Hər bir işdə hamıya nümunə və örnək olan ziyalı
Qadir SÜLEYMANOV – 80
(Portret cizgiləri)
Həyatın ağır sınaqlarından
keçmiş, yalnız
öz iradəsi, əzmi ilə mənsəbə, ada-şöhrətə
çatmış insan,
Sumqayıt Polimer Tikinti Materialları Kombinatının sabiq direktoru, Sumqayıt şəhərinin nüfuzlu
ziyalılarından biri
Qadir Süleymanovun bu günlərdə 80 yaşı tamam oldu.
Qısa
arayış: Qadir Süleymanov 1940-cı il aprelin 22-də Şərur rayonunun məşhur Şahtaxtı
kəndində dünyaya
gəlib. 1957-ci ildə
Şahtaxtı kənd
orta məktəbini, iki il sonra isə Naxçıvan şəhər
3 ¹-li Texniki-peşə məktəbini
bitirib. 1962-ci ilin sentyabrınadək Gümüşlü qəsəbəsində
Geoloji-kəşfiyyat dəstəsində
işləyib.
1967-ci ildə Azərbaycan Neft-Kimya İnstitutunda ali təhsilini
başa vuraraq, mühəndis-texnoloq ixtisasına
yiyələnib və
həmin ilin aprelində Sumqayıt Polimer Tikinti Materialları Kombinatında
işə qəbul edilib. 1973-cü ilin yanvarında Leninqrad Ümumittifaq Mühəndis-Texniki
rəhbər işçilərin
Təkmilləşdirilməsi İnstitutunu bitirib, 3 il sonra - 1976-cı ildə Sumqayıt Polimer Tikinti Materialları Kombinatına
baş mühəndis,
5 il sonra isə həmin müəssisənin direktoru
vəzifəsinə təyin
edilib.
Qadir Süleymanov 10 il
(1981-1991-ci illərdə) Sumqayıt
Şəhər Xalq Deputatları Sovetinin deputatı olub, 1983-cü ilin aprelində Azərbaycanın iqtisadi inkişafındakı səylərinə,
qazandığı uğurlara
görə SSRİ-nin
Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin
Qızıl medalı
ilə təltif olunub. Çoxillik səmərəli əmək
fəaliyyətinə görə
1989-cu ildə Azərbaycanın
“Əmək veteranı”
medalı ilə,
2017-ci ildə isə Sumqayıt şəhərinin
sosial-iqtisadi inkişafında
xidmətlərinə, rəhbərlik
etdiyi müəssisənin
uzun illər uğurla fəaliyyət göstərməsinə nail olduğuna
görə Sumqayıt
şəhər İcra
Hakimiyyətinin təqdimatı
ilə "Tərəqqi"
medalı ilə təltif edilib.
***
Qadir Süleymanov özünün
yüksək mühəndis
istedadı, fədakar
əməyi ilə ömrünün 50 ilə
qədərini istehsalata,
şəhərin sosial-iqtisadi
inkişafına, yüksəlişinə
həsr etmiş əmək adamlarından,
müəssisə rəhbərlərindən
biridir. 1967-ci ildə Azərbaycan Dövlət Neft və Kimya
İnstitutunu bitirdikdən
sonra Sumqayıta gələrək, ömrünün
yarım əsrdən
çoxunu bu şəhərdə yaşayan
Qadir müəllim Sumqayıt Polimer Tikinti Materialları Kombinatında əvvəlcə
sıravi fəhlə,
sex rəisi kimi çalışıb, sonralar
5 il müəssisənin
baş mühəndisi,
20 il isə direktoru olub. Onun təşəbbüsü
və təşkilatçılığı
ilə Kombinatın istehsal həcmi, həm də əməkçilərin aylıq
qazancları ildən-ilə
artıb, keçmiş
SSRİ-nin yüzlərlə
şəhərinə, eləcə
də Pakistana və Monqolustana ixrac edilən Sumqayıt markalı məhsulların - polimer tikinti materiallarının
çeşidi genişləndirilib,
müəssisədə yeni
texnika və texnologiyaların tətbiqi
sayəsində 200-ə qədər
yeni iş yerləri yaradılıb.
