Tarix yazan igid qəhrəmanlarımız
II Qarabağ savaşı xalqımızın ürəyinə su səpdi, bütün xalqlar arasında başımızı dik tutmağa, məğrur dayanmağımıza zəmin yaratdı. Təbii ki, xoş günləri, tarixi hadisəni bizlərə yaşadan ilk növbədə qəhrəman əsgərlərimiz oldu. Belə qəhrəmanlarımızdan biri də Babayev İqbal Zəki oğludur.
İqbal 1995-ci ildə sentyabrın 10-da Xətai rayonunda dünyaya göz açıb və 257 saylı orta məktəbə yollanıb. Orta məktəbi bitirdikdən sonra Xəzər Universitetinə qəbul olunur, ikinci kursdan isə öz istəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Akademiyasına keçir.
2018-ci ildə sözügedən
Universitetin iqtisad fakültəsini bitirir. Elə həmin ilin iyun ayında
hərbi xidmətə,
Vətənin müdafiəsinə
yollanır. Bir illik vətənə borcunu Naxçıvanda başa vurduqdan sonra 2019-cu ilin iyun ayında hərbidən təxris olunur. İqbalın arzusu bilik və
bacarığını daha
da artırmaq idi. Məhz bu səbəbdən təhsilini artırmaq üçün gecə-gündüz
dövlət qulluğuna
hazırlaşır. Fəqət,
hamının səbirsizliklə
gözlədiyi Qarabağ
savaşı başlayır.
Hər bir Vətənsevər gənclərimiz
kimi, İqbalın da qəlbi Vətən
sevgisiylə atırdı.
O, Xətai rayon Hərbi
Komissarlığına üz
tutur və Vətən uğrunda döyüşmək, Vətənin
müdafiəsinə yazılmağı
özünə şərəf
bilir. Çox keçmədən ona çağırış vərəqəsi
gəlir və qəhrəmanımız ön
cəbhəyə yollanır.
Cəbrayıl, Füzuli,
Zəngilan istiqamətində
gedən döyüşlərdə
aslanlar kimi düşmənə qan uddurur. Kim bilərdi ki, İqbal Azərbaycan xalqının
xatirəsində əbədi
dastan yazanlardan olacaq.
Cənub
istiqamətində gedən
döyüşlərdə mətinliklə vuruşan
İqbalın rəşadətini
Vətəni heç
vaxt unutmayıb, onun cəsurluğuna şəhadət gətirəcək.
Döyüşçü yoldaşlarının dediyinə
görə, düşməndən
azad olunmuş yaşayış məntəqəmizin
birinə üçrəngli
bayrağımızı asmaq
üçün dörd
nəfər könüllüyə
ehtiyac olur. İqballa birlikdə dörd nəfər irəli atılır. Bayrağımızı yüksəkliyə
asmaq İqbalın nəsibindəymiş. Vətənin
igid oğlu üçrəngli nayrağımızı
sancdıqdan sonra mənfur erməninin namərd gülləsinə
tuş gəlib. Bu hadisə oktyabr ayının 25-nə təsadüf
edirdi. Yenidən ərazi uğrunda düşmənlə döyüş
gərginləşir. Təbii
ki, çətin otaq relyefində hər qarış torpaq üçün usanmadan mücadilə etmək gərəkdir.
Beləliklə, İqbalın nəşini
döyüş bölgəsindən
çıxarmaq çətinləşir.
Nəhayət, iki gündən sonra, yəni oktyabrın 27-si döyüşçü yoldaşları
onun nəşini döyüş bölgəsindən
çıxarmağa müvəffəq
olurlar. Həyata əbədi gözünü
yuman qəhrəmanımızı
Beyləqan rayonuna gətirirlər. Atası Şirvan Apelyasiya Məhkəməsinin hakimi
(Mülki Kollegiyanın
sədri) Zəki Babayev öz qəhrəman
övladının nəşini Beyləqan
rayonunda təhvil alır. Söz yox ki, hər
bir valideynin çiyninə çökən
ağır yük övlad itkisi yüküdür. Lakin şəhidlikdən doğan
yük bilavasitə, həm də qürurlu yükdür. Ölməz qəhrəmanımız
İqbal ata-baba yurdu Qəbələdə
torpağa babasının
yanında tapşırılır.
Şəhidlik zirvəsinə yüksəldin,
Vətənin igid oğlu İqbal! Ruhun Şad olsun!
Qəhrəman şəhidimizin atası
Zəki müəllimin
dediklərindən: İqbal
heç vaxt turşulu, acılı yeməzdi. Mən indi başa düşürəm ki, tanrı onu Şəhidlik məqamına
yüksəktmək üçün
yaradıbmiş. Adətən,
Şəhidlər xüsusi
seçilmişlər olur.
İqbal həmişə
deyirdi ki, mən də babam kimi, nəslimizdə
ad qoyacam. Babası Sovetlər birliyi dönəmində Sosialist
Əməyi qəhrəmanı
olub - Əlimirzəyev
Əşrəf Oruc oğlu.
Babasına oxşamaq istəyirdi
və istəyinə
nail oldu. Həmişə
Qarabağdan söz düşəndə damarlarında
qanı qaynayır, Vətəni ermənilərdən
azad etmək üçün çılğına
dönür, döyüş
atəşiylə yanırdı
İqbal. Məhz elə bu səbəbdən
onun tabutu Qəbələdə böyük
izdihamla qarşılaşanda,
bir anlıq o mənim deyil, Azərbaycanın övladı
olduğunu hiss etdim. Tələbə yoldaşları
bizi mütəmadi ziyarət etdikcə ürəyim dağa dönür. Onların hər birinə minnətdaram. Məni sevindirən bircə məqam da odur
ki, Ali Baş Komandan İlham Əliyevin səyi nəticəsində xalqımız
döyüşə səfərbər
oldu və torpaqlarımız azad edildi. Əsgərlərimiz
bütün dünyaya
öz gücünü
göstərdi. Başımız
sağ olsun!
P.S. Zəki ata, Ülviyyə ana, başınızı dik tutun, Siz Şəhid
valideynlərisiniz. Bu şərəf
hər bir valideynə nəsib olmur. Vətən sağ olsun!
Məmmədhəsən
MƏMMƏDOV
Azad Azərbaycan.- 2020.- 19 noyabr -
S.4.