Heydər Əliyev -
dahi şəxsiyyət
və qayğıkeş
rəhbər
“Vətənpərvərlik
ruhu hər bir insanın qəlbində yaşamalıdır.
Əgər vətənpərvərlik
hissiyyatı olmasa, o, ölkəsinin vətəndaşı
ola bilməz”.
Heydər ƏLİYEV, Azərbaycan xalqının
ümummilli lideri
Tarixi şəxsiyyətlərin
zəngin, şərəfli
və mənalı ömür yolu bütöv bir millətin, dövlətin
salnaməsinin məhvəridir.
Həyatının mənasını yalnız xalqına təmənnasız xidmətdə
görən Ümummilli
lider Heydər Əliyev də bu müqəddəs amal uğrunda ən çətin maneələrə mərdliklə
sinə gərən millət fədaisi kimi daim böyük
ehtiramla, rəğbətlə
anılır.
Ulu Öndərin
mənalı və şərəfli ömür
yolunun hər bir parlaq səhifəsi
xalqımızın yaxın
tarixi ilə ayrılmaz vəhdət təşkil edir. Dünya tarixşünaslıq elmi
Heydər Əliyev şəxsiyyətini öyrəndikcə,
əslində, müstəqil
Azərbaycan dövlətinin
keçmişini, bu gününü, gələcəyini,
eləcə də milli dövlət quruculuğunu, Azərbaycanın
beynəlxalq nüfuzunun
möhkəmləndirilməsi əzmkarlığını, mədəniyyətimizi
öyrənir.
Mayın 10-u müstəqil Azərbaycan
Respublikasının memarı
və banisi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü tamam olur. Bu günü
xalqımız, eyni zamanda, dahi şəxsiyyəti
tanıyanların hamısı
böyük hörmətlə
qeyd edir. Bu həm də
Azərbaycanın müstəqilliyinə,
Heydər Əliyevin bizə miras buraxdığı dövlətçilik
ənənələrinə hörmət əlamətidir.
Həmin gün Ulu Öndəri Fəxri xiyabanda ziyarət edən insan axını, onun dövlətimiz qarşısındakı əvəzsiz
xidmətlərinin Azərbaycan
xalqı tərəfindən
nə qədər yüksək qiymətləndirildiyinin
göstəricisidir. Müasir
Azərbaycanın həyatında
elə bir sahə yoxdur ki, onun inkişafında
Heydər Əliyevin imzası və əməyi olmasın.
Ümummilli Liderin
şanlı vətənpərvərlik
və peşəkarlıq
irsini fəxrlə davam etdirən Azərbaycan təhlükəsizlik
orqanlarının əməkdaşları
da Heydər Əliyev məktəbinin layiqli davamçılarıdır.
Artıq 23 ildir ki, mart ayının
28-i Azərbaycan təhlükəsizlik
orqanları işçilərinin
peşə bayramı
günü kimi qeyd edilir. Bu
bayramın təsis edilməsi, bütövlükdə
təhlükəsizlik orqanlarında
baş vermiş bütün müsbət dəyişikliklər görkəmli
dövlət xadimi Heydər Əliyevin adı ilə sıx bağlıdır.
“Heydər Əliyev
yoldaşın Azərbaycan
SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin
sədri təyin edilməsi haqqında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fərmanı:
Heydər Əlirza oğlu Əliyev yoldaş Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin
sədri təyin edilsin. Bakı şəhəri, 21 iyun
1967-ci il”.
Heydər Əliyevin Dövlət
Təhlükəsizlik Komitəsinə
sədr təyin edilməsilə xalqımızın
milli mənafelərinin
qorunması istiqamətində
çox işlər görüldü. Ötən
əsrin 60-cı illərindən
başlayaraq, Heydər
Əliyevin təşəbbüsü
ilə təhlükəsizlik
orqanları sistemində
kadrların seçilib
yerləşdirilməsi işində
əsas üstünlük
azərbaycanlılara verilirdi
ki, nəticədə
bu, həmin orqanın tərkibinin keyfiyyətcə milliləşdirilməsində
əhəmiyyətli rol
oynadı. Ulu Öndər bununla bağlı deyirdi: “Azərbaycanda təhlükəsizlik
təşkilatının milliləşdirilməsi
prosesi bizim əldə etdiyimiz ən böyük nailiyyət idi. Təşkilat milliləşdikcə
onun fəaliyyətinin
istiqamətini də Azərbaycanın milli mənafelərinə daha çox uyğun aparmaq mümkün olurdu”.
1969-cu ilin iyulunda Azərbaycan Respublikasının rəhbərliyinə
irəli çəkilən
Heydər Əliyev yalnız DTK-nın sədri kimi geniş informasiyaya malik deyildi, böyük bir rəhbər dünyagörüşünə,
yüksək intellektə,
sarsılmaz qətiyyətə
və iradəyə, ölkənin bütün
sahələrini inkişaf
etdirə biləcək
əsaslı tərəqqi
proqramına malik olan bir şəxsiyyət
idi.
