Qarabağ – məhək
daşı
Vurordum, vur!
Allah qüvvət
versin! Dayanma daha
Qələbə sənindir, müzəffər
ordum!
Düşmən torpağımda batıb günaha
İt kimi
qovala, çal zəfər, ordum!
Sənin arxandadır
vətəndə hər
kəs,
Düşmən namərd düşmən,
əhədini kəs!
Vətən tapdanıbdı, əzmin müqəddəs
Sənə qoşulacaq
hər nəfər, ordum!
Bəlamız - iblisdən dolaşıq hiylə,
Düşmən imkan gəzir, qudursun hələ.
Qoyma qəddimizi
qırsın bu nalə
Vətəninə sevgisi saf, ər
ordum.
Qorxma, səninlədir
haqqın qüdrəti
Min-min ağlar
qəlbdə yurdun həsrəti,
Rədd elə
hər yandan məkri, vəhşəti
Qələbən qəlblərə bir cövhər, ordum!
Qarabağın taleyi ilə oynayan diplomatlara
dünyanın indiki cağı,
nə baxırsan yağı-yağı...?
üzün hiylələr
oylağı...
diplomatik ədalarla
gülə-gülə,
bürünərək min fənd-felə
Qarabağın taleyindən danışırsan.
arada bir səs ucaldıb, sonra qəfil qımışırsan...
-çox uzandı, deyirsən sən,
həll olmalı Qarabağın problemi!
ah eləmi?
onda isə adam oğlu adam kimi açıq
danış
həll deyəndə, ürəyində nə tutursan?
həll deyəndə Allahını, ədaləti
sən nə qədər unudursan?
ürəyində tutduğunu
yeritməkçün
dondan dona geydirirsən sən o həlli...
axı bəlli!
sənə yüz-yüz
sənəd, dəlil
göstərirlər, göz
yumursan,
sanki heç nə anlamadan, hey susursan
arxada min pay umursan...
deyirsən ki, tarix qədim...
nələr olub, mən nə bilim?
özün çox
gözəl bilirsən!!!!!!!!
bilmirsənsə, onda burda neyləyirsən?
çox müqəddəs
bir ağrıdı Qarabağın bu söhbəti...
sən tək bulaşıq adamlar
bu ağrını
duya bilməz...
aça bilməz
həqiqəti...
dur ayağa! rədd ol
burdan!
sən kimsən plan tökürsən?
Allah özü qurtaracaq,
Xalqım
özü qurtaracaq
Qarabağı belə dardan!
bilirik hardadır bu divin canı
başımız üstündə,
Xanım
başımız üstündə
günəş süzüldükcə
buludlardan,
qara daşlar fırlanır...
başımız üstündə
Xanım,
başımız üstündə
güldükcə üçrəngli
bayrağımız
şıdırğı dolu tökülür...
başımız üstündə,
Xanım
başımız üstündə
məşələ döndükcə
ürəklərimiz
dəli yellər oynayır.
min cilddən cildə girir iblis,
bəzən yumruq qaldırır,
bəzən çökür
diz,
elə hoqqalar çıxarır,
başımızda tüklər
dayanır biz-biz...
...biz də Məlikməmmədi
yaradan
xalqın balalarıyıq,
tanıyırıq dünyanı...
bilirik harda gizlənib
daş oynadan, dolu tökən,
tufan qoparan divin canı.
Qarabağ – məhək daşı
Əgər düşünsək biz bir azca dərin,
yer üzündə
Qarabağ
bir məhək daşıdır
Xeyirlə, Şərin.
...zıbarıb durubdu Şərin balası,
deyir ki, mənimdir
bu cənnət Qarabağ, Şuşa qalası.
ona qahmar çıxır Şərin
bicləri,
dünya gücləri...
özləri bilə-bilə
ki,
haqqı deyən
kimdi, nahaqq olan kim!
axı qəlblərinə,
vicdanlarına
şərin fətvasıdı
indi baş hakim...
hər vaxt ortadadır ap-aydın tarix,
daşı da dindirsən
şahidlik edər,
Şərzadə nadana ha söylə
bunu,
hiyləylə baxacaq, göz süzdürəcək,
nə qədər danışsan, olacaq hədər.
...yer üzündə Qarabağ
bir məhək daşıdır
Xeyirlə, Şərin.
bir-bir seçir indi, tanıdır indi,
dünyaya deyir ki, tanıyın, bilin
tarixdə hər kəsə göstərir
yerin...
nadan Şərzadələr
unudublar ki,
Bir adil Allah var, adil mizan var,
Xeyri də Şəri də dəqiq yazan var...
təkcə o dünyada
deyil cəhənnəm,
yer üzü özü də haqq-ədalətin
tez olsun, gec olsun - cəza
meydanı...
buna ki, misallar ulduzlar sanı.
...Sən ey, qürur
ilə güclüyəm
deyən!
güc haqdan gəlmirsə, şər
aldanışı,
sən hələ naşı...
inan, uzaqda yox, lap bu yaxında
başına yağacaq
ədalət daşı...
Qaç
burdan xain düşmən
Xain düşmən, top-tüfəngdən
də əvvəl
Azərbaycan qudrəti var qarşında.
İnşAllah o səni məğmun
eyləyib
Hər məkrini
çatladacaq başında.
Tez ol, durma, rədd
ol mənim yurdumdan,
Torpağımdan sənə qismət, qəbirdi.
Ədaləti əldən verməz
yaradan
Mənim səbrim - nifrət dolu səbrdi.
Vətənim uğrunda davadayam
mən
Sənsə başqasının əlində
maşa.
