Ürək dustaq oldu dərdə, fərağa”-deyən
Həkimə Billuri
Bu fikir ömrünün son anına kimi Həkimə
xanımın dilindən düşməzdi. Ovqatının ən
xoşbəxt cağında da
yurd həsrəti ona qənim kəsilərdi.
Göz ifadəsi dəyişərdi. Sevinci çöhrəsində,
təbəssümü dodağında donardı.
Əlini hərarətlə, həyacanla
döyünən ürəyinin üstünə qoyardı. Nə
faydası, təskinlik tapa bilməzdi. Varlığı
gizildəyərdi. Elə bil dilinin üstünə
od qoyardılar, danışmağa taqəti olmazdı.
Qalardı yana-yana, qırvrıla-
qıvrıla. Ən gərgin anlarında
gücü gələcək ümidinə, inamına
çatardı. Amma…onları da özü ilə haqq
dünyasına apardı.
Həkimə İbrahim qızı 90 il əvvəl
Cənubi Azərbaycanın Zıncan şəhərində
dünyaya göz açmışdı. Bütün
uşaqlar kimi, o da qayğısız, xoşbəxt
böyümüşdü. Yeniyetmə yaşına
çatanda isə hissləri, duyğuları onun
düşüncəsini dəyişər, təfəkküründə
haqqa, ədalətə tapınmaq kimi fikirlər oyanardı.
Əlbəttə, bunlar hələ tam
formalaşmamışdı. 10-15 yaşında
qız bilmirdi ki, nə üçün Təbrizdən, Zəncandan
qohumları, qonşuları,
qardaşları Araz çayının o biri səmtinə
can atır, cənubdan Şimala baş götürüb gedirlər.
Həkimə orta məktəbi yüksək
qiymətlərlə bitirdiyi üçün ona təklif
etdilər ki, elə orada qalıb müəllim işləsin.
O bu təklifdən fərəhləndi. İlk
gündən ona göstərilən etimadı
doğrultmağa çalışdı. Lakin duyub, anlayıb
görəndə ki, qohum-əqrabaları pərən-pərən
düşüb, bəlkə də özündən
asılı olmayaraq gileyləndi: “Dağlar, ox
olub gözümə batırsan. Araz, mənim
qanım kimi niyə bulanıq axırsan? Üzün
dönsün, ay xan Araz, niyə
qardaşı qardaşdan ayırırsan?”
Gənc Həkimə sevincini, kədər və
intizarını poetik formada bildirməyi bacarırdı.
Düzdür, o, hələ gələcək
qismətini, necə həyat tərzi
yaşayacağını bilmirdi. Yalnız xəyalında bu
hisslər dolaşırdı: “Zaman, dövran ən
ədalətli hökmdar, adil hakimdir. Bu,
mütləq qanunlar qarşısında niyə
haqsızlıq qalib gəlir?” Nəhayət,
Həkimə də Arazın bəri səmtinə
təşrif gətirdi. 20 yaşında qız üçün
bu, ola bilsin, arzuolunmaz səfər idi.
Ancaq o gəlməliydi, başqa əlacı yox
idi. Çəkişmələrdən, didişmələrdən
can qurtarmalıydı. Qəlbinin
kövrəkliyi az keçmiş dil
açıb danışdı:
Kaş Təbriz olaydı, bir də o günlər,
Qalib gəldiyimiz o aydın səhər,
Azadlıq olaydı, bir də ki zəfər,
Qəlblərdə min ümid yandıran atəş
Üfiqdən bayraq tək enəydi Günəş…
Şairə ilk şeirlərini hələ orta
məktəbdə oxuyarkən fars və Azərbaycan dillərində
yazmışdır. Onun Azərbaycan
dilində qələmə aldığı ilk
şeirləri və məqalələri 1945-ci ildə
İranda “Azər”, “Vətən yolunda” qəzetlərində
və
“Azərbaycan” jurnalında dərc olunmuşdur.
O, Bakıya gəldikdən sonra bədii və elmi
yaradıcılıqla fəal
məşğul olmuş, dövrü mətbuatda
müntəzəm çıxış etmişdir. Onun
“Şeirlər”, “Azadlıq baharı”, “İthaf”, “Sənin
könül otağın” və başqa
kitabları Bakıda və Moskvada nəşr olunmuşdur. Həkimə
xanımın şeirləri rus, ingilis,
gürcü, özbək, moldav dillərinə
və digər dillərə tərcümə edilmişdir.
