Dirçəlişdən başlayıb müstəqilliyə gedən yol

 

1988-ci il noyabrın 17-də xalq Azadlıq meydanına axışmaqla Sovet imperiyasına

qarşı ilk kütləvi etiraz səsini qaldırdı

 

Dirçəliş oyanışdı, yenidən yaranmaq, dünyaya təzədən gəlməkdi. Sözün hər mənasında dirçəliş mübarizə aparmaqözünü təsdiq etməkdi. Elə bizim xalqın da Milli Dirçəliş Günü onun özünü təsdiqi idi. XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik, ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır. 17 noyabr Milli Dirçəliş Günü hadisələrindən sonra Müstəqil Azərbaycan dövləti günü-gündən möhkəmlənəcək, inkişaf edəcək və müstəqilliyini heç zaman əldən verməyəcək. Tarix dəfələrlə sübut etmişdir ki, xalqın əvəzsiz milli sərvəti olan dirçəlişimizin, müstəqilliyimizin qorunması, onun əldə edilməsindən qat-qat ağır və mürəkkəb vəzifədir. Dirçəlişlə əldə olunmuş dövlət müstəqilliyi Azərbaycan xalqının milli sərvətidir.

 

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti

 

17 noyabr dövlətimiz və xalqımız tərəfindən “Milli Dirçəliş Günükimi bayram edilir. 1988-ci il noyabrın 17-də xalq Bakı şəhərində Azadlıq meydanına axışmaqla 70 il Azərbaycanı müstəmləkə əsarətində saxlayan Sovet imperiyasına qarşı ilk kütləvi etiraz səsini qaldırdı. Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətində başlamış erməni separatizminiterrorunu dəstəkləyən, ermənilərin Azərbaycana qarşı torpaq iddialarına rəvac verən, Azərbaycan xalqının hüquq və mənafelərini qorumayan bir rejimə qarşı kütləvi xalq hərəkatı məhz 17 noyabrda başlandı. Həmin gün Azərbaycan xalqı bir yumruq kimi sıx birləşərək bütün dünyaya sübut etdi ki, o, azad olmağa layiq xalqdır. Müstəqil Azərbaycanın dövlət səviyyəsində qeyd etdiyi bayramlar içərisində Milli Dirçəliş Günü xüsusi yer tutur. İndi Azadlıq adlanan paytaxtın baş meydanında həmin gün milyondan artıq soydaşımız Azərbaycanın ərazi bütövlüyünün qəsdinə duranlara qarşı etiraz səsini ucaltdı.

 

XX əsrin 80-ci illərinin ortalarından etibarən keçmiş SSRİ-də baş vermiş ictimai-siyasi proseslər nəticəsində Azərbaycanın müstəqillik qazanması üçün geniş imkanlar yaranmışdı. Ermənistanda və Qarabağın dağlıq hissəsində azəri türklərinə qarşı yönəldilmiş soyqırımı Sovet ordusu tərəfindən dəstəklənirdi. O zamankı SSRİ rəhbərliyinin məkrli qonşularımız ermənilərlə əlbir olub Dağlıq Qarabağı Azərbaycandan işğal edərək Ermənistanın nəzarətinə verilməsi istiqamətində atdığı addımlar xalqın səbir kasasını daşırmışdı. Xalqımız imperiya buxovlarından, əsarət zəncirindən azad olmaq istəyirdi. Bu mübarizələr yolunun sona çatmasını isə Azərbaycan xalqı “Dirçəliş” günü adlandırdı. Müstəmləkə əsarətindən cana gəlmiş xalq hər şeyə qadir olduğunu göstərdi. Azərbaycanda meydan hərəkatı geniş vüsət aldı. Bu milli hərəkat xalqın dirçəlişiydi. Azərbaycanın müstəqilliyinə doğru uzanan yol 17 noyabrdan – Azadlıq meydanından başlanırdı. Az sonra tarix öz sözünü dedi.

 

Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. 17 noyabr isə xalqın milli-azadlıq hərəkatının başlanğıc günüMilli Dirçəliş Günü kimi qeyd olunmağa başladı.

 

Tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Gərək sınaqlara hazır olasan, hər bir əziyyətə və çətinliyə dözməyi bacarasan. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Təəssüf ki, birinci imkan xarici müdaxilə, daxili çəkişmələr və beynəlxalq dəstəyin olmaması səbəblərindən itirildi.

