Şəhidin məkanı, yurdu, diyarı
VƏTƏNdir
Epiqraf və ya kiçik açıqlama..
İki bənna xərəklə
addımlayır. Yoldan keçən biri hər ikisinə eyni
sualı verir:
Nə
iş görürsünüz?
Birincisi
cavab verir:
-
Görmürsənmi, daş daşıyıram!
İkinci
isə cavab verir:
ŞARTR
kilsəsini ucaldıram!!!
İnsanın
həyata və ölümə baxışları da belədir,
bu kiçik XII əsr fransız rəvayətində
olduğu kimi... Kimiləri öz qısa ömürləri ilə
tarixə imza atacaq əməli ilə yadda qalır, ölümü
ucaldır, ŞƏHİD olur, kimiləri isə uzun uzadı
daş daşımaqla, sadəcə ölür...
Bizim bu həyata
baxışımız da bir dəyərdir, ŞƏHİD
ömürlərini qələmə almaq....
Şəhidlik
məqamı, ölməz şəhidlər haqqında
çox yazılıb... Yazmalıyıq da... Şəhidlik
zirvəsinə yüksələnlərin qəhrəmanlığı
bir anda yaranmır çünki, onlar anadan qəhrəman və
igid doğulsalar da, öz xarakterləri, tərbiyələri,
mənəviyyatları ilə bu keyfiyyətə sahib olurlar...
Yazmalıyıq onlar haqqında, ən azından zaman-zaman
onları tanımaq, tanıtmaq üçün araşdırmalı,
doğmalarını dinləməli, özlərindən sonra
sadəcə sözləri, şəkilləri, əməlləri
yadigar qalan ŞƏHİDlərə övlad, bacı,
qardaş, dost olmalıyıq, onların adını uca
yaşatmalıyıq...
Bu yazıda 3 fərqli rayondan olan, fərqli zamanda, lakin
eyni məkanda - Qarabağ torpağında canını qurban
etmiş 3 qəhrəman şəhid haqqında yazılacaq. Düşündüm ki,
şəhidin Vətəni insanların qəlbi, uyuduğu məkan
Vətənin bağrıdır... Şəhidin məkanı
da, yurdu da, diyarı da VƏTƏNdir... Belə bir ali müqəddəsliyi zamana və məkana
bölmək olmaz... Azərbaycan uğrunda şəhid
olmuş qəhrəmanların haqqında onların haralı
olmasından asılı olmayarq, bilməliyik, öyrənməliyik
ki, tariximizin qanlar, canlar bahasına necə qürurla və
şərəflə yazıldığını sübut edə
bilək...
Bu 3 şəhid
haqqında öyrəndiklərimdən,
doğmalarının, yaxınlarının dilindən
eşitdiklərimdən, onların duyğularından çox
kiçik bir hissəni şeirə çevirmək
mümkün oldu... Çünki bütün hiss edilən hər
şeyə cümlə qurmaq olmur, çox çətindir...
ŞƏHİDLİYİN
ÜNVANI ƏBƏDİYYƏTDİR - Şəhid Altay
MƏMMƏDOV: Məmmədov Altay Seyidrza oğlu 1966-cı il noyabrın 20-də Quba rayonunun Çartəpə
kəndində anadan olub.
Orta məktəbi
əla qiymətlərlə bitirdikdən sonra Ukraynanın
Kamenetsk-Podolsk şəhərində İ.A.Xarçenko adına Ali Hərbi Mühəndis Komandirləri
məktəbində istehkamçı-mühəndis minaaxtaran
ixtisasına yiyələnmişdir. Xaricdə
yaxşı işinin işinin olmasına baxmayaraq, Azərbaycanın
ağır günlərində dözə bilmədi, Vətənə
döndü, döyüş bölgəsinə yollandı...
1993-cü ildən başlayaraq cəbhənin qaynar nöqtələrində
öz peşə fəaliyyətini yerinə yetirərək vətən
torpağında öz izlərini qoyurdu. 1994-cü il mayın 19-da Tərtər rayonunda
Üçtəpə rota komandiri Altay Məmmədov minaya
düşdü və şəhid oldu.
