Heydər Əliyev -
təhlükəsizlik orqanlarında
peşəkarlıq məktəbinin
yaradıcısı
Ümummilli Lider Heydər
Əliyev - 97
“Xüsusi xidmət
orqanları üçün
peşəkar kadrların
hazırlanması milli
təhlükəsizliyin təmin
edilməsində ən
başlıca məsələlərdən
biridir, çünki bundan yalnız milli təhlükəsizlik
orqanlarının effektivliyi
deyil, həmçinin
bütün ölkənin
və xalqın təhlükəsizliyi asılıdır”.
Heydər
ƏLİYEV
Azərbaycan dövlətçiliyini, xalqımızın
müstəqilliyini əbədi
yaşatmaq üçün
Ulu öndər Heydər Əliyevin peşəkarlıq irsi, onun dövlət idarəçiliyi təcrübəsi
misilsiz mənəvi xəzinəmizdir. Ölkəmizin hər bir vətəndaşının bu
nadir xəzinədən bəhrələnməsi,
dahi şəxsiyyətin
zəngin dövlətçilik
təcrübəsini, həyatının
ən ağır anlarında belə doğma xalqına sədaqətlə xidmət
etmək nümunəsini
mənimsəməsi sabaha
olan inamı artırır.
Dahi şəxsiyyət
Heydər Əliyev Azərbaycan xalqının
yaddaşında qurucu
və xilaskar dövlət xadimi, milli lider və
xalq məhəbbətini
qazanan öndər kimi qalmışdır. Ümummilli Lider
kimi onun adı Azərbaycan xalqının təxminən
40 illik bir dövrü əhatə edən tarixinin rəmzinə çevrilmişdir.
“Azərbaycan tarixinin Heydər Əliyev mərhələsi” kimi qiymətləndirilən bu
dövrdə Ulu Öndərimiz tərəfindən
görülən böyük
işlərin, onun həyata keçirdiyi xilaskarlıq və quruculuq missiyalarının
məntiqi nəticəsidir
ki, bu gün
xalqımız demokratik
və hüquqi bir dövlətdə yaşamaq imkanı əldə etmiş, xoşbəxt gələcəyi
üçün bütün
təminatları yaratmış,
ən başlıcası
isə siyasi və iqtisadi müstəqilliyə nail olmuşdur.
Ötən əsrin 50-cı illərindən
etibarən başlanan
dövr ümummilli lider Heydər Əliyevin Azərbaycan tarixindəki ölçüyəgəlməz
rolu və xidmətləri ilə səciyyəvidir. Belə ki, Ulu Öndər uzun müddət dövlət
təhlükəsizlik orqanlarında
çalışmış, bu orqana rəhbərlik
etmiş, daha sonra SSRİ tərkibində
yüksək vəzifələrə
qədər irəliləmiş
və müstəqil Azərbaycanın rəhbəri
vəzifəsinə qədər
yüksəlmişdir.
Dahi şəxsiyyət
Heydər Əliyev əks-kəşfiyyata rəhbərlik
etdiyi 1956-64-cü illərdə,
xüsusən də
DTK rəhbərliyinə irəli
çəkildiyi 1965-1969-cu illərdə artıq Azərbaycanın təhlükəsizlik
orqanlarının milli
prioritetlərini müəyyən
etməyə başlamışdır. Ümummilli Liderin
1950-ci illərin ortalarından
başlayan və sonralar da davam edən milliləşmə
siyasəti ictimai-siyasi
həyatın mühüm
sahələrində, o cümlədən
təhlükəsizlik orqanlarında
milli kadrların yerləşdirilməsi, eləcə
də azərbaycanlıların
keçmiş SSRİ-nin
müxtəlif bölgələrində
təhsil almağa göndərilməsi ilə
reallaşdırıldı. Bu həyati vacib
prosesdə ən ümdə cəhət ondan ibarətdir ki, Heydər Əliyev milliləşdirmə
siyasətini həyata
keçirərkən prioritetliyi
azərbaycanlıların sayca
çoxluğuna deyil,
onların milli mənəvi keyfiyyətlərinə
verirdi. Məhz ümummilli lider
Heydər Əliyevin həyata keçirdiyi bu siyasət nəticəsində təhlükəsizlik
orqanlarında azərbaycanlı
kadrların sayı xeyli artırıldı, milliləşdirilmənin əsası
qoyuldu.
