Dərəşam:
oğuz-türk məzarlığı": Professor Əjdər
Tağıoğlunun növbəti elmı əsəri çapdan
çıxıb
Tanınmış
ictimai-siyasi xadim, filoloq, tarixçi, türkoloq, kifayət sayda qədim müəlliflərə,
mötəbər qaynaqlara, etnoqrafik abidələrə, kilsə
ədəbiyyatına, məşhur rus, erməni və Avropa
tarixçilərinə istinad edərək erməni
“tarixşünaslığına” sarsıdıcı elmi zərbələr
endirən Turan Araşdırma Mərkəzi İB-nin sədri,
professor Əjdər Tağıoğlunun (İsmayılovun)
növbəti elmi əsəri -“DƏRƏŞAM: OGUZ-TÜRK
MƏZARLIĞI” adlı kitabı “Elm və təhsil” nəşriyyatında
çapdan çıxıb.
ONN medianın Turan Araşdırma Mərkəzindən aldığı
məlumata görə,
kitab Azərbaycan dili, Anadolu türkcəsi
və rus dillərində nəşr
olunub.
Kitabı Anadolu
türkcəsinə uyğunlaşdıran
AMEA Naxçıvan Bölməsinin
böyük elmi işçisi, filologiya üzrə fəlsəfə
doktoru Nərgiz İsmayılova, rus dilinə tərcümə
edən Lalə Bağırzadədir.
Kitabda indiki
Culfa şəhərinin
yaxınlığında Araz
çayı sahilində
1989-cu ildə rus-erməni
təcavüzünə məruz
qalanadək qədim Naxçıvan Oğuz türklərinin minilliklərə
gedib çıxan tarixinə aid Dərəşam məzarlığından
danışılır.
İlham Əliyev
Yaponiya qəzetinə
müsahibə verdi
-YENİLƏNDİ
İlham Əliyev
Yaponiya qəzetinə
müsahibə verdi
-YENİLƏNDİ
Müəllif Dərəşam
məzarlığında Oğuz
türklərinin qədim
tarixinə şahidlik
edən qəbir daşları üzərində
həkk olunmuş “Avesta” memarlıq sənətinə aid tişə ustalarının
yaratdıqları kompozisiyada
olduqca lokonik sənəd dili ilə, Oğuzların dədədən qalma məişətini – Zərdüşti
inancına uyğun keçirdikləri dəfn adətinin teoloji və mifoloji obrazlarını, habelə astroloji rəmzlər əsasında
“Avesta” memarlıq məktəbinə məxsus
üslubda tarixin qan yaddaşında əbədiləşdirilməsindən bəhs edir.
Bilman İşaq
Azad Azərbaycan.- 2020.- 22 oktyabr.-
S.9.