Bakını Hitlerdən
qoruyan ispanlar kimlər idi?
Bir
növ II Dünya Müharibəsinin hazırlıq məşğələsi
olaraq qəbul edilən, İspaniya Vətəndaş
Müharibəsində, Almaniya və İtaliya
monarxist-mühafizəkar-milliyyətçi cəbhəni
müdafiə edərkən, SSRİ, Meksika və qismən də
Fransa respublikaçıların tərəfində idi. Bundan başqa on minlərlə könüllü 2-ci İspan
Respublikasını qorumaq
üçün səfərbər
olmuş, döyüşlərdə
fəal iştirak etmişdir.
Birinci Dünya
Müharibəsində, mövcud
təyyarələrin manevr
qabiliyyətləri, texniki
imkanları məhdud olduğundan, döyüşlərdə
hava hücumları da həlledici olmamışdır. Lakin,
havadan hücumun əhəmiyyəti hərbi
ekspertlərin diqqətini
çəkdiyindən, dövrün
güclü ölkələri,
mühəndis araşdırmaları
ilə texnoloji imkanları artırmaq üçün lazımı
fəaliyyətə başlamışdılar.
Almaniyanın Hitler iqtidarında hərb sənayəsinə
ayırdığı diqqət,
hava qüvvələrindən
də yan keçmir. Qısa zamanda təkmilləşən
hərbi hava qüvvələri üçün
İspaniya Vətəndaş
Müharibəsi isə
əla arena idi. Bu arenada,
əvvəlki dünya
müharibəsindən əliboş
çıxmış güc
mərkəzləri məşqə
çıxacaqdılar.
General Frankonun
Madrid hökumətinə
qarşı üsyana
başladığı ilk
günlərdə Mussolini
İtaliyası və
Hitler Almaniyası dərhal öz yardımlarını yolladılar.
Bu yardımlar, respublikaçılar qarşısında,
frankistlərin önəmli
nisbətdə güc
qazanmağına səbəb
olmuşdur.
Hitlerin tapşırığı
ilə İspaniyaya yollanmış almanlardan ibarət Kondor Legionu və Mussolininin təşkil etdiyi İtalyan Aviasiyası Legionu tez-tez respublikaçılara
havadan güclü zərbələr endirirdi.
Bunlardan ən məşhuru Bask Muxtar Vilayətində yerləşən, Gernika şəhərinin 26 aprel
1937-ci ildə bombalanaraq
yerlə yeksan edilməsidir.
Burada qeyd
etmək yerinə düşər ki, baş vermiş dəhşətli hadisədən
sonra məşhur ispan rəssamı Pablo Pikasso “Guernica” əsərini çəkmişdir.
Maddi-texniki təchizat bazası
olduqca limitli olan, İspan respublikası isə bu çatışmazlıqlarını
ortadan qaldırmaq üçün sovetlərin
köməyinə çox
güvənirdi. İspan
respublikasının olduqca
zəif olduğunu nəzərə alan sovet hökuməti
1936-cı ildən etibarən
“X Əməliyyatı” adı
altında, İspaniyaya
çox sayda silah-sursat, mərmi, tank, təyyarə, pilot, hərbçi o cümlədən könüllü
döyüşçülər yollamağa başladı.
1936-38-ci illər ərzində respublika tərəfində 770-ə yaxın
sovet pilotu döyüşlərdə iştirak
etmişdir.[1]
1937-ci ildə, İspaniya Respublikası ilə SSRİ arasında aparılan danışıqlar
nəticəsində, ispan
kursantların SSRİ-dəki
aviasiya məktəblərində
pilotluq öyrənmələrinə
imkan verildi. Təkcə 1937-ci ildə
SSRİ-yə göndərilmiş
ispan kursantların 1 milyon dollara yaxın olan xərci isə, ispan hökumətinə borc yazılırdı.
Anlaşma nəticəsində
Sovet hökuməti
1937-ci ilin yanvarında
Gəncədə 20 saylı
Hərbi Pilot Məktəbi açır.
Məktəbin inşası
üçün sərf
edilən 3,5 milyon rubla yaxın məbləğ də yenə İspan hökumətinə borc yazılır. Onu da qeyd edək
ki, məktəb sadəcə ispan kurslantlar üçün
nəzərdə tutulmuşdu.[2]
Həmin dövrdə artıq
İspaniya səmalarında
uçmuş sovet pilotları, 20 saylı Hərbi Pilot Məktəbinə göndərilməyə
başlanmışdı. Təlimlərə
nəzarət, daha sonra (1942-ci ildə) casusluqda ittiham edilərək güllələnmiş,
Sovet İttifaqı Qəhrəmanı, Ernst Şaxta tapşırılmışdı.[3]
1 fevral 1937-ci
ildə 193 ispan kursant artıq Gəncədə təlimlərə
başlamışdı.[4]Onlara
5 ay müddətində
nəzəri aerodinamika,
hücum taktikaları,
hava döyüşləri,
pilotçuluqdan xüsusi
biliklər öyrədilirdi.
1937-39-cu illər arasında,
məktəb ümumilikdə
5 dəfə, hərəsində ortalama 100 pilot olmaqla, məzun verir. İlk dörd perioddan məzun olmuş 413 pilot İspaniyadakı sovet pilotlarıyla əvəzlənmişdi.
Sonuncu qrup (185 nəfər), 1939-cu ilin may ayında təlimlərini başa çatdırmış, lakin
artıq müharibənin
yekunlaşdığı nəzərə
alınaraq onlar İspaniyaya göndərilməmişdir.
