YAŞMAQLANIB
Ey gidi dünya, bu dərd indi səni silkələr,
"Kaş ki"lər
neylədi, neyləyəcək
"bəlkə"lər?
Bağladı sərhədləri qonşu
və dost ölkələr,
Bir-birinə vermir üz bir gilə, yaşmaqlanıb!
Sirrini açmır
bizə, dərd hələ, yaşmaqlanıb!
Yaşmaq alıb
çək üzə,
indi bu cür
qaydadır,
Verdi həkim məsləhət
- cana, deyir,
faydadır,
İndi havalar sərin,
müşkülümüz yaydadır.
Gəldi, baharın özü naz ilə, yaşmaqlanıb.
Sirrini açmır bizə dərd hələ, yaşmaqlanıb!
Ah necə əzbər olub dildə bu "virus" sözü,
Kim gətirib virusu,
bəlkə gəlibdir
özü?
Gözlə görünməzdir o, kaş elə çıxsın gözü!
Canımıza saldı lap, vəlvələ,
yaşmaqlanıb.
Sirrini açmır bizə dərd hələ, yaşmaqlanıb!
Hər kəsə aiddi bu, fərqi nə, erkək, dişi,
Bəli,
həya eyləyir, arvadıtək həm kişi,
Gör nə gülür, qəşş edir, amma görünmür dişi,
Bığları vardır yekə, bir şələ, yaşmaqlanıb.
Sirrini açmır bizə dərd hələ, yaşmaqlanıb!
Gör,
necə aləm idi, gör, necə dövran idi,
Keyfimiz
o keyf idi, həm də papaq yan idi,
Onda yaşamaq gözəl, iş də
ki asan idi!
İşləmirik, çıxmışıq tətilə,
yaşmaqlanıb.
Sirrini açmır bizə dərd hələ, yaşmaqlanıb!
Derlər:
"hələ evdə
qal", nazlanırıq
bir təhər,
Kimlər
isə işləyir növbədə axşam-səhər!
Sağlıq ola onlara, görməyələr
qəm-kədər,
Tutmadıq onlarla heyf, əl-ələ, yaşmaqlanıb!
Sirrini açmır bizə dərd hələ, yaşmaqlanıb!
Səbr
eləyək, vaxt ötər, indi karantindəyik,
Xoşdu,
nə o tindəyik indi, nə bu
tindəyik,
Şirə, nərə dönmüşük,
bax, elə bir gündəyik,
Başlayarıq bir yeni mərhələ, yaşmaqlanıb!
Sirrini açmır bizə dərd hələ, yaşmaqlanıb!..
Kimsə
qurubdur, yəqin, bir tələ, yaşmaqlanıb!
Əli ƏLƏMİ
Azad Azərbaycan.-
2020.- 23 aprel.- S.7.