Vicdanı, qibləsi olan kəs hökmən
Xeyir-dua verəcək bu savaşa.
Daşının üstündə daş
qalmayacaq,
Əgər sən geciksən, yubansan burda.
Gözünün üstündə qaş
qalmayacaq
Qismət olmayacaq sənə heç gor da.
Xain düşmən, top-tüfəngdən
də əvvəl
Azərbaycan qudrəti var qarşında.
İnşAllah o səni məğmun
eyləyib
Hər məkrini
çatladacaqbaşında.
9 may
9 maydı bu gün
-
adı qələbə
günü...
çırtma vurub oynama,
qırma zalım,
könlümü...
o vədə
vətəni tarimar olan,
parça-parça dağılan,
yadların əlində
qalan torpaqlarımızı
əsirlikdən almalı
olan gənclərimizi
apardılar qorusun
Sovetlər ölkəsini,
Kremlin diktəsini....
getdilər, döyüşdülər,
bu qələbə
uğrunda
mərdanə vuruşdular,
şəhid düşdülər...
SSRİ –
ni qoruyanlara
icazə verilmədi
öz yurdunu qorusun,
həqiqi qalib olsun!
yenə də kəsə-kəsə
torpağından aldılar,
xeyli məmnun qaldılar....
igidlərimizin qanları
töküldüyü,
qoruduqları torpaqlarda,
qoruduqları insanların
nəvələri
1990-da, 20
yanvarda
qanımızı tökdülər
torpağımıza...
adı qələbə
günü olan 9 may,
halal bayramımızdı,
qələbənin al bağrağınakı
rəng
həm də bizim qanımızdı....
o vədə tən-tənə
içindəydi
yurdumuzda hər yan...
indi
sevincimiz qalxdıqca
əlvan-əlvan,
damarlarımızda, qəlbimizdə
dilə gəlir qan...
öz qələbə
gününü
bayram etməlidi Azərbaycan!
ən güclü silahımız
dövranın yenidən
nizamlanan vaxtıdı,
vətənin sabahının
yağılar məclisində
planlanan vaxtıdı...
kəskin döyüş
gedir bu yer üzündə.
çox yerdə
nalə burulğanı,
qan burulğanı...
iblis hiylələrinin,
ülgülərinin
yox hesabı, sanı...
kim ki, kamildi peşəsində,
nəfsi tabedi qeyrətinə,
əməli qüdrət
verir
vətənin qüdrətinə,
hünər adlı
silahı
qəlbində, əlindədi...
vətənin keşiyindədi...
yarımıcıq hər peşəmiz
düşmənin arzusudu,
min əndişədi
qırıq şüşədi...
dağılıb axıdır
öz qanımızı...
ən güclü silahımız
kamilliyimizdədi...
ey güc mərkəzləri!
ey güc mərkəzləri!
ey özünə
güclüyəm deyənlər!
baxın əməllərinizə...
yer üzü qorxa-qorxa baxır sizə!
hələ başınız
havalıdı
bir dolaşıq fəlsəfənin içində,
şeytana sevdalıdəli
biçimdə,
gözünüz dolu qan,
yer üzünün
puluna, malına heyran....
utanmadan, Allahdan qorxmadan
canını aldığınız
yer üzü...
ananızdı... anamızdı...
dəli qardaşlar, havalı qardaşlar!
üstünə bombalar yağan, canını aldığınız,
hiyləylə kəsdiyiniz
başlar
ananızın başıdı,
anamızın başıdı...
fitnəylə, fəsadla
qollarımı bağlayıb,
ağzımı bağlayıb
üz üstə yıxmısınızyer üzünü!
dəli qardaşlar, havalı qardaşlar!
anamız yer üzü
məhv oluryavaş-yavaş...
görmürsünüztəbiət dözmür
daha,
sizinləbaşlayıb bir müdhiş savaş!?...
sənin də
son günündə
özünəsualların olacaq...
ey...ey....
Qarabağdan danışan,
Qarabağın taleyinə
qəvi qurd tək daraşan
növbəti siyasətci,
növbəti diplomat...
sənin də öldüyün gün
özünün-özünə
sualların olacaq...
zəhmi bağrını
yaran
o suallar üzünə çırpılacaq...
bədəndən ayrılan
ruhun
çırıl-çırıl yanacaq...
hələ bir dur!
yerin-göyün nizamı
bu dünyada da, o dünyada da
sənin ananı
ağladacaq,
atanı,
zatını yandıracaq!
Dua
Yanlış yer üzünü
işğal eyləyir,
Allah, yer üzünün köməyinə gəl!
Ümidlər diz çöküb,
daha inləyir
Allah, yer üzünün köməyinə gəl!
Əvvəl silahlarla cövlan
eylədi,
Ağıllı başları kəsdi,
teylədi,
Siyasət onunçün qara
hiylədi
Allah, yer üzünün köməyinə gəl!
Xeyir kölə oldu şərin önündə,
Nuru öləzidi hər bir dinin də,
Hamıyla danışdı tamah
dilində
Allah, yer üzünün köməyinə gəl!
Qadağan olunmuş
meyvələr nəfsdi,
Nəfs bütöv
deyilsə, qalan əbəsdi,
Bu dərd
çox işığın
yolunu kəsdi,
Allah, yer
üzünün köməyinə
gəl!
Ox, qılınc çevrilib oldu top-tüfəng,
Sonra bombalarla başladı min cəng,
İndisə viruslar artır
rəngbərəng
Allah, yer üzünün köməyinə gəl!
ƏHMƏD
QƏŞƏMOĞLU
Azad Azərbaycan.- 5 noyabr.- S.11