Nəsimiyə həsr olunmuş
çox gözəl əsərlərimiz var
Firəngiz Əlizadə: «Kiməsə
mahnı bəstələməkdə
qadağa qoymaq səlahiyyətimiz yoxdur»
“Kimlər bu
mahnını Nəsimiyə
uyğun görürlərsə
və televiziya kanalları da göstərirlərsə, öz
işləridir, mən
bu mahnını qəbul etmirəm”. Bu sözləri açıqlamasında Azərbaycan
Bəstəkarlar İttifaqının
sədri Firəngiz Əlizadə deyib.Onun sözlərinə görə,
bunu Nəsimiyə rəva görmək düzgün deyil: “Bunlar Nəsimini belə başa düşürlər. Özü
də hansı sözlərinə müraciət
ediblər! Nəsiminin
ən zirvə sözləri sayılan “Məndə sığar iki cahan” qəzəlini
göbək rəqsi mahnısında istifadə
ediblər. Onlar bunu Nəsimiyə necə rəva görürlər!”
Kiməsə mahnı bəstələməkdə
qadağa qoymaq ixtiyarlarının olmadığını
söyləyən Firəngiz
xanım Prezident İlham Əliyevin 2019-cu ilin “Nəsimi ili” elan olunması
ilə bağlı verdiyi Sərəncamdan sonra Bəstəkarlar İttifaqında həyata
keçirilən işlərdən
də danışıb:
“Bizim Nəsimiyə həsr olunmuş çox gözəl əsərlərimiz var. Fikrət Əmirov, Əfrasiyab Bədəlbəyli,
Cahangir Cahangirov kimi sənətkarlarımızdan
tutmuş bu günə qədər xeyli bəstəkarımız
Nəsimiylə bağlı
əsər yazıb. Biz onların siyahısını tutmuşuq.
Bundan başqa gənc bəstəkarlarla
da yeni layihə
üzərində işləyirik.
Onlara Nəsimiylə bağlı əsər yaradılması üçün
sifariş vermişik.
Yəni biz Prezidentin sərəncamına
çox ciddi yanaşırıq. Amma kimsə Nəsimiyə belə mahnı həsr edirsə, bu, onun öz
işidir. Mən şəxsən belə mahnını Nəsimiyə
heç yaraşdırmadım”.Bəstəkarlar İttifaqının
sədri məlum mahnıda hind musiqisindən istifadə olunmasını da pisləyib: “Mənə dedilər ki, mahnının musiqisi hansısa hind filmindən götürülüb.
Necə ki, başqa şairlərimiz mənimsənilib, sabah hindlilər deyərlər
ki, Nəsimi sizin şair deyil, bizimdir. Sərəncam düzgün
həyata keçirilməlidir,
daha bu cür
bəsit səviyyədə
yox”.
Hacı
Tofiq
Azad Azərbaycan.-
2019.- 26 yanvar.- S.7.