 

17 noyabr 1990-cı il Azərbaycan dövlətçiliyinin, milli dövlət rəmzləri tariximizin dönüş nöqtələrindən biri kimi tarixi yaddaşımıza əbədi daxil olub. Bu tarixi gündə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyası keçirilib çağdaş milli dövlətçilik tariximiz üçün çox əhəmiyyətli qərarlar qəbul edilib. Bu həmin gündür ki, qədim Azərbaycan diyarı Naxçıvan Muxtar Respublikasının adı üstündən “Sovet sosialist” sözləri əbədi olaraq atılıb, Naxçıvanın ali qanunvericilik orqanı “Ali Məclis” adlandırılıb, Azərbaycan Xalq Cümhuriyyətinin 70 il əvvəl endirilmiş ay-ulduzlu üçrəngli milli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul edilib və müqəddəsliyə yüksəldilib...

 

Müstəqil Azərbaycanın dövlət səviyyəsində qeyd etdiyi bayramlar içərisində Milli Dirçəliş günü xüsusi yer tutur. 1988-ci il noyabrın 17-də Azərbaycan xalqı ona edilən haqsızlığa və ədalətsizliyə qarşı yumruq kimi birləşmək qüdrətində olduğunu sübut etdi. İndi Azadlıq adlanan paytaxtın baş meydanında həmin gün bir milyondan artıq soydaşımız Azərbaycanın ərazi bütövlüyünün qəsdinə duranlara qarşı etiraz səsini ucaltdı. XX əsrdə Azərbaycan xalqının ən böyük nailiyyəti də məhz müstəqil Azərbaycan dövlətinin yaradılmasıdır. Öz müstəqilliyini bərpa edən ölkəmiz artıq demokratik, hüquqi, dünyəvi dövlətin möhkəm təməlini qoymuşdur. Ona görə də XX əsr xalqımızın yaddaşında dövlətçilik, müstəqillik ərazi bütövlüyü uğrunda mübarizə əsri kimi qalacaqdır. Bu dövr ərzində nə qədər ağır sınaqlardan keçdik. XX yüzilliyin sonuna yaxın qarşılaşdığımız problemlər, bəlkə də, o sınaqların ən məsuliyyətlisi idi. Çünki burada söhbət ayrı-ayrı şəxslərin deyil, bütöv bir millətin taleyindən, azad və müstəqil yaşaya bilməsindən gedirdi.

 

Tarixini unudan xalqı tarix unudur. Azərbaycanın bugünü göstərir ki, bu xalq tarixini unutmayıb. Ən azı ona görə ki, gündən-günə güclənən möhkəmlənən Azərbaycan məhz Heydər Əliyevin yolu ilə irəliləyir. Bu yolu isə təbii ki, xalq seçib! Ümummilli lider Heydər Əliyevin dediyi kimi müstəqilliyimizin əbədi dönməz olması üçün həmrəylik böyük əhəmiyyət daşıyır. Ona görədə hamımız birləşməliyik, hamımız milli həmrəylik, milli birlik hissi yaratmalıyıq. Milli deyəndə, ümumi Azərbaycan, ümumxalq məfhumunu göz önünə gətirməliyik.

 

17 noyabr bir daha göstərdi ki, bütün ciddi cəhdlərə baxmayaraq, azad yaşamaq üçün xəlq olunmuş milləti müstəmləkə boyunduruğu altında saxlamaq qeyri mümkündür. Müstəmləkəçilərin azadlıq kimi ən ülvi amalı məhv etmək cəhdi yalnız keçici, müvəqqəti uğur qazana bilər. Tarmar olmuş sovet imperiyasının xarabalıqları üzərində qurulan müstəqil dövlətlər, azad yaşayan xalqlar bu tarixi həqiqəti sübuta yetirdilər. Azərbaycan xalqı üçün qoca tarixin salnaməsində 17 noyabr azadlıq hərəkatı tale hadisəsi kimi həmişəlik qalacaq. Çünki xalq azad həyatının başlanğıcını məhz o gündən götürmüşdü.

 

Bu gün Azərbaycan gələcəyə inamla baxır. Möhkəm özülü Heydər Əliyev tərəfindən qoyulmuş dövlətimizin taleyi etibarlı əllərdədir. Heydər Əliyev kursunun layiqli davamçısı, Prezident İlham Əliyev ölkəmizi gələcəyə, yeni uğurlara inamla aparır. Bu gün artıq xarici ölkələr Azərbaycanın mövqeyi ilə hesablaşır, Azərbaycanı tanıyırlar, onu öyrənirlər.

 

Çox-çox zamanlar keçəcək, biz bu hərəkatdan hələ çox şeylər öyrənəcək, ibrətlər götürəcəyik. Bu bizim ən böyük bayramımızdır. Çünki digər tarixi hadisələrimiz məhz milli dirçəliş hissimizdən, milli oyanışımızdan dünyaya gəlib.

 

Aynur TURAN

Azad Azərbaycan.- 2020.- 17 noyabr -. S.1-2.