Vaxtdan yüksəkdə dayanan elm
adamı: Rəfael Hüseynov
Həyata hamı bir cür gəlir. Bu yolun
başlanğıcı eyni olsa da,
gedişi müxtəlifdir. Həyatı hərə bir
cür yaşayır. Dünyada hərənin özünə görə bir yolu və bu yolun enişi-yoxuşu, sevinci-kədəri,
acısı-şirini olur. İnsanlar bir-birinə bənzəmədiyi
kimi onların tale yolları da bənzərsiz olur. Hərə
öz ulduzunun işığına düşür, baş
alıb gedir, sonu görünməyən, vaxtı bilinməyən
həyat yolunu pillə-pillə keçməyə
başlayır. Tarixə düşüb, öz dəsti-xətti
ilə iz qoyan da olur, olmayan da. Xoşbəxt o
insandır ki, tale yolunun kələ-kötürünə
baxmayaraq nəcib niyyətlərdən, gözəl amallardan əl
çəkmir, vətəndaşlıq borcunu ləyaqətlə
yerinə yetirməyə çalışır, adı-əməli
sonrakı nəsillər üçün sönməz ulduza,
milli iftixara çevrilir, gələcək nəsillərə
ərməğan olur. Bu minvalla
özünə tale yolu seçib ədəbiyyat tariximizə öz izini- Rafael imzasını həkk
etdirən yaradıcı şəxsiyyətlərdən biri də
azərbaycanlı ədəbiyyatşünas, ictimai xadim,
yazıçı, publisist, tərcüməçi, mətnşünas,
Rafael Hüseynovdur.
Haqqında
1955-ci il avqustun 12-də Kürdəmir
şəhərində anadan olmuşdur. 1971-ci ildə burada 2
saylı şəhər orta məktəbini bitirmişdir.
1971-1976-cı illərdə Azərbaycan Dövlət
Universitetinin şərqşünaslıq fakültəsində
fars filologiyası ixtisası üzrə təhsil
almışdır. 1976-1978-ci illərdə əmək fəaliyyətinə
təyinatla göndərildiyi Azərbaycan Elmlər
Akademiyası Fəlsəfə və Hüquq İnstitutunun fəlsəfə
tarixi şöbəsində başlamışdır.
1978-1982-ci illər Azərbaycan
Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunun İran filologiyası şöbəsində
kiçik elmi işçi, 1982-1988-ci illərdə isə həmin
institutun Orta əsrlər şərq yazılı mənbələrinin
tədqiqi və nəşri şöbəsində baş
elmi işçi vəzifəsində
çalışmışdır. 1980-ci ildə namizədlik
dissertasiyası müdafiə etmişdir.
Nizami adına Ədəbiyyat muzeyində
şöbə müdiri işləmişdir. Hazırda həmin
muzeyin direktorudur.
Ədəbi fəaliyyətə 1975-ci ildə
Kürdəmir rayonunda çıxan “İrəli” qəzeti səhifələrində
dərc olunan şeirləri ilə başlamışdır.
Dövri mətbuatda vaxtaşırı çıxış
etmişdir.
Azərbaycan xalq musiqisi və onun görkəmli
ifaçıları haqqında hazırladığı “Nəğməli
ömürlər” və “Axşam görüşləri”
adlı həftəlik verilişlər silsiləsi efirdə səslənmişdir.
“Qobustan” incəsənət toplusunda “Görməyən
gözlərin aydınlığı”, “Əsas odur ki, xalq sizi
sevir”, “Həsrət qatarı” və s. publisistik
yazıları çap olunmuşdur.
Orta əsrlər fars və türkdilli
poeziyanın müxtəlif problemlərinə həsr
edilmiş 30-dan artıq ədəbiyyatşünaslıq əsərinin
müəllifidir.
1992-ci ildə “Baba Tahir Üryan və onun poetik
irsi” mövzusunda doktorluq dissertasiyası müdafiə
etmişdir.
1987-ci ildə Məhsəti Gəncəvinin
rübailərini, Rəsul Rza və Nigar Rəfibəyli
haqqında “İki ömrün işığı” adlı
xatirələr kitabını tərtib etmişdir. 1987-1989-ci
illərdə ADU-da “fars ədəbiyyatı”, 1990-1991-ci illərdə
Konservatoriyada “Mədəniyyət tarixi”, Xəzər
Universitetində “Azərbaycan ədəbiyyatı” və
1995-ci ildə “Azərbaycan mədəniyyəti” fənlərindən
dərs demişdir. 1995-1998-ci illərdə Xəzər
Universitetində “Azərbaycan filologiyası və şərqşünaslıq”
kafedrasının müdiri vəzifəsində
çalışmışdır.
