Ey gözəl insan
(Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna
həsr olunur)
Şam kimi əridi sənətdə ömrün,
Yüksək pilləsində dayandın
səbrin.
Xalq üçün çalışdın,
yaşadın hər gün,
Ürəyi Vətənçün döyünən, vuran,
Ömrün uzun olsun ey
gözəl insan.
Səhnəni öz evin, ocağın sandın,
Bəzən gecələri uyudun, qaldın.
Millətə xidmətdir ən
böyük andın,
Çəkdiyin zəhmətin göründü
hər an,
Ömrün uzun olsun ey
gözəl insan.
Sevdin Allahını, səcdə
eylədin,
Yolunu azana düz yol söylədin.
Haqsızlıq önündə heç
baş əymədin,
Qıldın namazını qəlbində
iman,
Ömrün uzun olsun ey
gözəl insan.
Haqqın,
ədalətin carçısı
oldun,
Zəhmətlə ən uca adları
aldın.
Sadəydin hər zaman, sadə də qaldın,
And yerin Tanrıydı, bir də ki,
Quran,
Ömrün uzun olsun ey
gözəl insan.
Qəbrin
nurlu olsun, Züleyxa ana,
Bir oğul
böyütdün, verdin
zamana.
Uymadı
xəbisə, murdar şeytana,
Kasıba,
xəstəyə hey arxa
duran,
Ömrün uzun olsun ey
gözəl insan.
Neçə əsərləri yazdın,
yaratdın,
Teatr sənətin
canlı yaşatdın.
Bəzən rollarında kədərə
batdın,
Çətin günlərində ummadın
aman,
Ömrün uzun olsun ey
gözəl insan.
Rüşvəti sevmədin, halalı
yedin,
Sözünü mərd kimi hər yerdə dedin.
Çəkdiyin əməyin bəhrəsin
gördün,
Çirkaba batmadı, təmizdi
vicdan,
Ömrün uzun olsun ey
gözəl insan.
Nə varda, nə pulda olmadı gözün,
Yüksək kürsülərdə deyildi
sözün.
Dünyanın çox yerin dolaşdın, gəzdin,
Eli, yurdu üçün alışan, yanan,
Ömrün uzun olsun ey
gözəl insan.
Yadı
doğma bildin, arxa dayandın,
Dərdlini halını bilib duyandın.
Səhv
yolla getmədin, durub dayandın,
Kişilik əzminə olmuşam
heyran,
Ömrün uzun olsun ey
gözəl insan.
Üzündə nur gördüm,
işığı təmiz,
Bir dost təəssüratı, doğmadan
əziz.
Lilparam,
hər yerdə oldum gülərüz,
Çəkdim bu həyatdan, çəkdim mən yaman,
Ömrün uzun olsun ey
gözəl insan.
Lilpar Cəmşidqızı
Azad Azərbaycan.- 2020.- 17 mart.- S.7.