Oxuyun, bəhrələnin: Rəğbətlə qarşılanan bədii nümunələr

 

Məndə belə qənaət formalaşıb ki, mənalı ömür yaşamış, zəngin həyat təcrübəsinə yüksək intellektə malik olan ziyalı insanların qələmə aldıqları yazılar oxuculara daima mənəvi qida verir.

 

Adətən, xeyirxah məqsədlər güdülən, düşündürücü kəlam, məsləhət tövsiyələrdən bolluca istifadə edilən həmin yazı nümunələrindən oxucular daxili rahatlıq tapır bununla da müəllifə rəğbət sayğıları artır. Müəllif tərəfindən qələmə alınan hadisə epizodların əsasən həyatdan götürüldüyü burada böyük əhəmiyyət daşıyır. Bütün təbəqədən olan yaşlı gənc nəslə köməkçi vasitə rolunu oynayan həmin əsərlər hər bir oxucunun müsbət mənada yararlanmağına xidmət edir. Bu baxımdan Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm" media mükafatçısı, III dərəcəli "Vətənə xidmətə görə" ordenli Ələşrəf Niftiyevin "Elm təhsil" nəşriyyatında eyni vaxtda çapdan çıxmış "Seçilmiş hekayələr" "Uşaqlar üçün hekayələr" adlı iki kitabı böyük maraq doğurur.

 

Əlavə edim ki, yuxarıda qeyd etdiyim kitablardan sonra tanınmış yazarın 2020-ci ildə Bakının "Elm təhsil" nəşriyyatında «Gərək sevəsən, seviləsən sevindirəsən» adlı 207 səhifəlik kitabı çap olunmuşdur. Bu haqda sonrakı resenziyamda qeydlərim çap olunacaqİndi isə rəğbətlə qarşılanan bədii nümunələri haqqında qeydlərimi «Azad Azərbaycan»ın istəkli oxucularına təqdim edirəm...

 

Hər iki kitabı böyük maraqla oxudum. Əlbəttə, təcrübəli düşündürücü söz sahibindən yalnız oxunaqlı, yaddaqalan əsərlər gözləmək təbiidir. Məhəmməd peyğəmbərin "Uşaqlar üçün hekayələr" kitabına giriş kimi seçilmiş "Kiçiklərimizə mərhəmət sevgi, böyüklərimizə hörmət göstərməyən bizdən deyil" kəlamı ilk baxışdan diqqəti cəlb edir ki, bu da hər iki kitabın dəyərini qiymətini bir qədər artırır...

 

" əkərsən, onu da biçərsən" hekayəsində yaşlı bir adamın düşünülməmiş şit zarafatı əsnasında mənəvi fiziki zərbə almış Saməddinin mənəvi əzabından danışılır. Kasıbçılıqla, çətin şəraitdə xırda alverlə ailəsini güclə dolandıran bu yeniyetmə dost-tanışlarının atmacalarından utanıb xəcalət çəkir. O, əvvəlcə dostu Əmən tərəfindən yaşlı kişiyə pislik etməklə ondan qisas almaq təklifini əqidəsinə sığışdırmır. Lakin dostu "bu hiyləgər Əslana biz nəhayət bir dəfə dərs verməliyik" deyir. Onun "Səndən toxum istəməmişdi? Tərəvəz toxumlarını qaynadaq verək. Başıma dönsün, yaxşı bir şey hasil olar" sözləri barədə xeyli götür-qoy edir düşündükləri kimi edirlər. Nəticədə qəzəblənmiş qoca Saməddini hər yerdə axtarır, əlinə düşmür. Nəhayət, bir dəfə bazarda onu yaxalayır. "Əyə, vələdüzina, mənə kəf gəldin?" - deyərək haqq-hesab çəkmək istəyir...

 

Saməddin isə cavabında "Qoca, atalar demişkən, qisas qiyamətə qalmaz. əkərsən, onu da biçərsən", - deyir.

 

Hekayə ibrətamiz sonluqla yekunlaşır: bədxahlıq, pislik, xəbislik xəyanət heç vaxt cavabsız qalmır.

 

"Sizə əsa alacağam" hekayəsində hələ erkən çağlarından uşaqların tərbiyəsi ilə ciddi məşğul olmaq, onlarda əməksevərlik, böyüklərə hörmət hissləri aşılamaq, doğru məsləhətlərə, düzgün yol göstərənlərə qulaq asmaq, valideynlərin əməyini zəhmətini qiymətləndirmək kimi meyarları gözləmək tövsiyə olunur. Qocalmış artıq taqətdən düşmüş baba nənə nəvələrinə şikayətlənirlər ki, əl-ayaqlarında güc qalmayıb. Övladlarına ev-eşik salıblar, bağ-bağat yaradıblar. - Bəs onlar vaxt qocalara kömək edəcəklər? - sualına balaca Əli gücənə-gücənə cavab verir ki, böyüyəndə, işləyəndə onlara əsa alacaq.

 

Övladlarından fərqli olaraq nəvəsinin heç olmasa bu cavabı qocalara bir az təsəlli ümidverici görünür.