Pedaqoji fəaliyyəti Azərbaycan Dövlət
Universitetində (indiki BDU) “İran ədəbiyyatı tarixi”
müəllimi (1987-1989), Musiqi Akademiyasında “Mədəniyyət
tarixi” fənnindən dərs demiş, “Azərbaycan ədəbiyyatı
və mədəniyyəti” kafedrasının müdiri
olmuşdur (1990-1991). Xəzər Universitetində “Azərbaycan
ədəbiyyatı” və “Azərbaycan mədəniyyəti”
fənlərindən dərs demişdir (1995-1999). Bakıda
Amerika Universitetində Azərbaycan, Şərq ədəbiyyatı
və Azərbaycan mədəniyyəti fənlərindən dərs
demiş, “Azərbaycanşünaslıq” kafedrasının
müdiri olmuşdur (1999-2001). Azərbaycan Dövlət
Pedaqoji Universitetində “Azərbaycan və türk xalqları ədəbiyyatı
tarixi” ndən dərs demişdir. “Qədim ədəbiyyat və
folklor” kafedrasının professoru kimi fəaliyyətini davam etdirib
(2008-2014).
Digər fəaliyyəti 2001-ci ildən Azərbaycan
Milli Məclisinin üzvü;
2001-ci ildən AŞPA-dakı Azərbaycan
nümayəndə heyətinin üzvü;
1975-ci ildən Azərbaycan radiosunda həftəlik,
bir saatlıq efirə çıxan, ədəbiyyat və mədəniyyətə
aid proqramın daimi müəllifi.
Təltif və mükafatları: “Cavidlər” əsərinə
görə Azərbaycan Respublikası Elmlər
Akademiyasının, Yazıçılar Birliyinin, Azərbaycan
Universitetinin xüsusi mükafatına layiq
görülmüşdür (1997).
Əməkdar incəsənət
xadimi (2005)
“Elmdə ad” Beynəlxalq mükafat (2014)
Rafael Hüseynov orta əsrlər fars və
türkdilli poeziyanın müxtəlif problemlərinə həsr
edilmiş tədqiqatların müəllifidir. Məhsəti Gəncəvinin
rübailərini tərtib etmiş, H.Cavid, R.Rza və N.Rəfibəyli
haqqında xatirələr kitabını yazmışdır.
Rafael Hüseynov görkəmli ədəbiyyatşünas,
ictimai xadim, yazıçı, publisist, tərcüməçi,
mətnşünas, Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin direktoru, millət vəkili, Milli Məclisin
Mədəniyyət Komitəsinin sədri, filologiya elmləri
doktoru, akademikdir...
O, sözün zirvəsinə,
ucalığına klassika ilə gəlib. Ədəbiyyat və mədəniyyətimizin
klassikası ilə. Burada elmin gücü, publisistikanın
hökmü vəhdətdə olub.
Ədəbiyyat tarixçiliyini nəzəriyyəçilik
və tənqidçilik tamamlayıb. Və bu
üçlüyün birliyinə ayət olan yanıqlı
publisistik surğaclar... Bəli, R.Hüseynovun bədii
publisistik təhkiyəsi elmin filologiyasını,
psixologiyasını, etikasını və fəlsəfəsini
özünə qapsayıb. Ən əsası
estetikasını!...
Tədqiqatçı-alim sözün
meydanına Şirvan şairlərindən gəlib. Sonra Məhsəti,
Nizami, Nəsimi, Füzuli, Vaqif, Mirzə Fətəli Axundzadə,
Sabir, Mirzə Cəlil, Hüseyn Cavid, Səməd Vurğun
sırası gəlib. Və
insan ruhunun müqəddəs yazıları olan kitab heykəllər
yaranıb... Rafael Hüseynov ömrün zirvəsinə
neçə-neçə kitab-heykəllərlə
ucalıb...
Onun “Məhsəti Gəncəvi – özü,
sözü, izi” adlı kitabını vərəqləyirik:
Qaynaqlar şahidlik edir ki, Məhsəti 90 ildən
artıq ömür sürüb.
Azərbaycan uzunömürlülər
diyarıdır. Yaşı 90-ı
haqlayanlarımız,100-ü ötənlərimiz yüzlərlədir.
Amma Azərbaycanda yaşı 900-ə çatan və
canlı olan bircə qadın var. Sözü XII əsrin
yüksəkliyindən görünən böyük həqiqət
odur ki, bu gün dünyaya meydan oxuyan heçnə bir
xalqın o əsrdə Məhsəti böyüklüyükdə
şairəsi olmayıb. Millətinə
bağışladığı bu ədəbi birincilik və
o birinciliyin gətirdiyi milli iftixar duyğusu Gəncəli Məhsətini
həmişə gənc edəcək.
