Allah vergisi
olan seçilmiş insan
Hümbət Həsənoğlu - 65
(Esse)
Dünyada bütün sahələr
üzrə Allah vergisi
olan insanlar çox azdır. Bəlkə də,
yüz min nəfərdən
biridir. Bu insanlara
Allah təkcə ağıl,
savad, istedad, təxəyyül verməyib,
həm də onlara çox yaxşı dil tapmaq, insanları öz ardınca aparmaq, həmişə xeyirxah olub, hamının işinə
yaramaq kimi gözəl keyfiyyətlər
verib. Bunlara Ulu Tanrının seçilmiş bəndələri
deyirlər. Bax mənim dostum Hümbət Həsənoğlu
da Allah vergisi olan həmin yüz minlərdən və seçilmişlərdən
biridir.
Sevinirəm ki, mənim belə bir dostum
var və həmişə də ondan, onun uzaqgörən
siyasətindən layiqincə
bəhrələnirəm. Onunla
fəxr eləyirəm.
Ondan çox şeylər öyrənirəm...
Axı maraqlı bir pəncərə olan bu dünya
gör-götür dünyasıdır...
Hər bir insan da bu
gör-götür dünyasından
nə qədər çox şeyləri öyrənsə, ona həyatda gərək olar.
Hümbət həkim demək
olar ki, hər sahənin bilicisi olduğuna və həkim kimi insan qəlbinin
mühəndisi olduğundan
az bir vaxtda
təmasda olduğu adamla çox tez dil tapa
bilir. Yəni psixoloq kimi qarşısındakı
adamın xarakterini tez tapır və elə həmin tapdığı
açarla onun daxilini açıb, özünə asanlıqla
həmsöhbət eləyə
bilir. Məhz ona görə də Hümbət Həsənoğlu ilə
bir dəfə təmasda olan, söhbət eləyən
adam onu heç vaxt unutmur. Bax buna
görə də o, Ulu Tanrının seçilmiş insanlarındandır.
Bu istedadı o, hələ
orta məktəbdə
oxuduğu vaxtdan onda təkcə müəllimləri yox, həm də oxuduğu Sumqayıt şəhər 17 nömrəli
tam orta məktəbin
şagirdləri də
kəşf eləyiblər,
duyublar. Çünki
həmin vaxtı orta məktəbdə keçirilən bütün
maraqlı tədbirlərin
ssenari müəllifi,
əsas təşkilatçısı
və aparıcısı
məhz dərslərini
beş qiymətlərlə
oxuyan Hümbət olurdu. Təkcə öz həmyaşıdları
yox, hətta ondan yuxarı sinifdə və aşağı sinifdə
oxuyanların hamısı
Hümbətə oxşamağa,
onun kimi düşünməyə, davranmağa
və hazırcavab olmağa çalışırdılar.
Deməli, bu həqiqətən, dəqiqdir
ki, məşhur şəxsiyyətlər elə
uşaq yaşlarından
Ulu Tanrı tərəfindən seçilir
və bir mayak olurlar. Onların gur işığının ardınca
sonralar minlər və milyonlarla adamlar gəlir...
Hümbət Həsənoğlunu tanıdığım bu uzun illərdə, hər dəfə onunla təmasda olanda, ondan orijinal
fikirlər eşitmişəm.
Hər bir məsələyə də
özünün ayrıca
münasibətini görmüşəm.
Onda çoxlu insanlarda olmayan ən maraqlı cəhət odur ki, adamları güldürərək, maraqlı
lətifələr deyərək,
istədiyi bir maraqlı fikri çox asanlıqla onların beyninə yerləşdirə bilir.
Çox
maraqlıdır ki, mən onu heç
vaxt ruhdan düşən, əsəbi,
hirsli, qəmli görməmişəm. Daima
yaşamaq enerjisi aşıb-daşan, yüksək
əhval-ruhiyyədə olan
və həmişə
də düşünən,
adamları ardınca aparan görmüşəm.
Axı adamların çoxu bəzən heç günlərlə
düşünmür və
yalnız robot kimi, mexaniki formada hərəkət eləyirlər...
Hümbət Həsənoğlu yüksək
ixtisaslı göz həkimi kimi yüzlərlə insanların
gözünə şəfa
verdiyi vaxtda da, ilk biznes məktəbini yaradıb,
Azərbaycanda sahibkarlığın
əsasını qoyanlardan
biri olmaqla da, çoxlu insanları çörəyə
çatdırmaqla, milli
sahibkarlığımızın yaradıcılarından biri
olmaqla da, Azərbaycanı bu sahədə dünyanın
çoxlu xarici ölklərində təmsil
etməklə də və ən nəhayət, sonuncu üç ildə iki mindən çox aforizmlər, yüzdən çox hekayələr yazmaqla insanları öz ardınca aparmağı bacarır. Özünün
nəcib əməlləri,
gördüyü böyük,
qlobal işlərilə
həyatını xalqı
üçün şam
kimi yandırır...
Bəli,
həyatının 50 ilini
Azərbaycan ədəbiyyatına,
incəsənətinə və
jurnalistikasına xidmət
eləyən bir mütəxəssis və
həyatda çox çətin, məşəqqətli
ömür yaşayan
insan kimi qətiyyətlə və
mübaliğəsiz deyə
bilərəm ki, zaman gələcək biz böyük fəxarətlə
deyəcəyik ki, Hümbət Həsənoğlu
ilə eyni vaxtda yaşamışıq.
Çünki bu Allah vergisi olan və Ulu Tanrı tərəfindən
seçilmişlərdən olan böyük şəxsiyyət,
hansı sahədə çalışmasından asılı
olmayaraq özünün məktəbini, özünün
yolunu yaradıb.
Yolunuz
daha da işıqlı və gur olsun Hümbət Həsənoğlu.
İnanıram ki, sizin açdığınız bu yolla
çoxlu insanlar gedir və gedəcək. Onlar bu müqəddəs
yolda böyük uğurlar tapacaqlar... Axı həmin
uğurun əlifbasını siz özünüzün
ağlınız, savadınız, orijinal düşüncənizin,
böyük təşkilatçılığınızın
və yaratdığınız biznes məktəbinizlə
onlara veribsiniz. Axı elə sizin yazdığınız
aforizmlər də özü bir həyat məktəbidir... O
məktəbin də təməlini və gələcək
yolunu Azərbaycanda siz qoyursunuz.
Yol - müqəddəs sözdür. Siz də sizi tanıyanlar üçün həmişə müqəddəs bir insan adını qazanıbsınız. Yolunuz həmişə uğurlu və hamar olsun, DOSTUM!
Ağalar İDRİSOĞLU
Azad Azərbaycan.- 2020.- 20 iyun.- S.7.