Səhnəmizin Ağaları
Tanınmış
yazıçı, rejissor, aktyor, jurnalist, Əməkdar
incəsənət xadimi, Sumqayıt dostlar klubunun üzvü Ağalar İdrisoğlunun 70 illik yubiley günü
(16.03.2020) münasibətilə.
Bir çox ağası olubdur, bilirik səhnəmizin,
Ağalar
bir dənədir, kimsə küsüb inciməsin!
70-ə yetmişə bir bax, nə qədər
gəncdir o,
Bu cavan oğlana tanrım verib öz möcüzəsin!
Səhnəyə çıxdımı, meydan sulayar, təslim ol,
Biləsən, ərşə çıxıb
əks-sədası o səsin!
O rejissordu, yazardır,
yaradıb saysız əsər,
Nəyə əl qoysa, yorulmaz, kişi
dərmir nəfəsin!
Necə
həssas bir insan, bax onun
gözlərinə,
Qəlbinin sən eşidərsən
bir həzin zümzüməsin!
Başını dik tut əzizim,
dönüb ətrafına
bax,
Duymusan,
duy, bu həyatın
hələ xoş rayihəsin!
"Sağlığında gərək
insanlara qiymət verilə",
Sevmək
üçün və
sevilməkçün, ay ellər,
tələsin!
Ələmi, fəxridir o, Azərbaycanımızın,
Sumqayıt, həm də ki "Dostlar klubu" fəxr eləsin!
Əli ƏLƏMİ
Azad Azərbaycan.- 2020.- 17 mart.- S.7.