Kombinatda işin düzgün və səmərəli təşkili,
mühəndis-texnik işçilərə
və fəhlələrə
göstərilən daimi
diqqət və sosial qayğının (kombinatın bütün işçilərinə gündəlik
olaraq pulsuz yemək verilir, süd paylanırdı), onların əməyinə
verilən qiymətin nəticəsi olaraq müəssisə Qadir Süleymanovun direktor olduğu illərdə daim gəlirlə, yüksək rentabelliliklə
işləyib, bütün
Sovetlər ölkəsində
qabaqcıl bir müəssisə kimi tanınıb. Yuxarıda yazdığım kimi, təsadüfi deyil ki, vaxtilə
müəssisə və
onun direktoru SSRİ Xalq Təsərrüfatı
Nailiyyətləri Sərgisinin
Qızıl medalına
layiq görülüb.
Azərbaycanda belə
bir yüksək təltif çox az müəssisəyə
və direktora nəsib olurdu.
Qadir Süleymanov
təkcə bacarıqlı
istehsalatçı deyil,
həm də vətənpərvər, xalqını
ürəkdən sevən
bir adamdır. Qarabağımızın
ağır-məşəqqətli günlərində onun təşəbbüsü ilə
Sumqayıt Polimer Tikinti Materialları Kombinatı həm Qarabağ əhalisinə,
həm də respublikanın müxtəlif
şəhərlərinə, həmçinin Sumqayıta
pənah gətirmiş
qaçqın və köçkünlərimizə, didərginlərimizə maddi
yardım göstərmiş,
hər zaman onlara mənəvi dayaq olmuşdur. Bununla belə, qabaqcıl müəssisə
rəhbəri və uzun illər həm də şəhər Sovetinin deputatı kimi də fəaliyyət göstərmiş bir adam - şəhərin
tanınmış, nüfuzlu
ziyalılarından olan
Qadir Süleymanov həmişə hədsiz
təvazökarlığı, sadəliyi ilə seçilmişdir.
...Bir-neçə il əvvəl Qadir müəllimi yaxından tanıyan və qiymətləndirən dost-tanışların
sayəsində Sumqayıt
sənayesinin inkişafında
müəyyən xidmətləri
olmuş bu gözəl insanın maraqlı ömür yolundan bəhs edən geniş həcmli, nəfis tərtibatla nəşr edilmiş “Ömür ləngəri” kitabı nəşr edilmişdir. Azərbaycan Yazıçılar Birliyinin
üzvü, tanınmış
yazıçı-publisist Sabir
Şahtaxtının səyi
ilə ərsəyə
gəlmiş həmin
kitab Qadir müəllimin ömür
salnaməsini bütün
dolğunluğu ilə
əks etdirir. Kitabda böyük həyat yolu keçmiş bu nüfuzlu müəssisə
rəhbərinin, Sumqayıtın
xüsusi ehtirama layiq ziyalısının əmək fəaliyyətindən,
heç də asan olmayan tale sınaqlarından bəhs
edən bölmələrlə
yanaşı, onun haqqında yazılmış
oçerklər, qabaqcıl
bir istehsalat rəhbəri kimi respublika qəzetlərinə
verdiyi müsahibələr,
eləcə də Azərbaycanın tanınmış
şəxslərinin yubilyar
haqqında söylədikləri
fikirlər də geniş yer almışdır.
