Bizim haqlı müharibəmiz: Bu gün hər bir yazar, qələmi
ilə bir əsgərdir
(Yazıçı
sözü)
Yadıma
ataların bir hikmətli sözü düşür: “Köpək
elə köpəkdi,
xaltası qızıl
olsa da”. Bu gün ölkəmizlə işğalçılıq
müharibəsi aparan
və hər cür şərəfsizliyə,
hər cür alçaqlığa yol verən erməni faşistləri dinc əhalini top və uzaqvuran raket atəşinə tutaraq vandalizmə yol verməklə beynəlxalq
ictimaiyyət arasında
nüfuzdan düşmüşdür.
Lakin xaltası başqa havadarlarının əlində
olan Paşinyan elə bil ki,
zəncirini qıran quduz it kimi dinc
insanları qapır, şəhərləri raket
atəşinə tutmaqdan
həzz alır və beynəlxalq qanunları kobudcasına, cinayətkarcasına pozur.
Ermənistanın təxribatı o həddə
çatıb ki, hər gün Gəncə kimi qədim şəhərimizi,
Tərtər, Mingəçevir,
Ağdam, Bərdə,
Goranboy və başqa yaşayış
məntəqələrimizi top və raket atəşinə
məruz qoyur. Körpələrimizin mışıl-mışıl
yatdığı gecələrdə
onların şirin yuxularını vəhşicəsinə
pozan erməni işğalçıları tarix
qarşısında cavab
verməli olacaqlar.
Axı bu murdar ermənilər
dahilər yetirmiş Azərbaycan xalqından nə istəyirlər?!
Elə
hey ac çaqqal kimi çöllərimizdə eşələnirlər.
Görün azad olunmuş
kəndlərimiz nə
hala salınıb.
Kənd evlərinin ancaq daşları qalıb.
Hər səbrin axırı var. Ancaq Azərbaycan xalqı 32 il dözdü,
səbr etdi. 32 il işğal
olunmuş torpaqlarımız
murdar erməninin ayaqları altında inildədi. Ulularımızın ruhları inildədi,
fəryad etdi. Axı hər qaranlığın
bir aydınlığı
var. Ölkəmiz erməni
işğalçılarının qəsbkarlığına qarşı
öz iradəsini göstərdi və xalqımız sentyabr ayının 27-dən Vətən
Müharibəsinə qalxdı.
Az zaman
ərzində şanlı
döyüşçülərimiz işğal olunmuş çoxlu strateji yüksəklikləri və
döyüş mövqelərini
ələ keçirib
düşməni geri
oturtdu, onların geriyə də baxmadan döyüş texnikalarını və sursat anbarlarını da qoyub qaçmalarına
nail oldu. Erməni hərbçiləri imkan tapıb zəncirlədikləri əsgərlərini
özləri ilə apara bilməmişdilər.
Zəncirlənmiş əsgərlər isə döyüşdən
imtina edənlər olmuşdur. Əldə etdiyimiz yüksəkliklər,
kəndlər, Cəbrayıl
rayonu, Füzuli rayonu və başqa məntəqələr
şanlı ordumuzun qələbələridir. Sanki 32 il sakit
dayanan vulkan birdən püskürdü.
Onun yanar lavaları erməni işğalçılarını
pərən-pərən etdi,
onların “Böyük
Ermənistan” xülyalarını
ürəklərində qoydu.
Müzəffər ordumuz Ali Baş
Komandanın əmrlərini
fədakarcasına yerinə
yetirir, döyüşlərdə
canlarından keçib
şəhidlik zirvəsinə
ucalırlar.
Ermənistanın ideologiyası faşist ideologiyasıdir. Bir ölkədə ki, faşistlərə qulluq etmiş, satqınlığı ilə
tarixdə yadda qalan Nijde kimi
erməniyə heykəl
ucaldıla, o ölkənin
səmimiliyinə inanmaq
olarmı? Rusiyanın müharibə
dövründə darmadağın
olunmasında bu qəsbkarın da rolu olmuşdur. Rus rəhbərliyi isə
özünü görməməzliyə
qoyur. Sual olunur: bəs o zaman 15 muxtar respublika nə üçün faşizmlə
müharibə aparırdı?
Bəlkə tökülən qanlar əbəs imiş? Dünya ermənilərin faşizmə rəğbətini
görmürmü? Onda bəs
ədalət harada qaldı?
Bəli, ermənidən hər cür alçaqlıq gözləmək olar. Ancaq biz onlara
öz dərsimizi veririk və dərsimiz davamlı olaraq gedir. Bütün dünya görür ki, bizim ordumuz
nəyə qadirdir.
Döyüş yüksəkliyimiz göz qabağındadır
və biz öz torpaqlarımızı işğaldan
azad edəcəyik, bir qarış da onlarda saxlamayacağıq.
Biz - azərbaycanlılar bir xalq olaraq ədalətin
zəfər çalmasını
istəyirik. Düşmənə zəhər verən
kərtənkələlər heç bir zaman dünya ictimaiyyətinin qınağından
kənarda qala bilməyəcəklər.
