Azərbaycan diasporu hiyləgər erməni lobbisini üstələməyi
bacarmalıdır
Diaspor amili dövlətçiliyimizin
inkişafı və Azərbaycanın dünyadakı
nüfuzunun artması
yönündə mühüm
əhəmiyyətə malikdir
Azərbaycan diasporu artıq təşkilatlanma mərhələsini
arxada qoyub desək, yanılmarıq. Belə ki,
indi dünyanın müxtəlif ölkələrində
sayı 400-ü keçən
diaspor təşkilatlarının
keyfiyyət baxımından
daha da güclənməsinə,
daha mütəşəkkil
qüvvəyə çevrilməsinə
ehtiyac var. Diaspor təşkilatlarının mütəşəkkil fəaliyyəti
öz növbəsində
dünya azərbaycanlılarının
həmrəyliyinə töhfədir.
Qloballaşan dünyada xaricdə
yaşayan soydaşlarımızın
təşkilatlanması ilk növbədə onların
hüquq və azadlıqlarının müdafiəsi,
Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə
çatdırılması baxımdan önəmlidir.
Təbii ki, müasir
dövrün tələblərinə
uyğun olaraq qarşıda duran ən vacib məsələ həmtəvətənlərimizin
tarixi vətənlə
əlaqələrini gücləndirməkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin
sədri Fuad Muradov da bu fikirdədir. O açıqlamasında
bildirib ki, xaricdə yaşayan soydaşlarımızın birlik və həmrəyliyi vacib şərtdir. Ancaq komitə sədri
təəssüflə qeyd
edib ki, bəzən bunun əksinin şahidi oluruq. Bəzi ölkələrdə Azərbaycan diaspor təşkilatları arasında
fikir ayrılığı
mövcud olur.
F.Muradov
vurğulayıb ki, diaspor təşkilatlarının
fəaliyyəti hansısa
şəxslərə bağlı
olmur, bu, bir icma işidir,
könüllülük, vətənə
sevgi məsələsidir:
«Bəzən olur ki, kimlərsə, nə vaxtsa hansısa bir məsələyə görə
bir-birindən küsür.
Mən Ukraynanı misal gətirirəm.
Biz gələndə gördük ki, orada işlər pis məcraya daxil olur. Bir az vaxt sərf etdik və bu
istiqamətdə müsbət
nəticə əldə
etdik. Bu gün
o təşkilatlar birgə
fəaliyyət göstərir.
Biz demirik ki,
mütləq birgə
fəaliyyət göstərin,
ancaq düşmənçilik
də etməyin».
Komitə
sədri xatırladıb
ki, bizim ümumi düşmənimiz
bəllidir: «Dağlıq
Qarabağ məsələsi
var, torpaqlarımız
Ermənistan tərəfindən
işğal olunub. Ona görə də biz düşmənə heç
bir şans verməməliyik ki, Azərbaycan diasporu haqqında mənfi fikirlər səsləndirsin.
Hamımız ölkəmizin milli
maraqlarına xidmət
etməliyik. Biz onlara da bildiririk ki, birlik olan
yerdə dövlət
sizin yanınızdadır
və sizə daha böyük dəstək göstərək.
Mən buradan hamıya çağırış edirəm
ki, müsbət istiqamətdə fəaliyyət
göstərək».
Xatırladaq ki, bu gün
işğalçı Ermənistanın
dövlət kimi ayaqda qalması məhz onların diaspor və lobbi təşkilatlarının
sayəsində mümkünləşir. Hələ də
erməni diasporu Ermənistana həm siyasi, həm də iqtisadi dəstəyi təmin etməklə vacib işi görməkdə davam edir.
Ermənistanda deyirlər ki, diaspora hakimiyyət üçün
həmişə milli
xərac ödəyən,
amma dövlət qərarlarının həllinə
yaxın buraxılmayan
«süd verən inək» olub. Diaspora bu gün də
vəsait ödəyir,
amma inkişafa sərmayə qoymaqla deyil, daha çox
ianələr şəklində.
Diasporanın Ermənistana
etdiyi yatırımların
dəqiq rəqəmlərini
heç kim
bilmir. Amma heç kim
də gizlətmir ki, Ermənistan və Qarabağ məhz diaspora sayəsində
ayaqda qala və stabilliyini qoruya bilir.
Vaxtilə “milli xərac ideyası tətbiq edilmişdi, bu zaman hər bir ermənidən kiçik məbləğdə
pul ödəmək tələb olunurdu, sonda da həmin məbləğ ümummilli
maraqlara xidmət etməli idi. Amma ideyanı reallaşdırmaq
alınmadı və
xeyriyyəçilik yenə
də imkanlı ermənilər və erməni təşkilatlarının
öhdəsinə düşdü.
Diasporanın kapitalının biznesə
sərmayə qoymaq üçün cəlb edilməsi barədə də çox danışıldı. Ermənistana Amerika-erməni kapitalının
cəlb edilməsi işinə hətta
ABŞ-ın Ermənistandakı səfirlərini qoşmağa
çalışırdılar. Ancaq onların hamısı etiraf edirdi ki,
amerikalı ermənilər
Ermənistan hakimiyyətinə
o qədər də etibar etmir və
onun korrupsiyaya bulaşmasından şübhələnirlər.