SSRİ dönəmində milliləşdirmə siyasəti
aparmaq o qədər də asan məsələ
deyildi. O zamanlar Azərbaycan xüsusi xidmət orqanları əməkdaşlarının sayını
başqa millətlərin
nümayəndələri hesabına
artırmağa çalışırdılar.
Azərbaycan xüsusi
xidmət orqanlarının
milliləşdirilməsini böyük uğur hesab edən ulu öndər Heydər Əliyev deyirdi: “Mən hesab edirəm ki, Azərbaycanda təhlükəsizlik təşkilatının
milliləşdirilməsi prosesi
bu təşkilatın
Azərbaycana vurduğu
zərərə baxmayaraq,
bizim əldə etdiyimiz ən böyük nailiyyət idi, təşkilat milliləşdikcə onun
fəaliyyətinin istiqamətini
də Azərbaycanın
milli mənafelərinə
daha çox uyğun aparmaq olurdu”.
Azərbaycan xüsusi xidmət orqanlarında milliyyətcə
azərbaycanlı olan
kadrların yerləşdirilməsi
prosesi ümummilli lider Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin
Birinci Katibi olduğu dövrdə də davam etdirilmişdir. Ulu Öndərin
Azərbaycan Respublikasına
rəhbərliyi dövründə
bu prosesə nəzarət daha da gücləndirilmişdi.
Ölkəmiz müstəqillik qazandıqdan
sonra xalqımızın
israrlı tələbi
və təkidi ilə yenidən siyasi hakimiyyətə qayıdan Heydər Əliyev xüsusi xidmət orqanlarının
qaşısında öz
səlahiyyətlərinə daxil olan vəzifələri
yerinə yetirmək üçün peşəkar
kadr potensialını
formalaşdırmaq, strukturu
təkmilləşdirmək, təhlükəsizlik orqanlarının
fəaliyyət istiqamətlərini
müəyyənləşdirmək, onları xalqın maraqlarına cavab verən səviyyədə
hazırlamaq və həyata keçirmək üzrə prinsipləri və vəzifələri
müəyyən etdi.
Mövcud daxili və
xarici təhdidlərə
baxmayaraq, təhlükəsizlik
orqanlarının əməkdaşları
öz işlərini ümummilli lider Heydər Əliyevin tapşırıq və tövsiyyələri əsasında
qurmağa və həyata keçirməyə
çalışırdılar. Böyük inamla demək olar ki, Azərbaycan Respublikasının hüquq
mühafizə və təhlükəsizlik orqanlarının
fəaliyyətinin dirçəliş
və yüksəliş,
sözün əsl mənasında milli maraqlara xidmət dövrü məhz ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan rəhbərliyinə
qayıdışı, bu
qurumların işinin
yenidən təşkilinə
və nizamlanmasına
göstərdiyi tələbkarlıq,
eyni zamanda gündəlik nəzarəti,
qayğısı və
diqqəti ilə bağlı idi.
