İçindən nur saçan
ömür
(Əməkdar incəsənət xadimi Ağalar İdrisoğluna
həsr edirəm)
Uca Tanrının payıdı,
İçindən nur saçan ömür.
Günəşin əkiz tayıdı,
İçindən nur saçan ömür.
Söykənər fəhmə, şüura,
Toxum olar min uğura.
Dünyanı qərq edər
nura,
İçindən nur saçan ömür.
Söz qoxuyar, sənət dadar,
Hər zirvəyə
əli çatar.
Sabarlara
çıraq tutar,
İçindən nur saçan ömür.
Haqq olub, Haqdan görünər,
Ən uca dağdan görünər.
Min il uzaqdan
görünər,
İçindən nur saçan ömür.
Söz söyləyər, nəğmə
qoşar,
İlahi eşqə qovuşar.
Elin yaddaşında yaşar,
İçindən nur saçan ömür.
P.S. Redaksiyamızın
kollektivi adından həmkarımızı bir
daha 70 illik yubileyi münasibətilə
təbrik edirik!
Gülnar TACLI
Azad Azərbaycan.- 2020.- 17 mart.- S.7.