İNTELLEKTİN PORTRETİ
(Esse)
Doktor Hümbət Həsənoğlu ilə tanışlığım 90-cı illərin əvvəllərindən başlayıb. Almaniyadan Sumqayıta qayıtdığı vaxtlar idi. Yeni-yeni kooperasiya hərəkatı yaranır, biznes strukturlarının formalaşması prosesi gedirdi. Çoxlarında bu işi qurub genişləndirmək üçün zəruri olan bilik, ən əsası isə təcrübə çatışmırdı. Humbət həkim isə Avropanın, hətta dünyanın iş mərkəzlərindən hesab olunan Almaniyadan gəldiyinə görə Sovet quruluşuna xas olmayan fərdi biznes, xüsusi mülkiyyət haqqında kifayət qədər məlumatı vardı. Ayrı cür ola da bilməzdi. Kifayət qədər yüksək intellektə malik olan, Sankt-Peterburqda ali tibb təhsili alan, oradaca həkimlik fəaliyyətinə başlayan, daha sonra isə həkimlik fəaliyyətini Almaniyada davam etdirən Hümbət həkim kimi bir şəxsiyyət Avropada olduğu illərdə təcrübə və bilik mənasında oradan götürülə bilən hər nə varsa, hamısını mənimsəməli idi və məhz belə də olmuşdu.
Həmin təcrübəyə və öz intellektinə arxalanaraq, Hümbət həkim regionda ilk dəfə olaraq doğma Sumqayıtımızda “Biznes mərkəzi"ni yaratdı və ətrafına lazım bildiyi şəxsləri, dostlarını və partnyorlarını toplayaraq, qisa müddətdə böyük uğur qazandı. Sorağı qonşu ölkələrdən - Gürcüstan, Rusiya, Orta Asiya ölkələrindən gəlməyə başladı. Konfranslar, simpoziumlar və sərgilərdə Hümbət həkim həm öyrədir və həm öyrənir, həm də təşrübəsini artırırdı. Buradan başlanan biznes yoluna davam edərək, daha uzaqlara gedir və bu gün ölkəmizdə, ölkə xarıcində kifayət qədər nüfuza sahib olan iş adamı, doktor Hümbət Həsənoğlu indi bizimlə birlikdədir.
Mən Hümbət həkimlə dostluğumdan qürur duyuram və mənə çox xoşdur ki, 65 illik ömür yolunu işıqlandıracaq bir kitabda onun haqqında söz demək imkanı qazanmışam. Hümbət həkim haqqında çox-çox xoş sözlər demək olar, deyilib və bundan sonra da deyiləcək, yazılacaqdır. O, bu xoş sözlərin haqqını çoxdan öz zəhmətsevərliyi və istedadı ilə qazanıb. Mən Hümbət həkimin intellektual səviyyəsini ön plana çəkərək, bəzi fikirlərimi bildirməkvə oxucularla bölüşmək istəyirəm. Uzaq 1992- ci ildə Azərbaycan Demokratik Sahibkarlar Partiyası Sumqayıt təşkilatının təsisçisi kimi Hümbət Quliyev geniş, analitik çıxışında, sahibkarlığın elementləri ilə yenicə tanış olmaq istəyənlərə izah edirdi ki, hər kəs əslində naturaca sahibkardır.
Kimi malının, kimi mülkünün, kimi biznesinin, ağıllı adamlar isə İNTELLEKTİNİN SAHİBİDİRLƏR. Bu idi onun İNTELLEKTə verdiyi qiymət!!! Bu fikirləri Sovet təlimi və tərbiyəsi görmüş, ictimaini şəxsidən ucada tutmaq kimi qeyri-təbii fəlsəfəyə əsaslanan Sovet təlim-tərbiyəsi almış gənçliyə, ziyalılara Hümbət Quliyev yorulmadan təbliğ edirdi. İnsanları daim yaradıcılığa sövq edirdi. Həmin çıxışı xatırlayarkən Hümbət Quliyev mənim nəzərimdə daha bir kreativ fikri ilə yenidən canlanır. Sumqayıtı novatorcasına rəmzi olaraq Avropa, Bakını isə Asiya kimi təqdim edirək, paytaxtdan gələn qonaqlara “Asiyadan Avropaya xoş gəldiniz!” söyləyirdi. Hümbət həkimin bu kreativ fikirlərini çoxları təkrarlayır.
Doktor Hümbət Həsənoğlu mənim ücün İNTELLEKTİN PORTRETİDİR. O nə edirsə, hansı UĞURU qazanırsa, məncə hər zaman öz İNTELLEKTİNƏ arxalanır. Məlum olduğu kimi, intellekt (ing. intelligence ~ ru. èíòåëëåêò, èíòåëëåêòóàëüíûé ~ tr. zeka, zeki) İntellekt sözü Latın mənşəlidir: intellectus – başa düşmə, intellegere – başa düşmək, inter – arasında, legere – seçmək. İntellekt - informasiyanı "emal etmək" bacarığıdır. Doktor Hümbət Həsənoğlu informasiyanı həmin andaca emal etmək, lazımi nəticələri çıxartmaq və bu nəticələrə əsasən daha düzgün qərarı qəbul etmə bacarığına malikdir və bu işin əsl ustasıdır. İntellekt - mühakimə və məntiq sahəsində intellektuallıq, insan düşüncəsini modelləşdirmək bacarığıdır və ya ətrafda baş verən dəyişikliklərə uyğun reaksiya vermək bacarığıdır.