Ulu Öndərlə təhlükəsizlik orqanlarında
uzun müddət çiyin-çiyinə çalışan
veteranlar dünya şöhrətli siyasi xadim haqqında xatirələrini daim qürur və dərin ehtiramla bölüşürlər. İstefada
olan polkovnik-leytenant 95
yaşlı Bəxtiyar
Süleymanlı da Heydər Əliyev məktəbinin yetirmələrindəndir. O, yaxşı xatırlayır: “Heydər Əliyev kimi böyük bir şəxsiyyətin fəaliyyəti, onun dövlət başçısı
kimi qeyri-adi idarəetmə məharəti,
müqayisə olunmaz dərəcədə sinədəftər
natiqliyi və digər ali dəyərləri barədə
dövri mətbuatda çox yazılıb.
Heç şübhə
yoxdur ki, belə bir nadir
istedad sahibinin həyat və fəaliyyəti tarixçi
alimlərimiz, elm adamları, qurub-yaratmaq arzusunda olan bütün insanlar üçün uzun illər tədqiqat obyekti, gələcək nəsil üçün örnək olacaq. Bu orqanda Ulu
Öndərin rəhbərliyi
ilə çalışmaq
mənə də nəsib olub. O, təhlükəsizlik orqanı işçilərinə
çox etibar edirdi, onlara özü qədər inanırdı. Bax, bu inama, etibara
görə biz bütün qüvvəmizi
səfərbər edib,
tapşırılan işi
yüksək peşəkarlıqla
yerinə yetirməyə
çalışırdıq. Dahi şəxsiyyətin bizə verdiyi tövsiyələr, məsləhətlər,
xidmətini təhlükəsizlik
orqanlarında davam etdirən əməkdaşlar
üçün həmişə
ibrət dərsi və böyük məktəb olmuşdur. Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində
çalışan əməkdaşlar
da bu məktəbdən
bəhrələnirlər. Mən Heydər Əliyev peşəkarlıq
məktəbini keçməyimdən
qürur duyuram və özümü daim bu orqanın
sıralarında hiss edirəm”.
Təqaüddə olan polkovnik Azər Qarayev bildirir ki, “Ulu
Öndər Heydər
Əliyevin məktəbini
keçən təhlükəsizlik
orqanının hər
bir əməkdaşı
özünü xoşbəxt
saymalıdır. 1970-ci illəri
xatırlamaq istərdim...Ulu Öndər respublikaya ilk dəfə rəhbərlik
etdiyi dövrdə mən Gəncə şəhərində əməliyyat
müvəkkili işləyirdim.
Həmin
vaxtlar Heydər Əliyev tez-tez rayonlara gedərdi, regionlarda kənd təsərrüfatı işlərinin
gedişatı ilə
maraqlanırdı, pambıq
və üzüm tarlalarını addım-addım
gəzir, kolxozçularla
və üzümçülərlə
görüşür, onların
problemləri ilə maraqlanırdı. Onun kənd adamları ilə söhbəti və ünsiyyəti biz gəncləri heyran edirdi. Sadəliyi, insanların qayğısına
qalmaq, çevik qərar qəbul etmək bacarıqları bir həyat dərsi idi. Bu dahi insan
yorulmaq nə olduğunu bilməzdi, bütün günü qızmar günəş altında tarlaları gəzib, axşam isə bir neçə
rayonun partiya və təsərrüfat
işçilərini yığıb
müşavirə keçirirdi.
Mövcud nöqsanları
aradan qaldırmaq üçün qiymətli
tövsiyələrini verərdi.
Qeyd etmək istərdim
ki, bu səfərlərdə
Ulu Öndəri o vaxt Moskva Dövlət
Beynəlxalq Münasibətlər
İnstitutunun tələbəsi
olan və yay tətilinə istirahətə gələn,
möhtərəm Prezidentimiz
cənab İlham Əliyev də müşayiət edərdi”.
Bəli, bu
gün regionun lider dövləti olan Azərbaycan Respublikası sabaha hər zaman böyük ümidlə və inamla addımlayır. Bu sarsılmaz ümidi, inamı xalqımızda ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev yaradır. Dövlətimizin
başçısı demişdir:
“Qarşıda duran bütün vəzifələri
yerinə yetirmək üçün Heydər
Əliyevin siyasəti
davam etdirilməlidir. Bu siyasət bu gün də
Azərbaycana lazımdır,
sabah da lazım olacaqdır”.
S.İBRAHİM
Azad Azərbaycan.-
2020.- 30 aprel.- S.2.