Həkimə xanım bədii tərcümə
ilə də məşğul olmuşdur. O, Səməd
Vurğunun, Cəfər Cabbarlının, Nəbi
Xəzrinin, Mirvarid Dilbazinin əsərlərini
fars dilinə tərcümə etmişdir. Həkimə
Billurinin elmi axtarışları İran
Azərbaycanı ədiblərinin
yaradıcılığı ilə sıx bağlı
olmuşdur. Onun Şəhriyara həsr etdiyi sanballı əsərləri
ədəbiyyatşünaslığımızda
xüsusi yer tutmuşdur. Məhəmməd Hüseyn Şəhriyarın
Həkimə Billuriyə həsr etdiyi
şeirlər Billuri
yaradıcılığına verilən ən yüksək
qiymətlərdən biridir.
Yurd həsrəti insanın dincliyini ərşə
çəkir. Elə hey gözləri yolda, qulağı səsdə
qalır. Doğrudur, gənc Həkimə
Azərbaycana gəlməyindən peşman
deyildi. O, Səməd Vurğundan, Mirzə İbrahimovdan,
Süleyman
Rüstəmdən daim qayğı
görürdü. 1947-ci ildə Bakı Dövlət
Universitetinin filologiya fakültəsinə qəbul
olundu. Amma ürəyindən nisgil çəkilmədi.
1952-ci ildə Hökumə Bülluri Şərq
dünyasının söz, sənət, poeziya
korifeylərindən olan Şəhriyara
müraciətlə yazmışdı:
Qoy zaman
dolansın, sənsə belə qal!
Şair dəyişməyə tapmasın macal.
Təbrizi,
Zəncanı sən yadına sal,
Gəl opüm
mübarək, odlu sətrini,
Səndən
Təbrizimin alım ətrini…
Zəmanəsinin
tanınmış ədəbiyyatşünas alimi, son dərəcə
həsas, diqqətcil insan Əli Sultanlı Həkimə
xanımla
universitetin auditoriyasında tanış olub, onun şeirlərindən
məmnun qaldığını bildirib. “Qızım, sənin
yaradıcılığından zövq alıram. Getdiyin
yol çətindir, amma şərəflidir. Sənə
ürəyincə uğurlar arzulayıram”
deyib.
Eyni zamanda Əli Sultanlı gənc şairənin ilk “Mənim
arzum” və “Ölməz qəhrəman” kitabları
haqqında “Ədəbiyyat və incəsənət” qəzetində
geniş məqalə də dərc etdirib.
Tələbəlik
illərini uğurla başa vuran Həkimə Billuri “Azərnəşr”in
Bədii ədəbiyyat şöbəsində işə qəbul
olundu. Yaradıcılığı məhsuldar oldu. “Şairin yadigarı”, “Məndən uzaqlarda”
şeirlər toplusu işıq üzü gördü.
Çox
keçmədi ictimai- siyasi fəaliyyətini nəzərə
alıb onu Azərbaycan demokrat Partiyası Mərkəzi
Komitəsinin orqanı olan “Azərbaycan” qəzetinin
baş redaktoru vəzifəsinə təyin etdilər. Təxminən dörd il
orada
işlədi, ürəyindəki arzularını poetik
misralarla, publisistik qeydlər vasitəsilə oxuculara
çatdırdı. Lakin
poeziya
onun varlığından, damarlarından, qanından
süzülüb gəlirdi. İstəsə də,
ondan ayrıla bilmirdi. Bəzən
düşünərdi: “Nə yaxşı əlim qələm
tutur, könlümdən keçənləri yazıb azacıq
da olsa, sakitləşə bilirəm. Yoxsa
ürəyim qüssədən çərləyərdi”.
Bütöv bir insan ömrünü həsrət
yükü altında yaşamaqdan çətin nə var,
görəsən dünyada?! İnsanın elə kövrək,
elə
həzin anları olur ki, bu anda insan o ağırlıqdan sanki
sına bilər, əyilə bilər. Bəlkə də
insanı ağırlıqdan
xilas edən
içində şam şöləsi kimi titrəyə-titrəyə
nur saçan ümid, inam işığıdır. Allah
heç kimi ümidsiz,
inamsız eləməsin.
Həkimə
Billuri ilk növbədə Azərbaycanın ikiyə
bölünməsi faciəsini şəxsi taleyində
yaşayan, yarım əsr
doğulduğu yerləri, doğma ocağı görmək həsrəti
ilə yanıb yaxılan, Təbrizi daim yuxularında görən,
amma
yuxuları heç çin çıxmayan, son nəfəsində
belə bu həsrətlə barışmayan bir Azərbaycan
şairəsidir. Bəli,
Həkimə
Billuri Güney daglarından bir udum hava, meşələrindən
bir dənə yarpaq diləyən, vətənin suyundən
bir cam
içmək, Arazın o tayına qədəm basmaq həsrəti
ilə nəfəs alan, vətən həsrəti deyilən xəstəliyə
mübtəla
olan faciəvi
taleli Azərbaycan şairəsidir. Onun taleyi elə
Azərbaycanın taleyinə bənzəyir.