Respublikanın ötən illərdəki
sabiq Tikinti Materialları Sənayesi naziri Şair Həsənovun, “Azərsənayetikinti”
Səhmdar Cəmiyyətinin
sədri Ənvər Əliyevin, Asəf Zeynallı adına Bakı Musiqi Kollecinin direktoru Nazim Kazımovun, Sumqayıtın “Şöhrət”
ordenli məşhur cərrahı Hacı Cəfər Quliyevin, Bakı Şüşə
zavodunun direktoru Qəzənfər Novruzovun,
Sumqayıt Dövlət
Universitetinin dosenti Rəhilə Məmmədovanın,
Bakı Asbest-şifer
zavodunun direktoru, Əməkdar mühəndis
Umud Məlikovun, respublikanın Şəhərsalma
və Memarlıq Komitəsinin sədri Cahangir Qocayevin, Azərbaycanın Əməkdar
jurnalistləri Oqtay Cəfərovun və Eyruz Məmmədovun Qadir Süleymanov haqqında fikirləri onun bir insan
və istedadlı mütəxəssis kimi obrazını daha canlı və inandırıcı şəkildə
əks etdirərək,
tamamlayır. Ağdam
Tikinti Materialları kombinatının keçmiş
direktoru Qasım Kərimovun ("karyer"
Qasım) öz sumqayıtlı həmkarı
Qadir Süleymanov haqqında vaxtilə dedikləri də maraqlıdır: ”Mən Qadir Süleymanovu eyni nazirlik sistemində işlədiyimiz zaman tanımışam. O, öz
peşəsini sevən
və başqalarının
əməyini qiymətləndirməyi
bacaran bir mühəndis, nüfuzlu müəssisə rəhbəri,
nazirliyin kollegiya üzvü idi. O, bizim üçün nümunə, xarakteri ilə əsl şəxsiyyət idi. O, kollegiya iclaslarında qaldırılmış məsələlərin
müzakirəsində çox
fəal iştirak edirdi və savadlı, qeyri-adi təklifləri ilə daim diqqəti cəlb edirdi”.
***
...2015-ci ilin aprelində (onda şəhərin İcra başçısı Eldar
Əzizov idi) Qadir müəllimin xətrinə yamanca dəymişdilər - ömrünün
25 ildən çoxunu
Sumqayıt Polimer Tikinti Materialları Kombinatının inkişafına
həsr etmiş, onu SSRİ-nin ən qabağcıl müəssisələrindən birinə çevirmiş,
şəhərin sosial-iqtisadi
tərəqqisi üçün bütün bacarığı,
istedadı ilə çalışmış, uzun
illər şəhər
Sovetinin deputatı, şəhərin nüfuzlu
ziyalısı, müəssisə
rəhbəri olmuş
bu adamı nə Sumqayıtın o vaxtkı rəhbərlyi, nə də ictimai təşkilatların
nümayəndələri yada
salmadılar, telefonla da olsa, 75 illik yubileyi münasibətilə təbrik
etməmişdilər. Yaxşı ki,
2015-ci ilin sentyabrında
Sumqayıtın inkişafında
xüsusi xidmətləri
olanların, şəhərimizə
Qadir müəllim kimi adamların qədir-qiymətini dəyərincə
bilən qayğıkeş
bir rəhbər təyin edildi. Şəhərdə hamını
çox yaxşı tanıyan, hər kəsin xidmətlərindən
xəbərdar olan yeni İcra Hakimiyyəti başçısı Zakir
Fərəcov böyük
bir sənaye müəssisəsinə uzun
illər uğurla rəhbərlik etmiş Qadir Süleymanovun əməyini yüksək
qiymətləndirərək, onun "Tərəqqi"
medalı ilə təltif edilməsinə,
bununla da bu təvazökar, gözəl ziyalının böyük
sevincinə, minnətdarlığına
səbəb oldu.
Ömrünün artıq 80 ilini arxada qoyan Qadir
Süleymanov bu gün də Sumqayıt şəhərin
ictimai həyatında
bir ağsaqqal kimi yaxından iştirak etməklə, hər bir işdə
hamıya nümunə
və örnək olur. Belə insanların həyatı bugünkü gəncliyimiz
üçün bir nümunə və canlı kitabdır. Bu kitabı oxumaq və həmin həyatla yaxından tanış olmaq üçün inanıram
ki, Sumqayıt şəhər İcra Hakimiyyəti, Azərikimya
İstehsalat Birliyi və Sumqayıt şəhər Təhsil Şöbəsi koronavirusla
bağlı qadağalar
aradan götürüləndən
sonra Qadir Süleymanovla yəqin ki, maraqlı görüşlər keçirəcəklər.
Onun məşəqqətli,
maraqlı həyat yolunu, iş təcrübəsini cavanlar,
yeniyetmələr, məktəblilər
arasında yayacaqlar.
Rəhman ORXAN,
Əməkdar jurnalist
Azad Azərbaycan.- 2020.-28 aprel.- S.7.