“Tarixə
və ənənəyə
toxunuş”
Azərbaycan
Xalça Muzeyinin növbəti beynəlxalq layihəsi “Tarixə
və ənənəyə toxunuş” ekspozisiyası görmə
qabiliyyəti məhdud olan insanlar üçün nəzərdə
tutulub. Təqdim olunan sərgi Azərbaycanda bu sahədə ilk sosial layihədir.
Kult.az xəbər verir ki, 2019-cu ilin fevral ayı ərzində Azərbaycan
Respublikasının Mədəniyyət
Nazirliyi, Azərbaycan Xalça Muzeyi və “Azersun Holding” şirkətlər qrupunun
təşkilatçılığı ilə “Tarixə və ənənəyə
toxunuş” Azərbaycan-Türkiyə
birgə sərgi layihəsini təqdim olunur. Bu layihə ASAN Radio,
ASAN Könüllülük Məktəbi və
“British Council”un dəstəyi ilə keçiriləcək.
Əsasını Türkiyənin GEA Arama Kurtarma Ekoloji ve İnsani Yardım ictimai təşkilatının səyyar
sərgisi təşkil
edir. Bu sərgi Türkiyə və digər ölkələrdə
uğurla nümayiş
etdirilib.
Ekspozisiyanın əsasını 15 əşya
təşkil edir. Bura dünya muzeylərinin məşhur eksponatlarının
surətləri: gips miniatürlər, qədim
yunan alimləri və mifik qəhrəmanların
kiçik büstləri
daxildir. Azərbaycan Xalça Muzeyi
öz növbəsində
sözügedən layihəni
“Ənənəvi texnologiya”
şöbəsinin toxucuları
tərəfindən xüsusi
olaraq bu sərgi üçün hazırladıqları xalça
nümunələri ilə
tamamlayacaqdır. Onlar
arasında xovlu xalçalarla yanaşı,
xovsuz xalçaların
palas, kilim, şəddə, zili və s. kimi növlərini görmək
mümkündür. Hər bir
xalça növünün
toxunuş müxtəlifliyini
görmə qabiliyyəti
məhdud olan insanlar taktil (toxunma) üsulla duya biləcəklər.
Bundan əlavə, bütün eksponatlara xüsusi audioyazı və Brayl əlifbası ilə yazılmış materiallar əlavə olunacaqdır. Həmin audioyazı
və materiallar Azərbaycan və ingilis dillərində təqdim ediləcək.
Sərgi çərçivəsində görmə qabiliyyəti məhdud olan insanlar üçün xovlu və xovsuz
xalçaların toxunması
və makrame üzrə ustad dərsləri təşkil
olunacaq.
Sözügedən layihə ölkəmizdə
bu istiqamətdə reallaşacaq pilot layihədir. Yaxın aylar
ərzində eksponatların
bu metodla nümayişi Azərbaycan
Xalça Muzeyinin sərgi fəaliyyətində
geniş şəkildə
tətbiq olunacaq.
Azad Azərbaycan.-
2019.- 29 yanvar.- S.7