Sabitlik əldə
edildikdən sonra ümummilli lider Heydər Əliyevin təhlükəsizlik orqanları
qarşısında yeni
reallıqlardan irəli
gələn vəzifələr
qoyması ilə artıq qabaqlayıcı məlumatlar əsasında
cinayətlərin hazırlıq,
yaxud baş vermə ərəfəsində
qarşısının alınmasına
nail olundu. Heydər Əliyevin Azərbaycanın
milli təhlükəsizlik
siyasətinin aparıcı
istiqamətlərini işləyib
hazırlaması, Azərbaycan
xüsusi xidmət orqanları qarşısında
duran taleyüklü vəzifələri müəyyənləşdirməsi,
respublikamızın digər
dövlətlərlə təhlükəsizlik
sahəsində strateji
tərəfdaşlıq münasibətlərinin
təşəkkülü yönümündə ardıcıl
fəaliyyəti, təhlükəsizlik
siyasətinin yaxın
və uzaq perspektivi üçün
konseptual müddəalarını
açıqlaması tam məsuliyyətlə
bunu deməyə əsas verir ki, müasir dövrdə Azərbaycanın
təhlükəsizlik strategiyası
onun adı ilə bağlıdır.
Dahi siyasətçi Heydər
Əliyev nəinki bu strategiyanı formalaşdırmış, eyni
zamanda onun əməli surətdə
həyata keçirilməsi
üçün konkret
istiqamətləri dəqiq
müəyyənləşdirmişdir.
Zəngin və mənalı həyat yolunun 25 ilini dövlət təhlükəsizlik orqanlarında
xidmətə həsr
etmiş Ulu Öndər Heydər Əliyev 1 dekabr 1998-ci ildə təhlükəsizlik
orqanlarının Akademiyasının
təsis edilməsi haqda sərəncam imzaladı və Azərbaycanda ilk dəfə
bu sahədə kadrların hazırlanmasının
təməlini qoydu. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin Fərmanı ilə 20 dekabr 2005-ci ildə Akademiyaya dahi rəhbər Heydər Əliyevin adı verildi.
Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası bu gün ümummilli lider Heydər Əliyev ənənələrinin
yaşadılmasında, Ulu
Öndərin ülvi
amallarının gənc
nəslə aşılanmasında
mühüm rol oynayır.
Dahi rəhbər
deyirdi: “Öz peşəkarlıq səviyyənizi
yüksəltmək sizin
vəzifəniz olmalıdır.
Bu, hər bir ölkənin təhlükəsizlik orqanı
üçün vacib
olan amildir. Dövlətin təhlükəsizlik,
yaxud kəşfiyyat orqanı o vaxt qalib gəlir, öz vəzifəsini layiqincə yerinə yetirir ki, orada
peşəkar əhval-ruhiyyə
olsun, peşəkar kadrlar və iş üslubu olsun. Ona görə
də siz daim öz peşəkarlığınızın
təkmilləşdirilməsi üzərində işləməlisiniz,
oxumalı, öyrənməlisiniz,
çox savadlı, bilikli insanlar olmalısınız”.
Ümummilli lider Heydər
Əliyevin 23 mart
1997-ci il tarixli Sərəncamı ilə
Azərbaycanın təhlükəsizlik
orqanlarının peşə
bayramı gününün
təsis edilməsi bu orqanların tarixində yaşanan digər əlamətdar hadisə kimi tarixə düşmüşdür.
Peşə bayramı gününün
Azərbaycan Xalq Cümhuriyyəti dövründə
ilk xüsusi xidmət orqanımızın
yaradıldığı gündən
- 1919-cu il 28 mart tarixindən götürülməsi
də Ulu Öndərin irs-varis əlaqələrinə sədaqətinin
ifadəsi idi.
Bu gün Ulu Öndərin siyasi kursunu inamla və uğurla davam etdirən, müstəqilliyimizi əzmlə
möhkəmləndirən, demokratik prinsiplərə söykənərək sivil,
hüquqi dövlət
quruculuğu yolunda dönməzliyini sübuta
yetirən Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz dövlətçilik ənənələrini
daha da inkişaf
etdirərək, etibarlı
və təhlükəsiz
gələcəyi, əbədiyaşarlığı
üçün sarsılmaz
təməl yaradılmışdır.
N.Cəfərov
Azad Azərbaycan.- 2020.- 18 aprel.-
S.3.