 

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş "Seçilmiş hekayələr" kitabında cəmiyyətə zidd hərəkətlərə yol verənlərə sərt sifət göstərmək, ailə-məişət məsələlərində bəzi xoşagəlməz hallara qarşı mübarizədə sayıq, gözüaçıq xeyirxah olmaq amalı önə çəkilir. Pis vərdişlərə qarşı ictimaiyyətin təsir vasitəsini gücləndirmək məqsədilə mərhəmətlə, sağlam tənqidlə qələmə alınmış yazılar oxucunu dərindən düşünməyə vadar edir. Ürək yanğısı, vətəndaş narahatlığı ağsaqqal təəssübkeşliyi ilə yazılmış səmimi fikirlər hamını düşünməyə səsləyir.

 

"Xeyirli müdir təyinatı" adlı ədəbi nümunədə yaxın keçmişin idarəetmə üsullarındakı bəzi mənfi hallar göstərilir. Köhnə quruluşun ab-havası ilə böyümüş dövrün qaydalarını mənimsəmiş Əliağa kişinin həyat hekayəsi maraqlıdır. Nəhayət, onun vəzifəyə irəli çəkilməsi gələcək fəaliyyətində az da olsa müsbət tərəfə istiqamət götürməyi müəllif tərəfindən real cizgilərlə sadalanır. Müəllifin hər bir dövlət məmurunu, kollektiv rəhbərini, ailə başçısını xalqa, el-obasına, ailəsinə xidmətdə uca, nüfuzlu, qadir görmək istəyi oxucunun ürəyindən xəbər verir.

 

Heç şübhə yoxdur ki, "Yeməkdən xeyli çox çaypulu" hekayəsində təsvir olunan hadisələr israfçılığa yol verilməsi, lüzumsuz dəbdəbəli mərasimlər, mənasız yersiz kampaniyalar keçirməklə heç kəsə fayda gətirməyən tədbirlərə son deməyin vaxtının çatdığına işarə edilir. Bununla müəllif milli adət-ənənələrimizin qorunub saxlanılması yaşanmasında əndazəni aşmamaq şərtilə hamını nümunə göstərməyə səsləyir.

 

Tanınmış yazıçı-publisist Ələşrəf Niftiyev əvvəlki əsərlərində olduğu kimi, bütün hallarda həmişə haqq-ədalətin tərəfində durmaqla tərəzinin gözünü düz tutmağa çalışır.

 

"Axtarma məni", "Hədiyyələr qismət olmadı" hekayələrində içki aludəçiliyi nəticəsində ailəsinin, dost-tanışının nifrətinə səbəb olanların ümumiləşdirilmiş obrazı yaradılıb. Müəllif "baxın bunlara" kimi kinayəli sözləri ilə qəzəb hiddət dolu fikirlərini uca səslə söyləyir. Ailələrin dağılması ilə nəticələnən, hər bir kəsin ovqatına utanclıq gətirən mənəvi düşkünlərin hərəkətləri ifşa olunur. Belələrinin sağlam həyat tərzinə qayıtması məqsədilə personajların dili ilə tərbiyəvi təsir vasitələrindən istifadə edilməsi qənaətbəxş hesab olunmalıdır. Baş verən neqativ halların qarşısını almaq, cinayətə aparan yollardan çəkinmək üçün valideyn, ağsaqqal, ziyalı nümunəsi şübhəsiz bütün hallarda mühüm rol oynayır.

 

Ələşrəf Niftiyevin oxuculara təqdim etdiyi ikinci kitabındakı "Toy başlamamış dava", "İddiadan imtina", "Toydan bəhrələnmiş ağamız" digər hekayələri maraqlıdır. O, insanlar arasındakı həqiqi dostluğu təqdir edərək şəxsi mənafe güdülməyən, sui-istifadə əsasında qurulmayan saf, mənəvi münasibətin faydalı düzgün olduğunu diqqətə çatdırır.

 

Qulluq, yaxud vəzifə başında olanların etimadını hiyləgərliklə qazanıb onlardan şəxsi məqsədləri üçün istifadə edənlər gec-tez peşmançılıq çəkib bu düzgün qurulmayan münasibətlərdə uduzmalıdırlar. Həqiqətin qanunu belədir. İnsan mənəviyyatının özəyini təşkil edən abır-həya, ləyaqət kişilik əmanəti saf təmiz saxlanılaraq qorunmalı, xəyanət isə bağışlanılmamalıdır.

 

Hesab edirəm ki, ağsaqqal yazarımız Ələşrəf müəllimin nəşr olunan bu iki kitabındakı süjet xətti, hadisələr, obrazlar həyatdan götürülüb, ümumiləşdirilmiş personajlar vasitəsilə bu günümüzün mövzusu kimi təqdim olunub. Əminəm ki, yazıçı-publisistin geniş auditoriyaya hesablanmış bütün digər əsərləri kimi oxuculara təqdim etdiyi bu kitabları da rəğbətlə qarşılanacaqdır. Çünki bu kitablar həm oxunaqlı həm çox maraqlıdır.

 

Əlihüseyn ŞÜKÜROV

 

Azad Azərbaycan.- 2020.- 25 aprel.- S.7.