa
Parlamentində 1987-ci ilin iyununda “erməni genosidi”
qurbanlarına xatirə gününün təsis edilməsi
ilə bu siyasətin həyata keçirilməsinə start
verildi. 1988-ci ilin yanvarında Qafan və Mehri
rayonlarından ilk qaçqınlar Azərbaycana deportasiya
olundular. Fevralın 19-da Yerevanda “Ermənistanı
türklərdən təmizləməli” şüarı ilə
mitinqlərin başlanılması ilə DQMV Sovetinin
deputatları 20 fevral 1988-ci il tarixdə
DQMV-nin Azərbaycan SSR-in tərkibindən çıxaraq Ermənistan
SSR-in tərkibinə birləşməsi haqqında müraciət
qəbul etdilər. Bu qərardan sonra Ermənistan
SSR və DQMV-də “Kurunk” və “Qarabağ” komitələrinin
təşkil etdiyi mitinq, nümayiş və tətillərin
həyata kecirilməsinə başlanıldı. Fevralın 24-də Əsgəran rayonunda ermənilər
2 azərbaycanlı gənci qətlə yetirdilər, 19 nəfəri
isə yaraladılar.
Dağlıq
Qarabağ separatçılarının vəhşiliklərinə
etiraz olaraq, Azərbaycanda ilk dəfə tələbələrin
19 fevral 1988-ci il mitinqi keçirildi. Azərbaycan
Dövlət Universiteti, Politexnik və İnşaat Mühəndisləri
institutlarının tələbələri “Azadlıq”
meydanından Azərbaycan KP MK-nın qarşısına kimi
etiraz yürüşü ilə mitinq keçirtdilər.
M.
Qorbaçovun oyuncağına çevrilən Ə. Vəzirov
üçün əsas prioritet məsələ respublika rəhbərliyində
çalışan milli kadrları vəzifədən kənarlaşdırmaq
idi.
Vəzirov əvvəlki dövrləri kəskin tənqid
edir, iqtisadi tənəzzüldən danışırdı. Halbuki onun
özünün hakimiyyətdə olduğu qısa müddətdə
respublikada, demək olar ki, bütün iqtisadi göstəricilərə
görə geriləmə müşahidə olunurdu.
İqtisadiyyatda, xüsusilə də sənaye sahəsində
geriləmənin əsas səbəblərini ekspertlər
respublikalar arasında bağların zəifləməsi və
problemləri həll edə bilməyən respublika rəhbərliyinə
qarşı 1989-cu ilin yayından geniş vüsət alan tətil hərəkatı ilə əlaqələndirirdilər.
Ə. Vəzirov
əsas diqqətini erməni təxribatlarına qarşı
mübarizəyə deyil, milli kadrları əsassız olaraq vəzifədən
kənarlaşdırmaq istiqamətinə yönəltmişdi.
Hətta dərin tarixi köklərə malik
Dağlıq Qarabağ problemini Ə. Vəzirov 70-80-ci illərlə
əlaqələndirirdi. O deyirdi: “Dağlıq
Qarabağ məsələsi deyilən məsələnin
kökləri durğunluq illəri ilə bağlıdır. Bu məsələnin mənbələri və ibrət
dərsləri ətraflı öyrənilməlidir və biz
bu işi mütləq görəcəyik”.
Ona görə də Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi 70-80-ci illər dövrünə münasibət dəyişmiş
və Moskvadan alınmış sifarişə uyğun olaraq
dövrün təftişi başlamışdı. Azərbaycanda
da daxili təbliğat üçün əsas məqsəd
gizlədilərək, bu mövzunu daha çox önə
çəkir, gündəmi dəyişdirməyə
çalışırdılar.
Hansı ki, hələ 1918-ci ildən başlayaraq və
sovet dönəmində də bu problem ermənilər tərəfindən
dəfələrlə yaradılmış və dönəmin
sovet rəhbərlərinə müraciətlər
olunmuşdur.
Ermənilər tərəfindən
qaldırılmış bütün iddiaların Vəzirova qədər
Sovet Azərbaycanına başçılıq etmiş rəhbərlər
tərəfindən ani olaraq qarşısı
alınmışdır. Təsadüfi deyil ki, beynəlxalq
erməni siyasi diasporasının canfəşanlığı
ilə Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Kömitəsinın
(Sovet İttifaqı KP MK )baş katibi M. Qorbaçov tərəfindən
siyasi-psixoloji təzyiqlərə məruz qalan Heydər
Əlıyevin SSRİ rəhbərlıyində
olmadığı andan mənfur erməni millətçiləri
yenidən açıq ərazi iddialarına başladılar.
Ə. Vəzirov
hakimiyyətdə olduğu vaxtda cəryan edən prosesləri
düzgün dərk etmir, sovet hakimiyyətinin gələcəyi
ilə əlaqədar baş verə biləcək hadisələri
təhlil edə bilmirdi. Belə ki, artıq
regiona daxil olan ABŞ üçün milli zəmində
baç verən münaqişələr SSRİ-nin
dağilması üçün əsas prinsiplərdən
biri idi.
