Ən uca zirvə Şəhidlik zirvəsidir

 

1988-ci illərdə Dağlıq Qarabağda yaşayan erməni əhalisi Ermənistandan Livandan gəlmiş terrorçuların təhrikiylə Xankəndində mitinqlər keçirdir Qarabağın mərkəzi olan dağlıq hissəsini qopardaraq Ermənistana birləşdirmək haqqında məsələ qaldırmışdılar.

Keçmiş Sovetlər birliyinin başında dayanan isə ermənipərəst təpəl Qorbacov ermənilərin haqsız tələblərinə şərait yaratdı. Silahlı erməni quldurları Şuşa yaxınlığındakı Topxana meşələrini yandırır, azərbaycanlı əhaliyə divan tutur, Əskəran-Şuşa yolunu bağlayaraq hegemonluq edir, cinayətlər torədirdilər. Noyabr ayında Bakıda Xalq hərəkatı başladı. Azadlıq meydanında xalqımız ermənilərin ərazi iddialarına, işğalçılıq hərəkətlərinə qarşı mitinqlərə başladılar. Təpədən dırnağa qədər silahlanmış ermənilər daha azğın cinayətlərə yol verir, Qarabağda yaşayan azərbaycanlıları öz doğma yurdlarından qovur, insanlarımızı qətlə yetirirdilər

O vaxtkı  Kreml rəhbərləri qərar çıxartdılar ki, Azərbaycanda mülki insanlardan ev tüfəngləri yığışdırıldı. Ermənilər isə silahlandırılırdı. Azərbaycanın vətənpərvər oğulları sərhəd bölgələrimizdə könüllü batalyonlar yaratdılar. Hilal Cəlal oğlu Xankişiyev bu könüllü batalyona yazılan birincilərindən oldu.

Hilal Xankişiyev 9 sentyabr 1972 ci ildə Ağdam rayonunun Maqsudlu sovetliyinin Eyvazxanbəyli kəndində anadan olmuşdur.

Orta natamam məktəbi bitirdikdən sonra Ağdam şəhər 50 nömrəli texniki peşə məktəbinə daxil olmuşdu.

Hilal hərbi xidmətə çağırıldı. Kotəl batalyonunda xidmətini davam etdirdi. Komandiri «General» təxəllüslü Ərşad idi.

 

Onu da qeyd edim ki, «General Ərşad» batalyonu 1993-cü ilin iyul ayının 23-də döyüşçüləri ilə Ağdam şəhərinin müdafiə olunmasında axıra qədər döyüşərək şəhidlik zirvəsinə ucaldılar.

Hilal Cəlal oğlu Şellinin, Qalayçıların müdafiəsi uğrunda bir çox uğurlu döyüşlərdə mərdliklə vuruşdu. Erməni azğınlığı isə davam edirdi. Ermənilər 366-cı yarı rus, yarı ermənilərdən ibarət motoatıcı  quldur dəstəsi ilə Xocalıda dinc əhaliyə qarşı misli görünməmiş genost törətdilər. Qansız düşmən 613 nəfər sənəddə olan, lakin iki, üç dəfə çox Xocalı sakinlərini, qocaları, körpələri xüsusi amansızlıqla qətlə yetirdilər. Zülm ərşə yüksəlmişdi.

Kremlin, Fransanın Amerikanın, bir sözlə dünya xalqlarının sanki qulaqları kar, gözləri kor, dilləri lal olmuşdu. Erməni ideoloji təbliğatı dünya xalqlarını öz yalanları ilə çaş-baş  salmışdılar. Təsəvvür edin ki, fitnə törədən, genosid etmiş ermənilər Xocalıda qanları al qara səpələnmiş Azərbaycanlıların meyidlərini çəkərək dünyaya yaydılar ki, guya türklər erməniləri qırıblar. Görün bu yalançı, fitnəkar, simasız ermənilərə insan demək olarmı?

Tarixləri saxta, özləri böhtan kampaniyası apararaq dünya xalqlarını da törətdikləri vəhşiliyi Azərbaycanlıların üzərinə qoymağa çalışdılar.