Sinəmə
ağır bir yükdü ayrılıq,
Belimi yay
kimi bükdü ayrılq…
Həyat
gözlərimdə sönmədən qabaq,
Sizdən bir diləyim olacaq ancaq.
Tufana,
küləyə döndərin məni,
Göndərin
vətənə göndərin məni!
Həkimə
Billurinin şeirlərinin çox böyük bir hissəsi bu
ağrının, bu böyük milli faciənin
doğurduğu
yaşantılardır. Həqiqi şairlər
yaşadıqlarını yazanlardır və Həkimə
xanımın şəxsi ağrılarından doğulan
şeirləri
oxucusunun
da gözünə yaş, qəlbinə dərd qoyan şeirlərdir.
Təsadüfi deyil ki, onun şeirlərində Təbriz, Araz,
ayrılıq, Vətən sözləri ən çox təkrarlanan
və duyğularına, yaşantılarına həmişəlik
hakim olan anlayışlardır.
Təbriz
haqqında çox yazılıb- Təbriz həsrəti bizim
Qarabağ dərdlərindən də qədim tarixi olan,
yanğısı sinə
göynədən dərdimizdir. H.Büllurinin “Təbriz”
şeiri o şeirlərin ən yaddaqalan, ən uğurlu
nümunələrindəndir.
Qolların
dolanar boynuna bir gün,
Yenə
baş qoyaram dizinə,Təbriz.
Həsrətdən,
hicrandan cana doymuşam,
Doyunca baxaram gözünə, Təbriz.
Bulanıq
suların axsın, durulsun,
Təzə günlərindən büsat qurulsun.
Səhənd
camalına bir də vurulsun,
Bir qubar qonmasın üzünə, Təbriz.
Həkimə
Billuri yaradıcılıq aləminə əsrimizin 40-cı
illərinin kükrəyib coşan xalq hərəkatının
qüdrətli
dalğaları qanadlarında gəlmişdi. Həkimə
xanımın keçdiyi yaradıcılıq yollarını
nəzərdən keçirdikdə çox
uğurlu
və mənalı bir mənzərənin şahidi oluruq. Onun yaşadığı ömür
çoxçalarlı, dərəli- təpəli
olmuşdur.
Digər
qələm dostları kimi, keçdiyi yaradıcılıq
yolu, qarşılaşdığı acılı-şirinli həyat
həqiqətləri onun
əsərlərinin başlıca ilham və qida mənbəyini
təşkil etmişdir.
Həkimə Billurinin ədəbi irsi zəngin və
çoxşaxəlidir. Onun klassik üslubda yazdığı qəzəllər
və bayatılarla
yanaşı, müasir həyatımızla bağlı olan əsərləri
yüksək sənətkarlıq nümunələridir. Sənətkarın
vətən həsrətli
şeirləri iki yerə bölünmüş ana torpağın dərdi
ilə dolu idi. Dərin həyat fəlsəfəsi, vətənpərvərlik
ruhu, yüksək
humanist ideyaları ilə səciyyələnən
Billuri yaradıcılığı müasir Azərbaycan
poeziyasının parlaq
səhifələrindəndirHəkimə
Billurinin şeirlərinin böyük bir hissəsi milli faciənin
doğurduğu yaşantılar olub.
Çox haqsızlıqların, faciəvi hadisələrin
iştirakçısı olmasına baxmayaraq
yaradıcılığında sabaha ölməyən bir
ümid,
inam hissi aparıcı xətt kimi keçir. “İnanıram o
parlaq günə”, – deyən şairə Vətənin
bütövləşəcəyinə və
xalqının öz azadlığına qovuşacağına
böyük bir inam bəsləyib. Azərbaycan onun şeirlərində
bütövdür, tamdır
və
bölünməzdir. Vahid və azad Azərbaycan ideyası
onun həyatının məzmununu və yaşamının
qayəsini təşkil
edib.
Bəli,
elə o tayda, bu tayda ömrü boyu məşəl
yandıran Həkimə Billuri! O, əbədi ömür
şəhadətnaməli
mübarizə və qələm dostu oldu… Əbədiyyət
dünyasında ona Tanrıdan mərhəmət və rəhmət
diləyirik.
Qeyd edək
ki, keşməkeşli həyat yolu keçən şairə
2000-ci il noyabrın 22-də
ömrünün 75-ci ilində Bakıda
vəfat etmişdir.
Aynur Turan
Azad Azərbaycan.-
2020.- 13 avqust.- S.11.