Qorbaçov
uçün əsas məqsəd isə dağılan
iqtisadiyyatı yenidən bərpa etmək, hərbi sənaye
kompleksini təkmilləşdirmək, səfalət içində
olan xalqın rifah halını bir qədər yüksəltmək,
neftin dünya bazarlarında qiymətinin yüksəlməsinə
nail olaraq iqtisadi böhrandan çıxmaq, və
dünyadakı öz keçmiş hərbi-siyasi qüdrətini
özünə qaytarmaq əvəzinə siyasi iradəsizlik
göstərirdi. Onun iradi davranışlarda təcrübəsi
olmadığından, şəraiti idarə edə və
özünü yaranmış vəziyyətə
qarşı qoya bilmirdi. Çünki, o
inqilabi qəhrəmanlıq üçün tələb
olunan ilkin psixoloji şərtlərə malik deyillər.
Elə buna görə də sonradan Qorbaçov Yeltsin tərəfindən
ona göstərilən psixoloji təzyiqə tab gətirə
bilmədi.
Ə. Vəzirovda
sanki bu reallıqları görmür və onun
respublikadakı rəhbərliyi dövründə
buraxdığı kobud səhvlər sağlam məntiqlə
izah olunmurdu. Bu da onun xalq arasında hörmətdən
düşməsinə səbəb oldu. Azərbaycan-erməni
münasibətlərinin kəskinləşdiyi, ermənilərin
azərbaycanlılara qarşı cinayətlərinin
artdığı bir vaxtda Ə. Vəzirovun göstərişi
ilə 11 dekabr 1988-ci ildə Ermənistanda baş vermiş zəlzələlər
zamanı 78 nəfər azərbaycanlının məcburi surətdə
ermənilərə köməyə göndərilməsi
faciə ilə nəticələndi. Onların
uçduğu “İL-76” təyyarəsi ermənilər tərəfindən
raketlə vuruldu, nəticədə 77 nəfər həlak
oldu.
Ermənistanda
tarixən azərbaycanlıların yaşadığı və
DQMV ərazisindən 2 dəfə artıq olan, 8 min kvadrat
kilometrlik ərazini əhatə edən 172 kənddəki 200
minə qədər əhalinin vəhşicəsinə
qovulduğu, bu qanlı cinayət zamanı 216 nəfərin, o
cümlədən 57 qadının, 5 südəmər
körpənin, 18 müxtəlif yaşlı uşağın
qətlə yetirildiyi bir vaxtda Sov. İKP MK və
SSRİ Nazirlər Soveti “1988-1995-ci illərdə Azərbaycan
SSR Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi
inkişafını sürətləndirmək tədbirləri
haqqında” qərar qəbul etdi.
12 yanvar
1989-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı
ilə A. Volskinin başçılığı altında
DQMV Xüsusi İdarə Komitəsinin təşkil
olunması ilə Azərbaycan rəhbərliyi vilayətin idarə
olunmasından faktiki kənarlaşdırıldı. Belə bir vaxtda Ə.Vəzirovun göstərişi
ilə ağlasığmaz görünən Azərbaycan-Ermənistan
dostluğu təbliğ olunurdu. Normal və sağlam
insana məntiqli görünməyən, o cümlədən
də əsası olmayan və eyni zamanda da mətləbə
dəxli olmayan onun fərqli fikirlərlə çıxış etməsi
yalnız sadə vətəndaşları deyil, hətta Kremldə
əyləşən o dövrdəki sovet rəhbərlərini
də təşvişə salmağa başladı. Belə ki, 1989-cu ilin ikinci yarısından Ə. Vəzirovun
bir-birinə zidd olan siyasi qərarları Moskvada onsuz da Azərbaycanın
mənafeyinə uyğun olmayan mövqeyin və qüvvələrin
tam qələbəsinə zəmin yaratdı. Bu da SSRİ Ali Sovetinin “DQMV-də vəziyyəti
normal hala salmaq tədbirləri haqqında” (28 noyabr 1989) qərarı
ilə nəticələndi. Bu qərar isə
Ermənistandan öz yaşayış yerini məcburi tərk
etmiş 165 min azərbaycanlını Qarabağda yerləşdirməyə
icazə vermirdi. Artıq bu dövrdən
başlayaraq Dağlıq Qarabağ faktiki olaraq Azərbaycanın
tərkibindən ayrılmışdı. Ona
görə də Ə. Vəzirovun ağlasığmaz və
bir-birinə zidd olan bu hərəkətlərini yalnız onun
psixoloji durumu ilə izah etmək olar. Bunun
yalnız bir izahı var – təfəkkürün məzmunca
pozulması.
Təfəkkürün məzmunca pozulması – yüksək
qiymətli fikirlər və sarışan ideyalar aiddir. Bizi burada əsasən
sarışan hallar daha çox maraqlandırır.
