Milli birlik diasporumuzun nail

olmaq istədiyi əsas vəzifədir

 

İspaniyada azərbaycanlıların təşkilatlanma işini qənaətbəxş saymaq olar

 

Son illər diaspor sahəsində müsbət tendensiya müşahidə edilməkdədir. Xüsusilə, bu sahə ilə məşğul olan Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyində edilən dəyişiklik qeyd etdiyimiz sahədə bir canlama yaradıb. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Koordinasiya Şuraları yaradılaraq birgə fəaliyyət göstərmələri istiqamətində atılan addımlar, eləcə də xaricdə yaşayan soydaşlarımızın üzləşdikləri problemlərin həlli üçün göstərilən çevik reaksiya deyilənləri təsdiqləyir. Mübariz İbrahim 2005-ci ildən İspaniya krallığının Valensiya şəhərində yaşayır. O, Valensiya Azərbaycanlıları Cəmiyyətinin sədri olaraq aktiv şəkildə Azərbaycanın İspaniyada təbliğatını aparır. Müsbət haldır ki, Valensiya Azərbaycanlıları Cəmiyyətinin fəaliyyəti öz effektini verir. Belə ki, artıq Valensiyada Azərbaycanı tanıyanların sayı ildən-ilə çoxalır.

O, mətbuata verdiyi açıqlamada ilk öncə onu İspaniyaya aparan yola nəzər salıb. Bildirib ki, İspaniya uşaqlıqdan arzu etdiyi ölkələrdən biri olub: «İspaniyada yaşamağımın səbəblərindən biri, bu ölkənin təbiəti, iqlimi, mədəniyyəti və insanlarıdır. İspaniyaya gələn kim olur, olsun milliyətindən, dinindən, dilindən asılı olmayaraq bütün insanlara xoş, gülərüz və istiqanlı qarşılamalarıdır. İspanların çox gözəl və zəngin mətbəxə sahib olmaları də məni cəlb edib. Bütün fikirlərə, görüşlərə açıq yanaşmaları da mənim üçün maraqlıdır. Əlbəttə, hər bir ölkə belədir, lakin İspaniya məni özünə bir başqa çəkir. İspaniyanın hər hansı şəhər və ya kəndlərinə getdiyində özlərini onlardan birisi kimi sənə hiss etdirirlər. Milli bayramları bizim bayramlara bənzəməsi məni daha çox cəlb edir. Məsələn, Valensiyanın Fallas (Fayas) deyilən bayramı eyni bizim Novruz bayramına bənzəyir. Onlar da bizim kimi mart ayında baharın gəlişini qeyd edərlər, tonqal yandırıb üstündən atlanırlar, hər çərşənbə havaya fişəng atırlar. Və bir çox belə milli bayramları var».

O bildirib ki, Valensiyada çox soydaşımız yaşamır: «Təqribi 30 ailə var. Hər biri ayrı-ayrı sektorlarda işləyir. Boş vaxtlarımızda, bayramlarımızda, tədbirlərimizdə bir yerdə oluruq. Bundan əlavə, Valensiyaya hər il təhsil almaq üçün tələbələrimiz gəlir. Onlarla da yaxın əlaqələrimiz var. Hər biri ilə zaman çərçivəsində əlimizdən gəldiyi qədər görüşürük, bayramlarımızı bir yerdə qeyd edirik. Onların buradakı problemləri ilə yaxından maraqlanırıq. Bizim tədbirlərdə də tələbələrimiz fəal və aktiv iştirak edirlər».

M.İbrahim soydaşlarımız arasındakı birlikdən də danışıb: «Bu günə qədər tanıdığım həmyerlilərim arasında münasibətlərimiz yaxşıdır. Daha da güclü olması üçün əlimizdən gəldiyi qədər çalışırıq. Bəzi vətəndaşlarımız var ki, yeni gəlib, ola bilər ki, hələ bizi tanımır, o cəhətdən də bizə Azərbaycan Respublikasının İspaniya Krallığında yerləşən səfirliyi dəstək olur. Onların bizimlə əlaqə saxlamasında köməklik edirlər. Həmçinin bizöz növbəmizdə hər hansısa sənədləşmə ilə bağlı problemlərlə üzləşdiyində İspaniya Krallığında yerləşən Azərbaycan Respublikasının səfirliyinə müraciət edirik. Səfirliyimiz də bizi ətraflı şəkildə məlumatlandırır və hər cür dəstəyi verir. Mən də istəyirəm ki, yerli xalq bizim birliyimizi, bərabərliyimizi görsün, bizim necə bir-birimizə möhkəm bağlı olmağımızı bilsinlər».

M.İbrahim qeyd edib ki, ispanlar Azərbaycanı kifayət qədər tanıyırlar: «Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın böyük dəstəyi ilə keçirilən Avroviziya, Formula 1, İlk Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları və digər beynəlxalq tədbirlərə görə ispanlarAvropa ölkələri respublikamızı çox yaxından tanıyır və maraqlanırlar. Azərbaycana gedən ispan turistləri geri gəldikdən sonra deyirlər ki, Azərbaycan Avropa ilə müqayisə olunan bir dövlətdir. İspanlar bildirirlər ki, keçmiş sovet ölkələri arasında bu qədər sürətlə inkişaf etmişöz sözünü dünyada demiş 1-ci ölkəsiniz. Bunu ispan xalqından eşitmək çox sevindiricidir. Əlbəttə, bu, ulu öndər Heydər Əliyevin siyasəti, onun davamçısı Prezidentimiz İlham Əliyev və xanımı Mehriban Əliyevanın sayəsində olan nəticələrdir. İspanlar bizim idman sahəsində olan uğurlarımızdan da danışırlar.Qarabağklubu UEFA Çempionlar Liqasında oynayanda ispanlar bir daha bizim inkişafdan və sürətli irəliləyişimizdən radioda, televiziyada tez-tez danışırdılar. Bizbununla qürur duyurduq».

