Yubileyin mübarək

 

(Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna həsr edirəm)

 

Qardaşım Ağalar

təbrik edirəm,

Ömür gödəlsə də

Sənət gödəlmir.

 

Açdığın cığırıla

mən də gəlirəm

Qalxdığın bu zirvə

ölçüyə gəlmir.

Baxıram zəhmətlə

ucalır insan,

Sənə töhfə düşür

bu ucalıqdan.

 

Sənin gözəl üzün,

Xoş təbəssümün

Hər bir oxucuya

tanışdır bu gün.

Sənət zirvəsinə

bu yüksəlməyin,

Hər bir oxucuya

alqışdır bu gün.

 

Ötsə də ömürdən

bu neçə illər,

Fəqət ağarsa da

qara tellərin

Heç vaxt əyilmədin

Dik oldu başın

Bizlərə örnəkdir

Sənin hünərin!

 

Firdovsi ƏLƏMOĞLU

 

Azad Azərbaycan.- 2020.- 17 mart.- S.7.