Əmim
Altay Məmmədovun vaxtsız ölümü bütün
doğmaları kimi atamı və ailəmizi də dərindən
sarsıtdı... Atam, əmim və bibilərim qardaş
itkisinin əzabı ilə eyni vaxtda, Altayın Şəhidliyinin
qürurunu də yaşadılar....
Demişdin
bu bir il an kimi keçər,
Bəs
niyə uzandı bu bir an, qardaş,
Gözlədik,
gözlədik gəlmək bilmədin,
Qayıt,
yollarına mən qurban, qardaş!
Sərərəm
yoluna gülü-çiçəyi,
Qayıt
evimizin arxa dirəyi
Həsrətdə
qoymusan neçə ürəyi,
Qayıt
yollarına mən qurban, qardaş
Gəl,
qoyma özümü mən tənha sanam,
Sənsiz
bu həyatda bir ölü canam
Sən necə qıyırsan ağlasın anam?
Qayıt
yollarına mən qurban, qardaş
Sən elə
arxaydın, bizlərə dayaq,
Dönüşün
olmazdı gərək bu sayaq
Nə qədər ağılar deyək, ağlayaq?
Qayıt yollarına mən qurban, qardaş.
Baxıram
şəklinə hər gün doyunca,
Ağlayır
ürəyim əldən qoyunca,
Adın
dilimdədir ömür boyunca,
Sən
qürur yerimsən Şəhid qardaşım
Başıma
tac etdim hər zaman səni,
Ölümün
gətirdi dumanı çəni
Həsrətin
yandırıb-yaxsa da məni,
Sən
qürur yerimsən Şəhid qardaşım
Ölümün
şərəfdir bilirəm bunu,
Yoxdur bu həsrətin,
yoxdur heç sonu
Səbrli
olmağın təkcə qanunu...
Sən
qürur yerimsən Şəhid qardaşım
Ölüm gec və ya tez gəlməsindən
asılı olmayarq, ağrılı olur. Ancaq Vətən
uğrunda ölənlərin doğmalarının səbri
daha böyük olur, çünki onların qürurları kədərdən
daha yüksək olur.
VƏTƏN
SEVGİSİ, ŞƏHİDLİK ZİRVƏSİ - Şəhid
Elvin NAMAZOV: Namazov Elvin Məmməd oğlu 1990-cı ilin 7
sentyabrında Qazax rayonunun Yuxarı Salahlı kəndində
anadan olub.
Uşaqlıqdan
ən böyük arzusu hərbçi olmaq olan Elvin Namazov
2007-cı ildə Zahid Mahmudov adına
Yuxarı Salahlı kənd orta məktəbini bitirən Elvin
Namazov Heydər Əliyev adına Azərbaycan Ali Hərb məktəbinə
daxil oldu. 2012-ci ildə həmin ali məktəbi
leytenant rütbəsi ilə bitirib. Xüsusi Təyinatlı
Bölükdə xidmətə başlayan Elvin 2016-cı ildə
baş leytenant rütbəsi aldı. Azərbaycan
tarixinin şanlı hərb səlnaməsi olan Aprel
döyüşləri baş verəndə Elvinin qrupu da
döyüşə girdi. Baş leytenant
Elvin Namazov 2016-cı ilin aprel ayının 3-də erməni əsgərlərlə
qeyri-bərabər döyüşdə öz əsgərlərini
qoruyaraq onları sağ-salamat mühasirədən
çıxartsa da, özü qəhrəmancasına şəhid
oldu.
Döyüş
yoldaşı Ehliyyət Mehdiyevin sözləri ilə desək
doğma Vətənin başına gətirilən müsibətlərin
qisasını almaq üçün həmişə can
atırdı Elvin. "Elvin həmişə deyərdi
ki, xain düşməndən 20 Yanvar, Xocalı
soyqırıının qisasını almaq lazımdır, bu
bizim borcumuzdur. Canı, qanı bahasına olsa belə
Elvin öz borcunu yerinə yetirdi, Vətənə olan
borcunu... Getdi qoynuna, düşmən əlindən almaq
üçün can atdığı doğma
torpağının...
