Əsrlər boyu xalqımızı qoruyan bizim ənənələrimiz
olub
Milli mədəniyyətimizin formalaşmasında əsas
amil tarix boyu bir-birimizə
göstərmiş olduğumuz sevgi, səbr, şəfqətdir
Hər bir xalqın
qarşısında əsrlər,
minilliklər boyu formalaşmış yüksək
milli-mənəvi dəyərlərini,
milli məfkurəsini
pak və sağlam niyyətlərlə
qoruyaraq bütövlükdə
cəmiyyətin inkişafına
təsir göstərmək,
onun genetik yaddaşını, milli irs və
özünəməxsusluğunu gələcək nəsillərə
ötürmək kimi
mühüm missiya durur. Azərbaycan xalqı da bu
məfkurənin daşıyıcısıdır.
Dünyanın ən qədim
dövlətçilik ənənələrinə
malik olan xalqımız özünün
zəngin milli, əxlaqi və mənəvi dəyərlər
sistemi ilə bəşər sivilizasiyasına
əvəzsiz töhfələr
verərək özünəbənzər
adət və ənənələri,
yüksək mənəviyyatı
ilə diqqəti cəlb edib. Min illər boyu formalaşan və Azərbaycan xalqının
yüksək mənəvi
dəyərlərə malik
olduğunu göstərən
təkraredilməz adət
və ənənələr
millətimizin keçmişi
ilə bu günü və gələcəyi arasında
sarsılmaz bir mənəvi körpü rolunu oynamaqdadır. Təsadüfi deyil ki, adət və ənənələrin hər
bir millətin həyatında oynadığı
əvəzsiz rolunu yüksək qiymətləndirən
Ümummilli lider Heydər Əliyev "Milli adət və ənənələr
hər bir xalqın milli mədəniyyətinin zənginliyindən,
qədim tarixi kökə malik olmasından xəbər verir", - deyib.
Adət-ənənələrimiz
və onların formalaşdırdığı milli dəyərlər sistemi ilə güclü dövlətçilik
quruculuğu arasında
sıx vəhdət var. Belə ki, hər bir dövlətin gücü, ilk növbədə, adət
və ənənələrin
cəmiyyəti əxlaqi,
milli vətənəpərvərlik
baxımından düzgün
istiqamətə yönəltməsindən,
onları saf təməllər üzərində
tərbiyə etməsindən
asılıdır.
Bu baxımdan bütün dövrlərdə
adət və ənənələr hər
bir dövlətin qüdrətli və uzunömürlü olmasında
on minlərlə əsgərin görə bilmədiyi əvəzsiz bir iş görür.
Adət və
ənənələr yetişməkdə
olan gənc nəsildə güclü
təsir buraxaraq onların vətən, millət, xalq sevgisi ruhunda tərbiyə olunmasında
əsl həyat məktəbi rolunu oynayır. Bunlar mənəvi baxımdan nə qədər zəngin olsa, həmin gənclər də o qədər cəmiyyət üçün
xeyirli şəxs kimi yetişir və dövlətin daha da güclü
olmasına öz töhfəsini verir.
Mütəxəssislər də bu gün,
həqiqətən, dövlətçilik
tariximizin, milli adət-ənənələrimizin, elm və mədəniyyətimizin
təbliğinə ehtiyac
olduğunu deyirlər.
Son vaxtlar bu istiqamətdə
görülən işlərin,
doğrudan da təqdirəlayiq olduğunu
deyən siyasi şərhçi Arzu Nağıyev bildirib ki, milli dəyərlərin
təbliği vacib məsələdir, çünki
bu, bizim tarixi sərvətlərimizdir:
“Bundan başqa, bu istiqamətdə xarici dövlətlərdə
keçirilən tədbirlər
də vacibdir. Azərbaycanda multikulturalizmlə
bağlı müvafiq
addımlar atılır,
tolerantlığın təbliği
aparılır. Mühüm
faktdır ki, bu gün AMEA-nın bütün müvafiq strukturları bu istiqamətdə seminarlar, tədbirlər təşkil edir. Bundan başqa, qeyri-hökumət təşkilatlarının
da rolunu mütləq qeyd etmək lazımdır”.
Bu istiqamətdə
görüləsi işlərə
gəldikdə isə
ekspertin fikrincə, ən böyük vəzifələrdən biri
də məhz diaspor təşkilatlarımızın
üzərinə düşür:
“Artıq lobbiçilik
siyasətini də həyata keçirmək lazımdır. Həmçinin
bu istiqamətdə nəşr olunan bütün materiallar bir neçə aparıcı dünya dillərinə tərcümə
olunmalı və ya həmin dillərdə,
dünyanın aparıcı
media məkanlarında
çap edilməlidir.
Bunun üçün
də güclü kadr potensialı hazırlamalı və ya xaricdə Azərbaycanı təmsil
edən qurumlarda savadlı mütəxəssislərə
xüsusi yer ayrılmalıdır”.
Bəli, hər
bir Azərbaycan vətəndaşı azərbaycanlı
olduğundan fəxr duymalıdır. Necə ki, ümummilli lider Heydər Əliyev hər yerdə qürurla qeyd edirdi: "Mən fəxr edirəm ki, Azərbaycanlıyam!"