Silahlanmış ermənilərin törətdikləri vəhşiliklər xalqımızı çox sarsıtmışdı. Hilal Xankişiyev döyüşçü dostları ilə Qalayçılar kəndini mərdliklə qoruyurdular.

1992-ci ildə ermənilər Qalayçılar kəndini güllə-borana tutdular. Qızğın, şiddətli döyüşlərin birində düşmən tərəfdən atılan mərmi Hilalın yaxınlığında partladı. Beyin silkələnməsindən ağır yaralanan Hilalı dostları döyüş bölgəsindən çıxardaraq təhlükəsiz yerə gətirdilər. İki ay hospitalda müalicə olunduqdan sonra ona 40 gün məzuniyyət verildi. Hilalı ordudan tərxis edirdilər. Lakin o, buna  razı olmadı. Yenidən döyüşə atıldı. Şelli postunda dayandı.

21 yaşlı vətən oğlu düşmənə qan uddururdu. 8 erməni döyüşçüsünü əsir götürmüşdü.

Onu dostları "Qarabala" deyə çağırırdılar. Agdamın Muğanlı, Mərzili digər kəndlərinin müdafiə olunmasında mərdliklə vuruşdu. Novbəti qızğın döyüşlərin birində 1993-cü ilin may ayının 1-də Sırxavənd kəndini müdafiə edərkən düşmənin tuşladığı snayper gülləsi Hilalın ömrünə nöqtə qoydu. Atçılıq zavodu adlanan doğma kəndində dəfn olundu. 40 gündən sonra şəhidin doğulduğu kənd erməni quldurları tərəfindən işğal olundu.

Atası Cəlal kişi uzun illər sovxozda çalışıb, fermada qoyunçuluq  briqadiri işləyib. Şəhid atası Cəlal Xankişiyev ömür gün yoldaşı Kifayət Əhməd qızı ilə birlikdə digər övladlarını da halallıqla, zəhmətkeş vətənpərvər ruhda böyüdüblər.

Köçkünlük həyatına, bala dağına, yurd niskilinə dözməyən məğrur ata oğlundan sonra cəmi iki il yaşayıb. Oğul, vətən deyə-deyə dünyadan köçüb.

Qəhrəmanın qısa, lakin şərəfli ömür yolu barədə, qəzet jurnallarda xeyli məqalələr çap olunub. Yazıçı Əlizaminin

"Təhsil " nəşriyyatında çap olunmuş "Vətən fədailəri" Ağdam şəhidləri, eləcə Sabo Rüstəmovun "Ölməzlər" kitablarında Hilal Xankişiyevin döyüş yolu geniş ətraflı işıqlandırılmışdır.

Üzümüzü şəhid anası Kifayət xanıma tutub deyirik: Əziz Şəhid anası! Siz hər zaman başınızı uca tutun. Hilal öz şəhidliyi ilə tək sizə yox, bütün Azərbaycana şərəf gətirdi. Vətəni qorudu canını torpağa qurban etdi. Şəhidlərin yeri Allah dərgahıdır. Onlar əbədi olaraq cənnət məkandır

Bəli bu gün bütün şəhidlərimizin ruhları sevinir. Alınmaz qalamız, mədəniyyət beşiyimiz, doğma Şuşamız digər işğalda inləyən torpaqlarımız düşmən tapdağından azad olunub. Bizə bu qələbəni bəxş edən cəmi şəhidlərimizə, qazilərimizə, yaralı əsgər zabitlərimizə, Müzəffər Ordumuza, xüsusən Ali Baş Komandanımıza borcluyuq.

Şəhidlər bizim qürurumuzdur. Şəhidlər öz ölməzliyi ilə tarix yazan qəhrəmanlardır.

Sözümü bir bənd şeirimlə tamamlayaraq, şəhid ailələrinə üz tutaraq deyirəm;

 

Qəddinizi əyməyin, başınızı uca tutun!

Şəhidlər ölməzdir, Vətən bölünməz,

Şəhidlər ən uca zirvələrdədir.

Duyğusu olmayan bu hissi duymaz,

Şəhidlər əlçatmaz zirvələrdədir!

 

 

Rauf İLYASOĞLU

Azad Azərbaycan.- 2020.- 26 noyabr- S.10.