Sarışan
hallar – buraya xəstənin arzusu olmadan yaranan, əlçatmaz
xarakter daşıyan fikirlər, xatirələr, şübhələr,
qorxular, meyillər , hərəkətlər
aiddir. İ. P. Pavlov sarışan halları
“qanundanxaric” davamlı fikirlər kimi müəyyən
etmişdir. Məzmun etibarıilə sarışan fikirlər;
sarışan şübhələr; sarışan qorxular; (məsələn,
Ə. Vəzirov Azərbaycanda baş verən milli azdlıq hərakatını
hansısa mafioz qruplar tərıfindən ona qarşı təşkil
olunmuş bir aksiya kimi qəbul edirdi və bunu rəsmi olaraq
öz çıxışlarında da dəfələrlə
səsləndirirdi - A. M.) sarışan meyillər və s. diferensiya bolluğunu
özündə birləşdirir. Sarışan
şübhələrin əmələ gəlməsində əsas
sinir prosesləri – oyanma və ləngimənin
durğunluğu ilə izah olunur. Belə hallarda
qıcıqlandırıcı proses və mənfi
induksiyanın inkişafı zəifləyir, nəticə
etibarıilə əks şərti əlaqələr ləngiyir
ki, bu da eyni vaxtda iki və ya daha çox rəqabət edən
oyanma mərkəzlərinin yan-yana mövcudluğuna səbəb
olur. Belə fizioloji vəziyyət müəyyən
məsələnin həllində tərəddüd,
şübhələnmə halları törədir (ziddiyyətli
fikirlər və çıxışlar).
Faktlar
göstərir ki, artıq 1989-cu ilin ikinci yarısından
Ə. Vəzirovun
başçılıq etdiyi Azərbaycan KP MK respublikada
baş verən hadisələri nəzarətdə saxlaya
bilmir və bir çox hallarda müşahidəçi rolunda
çıxış edirdi.
Bakıdakı Azadlıq
meydanında yüz minlərlə insan tətil edir və bu
kütləvi tədbirlərdə onlar DQMV-də fəaliyyət
göstərən Xüsusi İdarə Komitəsinin ləğvi,
müstəqilliyi barədə tələblər irəli
sürürdü. Kreml Azərbaycandakı gərginliyi və
1990-cı ilin martında keçirilməsi nəzərdə
tutulan Ali Sovetə seçkilərdə xalq hərakatçılarının
qələbəsinin qarşısını ala bilməyəcəyini
görürdü. Bununla da respublikada dinc yolla hakimiyyət dəyişikliyi
baş verəcəkdi. Bu hal Moskvanı bərk təşvişə
salmışdı. Ona görə də Moskva həmin prosesin
qarşısını almaq üçün Azərbaycandakı
hakımiyyətə əl qoydu. DTK ssenariçiləri
hazırladığı “Aktiv tədbirlər” və
“Dezinformasiya” əməliyyatlarını həyata keçirməyə
başladılar...
Bu “əməliyyatlar” nəticəsində 20
yanvar faciəsinə qədər respublikanın bir sıra
bölgələrində qarşıdurmalar təşkil
olunurdu.
1989-cu
il dekabrın 28-dən 29-na keçən gecə Cəlilabad
rayonunda, 1990-cı il yanvarın 11-də isə Lənkəranda
bu “əməliyyatın” tərkib hissəsi kimi yerli hakimiyyət
orqanlarının rəsmi binalarına hücumlar təşkil
edildi və bir çox hərəkatçılar özləri
də bilmədən bu təxribatların
iştırakçıları oldular.
Elə həmin “əməliyyatlar” nəticəsində
Bakıda erməni talanları təşkil edildi.
Artıq yanvarın 18-i gündüz saat 12:00-da
Ə. Vəzirov vəzifədən kənarlaşdırılmışdı,
lakin nədənsə xalqa bu barədə heç bir xəbər
verilmirdi. Gizli saxlanmışdı. Faciə ərəfəsi
isə “Alfa” qrupunun üzvləri Azərbaycan Teleradio
Verilişləri Komitəsinin enerji blokunu partladaraq xalqa hər
hansı məlumat verilməsinin qarşısını
aldılar.
Yanvarın 19-dan 20-nə keçən
gecə isə qatil ordu bir neçə istiqamətdə
Bakıya girərək əliyalın, ürəkləri vətən
sevgisi ilə döyünən əhaliyə qarşı
ağlasığmaz vəhşilik etdi, qan tökdü. Deputat
istintaq komissiyasının məlumatına görə, yanvar
faciəsində 130 nəfər şəhid olmuş, 700
nəfər yaralanmışdı. Hətta fövqəladə
vəziyyət elan edilmədən Neftçala və Lənkərana
qoşun yeridilmiş, nəticədə Neftçalada 2, Lənkəranda
6 nəfər şəhid olmuşdu.
Yanvarın 22-də Azərbaycan SSR Ali Soveti
Bakıda fövqəladə vəziyyətin tətbiqini
qeyri-qanuni hesab edərək onu ləğv etməsinə
baxmayaraq, Azərbaycan KP MK Bürosu fövqəladə vəziyyəti
zəruri saymışdı.
20 yanvar faciəsindən
sonra Ə. Vəzirov Moskvaya aparıldı.
Adıgözəl Mamedov, Politoloq
Azad Azərbaycan.-
2019.- 24 sentyabr.- S.2