Mir Cəlal
Paşayevin “ Bir gəncin manifesti” kitabı işiq üzü
görüb
"Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş
Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi,
Azərbaycan Yazıçılar
Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, Lenin komsomolu
mükafatının fəxri
laureatı, görkəmli
ədəbiyyatşünas-alim, yazıçı Mir Cəlal Paşayevin "Bir gəncin manifesti” romanı 264 səhifə həcmində,
100 tirajla işıq üzü görüb.
Professor Mir
Cəlal Paşayevin yaradıcılığının zirvəsi sayılan "Bir gəncin manifesti” romanı 1938-ci ildə yazılıb. Əsər Postsovet dövründə Respublika
Fəxri Komsomolu Mükafatına layiq görülüb və dəfələrlə çap
olunub. Qeyd edək ki, Azərbaycan Respublikasının
Prezidenti Zati-aliləri
cənab İlham Əliyevin 12 yanvar
2004-cü il tarixli
"Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında”
sərəncamına əsasən,
"Müasir Azərbaycan
ədəbiyyatı” seriyasından
görkəmli Azərbaycan
yazıçısı Mir
Cəlal Paşayevin
"Seçilmiş əsərləri”
2005-ci ildə "Şərq-Qərb”
Nəşriyyat Evi tərəfindən kütləvi
tirajla (25000) çap olunmuş və ölkə kitabxanalarına
hədiyyə olunmuşdu
Azad Azərbaycan.-
2019.- 11 yanvar.- S.5.