Mən də bir yazıçı-publisist
kimi erməni vandalizminin iç üzünü açan,
təbiətin insanlar
üçün miras
qoyduğu erməni faşizminin yaxın keçmişimizdə alman
faşizmi ilə yanaşı getməsini, havadarlarının onları
təlxək kimi oynatmalarını, rəzil
olmalarını əməlləri
ilə sübut edən iblis timsallı varlıqlar kimi öz əsərlərimdə
onları kabus kimi, qana susayan
vampirlər kimi təsvir etməklə oxucularımda düşmənə
nifrət hisslərini
gücləndirməyə çalışıram.
“Unuda bilmirəm”,
“Əhməd” hekayələrimdə,
“Tale yolu” romanımda məhz ermənilərin riyakarlığından, etibarsızlığından,
düşmənçiliyindən bəhs edirəm. Onu da deyim ki,
düşmən düşməndi,
nə yaxşısı,
nə yamanı?!
Əsrlər keçəcək,
tarix kitabı vərəqlənəcək, ancaq
desələr ki, erməni bizimlə dostdur, inanmayın! Erməni ilə dost olanın dəyənəyi
hökmən əlində
olmalıdır. Moskvadakı xarici
işlər nazirlərinin
11 saatlıq danışıqlarının
acı nəticəsi
göz qabağındadır.
Ermənilər humanitar atəşkəsi
pozaraq Gəncə şəhərini iki dəfə raket atəşinə tutdu və dinc sakinlər
həlak oldu. Hətta iki körpə ata-anasını itirdi.
Bir neçə fidan körpələrimiz
də bu dünyaya “əlvida” dedi.
Mən bütün
yazarlara müraciət
edirəm. Qarabağ və Vətən
müharibəsi mövzusunda
əsərlər yazın.
Qələminizi süngüyə çevirin, çünki
bu da təfəkkür
fondumuzun bir sahəsidir. Sizin hər
bir yazınız döyüşçülərimizə ruh verəcək, onların mübarizliyini və əzmkarlığını
daha da artıracaq.
Bu gün tarixi ədalət bərpa olunmalı, Paşinyan və onun əlaltıları
cəzasını almalıdır.
Ali Baş Komandan
cənab İlham Əliyev müsahibə apardığı müxtəlif
xarici jurnalist və qurumların nümayəndələrini öz
məntiqi cavabları
ilə heyran qoyur. O, ermənilərin təxribatlarını
pisləyir, Paşinyanı
yaltaq, yalançı,
vandal adlandırır. Ali Baş Komandanın strategiyası xalqın ürəyindən xəbər
verir və biz yazıçılar da ona
öz əsərlərimizlə
dəstək veririk.
Qoy okeanın o tayında ermənilərin yalağından
su içənlər
qorxub təşvişə
düşsünlər. Çünki bundan sonra onların pul kisələri boş qalacaq, axı müzəffər ordumuz çox yaxınlarda Paşinyana qəbir qazacaq. Qələbəmizə
az qalıb.
Vətənimizin ağır günlərində
Ali Baş Komandanı
dəstəkləməyən və xalqdan uzaq düşən, onun qələbələrinə
sevinməyən AXCP və
onların qaraguruhçuları
bizim qələbəmizdən
sonra xalqın üzünə görəsən
necə baxacaqlar?
Paşinyan dul arvad səviyyəsinə
enib. Dul arvadın divarı
isə alçaq olar. Ordusu da ona oxşayır.
Dovşan kimi döyüşdən
qaçırlar. Axı dovşanın
gümanı ayaqlarına
gələr. Qoy qaçsınlar.
Onlar döyüş meydanında
uduzurlar.
Ali Baş Komandan deyir: “Qarabağ bizim doğma, əzəli, tarixi torpağımızdır. Erməni xalqı
əgər sülh şəraitində yaşamaq
istəyirsə, öz
hakimiyyətini məsuliyyətə
cəlb etsin. Çünki erməni xalqının
bədbəxtliyi ondan
ibarətdir ki, uzun illər ərzində ona quldur kriminal rejim rəhbərlik edib”.
Bəli, bu gün belə
bir rejimə rəhbərlik edən Paşinyanlar qulağı
kəsik Andraniklərin
davamçılarıdır. Tülkü xislətləri
onlara əcdadlarından
miras qalıb. Ancaq əcdadları kimlər olub hələ də elmə məlum deyil. Belə yerdə deyirlər ki, atalarından xəbərsizlər...
Dahi A.S. Puşkin
ermənilərə çox
yaxşı ad qoymuşdu. Bunu bütün bəşəriyyət
bilir. Mən sözümü dedim, açması sizdən...
Səyavuş SÜLEYMANLI
Yazıçı-publisist, AYB və AJB-nin
üzvü,
“Qızıl Qələm”media mükafatı
laureatı, Lənkəran
Azad Azərbaycan.-2020.-20 oktyabr.-
S.8.