Yerli media ilə əlaqələrə gəlincə, M.İbrahim vurğulayıb ki, Azərbaycan diasporunun Valensiya mediaları ilə əlaqələri yaxşıdır: «Biz əlaqələrimizi daha da gücləndirməyə çalışırıq. Onların da bizə olan maraqlarını görürük. Bir neçə il bundan əvvəl İspaniyanın 1-ci dövlət kanalı TVE1 Azərbaycanda yaşayan ispan vətəndaşları ilə müsahibə və qısa reportaj hazırlamışdı. İspanlar Azərbaycanın təbii sərvətlərindən, milli mədəniyyətimizdən, sürətli inkişafından, azərbaycanlıların qonaqpərvər olmasından, vətən sevgisindən və torpaqlarımızın bərəkətli olduğunu öz icimayyətinə çatdırmışlar. Bu o deməkdir ki, dövlət telekanalları və digər özəl kanallar Azərbaycanla yaxından maraqlanır. İspaniyanın yerli mediasında tez-tez Azərbaycan haqda danışılması bizə qürur verir. İspan cəmiyyəti Qarabağ məsələsi ilə bağlı da məlumatlıdır və İspaniya dövləti Azərbaycanın ərazi bütövlüyünü tanıyır, dəstəkləyir. Hər bir azərbaycanlı da öz yaxınında olan dostlarını məlumatlandırır. Qarabağ mövzusu hər bir azərbaycanlının mövzusudur. Buna görə də vətəndaşlarımız geniş şəkildə yerli xalqa ətraflı məlumat verir. Səfirliyimiz, diaspor fəallarımız və həmvətənlərimiz bu mövzuda çox həssasdır. Mənim özüm İspaniyanın Valensiya şəhərində çıxan yerliLas provincias” qəzetində, “Levante” qəzetlərində 20 Yanvar faciəsi, Xocalı soyqırımına həsr olunan məqalələr dərc etdirmişəm. Bölgə rəhbərlərimiz də Burgos, San Sebastian, Madrid, Sevilya, Mursiya, Barselona kimi böyük şəhərlərdə Qarabağ mövzusunda tədbirlər keçiriblər. Ermənilərin qəddarcasına törətdikləri soyqırımı maksimal şəkildə ispan ictimaiyyətinə çatdırırıq və çatdırmağı da özümüzə bir borc bilirik. Hətta Azərbaycan Ticarət və Mədəniyyət Assosiyasiyasının rəhbəri Fərid Mustafayev bu barədə Navarranın rəhbəri ilə görüşündə Qarabağ mövzusunda söhbətlər edib. Qarabağın işğal olunmasından və ermənilərin burda törətdikləri vəhşilikdən geniş məlumat verib. Yeri gəlmişkən, ötən ilin may ayının 20-də Madriddə İspaniyaPortuqaliyada yaşayan azərbaycanlıların əlaqələndirmə şuralarının təsis toplantısı keçirildi. Tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti, Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov, İspaniyadaPortuqaliyada yaşayan həmvətənlərimiz, diaspor təşkilatlarının fəalları iştirak edirdi. Fuad Muradov görüşdə Dövlət Komitəsi tərəfindən xaricdəki Azərbaycan diasporu ilə əlaqələrin nizamlanmasına və möhkəmlənməsinə, bütün dünya azərbaycanlılarının dəstəklənməsinə, milli birliyə yönəlmiş işlər barədə danışdı. Sonra əlaqələndirmə şuraları təsis edildi. Səsvermə yolu ilə Yaqut Novruzova və Kərim Kərimov İspaniyada, Orxan Abbasov isə Portuqaliyada əlaqələndirici seçildi. İspaniya üzrə əlaqələndirici vəzifəsinə seçilmiş Yaqut Novruzova ona göstərilmiş etimada görə hamıya təşəkkürünü bildirərək qeyd etdi ki, öz missiyasını Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İspaniyada yaymaqda görür. Yaqut Novruzova vurğuladı ki, o, İspaniyada yaşayan həmvətənlərimizin sıx birləşməsi və inteqrasiyası üçün Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfirliyi və Diasporla İş üzrə Dövlət Komitəsi ilə əməkdaşlıq şəraitində əlindən gələni edəcək».

Təbii ki, azərbaycançılıq yalnız Azərbaycan Respublikasında yaşayan azərbaycanlıların deyil, həm də bütün dünya azərbaycanlılarının milli-mənəvi maraqlarını ifadə edən məfkurə kimi xalqımız tərəfindən qəbul olunmuşdur. Bu məfkurənin daşıyıcısı olan azərbaycanlıların harada yaşamasından və hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, tarixi Vətəni olan Azərbaycan Respublikasını düşünür, onun təəssübünü çəkir, nüfuzunu uca tutur. Fəxrlə demək olar ki, dünya azərbaycanlılarının əsl milli özünüdərk və ümummilli ideyası olan azərbaycançılıq məfkurəsi, müstəqil dövlətçilik və milli-mənəvi dəyərlər ətrafında sıx birləşməsi prosesi başlanmışdır.

 

Bilman ALLAHVERDİYEV

 

Azad Azərbaycan.- 2020.- 12 mart.- S.5.