Həmin 185 nəfərdən
84-ü Meksikaya sığınaraq,
SSRİ-ni tərk etsə də, 101 pilot qalmağa qərar verir. Onlardan da 44-ü İkinci Dünya Müharibəsi zamanı Sovet Ordusunda xidmətə qəbul olunmuşdur.
Onu da qeyd etmək lazımdır ki, sovet hərbi pilot məktəblərində
təhsil almış
700-dən artıq ispan
kursantın, 500-dən çoxu
məhz Gəncədə
oxumuşdur. Onlardan biri də dövrün
İspaniya baş naziri, Xuan Neqrinin
oğlu Romulo Neqrin idi.
İkinci Dünya
Müharibəsi başlayanda,
SSRİ-də qalmış
pilotların demək olar ki, yarısı
aktiv olaraq hərbi fəaliyyətlə
məşğul idi. Onlar Moskvanın, Odessanın, Stalinqradın
o cümlədən Bakının
da hava hücumundan
müdafiəsində iştirak
etmişdilər. Bu pilotlardan ən az 25 nəfəri, müharibə zamanı cəbhədə – döyüşlərdə
və ya digər səbəblərdən
öz ölkələrinə
qayıda bilməyərək,
SSRİ ərazisində dünyalarını
dəyişmişdir.[5]
SSRİ-də qalan pilotların bəziləri isə, daha sonra ölkəni
tərk etmək istəsələr də,
İkinci Dünya Müharibəsinin başlaması
ilə birlikdə müxtəlif bəhanələrə
onlara çıxış
imkan verilməmişdir.
Daha sonra həmin kursantlar, zorla fabriklərdə, hərbi sənayeyə bağlı zavodlarda işləməyə məcbur
edilmişlər. Dövrün arxiv materiallarından aydın olur ki, İkinci Dünya Müharibəsi zamanı onlardan 30-a yaxını müxtəlif
səbəblərdən həbs
olunaraq, QULAQlara göndərilmiş, onlardan
bəziləri də elə orada xəstəlik və s. səbəblərdən dünyalarını
dəyişmişlər.[6]
Bakının hava hücumundan müdafiəsinin təşkilində
1942-ci ildən etibarən
iştirak etmiş ispan pilotlardan bir neçəsinin adı məlumdur. Xose Mario Bravo
(kapitan), Manuel Sarausa (kapitan), Xoakin Dias Santos,
Xose Karbonell, Luis Lavin, Xose
Palyares, Naxera İsidoro Montero (hamısı leytenant) bunlardan adları dəqiq bilinənlərdir.
Onlardan biri Manuel Sarausa, 1942-ci ilin 12 oktyabrında, Bakı səmalarında reyd edərkən, qəza nəticəsində
Aleksandr Ryapişevin idarə etdiyi təyyarə ilə toqquşaraq həmkarı
ilə birlikdə həyatını itirmişdir.[7]
Leytenant Palyeras da II Dünya Müharibəsi zamanı həyatını itirmiş
ispan pilotlardan biridir.
Bir digər
önəmli ispan
pilot isə, Xose Maria Bravodur. İlk dəfə
1937-ci ildə Azərbaycana,
Gəncəyə gələn
Xose Maria, 6 aylıq təhsilini başa vurduqdan sonra İspaniyaya qayıdır.
Respublikanın məğlubiyyətindən sonra Fransaya daha sonra isə
Xarkova qaça bilir. Xarkovun işğalından sonra Sovet Ordusuna qatılan Xose Maria,19 42-ci ildən etibarən Bakının hava hücumundan müdafiəsini təşkil
edən pilotlardan biri olmuşdur. Bir digər maraqlı məqam isə, 1943-cü ildə
Tehran Konfransına gedən
Stalini müşayət
edən eskort təyyarənin komandir pilotlarından biri də Xose Maria Bravo Fernandes olmuşdur.[8][9]
1948-ci ildə, bir ispan pilotun təyyarə
ilə Türkiyəyə
qaçmasından sonra,
Sovet Ordusunda xidmət edən bütün ispan hərbçilər vəzifələrindən
azad edilirlər, bundan sonra Xose
Maria Bravo, Moskvada Xarici
Dillər Pedoqojik İnstitunda İspan dili müəllimi olaraq çalışmağa
başlamışdır. Nəhayət, 1960-cı ildə isə İspaniyaya qayıdan Xose Fernandes Franko rejimində təzyiqlərlə üzləşmədən
İspaniyada aviasiya sahəsində fəaliyyətinə
davam edir. Bir müddət sonra isə, o, polkovnik rütbəsinə yüksəlir.
1937-45-ci illər ərzində
Azərbaycan ərazisində,
həyatını itirmiş
ispan pilotların məzarları Gəncə
və Bakı şəhərində yerləşməkdir.
2011-ci ildən etibarən,
İspaniyanın “Volya”
və Azərbaycanın
“Salnamə” studiyalarının
Pablo Xilin rejissorluğunda
birgə hazırladıqları,
“Sobre el cielo de Azerbaiyán” (“Azərbaycan
Səmalarında”) sənədli
filmi, 2013-cü ilin iyun ayında, İspaniyanın Valensiya şəhərindəki İllustrasuya
Muzeyində, ölkəmizin
fövqəladə və
səlahiyyətli səfiri
Altay Əfəndiyevin iştirakı
ilə ictimaiyyətə
təqdim edilmişdir.
Bundan başqa, 2012-ci ildə rusiyalı rejissor Aleksandr Çaçuyevin
çəkdiyi “İspan”
(Испанец) bədii filmi də, haqqında danışdığımız Xose Maria Bravo Fernandesin həyatından bəhs etməkdədir.
Əfqan.
Azad Azərbaycan.- 2020.-14 aptel.- S.6.