Doktor Hümbət Həsənoğlu ətrafda baş verən dəyişikliklərə
şəraitə uyğun adekvat,
operativ reaksiya vermək
üçün, elmin
əksər sahələrində malik olduğu çoxtərəfli ensiklopedik
biliyi, təcrübəsi və
dünyagörüşünə əsaslanaraq yeganə düzgün qərarı qəbuletmə
bacarığına malikdir və
mübaliğəsiz olaraq demək olar ki, bu
işin də əsl ustasıdır. Üçtipli intellekt
(Triarchic Theory of Intelligence) Amerika psixoloqu Robert J. Sternbergə görə intellekt üç istiqamətdə inkişaf
etməlidir:
• Analitik İntellekt - insan aldığı informasiyanı analiz etməyi, müqayisə etməyi, qiymətləndirməyi
bacarmalıdır; Dostlarım
və Doktor Hümbət Həsənoğlunu
tanıyan hər kəs gözəl bilr ki, o, informasiyaları
analiz etmək, müqaisə etmək və çox düzgün qiymətləndirmək
bacarığına malikdir.
O sanki elə bu məqsədlə dünyaya gəlmişdir.
• kreativ (yaradıcı)
İntellekt - insan yeni ideyalar verməyi,
problemlərin yeni həllini tapmağı, fərz etməyi, kəşf etməyi bacarmalıdır; Doktor Hümbət Həsənoğlu
yeni ideyaların generatorudur, problemlərin yeni həllini tapmaqda mahirdir.
• praktik intellekt
- insan nəzəriyyələri
tətbiq etməyi, öyrəndiklərindən praktik
olaraq istifadə etməyi bacarmalıdır.
Doktor Hümbət Həsənoğlu
nəzəriyyələri tətbiq
etməyi, öyrəndiklərindən
praktik olaraq istifadə etmək bacarığına əsaslanaraq,
həyatda xeyli uğurlar əldə etmişdir. Çoxtərəfli intellekt Amerika
psixoloqu Howard Gardnerə
görə insanların
intellekt səviyyəsi
eyni olmur. Hər bir fərd
fərqli sahələrdə
başqalarından daha
üstün intellektə
malik ola
bilər. O, yeddi belə sahə müəyyənləşdirmiş və onları aşağıdakı kimi
təyin etmişdir:
• Bədən-kinestetik (Bodily-kinesthetic) intellekti bədənin və onun hissələrinin
çevikliyi və qıvraqlığını, ətraflardan
(əllər və ayaqlardan) müxtəlif işləri keyfiyyətlə
yerinə yetirmək və yaradıcılıq
üçün istifadə
etmək qabiliyyətini
əhatə edir;
Hümbət Həsənoğlu təbiətən
atletik bədən quruluşuna malikdir. Onu ilk dəfə
görənlər idmanşı
olduğunu zənn edərlər. Belə bədən
quruluşu və özünü daim eyni formada saxlaya
bilmək qabiliyyəti
ona bədənin və onun hissələrinin
çevikliyi və qıvraqlığını, ətraflardan
müxtəlif işləri
keyfiyyətlə yerinə
yetirmək və yaradıcılıq üçün
istifadə etmək qabiliyyətini formalaşdırmağa
şərait yaradır.
• Vizual-fəza (visual-spatial) intellekti
fəzada obyektlərin
bir-birinə nəzərən
vəziyyətlərini, yerləşməsini
müəyyən etmək
və yerdəyişmə
zamanı yarana biləcək dəyişikliyi
təyin etmək qabiliyyətindən, obrazları
və şəkilləri
aydın təsəvvür
etmə bacarığından
ibarətdir; Doktor Hümbət Həsənoğlunun
yaxın dostları arasında rəssamlar da var. Bu onun fəzada obyektlərin bir-birinə nəzərən
vəziyyətlərini, yerləşməsini
müəyyən etmək
və yerdəyişmə
zamanı yarana biləcək dəyişikliyi
təyin etmək qabiliyyətindən, obrazları
və şəkilləri
aydın təsəvvür
etmə bacarığından,
rəsm əsərlərinə
xüsusi münasibətindən,
yüksək incəsənət
zövqünün olmasından
irəli gəlir. İş kabinetində və evində rəsm əsərlərinin özünəməxsus
yeri vardır. Dostlarına xüsusi sifarişlə hazırlanmış orijinal
rəsm əsərləri
hədiyyə etməyi
çox sevir.
