Diaspor işində könüllülük əsasdır

 

Artıq birmənalı şəkildə demək olar ki, diaspor siyasəti ilə bağlı sistemli aparılır

 

Zamanın bütün mərhələlərində, xüsusən, Azərbaycan xalqının təşəkkülü prosesində milli birlik ideyalarının yenidən formalaşması və təkmilləşməsi milli şüurun beynəlxalq aləmdə qəbul edilib, başa düşülməsi bu günkü inkişafımızın prioritet məsələlərindən biri olub. Bu mənada diasporgüclü lobbinin yaradılması uzunmüddətli bir proses olduğundan qarşıya çıxan problemlərin, həllini gözləyən taleyüklü məsələlərin müzakirəsinə həmişə ehtiyac duyulub.

Diaspor sahəsində aparılan islahatlar da bu siyasətin tərkib hissələrindən birini təşkil edib. Bu işin dövlət səviyyəsində aparılması da sevindirici haldır. Əslində, diaspor fəaliyyəti belə də olmalıdır. Çünki taleyin amansız hökmü ilə azərbaycanlılar dünyanın bir çox ölkələrinə səpələniblər. Onların dilimizi, dinimizi, milli dəyərlərimizi, adət-ənənələrimizi qoruyub saxlamalarına, xarici ölkələrdə dünyaya gələn övladlarının azərbaycanlı kimi böyüməsi işində dövlət qayğısına çox böyük ehtiyac duyulur. İndi birmənalı şəkildə demək olar ki, diaspor siyasəti ilə bağlı sistemli şəkildə aparılır. Bunun nəticəsidir ki, son dövrlərdə diaspor fəaliyyəti xeyli güclənib.

Diasporla İş üzrə Dövlət Komitəsindən aldğımız məlumata görə, son zamanlar  27 ölkəni əhatə edən 11 Koordinasiya Şurası yaradılıb. Məlumatda göstərilir ki, bu şuralar xaricdə yaşayan azərbaycanlıların şəbəkələşməsi və vahid platformalarda birləşməsi üçündür. Bəs Koordinasiya şuralarının əhəmiyyəti nədən ibarətdir?

Politoloq Tofiq Zülfüqarov mətbuata açıqlamasında deyib ki, Koordinasiya şuralarının olması  dünya ölkələrinin də təcrübələrində var: “Diaspor təşkilatlarının koordinasiya qurumları mövcuddur. Məsələn, ABŞ-dakı yəhudi diasporunu götürək. Onların bir çoxunun maraqlı təcrübələri var. BMT-nin sessiyası olanda müxtəlif siyasətçilər, xarici işlər nazirləri, dövlət başçıları ilə görüşlər keçirirlər. Təbii ki, bu, həm ABŞ-ın, həm də İsrailin maraqlarını əks etdirən addımlardır. Bunu ona  görə ətraflı deyirəm ki, dünyada Koordinasiya şuralarının təcrübəsi mövcuddur. Azərbaycanın diaspor təşkilatlarının bu təcrübədən istifadə etməsi müsbət nəticələrə gətirib çıxaracaq. Açıq deyəcəm, əvvəllər xaricdə fəaliyyət göstərən diaspor təşkilatları arasında ayrıseçkiliyə rast gəlirdim. Lazım olmayan münaqişələr, bir təşkilatın digərinin işinə qısqanclıqla yanaşması çox pis hallar idi. Sözsüz ki, təşkilatların bir rəhbərlik tərəfindən idarə olunmasının əhəmiyyəti böyükdür. Çünki yaxşı rəhbər pərakəndəliyə, ayrıseçkiliyə qarşı çıxır. Ancaq bizim diaspor təşkilatları yeni yaranıb. Onların təcrübə yığması, hansısa ölkənin siyasi mühitində faktor kimi formalaşması üçün uzun vaxt lazımdır».

