“ÇOBAN İTİ”

 

( hekayə)

 

Payızın sonunda havalar soyusa da, dənizin suyu isti olur. Torpaq tez qızır, tez soyuyur, dəniz suyu isə gec qızır, gec soyuyur. Dənizin bütün yay dövründə günəşdən yığdığı böyük enerjiyə görə dənizətrafı yerləşən ərazilərə qış da gec gəlir. Bu, dənizin elə bir vaxtıdır ki, hava sərin olsa da, su isti olur soyuq havadan qaçıb suda isinmək olur. Məhz belə günlərdə çimməyin öz ləzzəti olur.

Xəzərin Corat, Novxanı sahilinin bəzi yerlərində hələ özəl çimərliklər qurulmayıb. Məhz belə bir yerdə sübh tezdən dənizin dibinə yaxşı bələd olduğum yerdə hər gün çimirdim. Dənizin qırağına yol olmadığından maşınımı lap yuxarıda saxlayırdım. Özümlə maşından yalnız dəsmal telefonumu sellofan paketə qoyub götürürdüm. Onları da sahilə lap yaxın yerdəözəlləşdirdiyimbir daşın dıbinə qoyurdum.

Ancaq məni narahat edən bir məsələ vardı. Bir neçə dəfə dənizin qırağında it sürüsü görmüşdüm. Bilirdim ki, bu dövrdə itlərkürsəyəgəlirlər. Sürünün köpəkləri özlərini qancıqlara göstərmək üçün tək adama hücum da edə bilərdilər. Mən gəldiyim vaxtlar insanlar da olmurdu, harayıma gələn tapılmazdı. İtlərdən qaçmağa cəhd etmək ideyası, ən pis ideya idi. Həm maşına qədər məsafə çox idi, həm qaçan insan itləri daha da cəsarətləndirir, çünki elə əvvəldən qorxaq olduğunu ortaya qoyursan. Heyvanlar aləmində isə qorxaqları sevmirlər qorxanı cəzalandırmağı da hər heyvan özünə borc bilir.

Çomağa oxşar nəsə götürməyi özümə sığışdırmadım.

Qorxu hissi beyni daha sürətlə işləməyə sövq edir bu səbəbdən ağlıma bir ideya gəldi. Qərara aldım ki, kritik şərait yarandığı təqdirdə o ideyadan istifadə edim.

Dağ dağa rast gəlməz deyiblər, amma insanla it sürüsü qarşılaşa bilər.

Məhz həmin gün gəlib çıxdı. İnsan qorxduğu mütləq olur...

Düzü, sudan çıxanda hər dəfə sahilə diqqətlə baxırdım. Bu dəfə ehtiyatımı əldən vermişdim. Mən daşın yanından dəsmalı telefonumu götürüb qalxırdım ki, it sürüsünü beş metrəliyimdə gördüm. Bir neçə it mənim dənizə qaçmağımın qarşısını almaq üçün dəniz tərəfimi bağladılar.

İt sürüsü ilə davranış qaydaları ilə tanış idim. Əvvəla, bilməlisən ki, sürünün başçısı var sənin dialoqun yalnız onunla olmalıdır.

İt sürüsü hesab edir ki, sən onların ərazisinə girmisən. Sən bütün görünüşün davranışınla onlara sakit tərzdə mesaj verməlisən ki, sən bu əraziyə iddialı deyilsən bu ərazidən ehtiyacın yarandığından keçirsən. onlar dəqiq bilməlidirlər ki, sənin onların qancıqlarında gözün yoxdur.

Ən vacib olanı; sən itlərin, xüsusən başçının gözünün içinə baxmamalısan!

Heyvanlar aləmində, canavardan dönmüş itlərdə həmçinin, gözlərə dik baxmaq davaya birbaşa çağırış kimi qəbul edilir. Zooparklarda da heyvanları ən çox qəzəbləndirən insanların onların gözlərinə baxmaqlarıdır.

Şirləri, pələngləri ən çox qeyzləndirən cılız insanların onların gözlərinə zillənmələridir. Onlar dəqiq bilirlər ki, qəfəsdən qıraqda insanın onlara baxmağı son baxış olardı! Elə bu səbəbdən sivil ölkələrdə zooparka gələn insanlara xüsusi eynəklər verirlər ki, o eynəklərin çöl hissəsində rəsmlə çəkilmiş gözlər yanlara baxır. Belə eynəklərə baxan heyvanlar özlərini rahat hiss edirlər, “qırağa baxan baxışlaronların heysiyyatına toxunmur.

Ətrafımda vəziyyət gərginləşirdi, mənim özümü sakit aparmağım sürünün liderini çaşdırmışdı. Amma o, özünü dişilərə göstərməkdə israrlı olduğunu davranışı ilə göstərirdi. Onun ətrafında olan itlərin hürüşməsi məni narahat etmirdi, ilk hücumu yalnız o edə bilərdi. Bu haqqı o, döyüşlərdə qazanmışdı.

Mən hazırlıqlı idim, ideyamın həyata keçirilməsinin zamanı idi.

Burada bir haşiyə çıxmalıyam. Şəhər yerində it sürülərində evdən qovulmuş itlər, ya da küçədə böyümüş itlər olur. Sürü lideri nisbətən iri it olsa da, dəqiq çoban iti deyildi. Qalan itlər , adətən çox da böyük olmurlar.

Mənim babamın kənddə bir çoban iti vardı, o qədər böyük idi ki, rahat minmək olurdu.

Mənim ideyamın kökündə məhz bu fikir dururdu. Mən telefonuma internetdən nəhəng bir çoban itinin acıqlı hürməsinin səsini yazmışdım.

Telefonumun səsini axıra qədər etdikdən sonra telefonu ağız nahiyəmə qoyub, çoban itinin hürməsini qoşdum.

Sübh tezdəni təsəvvür edin, dalğaların yavaş şırıltısını nəzərə almasaq, sakitçilik idi. Belə bir sakitlikdə ucadan çoban itinin gur, özünəməxsus yoğun səsi çıxdı.

İlk olaraq şoku elə sürü başçısı keçirtdi. Çoban iti telefonumun mikrofonundan bu itlərə dedi bilmirəm, amma birinci qaçan elə sürü başçısı oldu, qalanları da onun dalınca götürülüşdülər. Ən sonda qancıqlar qaçırdı məncə, başlarının təəssüflə əymələrindən elə nəticə çıxartdım.

Fəslin sonuna qədər rahat çimdim. Arada sürünü uzaqdan görürdüm, amma qorxulu çoban itinəyaxınlaşmağa onlar daha cürət etmirdilər.

 

HÜMBƏT HƏSƏNOĞLU

 

Sumqayıt şəhəri

 

Azad Azərbaycan.- 2020.- 21 may.- S.7.