• Musiqi (musical) intellekti səsin yüksəkliyini,
tonunu, ritmini ayırd etmək, müxtəlif səslərdən
kompozisiya yaratmaq, melodiyanı səsləndirmək
qabiliyyəti kimi müəyyən edilir; Doktor Hümbət Həsənoğlu özünün
yüksək musiqi zövqü, duyumu ilə gözəl müsiqilərin məftunu,
aludəçisidir.
• Verbal-linqvistik (verbal-linguistic) intellekt
dilləri öyrənmək
qabiliyyətindən, fikrini
şifahi və yazılı şəkildə
dəqiq ifadə etmək bacarığından
ibarətdir; Doktor Hümbət Həsənoğlu
müxtəlif dilləri
öyrənmək qabiliyyətinə,
fikrini bildiyi dillərdə şifahi və yazılı şəkildə dəqiq
ifadə etmək bacarığına görə
də başqalarından
fərqlənir. Azərbaycan, rus, alman, türk
dillərində bu qabiliyyəti ilə digərlərini təəccübləndirməsinin
dəfələrlə şəxsən
özüm şahidi olmuşam.
Doktor Hümbət
Həsənoğlu məntiqi-riyazi
analiz etmək, başqa insanları anlamaq, onların niyyətlərini, hisslərini
başa düşmək
bacarığına malikdir. O həmişə
nə istədiyini çox gözəl bilir. Bütün fikirlərini aramla, məntiqi ardıcıllıla
düzərək müsahibi
üçün maraqlı
tərəfdaş ola bilir. Doktor Hümbət Həsənoğlu
ətraf aləmi yüksək həssaslıqla
müşahidə edir,
təbiəti başa
düşür, qanunauyğunluqlarını
çox gözəl anlayır, təbiəti olduğu kimi qəbul edir, təbiətin qayğısına
qalır. Flora, fauna və ətraf mühitin vəhdətini dərk edir və bu vəhdətin
nəticələrindən maksimum bəhrələnir,
zövq ala bilir.
Ev heyvanlarının, kücə
və parklarda olan it, pişik, quşların “dilini” yaxşı bilir, onlarla elə onların öz dilində “danışır”
Doktor Hümbət Həsənoğlu daim həyatın mənasını
anlamaq, həyat və dinə aid suallara cavab tapmaq sahəsində araşdırmalar aparır.
Başqa
insanların maraqlarını
nəzərə alaraq,
qərar qəbul etmək, gördüyü
işlərə görə
məsuliyyət daşıdığını
bilmək bacarığı
ilə fərqlənir.
O, yaxşı tərəf-
müqabilidir, səbrlidir,
dinləməyi bacarır.
Onunla söhbətdə tərəf-müqabilin
demək istədiyini bütünlüklə deyə
bilir. Hümbət həkim buna
tam şərait yaradır.
İntellektin ölçülməsi İntellektin ölçülməsinin
müxtəlif nəzəriyyələrə
aid bir çox metodları var. Bunlardan ən çox istifadə olunan metod – intellekt koeffisenti testləridir.
Bu testlərə verbal-linqvistik, məntiqi-riyazi, vizual-fəza qabiliyyətlərinə
aid tapşırıqlar daxil
edilir. Mən əminəm ki,
Doktor Hümbət Həsənoğlunun İQ – intellekt
əmsalı kifayət
qədər yüksəkdir.
Onunla müntəzəm olaraq təmasda, müzakirələrdə
və Sumqayıtda artıq öz brendı olan Sumqayıt "Dostlar Klubu"nda görüşlərimiz
zamanı şəxsi
müşahidələrim məni
bu fikiri qətiyyətlə deməyə
imkan verir. Doktor Hümbət Həsənoğlu
bacarıqlı liderdir.
Yaxşı lider olmaq aysberqi Titanikə toxunmazdan əvvəl görməkdir. O, bunu
çox yüksək
səviyyədə bacarır.
Hazırda hədəfdə, gündəmdə
dərmanlar, genetik modifikasiya, süni zəka, hətta bəlkə də beyinə qoyulan implantlar insan şəxsiyyətini dəyişməkdən
ibarətdir. Ancaq böyük əminlik və səmimiyyətlə
deyə bilərəm
ki, dostluğu ilə qürur duyduğum Doktor Hümbət Həsənoğlu
bütün bunların
fövqündədir, heş
bir süni zəka, beyinə qoyulmuş implantlar sayəsində yarıkompüter
insanların İQ göstəricisi
onun göstəricilərinə
yaxınlaşa belə
bilməzlər. Bəli,
mənim üçun
Doktor Hümbət Həsənoğlu İNTELLEKTİN əsl SİMVOLU, İNTELLEKTİN
PORTRETİDİR
Rafiq MEHDİYEV,
Sumqayıt şəhəri
Azad Azərbaycan.- 2020.-25 iyun.- S.7.