Ürək
Hekayə
O hələ də inana bilmirdi
ki, artıq rahat nəfəs ala bilir. Son bir neçə ilin əzablarını xatırladı.
Kiçicik fiziki hərəkət
onda təngənəfəslik
yaradırdı. 26 yaşında ən uzaq səfəri eyvana olan bir
gəncin halını
hər kəs təsəvvür edə bilər. Ona kəskin ürək çatışmazlığı diaqnozu qoyulmuşdu və o, bir ildən çox ona uyğun ola biləcək
donor ürəyini gözləməli
olmuşdu.
Nəhayət, avtomobil qəzasında həyatını itirmiş
bir gəncin ürəyi onun orqanizminə tam uyğun gəlmişdi. Gəncin həkim olan
atası böyük lütfkarlıq göstərib
oğlunun ürəyinin
köçürülməsinə icazə vermişdi. Onun professor valideynləri ürəyi
köçürülmüş gəncin valideynləri ilə çox isti münasibətlər qurmuşdular. Onu da xəstəxanadan çıxan
günü götürüb
onlara aparmışdılar.
Oğlanın bəstəboy anası
onu qucaqlayıb heç buraxmaq istəməmişdi.
Hər dəfə
onlara qonaq gedəndə anası onu eyni cür
qucaqlayırdı. O məhz
belə qucaqlaşmanın
səbəbini əvvəl
anlamırdı. Sonradan
olayın səbəbini
başa düşəndə,
o özü bu böyük insanın başını sığallayaraq
ürəyinin üstünə
qoyurdu: Ana göz yaşları içində
oğlunun ürəyi
eşitməsin deyə
səssiz balasının
ürək döyüntülərinə
qulaq asırdı..!
Bu gün o, küçənin
sonunda yerləşən
insituta gedirdi. İki ay öncə
məhz bu küçədə onun
baxışları bir
qızın baxışları
ilə rastlaşmışdı.
O bir baxış onun bütün varlığına hakim kəsilmişdi.
Bu baxış onu hər yerdə
təqib edirdi; səhər yuxudan duranda ilk fikri o baxış, axşam yatanda onu yuxuya
yola salan o baxış olurdu. Bu, adi baxış
deyildi, ona elə gəlirdi ki, ömrü boyu elə bu
gözlərə baxmışdı.
Bu baxışlar ona çox doğma gəlmişdi.
Anasının, bacısının baxışı kimi.
Bütün bunları o heç
nə izah edə bilmirdi. Bu onun həyatının
ən böyük müəmması idi.
Artıq
iki ay idi ki, o qızı dərslərdən sonra arxasınca düşüb
evinə qədər izləyirdi. O bir- neçə dəfə imkan tapıb qızla tanış
olmağa cəhd də etmişdi, amma onu əsir
etmiş baxışlar
şimşək kimi parlamış və onun ağzını açmağa belə imkan verməmişdi.
O bu gün bir
dəfə də, lakin qəti cəhd etmək istəyirdi.
Bu da o, rəfiqələri
ilə sağollaşıb
həmişəki istiqamətdə
gedir. O, qızın arxasınca tez-tez addımladı, buna yeni ürəyi nəinki imkan verirdi, hətta bu ürək elə bil onun
daha yeyin hərəkət etməsini
istəyirdi. O, ürəyinin
istəyinə səs
verib sürətlə
qızın arxasınca
getdi! Qabaqda qızın dönəcəyi
küçə çox
da işlək olmadığından insanlar
orda az
olurdu. Ümidi həmin küçə
idi. Qız küçəyə dönən kimi onu haqladı.
- Bağışlayın, mən
sizdən rica edirəm, mənə iki dəqiqə vaxt ayırın.
Qız dayandı. Yenə baxışlardan şimşək çaxdı.
- Cavan oğlan, mən sizə vaxt ayırmayacağam. Baxıram mədəni insansınız, tərbiyəli oğlan olduğunuzun da iki aydır ki, şahidiyəm. Mən sizi dinləməyəcəyəm, amma sizə bir neçə söz deməyə ehtiyac duyuram.
Mənim çox sevdiyim bir insan olub, onu da həyatımın axırına qədər sevəcəyəm. Böyük təəssüflər olsun ki, o avtomobil qəzasında həlak oldu. Mən əleyhinə olsam da, onun ürəyini başqa bir gəncə köçürüblər.
Mənim sevdiyim insan böyük və saf ürək yiyəsi idi!
Onu elə bil elektrik vurdu, o, qızın kədərdən yumşalmış gözlərinə diqqətlə baxıb dedi: - Əmin olun ki, elə həmin saf və böyük ürək sizi ömrünüzün axırına qədər də sevməkdə davam edəcək!
- Necə?
- Gəlin gedək, bunları sizə danışmaq üçün mənim bir həyat qədər vaxtım var!
Hümbət Həsənoğlu
Azad Azərbaycan.- 2020.- 5 may.- S.7.