Axı diasporanı inadla siyasi institutlara yaxın buraxmırlar, halbuki onların köməyilə nəzarəti
həyata keçirmək
olardı.
Ermənistanın sərmayə göstəriciləri
dünyada ən aşağı göstəricilərdən
biridir. Diaspora sərmayə
qoymaq və nəzarət etmək istəyir, amma hələlik onun belə mexanizmləri yoxdur.
İmkanlı ermənilərin kapitallarını
doğrudan da hərdən
Ermənistanın dövlət
büdcəsi ilə müqayisə etmək olar. Amma bu kapitalları
Ermənistana cəlb etmək üçün hakimiyyət şəffaf dövlət qurumları yaratmalı və ənənəvi sahələrdə
monopoliyadan məhrum olmalı olacaq. Ola bilsin bunu
milli şəbəkə
qurumunun yaradılmasının
köməyilə etmək
mümkün olacaq.
Təbii
ki, bütün bunların reallaşması
mümkünsüzdür. Çünki erməni hakimiyyəti
diasporaya əsas şəxsi gəlir mənbəyi kimi baxırlar.
Bəzi ekspertlər hesab edir ki, xaricdə
yaşayan imkanlı soydaşlarımız da diaspor
və lobbiçilik işinə ciddi dəstək verməlidirlər. Onların bir
çoxları maddi və nüfuz baxımından erməni diasporunun fəal üzvlərindən heç
də geri qalmırlar.
Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin
(ATXƏM) sədri İlham
İsmayılov da bu qənaətdədir. O hesab edir ki,
xaricdə yaşayan imkanlı soydaşlarımızın
diaspor və lobbiçilik işinə
cəlb olunması çox vacibdir. Onun sözlərinə görə,
diaspor və lobbiçilik işi elə bir sahədir
ki, bu məsələdə
böyük maliyyə
qaynaqlarının olması
əsas şərtdir:
«Ölkə xaricində
yaşayan istənilən
imkanlı soydaşımızın
diaspor və lobbiçilik işinə
cəlb olunması olduqca vacibdir. Torpaqlarımızın erməni işğalı
altında olduğunu və Dağlıq Qarabağ həqiqətlərinin
təbliğ olunmasında
diasporumuzun hansı işləri görə biləcəyinə nəzər
salsaq görərik ki, bu məsələdə
biz həm də koordinasiya olunmuş şəkildə
hərəkət etməliyik. Bakıda keçirilən Dünya Azərbaycanlılarının
dördüncü qurultayında
prezident İlham Əliyev də bu məsələlərə
xüsusi olaraq toxundu və diasporumuz üçün
əsl hədəfləri
göstərdi. İstənilən
halda hansısa bir ölkədə diaspor təşkilatı yaranırsa buna ancaq sevinmək lazımdır. Sadəcə bir qədər
zaman lazımdır ki, biz yaranan
həmin təşkilatların
kimlərə və nəyə xidmət etdiklərini də görə bilək. Əgər bir təşkilat milli maraqlarımıza xidmət
etməyəcəksə onun
uzun müddət yaşaması da sual altında olacaq. Hesab edirəm ki, istənilən halda diaspor təşkilatlarımız
Azərbaycanın iç
siyasətinə qarışmaqdansa,
Azərbaycan xalqının
maraqlarını yaşadıqları
ölkələrdə daha
yaxşı bir şəkildə təmsil
etməlidirlər. Və
biz artıq diaspor təşkilatlarımızın
parçalanmasından yox,
onların birliyindən
danışmalıyıq. Çünki
qarşımızda təşkilatlanmış
və olduqca hiyləgər erməni lobbisi və diasporu durur».
Təbii
ki, bu gün
Azərbaycanı kənarda
layiqincə tanıtmaq
diaspor təşkilatlarımızın
çiyninə düşən
əsas vəzifədir.
Burada istəkdən başqa heç bir problem olmamalıdır.
Çünki yaşadıqları
ölkələrin əksəriyyətində
buna nümunə üçün kifayət
qədər təcrübələr
var.
Diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsi
bir tərəfdən
soydaşlarımızın milli mənsubiyyətlərini
və dəyərlərini
qoruması deməkdirsə,
başqa tərəfdən
Azərbaycanı daha güclü təbliğ etmələri, fəaliyyət
göstərdikləri ölkənin
Azərbaycanla əlaqələrinin inkişafına
önəmli töhfə
vermələri, həmin
ölkələrin ictimai-siyasi
həyatında aktiv rol oynamaları, Azərbaycan üçün
yeni-yeni dostlar qazanmaları, güclü
Azərbaycan lobbisi deməkdir. Bu işdə isə birlik və həmrəylik başlıca
vəzifə olmalıdır.
Cavanşir QƏDİMO
Azad Azərbaycan.-
2020.- 30 aprel.- S.5.