T.Zülfüqarov qeyd edib ki, bütün bunlara baxmayaraq bu sahədə son bir neçə ildəki inkişaf göz önündədir: «Artıq təşkilat rəhbərləri milli düşüncəni saxlamağa çalışırlar. Bu da çox önəmli məsələdir. İstiqamət fəaliyyəti milli düşüncənin inkişafına hesablanmalıdır. Həmçinin, ikinci nəsil diaspor təşkilatları yaxşı təhsil alıblar, müxtəlif dillərdə danışa bilirlər, yerli mühiti çox yaxşı başa düşürlər. Ona görə də müxtəlif xalqlara inteqrasiyanı  milli köklərin qorunmasını mütləq qoruyub saxlamalıyıq. Bu çox vacib məsələdir. Hesab edirəm ki, Koordinasiya şuraları bu istiqamətdə işlərini qursalar, daha da faydalı olarlar”.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) sədri İlham İsmayılov isə hesab edir ki, xaricdə yaşayan imkanlı soydaşlarımızın diasporlobbiçilik işinə cəlb olunması çox vacibdir. Onun sözlərinə görə, diasporlobbiçilik işi elə bir sahədir ki, bu məsələdə böyük maliyyə qaynaqlarının olması əsas şərtdir: «Ölkə xaricində yaşayan istənilən imkanlı soydaşımızın diasporlobbiçilik işinə cəlb olunması olduqca vacibdir. Torpaqlarımızın erməni işğalı altında olduğunu və Dağlıq Qarabağ həqiqətlərinin təbliğ olunmasında diasporumuzun hansı işləri görə biləcəyinə nəzər salsaq görərik ki, bu məsələdə biz həm də koordinasiya olunmuş şəkildə hərəkət etməliyik. Bakıda keçirilən Dünya Azərbaycanlılarının dördüncü qurultayında prezident İlham Əliyev də bu məsələlərə xüsusi olaraq toxundudiasporumuz üçün əsl hədəfləri göstərdi. İstənilən halda hansısa bir ölkədə diaspor təşkilatı yaranırsa buna ancaq sevinmək lazımdır. Sadəcə bir qədər zaman lazımdır ki, biz yaranan həmin təşkilatların kimlərə və nəyə xidmət etdiklərini də görə bilək. Əgər bir təşkilat milli maraqlarımıza xidmət etməyəcəksə onun uzun müddət yaşaması da sual altında olacaq. Hesab edirəm ki, istənilən halda diaspor təşkilatlarımız Azərbaycanın siyasətinə qarışmaqdansa, Azərbaycan xalqının maraqlarını yaşadıqları ölkələrdə daha yaxşı bir şəkildə təmsil etməlidirlər. Və biz artıq diaspor təşkilatlarımızın parçalanmasından yox, onların birliyindən danışmalıyıq. Çünki qarşımızda təşkilatlanmış və olduqca hiyləgər erməni lobbisidiasporu durur».

ATXƏM sədri bildirib ki, hazırda türk birliyinin qurulması üçünbütün sahələrdə işlər sürətlə davam etməkdədir: «Təbii ki, bu birliyin qurulmasında ən vacib olan məsələlərdən biritürk dövlətləri ictimaiyyət nümayəndələrinin könüllü olaraq bu proseslərdə çox fəal şəkildə iştirak etmələridir. Azərbaycan prezidenti cənab İlham Əliyevin “Bir millət-iki dövlət” prinsipini davam etdirərək, söylədiyi “Bir millətin iki diasporu olmaz” fikirləri bu prosesin daha da sürətlənməsinə təkan verib. Biz artıq Azərbaycanla bağlı xarici ölkələrdə, xüsusən Avropa dövlətlərində keçirilən bütün tədbirlərdə bu iki qardaş xalqların diaspor təşkilatlarını bir arada görə bilərik. Lakin hesab edirəm ki, biz bununla qane olmamalıyıq və bütün türk xalqlarının diaspor təşkilatlarının birliyinə nail olmaq üçün gələcəkdə bütün gücümüzü səfərbər etməliyik».

İ.İsmayılov əlavə edib ki, türkdilli xalqların əməkdaşlığının genişləndirilməsi və Azərbaycanın əsas problemi olan Dağlıq Qarabağın işğal altında olduğunu, Ermənistanın Azərbaycana təcavüzünü bütün türk dünyasına çatdırılması fəaliyyətin prioritet istiqaməti olmalıdır.

Bəli, bu gün Azərbaycan dövləti diaspor quruculuğu işinə xüsusi önəm verir. Xaricdəki diasporamız getdikcə inkişaf edir. Azərbaycan xalqı və dövlətinin qarşısında duran problemləri daha dərindən dərk edirdünyaya da tanıtmaq istiqamətində fəaliyyətlərini gücləndirirlər. Dünya azərbaycanlıları artıq vahid mərkəzdən idarə olunur. Bu məkanın adı Azərbaycandır. Diasporamızın ideoloji cəhətdən istiqamətlənməsi işiburadan həyata keçirilir. Diasporamız Azərbaycan dövlətçiliyinin prinsiplərini rəhbər tutaraq fəaliyyət göstərir. Ümumi ab-hava onu deməyə əsas verir ki, Azərbaycan dövləti və xalqının milli mənafeyi dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların şüuruna hakim kəsilir və onlar eyni fikrin daşıyıcılarına çevrilirlər.

 

Cavanşir QƏDİMOV

 

Azad Azərbaycan.- 2020.- 25 iyun.- S.5.