Naxçıvanın memarlıq abidələri xalça nümunələri üzərindəki ornamentlərin oxşarlığı

 

Naxçıvanın memarlıq abidələri xalça nümunələri üzərindəki ornamentlərin oxşarlığı

 14-04-2020, 18:23

Orta əsrlərdə naxış yaradıcılığı Yaxın Şərq ölkələrinin çoxunda olduğu kimi Naxçıvan memarlıq xalçaçılıq sahəsində yaradılan sənət əsərləri üzərində özünün ən yüksək zirvəsinə çatmışdır. Naxçıvan xalçaçılıq məktəbinin istehsal etdiyi məmulatların yüksək texniki bədii keyfiyyətlərini nəzərə alaraq, deyə bilərik ki, xalçaların bədii tərtibatında xalçaçı ustalarla yanaşı Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi Əcəmi Əbubəkir oğlu Naxçıvanin yaradıcılıq təsiri olmuşdur.

 

Memar Əcəmi Naxçıvani yaradıcılığında Türk-İslam mövqeyindən yanaşmış əsərlərində Türkün kosmoqonik təsvirlərini, din ənənələrini naxışların dili ilə elmi surətdə bizlərə çatdırmağı bacarmışdır. Görkəmli memarın yaradıcılığından bütun sənətkarlar kimi xalçaçı ustalar da məharətlə bəhrələnmişlər. Əgər biz memarlıq abidələrimizə diqqətlə nəzər salsaq sonra xalça nümunələrimizə baxsaq hər iki sənət sahəsindəki bəzək kompozisiyalarının tam oxşarlığını görə bilərik.

 

Yusif Küseyir oğlu, Möminə xatın, Qarabağlar türbəsi digər çoxüzlü tarixi memarlıq abidələrimizin səthləri ayrı-ayrılıqda hərəsi bir xalça naxışdır birbirinə bənzəməyən həndəsi naxışların sintezindən yaranan xalça nümunələridir. Sadəcə olaraq ornamental nümunələr böyük rəssam-memarlar tərəfindən daşlarda ilmələnmiş Naxçıvanın çeşnili xalçalarının təkrarıdır. Bu daş xalçalar Naxçıvanın qədim mədəniyyətindən, onun kamil sənətkarlarından ulu xalçaçılıq sənətindən xəbər verir. Azərbaycanda ornamental naxışsalma nəbati naxışsalma ustası kimi Atabəylər dövlətinin baş memarı olan Əcəmi Naxçıvani hələ XII əsrdə özünün məşhur naxışsalma möhürünü daşlara vurmuşdur. Bundan sonra Əcəminin davamçıları onun tələbələri istər memarlıqda, istər rəssamlıqda istərsə xalçaçılıq sənətinin çeşnilərinin yaranmasında dünyanın müxtəlif yerlərində, о cümlədən Naxçıvan xalçaçılıq məktəbində izlərini qoymuşdur.

 

Naxçıvan xalçaçılıq məktəbinin sənətkarları Əcəmi yaradıcılığının naxış kompozisiyalarından məharətlə bəhrələnmişlər.

 

Naxçıvanda toxunmuş xalçaların bəzək kompozisiyalarında yer alan epiqrafik, həndəsi nəbati naxışların ərazidə yerləşən memarlıq abidələrinin bəzəklərilə oxşarlığı burada yaranmış memarlıq məktəbindən qaynaqlandığını bir daha sübut edir. Elə buna görədir ki, Naxçıvanda hazırlanmış bütün sənət əsərlərində bir mükəmməllik əsil sənətkar əlinin tam məhsulu olduğu görünməkdədir. Naxçıvanda olan istər memarlıq, istərsə xalçaçılıq sənəti nümunələrinin hər biri kamil bir sənətkar yaradıcılığının əsəri olduğu danılmazdır.

 

 

 

 

 

SARA HACIYEVA

 

AMEA Naxçıvan Bölməsi

 

Tarix üzrə fəlsəfə doktoru, dosent

 

Azad Azərbaycan.- 2020.- 16 aprel.- S.7.