Əldə
açan çiçəklər məzarlığa
yollandı,
Həsrətlə qalxan başlar sinələrə
sallandı.
Dillərdə
oğul deyil, Şəhid adı hallandı,
Vətən
bağrı şirindir, rahat uyu Elvinim...
Səndən
sonra inan ki, paramparça ürəklər,
Sönüb torpağa döndü, sənlə
bağlı diləklər.
Amma
qürurla dinir üstündəki çiçəklər,
Vətən
bağrı şirindir, rahat uyu Elvinim...
Əslində Elvin Namazov bir hərbçi olaraq doğulub
boya-başa çatdığı kəndin ənənəsini
davam etdirib. Azərbaycan tarixindəki iləri böyük hərflərlə
yazılan Qıraq Salahlı kəndi Azərbaycana 5 general,
yüzlərlə peşəkar hərbiçi bəxş
edib.
Atası,
Məmməd Namazov ilə söhbət zamanı oğlu
haqqında, onun şəkilləri ətrafında bir xeyli
danışdıqdan sonra sonda göstərdiyi şəkil və
dediyi söz oğul həsrətinin valideyn dilindən
çıxan nümayişi idi, ATA öz oğlunun adı ilə
yaşayırdı... "Bu Elvinin
qardaşının oğludur, yəni nəvəm.
Adını Elvin qoymuşam...!" Nəvən Elvin də adına layiqli oğul olsun, hörmətli Məmməd
dayı... Sənin özünün də dediyin kimi,
bütün acılarına məlhəm olacaq yeganə təsəllin
əslində, Şəhid sözünün verdiyi
qürurdur....
Çıxmırsan
yadımdan Elvinim, yenə,
Sənli
xatirələr dərd verir mənə
Çağırsam
səsim də çatmaz ki, sənə,
Bu gün göz yaşımı saxlamaq olmur.
Mən sənə
eylərdim qurban canımı,
Şəhidliyin ucaltdı ad-sanımı.
De, necə yatırım qəlb tufanımı?
Axı sellər kimi çağlamaq olmur.
Övlad
həsrətinə çətindir dözmək,
Həsrətə
bir kiçik ümid də gərək...
Nə qədər
kədəri daşısın ürək,
Niyə qəm qapısın bağlamaq olmur?
Saldı
ayrılığın saçlarıma dən,
Səbrim
bircə o ki, axı ŞƏHİDsən
Olsa da
günlərim bir ilimə tən,
Adın
qürurundan ağlamaq olmur...
"...MƏNİM
OĞLUM İDİ, XALQIN OĞLU OLDU".
Şəhid
Çingiz QURBANOV: Çingiz Qurbanov 24 noyabr 1994-cü ildə
Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz
Qurbanov elə həmin ildə Azərbaycan Texniki Universitetinə
daxil oldu. Daha sonra, 2016-cı ildə həmin
universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul
ayında həqiqi hərbi xidmətə yollandı.
Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da Azərbaycanın
Ermənistanla dövlət sərhədində ermənilərin
kəşfiyyat qrupunun təxribatının
qarşısını alan zaman, ermənilərin
pusqusuna düşərək atışmada şəhid oldu.
Çingiz Salman oğlu Qurbanov ölümündən sonra
"Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görüldü.
Əməkdaşı
olduğum ADPU-nun Quba Filialında 25 noyabr 2019-cu il
tarixində filialın direktoru dosent Yusif Alıyevin təşəbbüsü
ilə Çingiz Qurbanovun anım günü qürurla qeyd
edildi. Anım gününə ünlü hərbi
şair Abdulla Qurbani, Çingizin valideynləri və
doğmaları da gəlmişdi. Bu filialda təhsil alan gənclər üçün əsl vətənpərvərlik
tərbiyəsi idi... Təhsil müəssisəsində
tərbiyə işinin təşkilində isə bu cür tədbirlərin
keçirilməsi xüsusi əhəmiyyətə malikdir.