Bu amal,
bu düşüncə
hər birimiz üçün nümunə,
örnək olmalı,
Azərbaycanın zəngin
adət və ənənələrini hər
şeydən uca tutmalıdır. Minillərin
sınağından cıxan,
əsrlərcə formalaşan
bu milli-mənəvi dəyərlər bəzən
eyni millətin nümayəndələrinə məxsus olur, yəni etnik baxımdan eyni soykökə malik olan xalqlara şamil
olunur. Bu isə əsasən monoetnik həyat tərzi keçirən cəmiyyətlərdə müşahidə
olunur. Bəzi xalqlar isə mövcud olduğu zaman və məkan
kəsiyində müxtəlif
etnik mənsubiyyətin
daşıyıcıları olmalarına baxmayaraq, qismətlərinə tarixin
axarında eyni cografi məkanı paylaşmaq yazılır.
Azərbaycan xalqının
tarixində olduğu kimi. Ölkəmiz məhz belə bir dövlətçilik ənənəsinə sahibdir.
Azərbaycanda əsrlər boyu yaranan atət və ənənələr
müxtəlif etnik qrupların birgəyaşayışı
sayəsində formalaşaraq
özünəməxsus bir
kolorit yaradıb. Avar, saxur, ləzgi,
yəhudi, talış,
udin, kürd və s. kimi müxtəlif etnoslara malik xalqlarla azərbaycanlıların birgəyaşayışı
onların ortaq milli-mədəni dəyərlərə
malik olması ilə nəticələnib.
Laylalarımiz, bayatılarımız,
ağılarımız, nağıllarımız,
dastanlarımız, mətbəximiz,
toyumuz, yasımız birgəyaşayış normaları
cərçivəsində formalaşıb.
Şifahi ədəbiyyatımızdan
müasir nəsrimizə
qədər hər zaman müxtəlif xalqların nümayəndələrinin
əsərlərində də,
bütün bunlar öz əksini tapıb. Azərbaycanın qəhrəmanlıq eposu "Koroğlu"da belə, Koroğlunun özünə övladlığa
götürdüyü Eyvazın
kürd mənşəli
olması xalqımızın
bir-birinə nə qədər doğma, yaxın və səmimi olduğunun ən bariz nümunəsidir.
Azərbaycan poeziyasında da, bu birlik, ortaq
milli ənənə müşahidə edilir. Bu gün İsraildə
yaşayan bir çox azərbaycanlı
yəhudilər vətəninin
milli-mənəvi dəyərlərinə
sadiq qalaraq Azərbaycançılığı öz poeziyalarında yüksək səviyyədə
tərənnüm etdirirlər.
Azərbaycanın ortaq
milli-mənəvi dəyərlərinin
tərənnüm olunduğu
əsərlərimizdən biri də "Əli və Nino" əsəridir. Bu əsərdə Azərbaycalılarla yanaşı
Azərbaycanda yaşayan
digər millətlərin
nümayəndələrini də görürük. Xristian dininə məxsus Ninonun müsəlman dininə məxsus Əli ilə sevgi əhvalatı və onların bu sevgisinin azərbaycanlı
ailəsi tərəfindən
dəstəklənməsi xalqımızın
ən yüksək milli-mənəvi dəyərlərə
sahib olduğunu göstərir.
Başqa dinə,
başqa milli mənsubiyyətə məxsus
olsa da, sevgi hər şeydən uca tutuldu. Burada gənclərin qovuşması,
həm də mədəniyyətlərin qovuşması
kimi qəbul olunmalıdır. Bəzən
də bu eşq nakam qalır, Əsli və Kərəm sevgisi kimi. Keşiş
qızı Əsli ilə müsəlman Kərəmin dini ayrı-seçkilik üzün-dən
qovuşa bilməməsi
Azərbaycan xalqını
çox qüssələndirib.
Keşişin Əsli
ilə Kərəmin qovuşmasına qarşı
çıxması gənclərin
ölümünə səbəb
olub. Eşq yolunda od tutub yanan Kərəmin
odunda Əsli də yandı. Əsli də özünü Kərəmin
odunda yandıraraq ilahi eşqin zirvəsinə ucaldı. Xalq isə bu
nakam sevgini unutmadı. Azərbaycan xalqı bu hekayəsinə
"Yanıq Kərəm"
adlı yanıqlı
bir musiqi də qoşdu. Əslində, ən böyük milli dəyərlər də bax, elə budur-
tolerantlıq çərçivəsində
formalaşan münasibətlər.
Birgəyaşayış mədəniyyətinin
kökündə elə
bu faktor əsas yer tutur.
Belə münasibətin
formalaşması isə
təsadüfü deyil.
Bəli, zəngin
kolorita malik milli mədəniyyətimizin
formalaşmasında məhz
əsas amil tarix boyu bir-birimizə
göstərmiş olduğumuz
sevginin, səbrin, şəfqətin nəticəsidir.
Cavanşir QƏDİMOV
Azad Azərbaycan .- 2020.- 26 noyabr.- S.9.