Yetmiş nədir ki
(Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna
ithaf eləyirəm)
Asta-asta
ötüb keçən
günlərin,
Hərəsində bir oylağın qalıbdı.
Yetmişinə gəlib çatan
illərin,
Hərəsində bir növrağın qalıbdı.
Bölüşübsən sevincini, qəmini,
Ömür adlı gül-çiçəkli
zəmini.
Dənizlərdə ləpələnən
gəmini,
Hərəsində bir varlığın qalıbdı.
Yetmiş
nədi, indən belə yüz yaşa,
Bir arzun da, qoy çıxmasın
heç boşa.
Adın
zirvələrdə, özün
yüz yaşa,
Hər ilində
bir arzu da çağlasın.
Nuridə BƏXTİYARQIZI
Azad Azərbaycan.- 2020.- 17 mart.- S.7.