Ey sinəsi dağlı Qoca Sədərək
Şairliyə, poeziyaya vurğun Ələsgər
İbrahimov 1945-ci ilin
9 May günü Sədərəkdə
doğulmuşdu. Vətən, torpaq, el deyərək
yazdığı bütün şerlərində
vətən sevgisi, torpaq
sevgisi, cavanlara öyüd nəsihət, böyük-kiçik
hörməti, ağsaqqal nəsihəti ilk misralarda yer alardı.
Qələbənin
75 illiyi elə şair
Ələsgərin də 75 illiyidi. Həmişə
ən böyük Qələbə öz Qələbəmiz olacaq
deyərdi şair Ələsgər. Sədərəklilərin
yaddaşında silinməz xatirələri ilə qalan Ələsgəri bir
də şeirləriylə sizinlə birlikdə xatırlayaq.
Oğuz Yurdum Sədərək
Ey sinəsi dağlı Qoca Sədərək,
Dağtək uca olsun ağ başın gərək.
Bəlalar görməsin başın
bir daha,
Səni tapşırmışıq qadir
Allaha.
Bir yanın Türkiyə, bir yanın İran,
Gör harda yaradıb səni yaradan.
Dörd
tərəf dağlardan
qala qurulub,
Hər görən
eşidən sənə
vurulub.
Əjdəkan, Ucubiz, o, Vəli
Dağı
Elə bil gəlinə bir boyunbağı.
Araz, belindəki kəmərə
bənzər,
Allah, uzaq olsun burdan bədnəzər.
Qoşa
Ağrı Dağı
bizə boylanır,
Hər zaman özünü cənnətdə
sanır.
Ağrının qarları yayda əriyər,
Bostan bitkiləri
bu zaman dəyər.
Gözün işlədikcə yararlı
torpaq,
İzlərəm sinəmdə ahlar qoparaq.
Deyimmi?
Yaltaqlıqlar boynumuza biçilir,
Belə yaşam qəbahətdir deyilmi?
Yaltaqlanan
günü gündən
kiçilir
Bu da hikmət kəramətdi deyimmi?
El yolunda nə yanmışam sor görək,
Alışmağa gendən gərək qor gərək.
Tay tuşlarnan tamsındığım
şor-çörək,
Şaha layiq ziyafətdi deyimmi?
Nakam eşqi ürəkləri
dağlayan,
Söz mülkünə ləl-gövhəri
toplayan,
Gecə-gündüz vətən deyib ağlayan,
Kəlbəcərli Şücaətdir deyimmi?
Baş açmırıq yağıların
felindən,
Unutqanıq, biganəyik qədimdən.
Yıxılanın tutmasaq biz əlindən,
Bu özünə xəyanətdi
deyimmi?
Az qövrlən, az alış yan Ələsgər,
Çox
çəkməz ki belə dövran Ələsgər,
Haqqa sığın əldə
Quran Ələsgər,
Qalan nə var söz söhbətdi
deyimmi?
Görüb ki
Qürrələnib qalxma bəmə, gah zilə.
Qoyma kimsə ayaq altda əzilə,
Geci-tezi
axır bu son mənzilə,
Əzrail
çox köç karvanın sürüb ki,
Dünya səndən o qədərin
görüb ki.
De kim qalıb
yersiz özün öyməmiş?
De kim qalıb
fələk qəddin
əyməmiş?
Kim qalacaq baş əhlətə dəyməmiş
Odam deyən zəif muma dönüb ki,
Dünya səndən o qədərin
görüb ki.
O gördüyün ipə sapa yatmayan,
Özün dartıb el obaya
qatmayan,
Qəvvas
olub dəryalarda batmayan,
Vaxt yetişib, əsir qula dönüb ki,
Dünya səndən o qədərin
görüb ki.
Öyünmə ki, cəh cəlalım, varım var,
Mütləq mənəm, əlimdə
imkanım var,
Malım
mülküm, eyvanım
sarayım var,
O sarayda çox çıraqlar sönüb
ki,
Dünya səndən o qədərin
görüb ki.
Bilman İSAQ
Azad Azərbaycan.- 2020.- 14 may.- S.7.