1981-ci ildə Məhsəti haqqında
yazdığım bu sözlərlə bitirirdim. “Azərbaycanın
paytaxtında, Bakıda Məhsəti Gəncəvinin heykəli
yoxdur. Ancaq ölməz sənəti ilə Məhsəti
bütöv Azərbaycanda özünə yaşar abidə
ucaldıb.
Bakıda Məhsəti Gəncəvi
xiyabanı yoxdur. Ancaq rübailərindən başlayıb
oxucuların ürəklərindən keçən
bütün yolların hamısı Məhsəti Gəncəvinin
adını daşıyır.
Məhsəti Gəncəvi haqqında film
yoxdur. Ancaq şeirlərini oxuduqca Məhsətinin
ömrü-günü, sevdiyi və sevmədiyi qəhrəmanları
da sıra-sıra gözlərimiz önündə
canlanır.
Məhsəti öz payına düşənləri
səkkiz yüz il bundan irəli yanar düşüncəsi və
mübariz qələmi ilə kişi kimi yerinə yetirib.
Qalır bizim payımıza düşənlər!”
Hər şey olduğu kimi qalır. Haçansa Məhsətiyə və onun kimi sevgili vətən
yavrularına qaytarmalı olduğumuz çox borcların
heç olmazsa bir qismini yerinə
yetirəndə bəlkə də göydən
nağıllardakı kimi üç alma yox tövbələrimizin
əfvi olaraq səmada dolaşa-dolaşa yerə həsrət
qalmış daşlardan biri qopub düşdü torpağın üstünə. O daş yerə
düşüncə yanında bir əlçim ot göyərəcək,
dibində bir xırdaca gül bitəcək və o gül zərif
ləçəkləri ilə hey qayıdıb
özümüzə dəyməkdən bezar olmuş həmin
daşın canındakı ağrılar
çıxsın deyə onu nəvazişlə oxşayacaq,
çopur, qara üzünü məhrəm-məhrəm
sığallayacaq.
Qapqara, çopur-çopur bir daşın
dibindən boy atmış bir zərif çiçək
görəndə onu Məhsəti bilin, Nəsimi bilin, Mirzə
Fətəli bilin, Mirzə Cəlil bilin, Müşfiq bilin,
Cavid bilin, Cavad bilin, Anar bilin...
Bəs o üzü qara Vətən
daşının adı nə olacaq?!
Parlaq şəxsiyyətləri ulduzlara ilk bənzədən
çox haqlıymış. Sönmüş ulduzların
işığı yüzillər, minillər boyu insanlara
çatmaqda davam edir. Məhsəti kimi ulduzların da
işığının bizlərə gələn yolu alışdığımız
ağ təqvimlərlə, saatlarla deyil, işıq illəri
ilə ölçülə bilər.
Təsəvvürümüzə
sığmayacaq qədər nəhəng zamanlar qədər
nəhəng zamanlar boyu Məhsətinin adı və şeirləri
illərimizi aydınlaşdıracaq, köhnəlməyən
gerçəkliklə köhnə dünyaya hayan olacaq.
Keçmişin, indinin və gələcəyin
şairi, gözəl Məhsətimiz bu müqəddəs
torpaqda yaşadı, ölməz saxlanclarını bu
torpağın üstündə yaratdı, son beşiyini bu
topağın qoynunda tapdı. Ötkəm şəxsiyyətli,
üstün ağlı, sərhədsiz duyğular
dünyasıyla vəhdətdə olan qələmin in bəhrələrini
xalqına ədəbi miras edən Məhsətinin millətinəvə
məmmləkətinə bir ali xidməti də oldu.
Adının yanında Gəncə sözü həmişə
yaşadı. Vaxtın qasırğaları Gəncəni
Abbasabad etdi. Məhsəti dönüb Abbasabadi olmadı. Gəncəni
çevirib Yelizavetpol etdilər. Məhsəti Yelizavetpolskaya
olımadı. Gəncəni Kirovabada dəyişdilər. Məhsəti
dönüb Kirovabadi olmadı.
Məhsəti uca varlığı ilə
yaşarı irsi ilə adının yanındakı Vətəni
hər zaman qorudu. Kim deyər ki, Məhsəti XII əsrdən
sonrakı əsrlərdə diri olmayıb, mübarizə aparmayıb?!
Amma bu gün Gəncəli Məhsəti nə
tək Gəncənin, nə tək Azərbaycanındır.
Bu yaşa çatandan sonra o, bəşəriyyətin
şairləri sırasında, dünya vətəndaşları
cərgəsindədir. Xalqa ərməğan etdiyi bu
qürura görə ruhu şad olsun!