Atası,
Salman Qurbanovun tədbirin sonuna kimi gözyaşları ilə
deyil, qürurla oğlu haqqında danışılanları
dinləməsi, göstərilən videoları izləməsi
və sonda çıxış edərkən, "Mən belə
oğul böyütməyimlə fəxr edirəm", - deməsi
insanların gözlərindəki yaşı sildi və sadəcə
gözlərdə bir ifadə qaldı... "Kaş ki, bizlərin
də valideynlərimiz bizim haqqımızda belə qürurla
danışa bilsələr..."
Düzdür
ürəyimdə dözüm qalmayıb,
Bəlkə
deməyə də sözüm almayıb,
Daha
heç yollarda da gözüm qalmayıb,
Şəhid
atasıyam, bu mənə yetər!
Bu
ölüm eylədi ömrümü tar-mar,
Yox,
ölüm deyildir indi günahkar
Bu
böyük şərəfdir, etmirəm ah-zar,
Şəhid
atasıyam, bu mənə yetər!
Gözümdə
heç oldu hər arzu-dilək,
Neyləyim
bu qismət, barışmaq gərək,
Dərdimi
qürurla basdırır ürək,
Şəhid
atasıyam, bu mənə yetər!
Proloq əvəzi:
Fikrimcə,
insan bu dünyada dəyərləri ilə xaraktetizə
olunur: özünün xarakterini ətrafa dəyərləri
ilə cızır, xüsusilə də seçə bildiyi dəyərləriylə...
Seçdiyimiz dostlarımız, işimiz, məşğuliyyətimiz,
sevdiklərimiz, işlətdiyimiz sözlərimiz bizim əslində
kim olduğumuzun göstərgəsidir...
İstədim ki, mən də bu Aprel hadisələrinin
ildönümü ərəfəsində Vətən yolunda
canını qurban verən oğulların ən az üçünün adını qələmə
alım... Dəyərləri, Vətən sevgiləri,
canlarından daha üstün olan, məqamları cənnətlə
mükafatlandırılan Şəhid qardaşlarımdan
yazım...
Bu
günümsən - şirin nəğmələr kimi,
Dünənimsən
- bəlli simgələr kimi
Güvənimsən
- güclü qüvvələr kimi,
Yaşa,
var ol, mən ölsəm də, VƏTƏNİM
Müqəddəsim, and yerimsən sən mənim.
Bir
ilhamsan - həkk olmusan sözümdə
Nur, işıqsan - süzülürsən gözümdə.
Bu
hüsnünə heyranam mən özüm də,
Yaşa,
var ol, mən ölsəm də, VƏTƏNİM
Müqəddəsim, and yerimsən sən mənim.
Sən dəyərsən-dəyərlərin
baş tacı,
Sən torpaqsan-dərdlərimin əlacı.
Qurban
olum, bircə görmə dərd acı...
Yaşa,
var ol, mən ölsəm də, VƏTƏNİM
Müqəddəsim, and yerimsən sən mənim.
Müstəqillik
ağuşunda yatmısan,
Xoşbəxt gündür, azadlığa
çatmısan.
Bu sevgimə
əbədilik qatmısan,
Artıq
mən də nur ŞƏHİDƏM, VƏTƏNİM
Bir
ömürlük qoynundayam mən sənin...
Azərbaycan oğulları anadan igid doğulur. Şəhid olan igidləri
isə ən yüksək ucalıqda dalğalanan üçrəngli
bayrağa büküb dəfn edərlər... Şəhid
qardaşım... Məkanın Cənnətdir, uğrunda
canını fəda etdiyin bu doğma Vətən bizlərə
əmanətdir.. Rahat uyu, rahat yat!
Aysel Şeydayeva
ADPU-nun Quba filialının Tərbiyə
işləri üzrə direktor müavini
Azad Azərbaycan.-
2020.- 7 aprel.- S.4.