Nizami Gəncəvi
farsca yazan Azərbaycan
şairidir
Hər baxımdan
sübut olunub ki, Nizami Gəncəvi
türk mənşəli
şairdir. O, Gəncədə
doğulub və tam türk olub. O, öz övladı haqqında yazır: İlahi, sən bu türk oğlu
türkü qoru. Axı, hansı ata türk olmadan öz övladına türk oğlu türk deyə müraciət edər, onu türk adlandırar?!
Bunu
milletinsesi.info-a açıqlamasında şərqşünas alim,
akademik, millət vəkili Gövhər Baxşəliyeva dahi Azərbaycan şairi Nizami Gəncəvinin milliyyəti məsələsi
ətrafında yenidən
açılan müzakirələrə,
onun bəzi mənbələr tərəfindən
fars şairi adlandırılmasına münasibət
bildirərkən deyib.
G. Baxşəliyeva qeyd edib ki, Nizaminin
üslubu fars
dilində səpki-Azərbaycani
adlanır.
Yəni, fars dilli şeirdə məhz Azərbaycan üslubudur. Məhz azərbaycanlı şairlər
o üslubda yazırdı
və o üslub klassik fars
şairlərinin üslubundan
xeyli dərəcədə
fərqlənirdi. Bu, Nizaminin türk olmasına ikinci çox tutarlı dəlildir. Üçüncüsü, məsələn, rus poeziyasının Allahı adlandırılan
Puşkinin ulu babası Efiopiyadan (Həbəşistandan) olub.
O zaman Puşkini efiop, həbəş şairi adlandırmaq olarmı?
Puşkin Rusiyada yaşayıb, rus dilində yazıb, rus və Rusiya reallığını əks
etdirib bütün yaradıcılığında. Nizami də
bütün əsərlərində,
yaradıcılığında o vaxtkı Gəncənin, Azərbaycanın mənzərəsini
yaradıb.
İndi ona necə fars şairi demək olar? Yaxud, Nizami, tutalım, ərəb mənbələrindən istifadə
edibsə, konkret olaraq, Leyli və Məcnunu ərəb mənbələrinə
istinadən yazıbsa,
indi onu ərəb şairi hesab edək? Bu, heç cür düzgün olmazdı, -
deyən şərqşünas
alim qeyd edib ki, Nizami
ona görə farsca yazıb ki, o zamanlar Aralıq dənizindən
ta Hindistanacan (Mərkəzi
Asiya da daxil olmaqla) bütün region fars dilində
yazıb-oxuyurdu.
Cəbanı farsi
xeyli şirin.
Yəni,
fars dili
məhz şeirə daha uyğun gəlirdi, farsca yazmaq bir növ
ənənə idi. Təkcə Nizami deyil, digər
dahilər, məsələn,
Cəlaləddin Rumi də
farsca yazırdı.
Onlarca, yüzlərcə
digər şair öz əsərlərini
farsca qələmə
alırdı. Hətta XVIII əsrdə də elə şairlər olub ki, onlar farsca
yazıblar öz şeirlərini. Baxmayaraq
ki, türk dili tam formalaşmışdı,
tam inkişaf etmişdi,
sadəcə, həmin
o fars dili,
gözəl şeir farsca yazılar ənənəsindən istifadə
edərək, farsca yazırdılar. Saib Təbrizi var,
bizim təbrizli şair.
O, Hindistanda farsdilli ədəbiyyatın ən
görkəmli nümayəndəsi
hesab olunur. Əmir Xosrov Dəhləvi Hindistan şairidir. Tam farsca Xəmsə
yazıb. Nizaminin əsərlərinə,
Xəmsəsinə elə
bil ki, nəzirə
yazıb və sairə.
Belə
olan təqdirdə, indi durub demək
ki, Nizami fars şairi
olub, xeyr, tam yalandır, o, sadəcə,
farsdilli şeirin nümayəndəsidir. Onu,
belə demək mümkünsə, Azərbaycan,
türk mənşəli
farsdilli şair adlandırmaq olar, - deyə G.Baxşəliyeva
əlavə edib.
Nizaminin
fars şairi
kimi təqdim edilməsinin haradan qaynaqlanmasına gəlincə,
G.Baxşəliyeva bunları
bildirib:
Bir neçə
il öncə Misirə getmişdim, gördüm ki, oradakı tədqiqatçı
alim Nizami Gəncəvi haqqında yazaraq, onu fars
mədəni irsinin nümayəndəsi adlandırıb.
Onun Nizami haqqında istifadə etdiklərinin
99,9 faizi də məhz farsca yazılmış tədqiqat əsərlərindən
idi. Yəni, Nizami haqqında
yazarkən, Azərbaycan
müəlliflərinə, yaxud türk müəlliflərinə ya
nadir hallarda istinad olunur, ya da heç
olunmur.
Yaxud, Nizami haqqında əsərdə,
məsələn, Yevgeni
Bertelsin kitabının
adı çəkilir,
amma müəllif heç Bertelsin kitabının üzünü
belə açmayıb. Yaxud, adam Aqafangel
Krımskinin kitabını
üzünü belə
açmayıb, oxumayıb
ki, nə var, nə yox.
Ona görə də yalnız fars
dilində yazılan mənbələrdən istifadə
edərək, Nizamini fars şairi adlandırırlar. Bizim də bu cür
yalanların, yanlışların
qarşısını almaq
üçün vəzifəmiz
yazmaq, təbliğ etməkdir ki, ay camaat, Nizami farsca yazan Azərbaycan
şairidir, fars
şairi deyil. O,
əsl türk, Azərbaycan mənşəli
şairdir.
Gövhər
Baxşəliyeva
Azad Azərbaycan.-
2019.- 4 yanvar.- S.-3.