Məhsətiyəm, oldum gözəllərə
tağ,
Hüsnümü vəsv edir Xorasan, İraq.
Gəncə xətibinin oğlu, qıyma ki,
Yandırsın beləcə könlümü fəraq.
Xoşbaxt ruzigarım əlimdən getdi,
Çünki zülfi-yarım əlimdən
getdi.
Ələ xına yaxdım, yarımdan
ötrü,
Uyudum, nigarım əlimdən getdi.
Ey sarvan, səfərə vermisən qərar,
Məni qoyub getmə, üzgün canım var.
Sənin dəvələrin adi yük çəkir,
Qəm yükü çəkirəm, məni
də apar.
M.Gəncəvi
Ağıllı kitab hökmən oxucusunu qərq
edir, onun maraqlı müsahibinə çevrilir. Rafael Hüseynovun kitablarını mütailə edərkən
həyəcanlanırsan, kövrəlirsən, kitab qəhrəmanları
ilə birlikdə fərəhli saatları, acı günləri
yaşayırsan, sevinirsən, dərdlənirsən, bəzən
də yanıb-yanıb yaxılırsan, Ancaq bütün bu
hissləri keçirə-keçirə ən çox
fikrə dalırsan. Vaxt haqqında, vaxtın içində
ömür sürən insan haqqında, insan haqqında,
haqqında baxtı haqqında düşünürsən.
“Görəsən kimin baxtına nə çıxacaq” ifadəsini
ara-sıra işlədirdik.
İnsanın baxtına çıxan ən önəmli,
vacib şey-vaxtdır. Çox şey insanın özündən
asılıdır. Amma mühümdən-mühüm, vacibdən-vacib
üç şey insanın özündən asılı
deyil: valideynləri, daha geniş götürsək-soyu,
kökü, milləti-bu bir. Vətəni, doğulduğu,
üstündə boya-başa çatdığı torpaq,
el-oba,-bu iki. Yaşadığı, ömür
sürdüyü vaxt, bu da üç... bu gün bizim
üçün tarix olanlar, o vaxt onlar üçün tale
idi, baxtlarına çıxmış vaxt idi...
Qalmışam məndə zərrə səbrü-qərar,
Mənə Sənansız olmuş aləm tar.
Altı ildir ki, zarü dərbədərim,
Həp onundur məsərrətim, kədərim.
Altı ildir əsirü mədhuşəm...
R.Hüseynov eyni zamanda muzey
yaradıcısıdır, elmi-təşkilati rəhbərdir,
qurucudur. Ədəbiyyat Muzeyinin
yenidən təşkilatlanması, zənginləşdirilməsində
böyük zəhmətkeşdir...
Kitablar yaddaş, saxlancdır, gəzəri heykəllərdir.
Necə ki, Rafael müəllim kitablarına sanki heykəl
vüsəti verir. Ağırçəkili, şəkilli və
möhtəşəm kitablar yazır, sərmayə xəraləyir...
Tərtibatlı, nəfisli, naxışlı. Səsli,
sözlü, rəngli. “Yerin altından qayıtmış
gözəllik” kitab-heykəli 2009-cu ilin nəşri olub
Ədəbiyyat muzeyinin arxeoloji nümunələri
haqqındadır. 328 səhifəlik!.. Elə buradaca... Rafael
Hüseynov milli-mənəvi irsi (yeraltı, yerüstü)
xüsusi adlarda, toplularda saxlanc edir, bu günə, gələcəyin
yaddaşına ötürür. Miras kimi! Adlar da tarixin nəfəsindən
nəfər gətirir: “Risalə”, “Şərq”, “Xəzinə”,
“Məclis”, “Qaynaq”... “Risalə” – araşdırmalar, “Şərq”
–tərcümələr, “Xəzinə” – kataloqlar, “Məclis
– dini mərasimlər, ildönümlər, görüşlər, “Qaynaq” isə – daşyazmalar, əlyazmalar,
səsyazmalar toplusudur. Toplulardır.... Klassikanın, tarixi
keçmişin yaddaşı...
Elə bu kitabın da səsi “Qaynaq”dan,
daşyazmalardan gəlir. Kitabda arxeologiya nümunələri
verilib. Gəncədən, Naxçıvandan, Şabrandan, Bərdədən,
Beyləqandan – mədəniyyət mərkəzlərindən
tapılıb. Maddi-mədəniyyət nümunələrinin
tapıldığı orta əsrlər Azərbaycan şəhərlərindən.
Kitabda arxeoloji nümunələrin rəngli fotoları,
müfəssəl elmi təfsirləri, təhlilləri də
verilib...
Aynur TURAN.
Azad Azərbaycan.- 2020.- 22 oktyabr.- S.
8.