Gülnar Səma “Sözümüz
sözdür”
Gülnar Səmanın
“Sözümüz sözdür”
adlı publisistik məqalələrdən ibarət
kitabı işıq üzü görüb. Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu
Elmi Şurasının
17 dekabr 2018-ci il 15 saylı qərarı ilə nəşr edilən kitabının elmi redaktoru filologiya elmləri doktoru, professor Asif Rüstəmli, rəyçisi filologiya elmləri doktoru Elçin Mehrəliyevdir.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi olan Gülnar Səmanın bu kitabında Elçin Əfəndiyev,
Vilayət Quliyev, Aqil Abbas, Tahir
Talıblı, Rəşad
Məcid, İbrahim İlyaslı, Akif Səməd, Elşən Əzim, Saqif Qaratorpaq, İnci Okumuş və s. müəlliflərin kitabları haqqında
məqalələrlə birgə,
M.Müşfiq, N.Həsənzadə,
F.Qoca, Z.Yaqub, M.Aslan, Y.Nəğməkar,
M.İlqar, E.Zal, E.İsgəndərzadə, K.Qədim,
B.Vüsal, M.Ələkbərli,
B.Sadiq, Ə.Xələfli
kimi şairlərin poemaları haqqında məqalələr toplanmışdır.
Gənc yazarlardan Pərvinin,
Arzu Hüseynin, Nuranə Nurun, Emin Pirinin, Elməddin
Nicatın, Faiq Hüseynbəylinin, Ramil Əhmədin, “Ruslan Dostəlinin, Elşad Ərşadoğlunun, Hafiz
Hacxalılın, Şəfa
Vəlinin, Şahanə
Müşfiqin kitablarına
həsr edilmiş məqalələrin yer aldığı toplu “Elm və təhsil”
nəşriyyatında çap olunmuşdur. Kitabda həmçinin H.Cavid, A.Əmrahoğlu, Ə.İslam, F.Mehdiyeva, M.İsmayıl, V.Yusiflı,
İ.Cavadoğlu, V.Məmmədli
kimi müəlliflərin
həyat və yaradıcılıqlarına aid
məqalələr də
əks olunmuşdur. Kitabın üz qabığının fotoqrafı
Nofəl Ümiddir.
Azad Azərbaycan.-
2019.- 29 yanvar.- S.7.