Sən mənim evimin ruh memarı idin

 

(Elegiya)

 

Yaman qəribsəmişəm Səninçün ata. Mənim dəyərlim.

 

Uca Allahın mənim ömür payıma bəxş etdiyi bir möcüzə, misli bərabəri olmayan ən böyük hədiyyəm idin sən.

Mən Səninlə mükəmməl bir həyat itirmişəm. Özün biləsən bunu. Bu həyat Sənsizlik məni çox yorur, qəhr edir, təkliyir. Sənsiz elə bil hər şey yarımçıq qalıb. Hətta yaşadığım ömür belə sənsizliyə tab gətirmir.

Yaxınlarını itirən dərdlilər ah-vayla sızlayıb ağlayanda ,Torpağın üzü soyuqdur, hələ yarası təzədirsözlərini eşitmişdim. Elə bilirdim ki, eşitdiklərim həqiqətdir. Belə söyləyənlər yəqin ki, ayrılıq acısını dadmayıblar, əzizlərini itirməyiblər. Mən kimsəyə arzulamıram , ayrılıq acısını, çəkilə bilməyən yası, ələmi, nədə ki, insanı göynədən acı göz yaşlarımı. Atacan bilirəm , yaxşı dərk edirəm Səni itirmişəm Sənin heç vaxt da geriyə dönüşün olmayacaq. Bunu bilə -bilə hər an Səni gözləyirəm hər yerdə Səni axtarıram.

Əziz atam, Sənin övlad sevgin, balalarında olan iştəyin Səni qoynuna alan Torpağın üzünü belə soyumağa qoymadı. Sənə olan ata, dədə sevgisi balalarında heç usanmadı , heç azalmadı. Elə hey çoxaldı, çoxaldı.

Balalarının Sənsizlik həsrəti onları sarsıdır , Sənə olan istək onları yandırır-yaxır. Atacan bir atanın övladlarına edə biləcəyi ən böyük yaxşılıqlardan biri birincisi onların analarını sevməkdir, qorumaqdır. Ağlım kəsəndən Səni itirənədək anamıza olan sevginin , hörmətinin, ehtiramının şahidi oldum . Səninlə həmişə qürür duydum . Anamıza olan istəyin şəfqətinlə daim övladlarını , qayğısız etdin. Sən həyatımın ən ali insanı idin, sevimli atam. Ağrı-acımı ilk görən , tez yardım edən , məni kimsənin anlaya bilməyəcəyindən çox anlayan idin , Ulu Tanrının mənə bəxş etdiyi möcüzəm idin Sən. Səni sənli günlərimin xatirələriylə yaşayır, məni yandıran göz yaşlarımla anıram. Varlığını dünyamda hiss edir elə hey qayğısız , xöşbəxt günlərimdə qalır, rahatlıq tapıram Səninlə . Amma gələcək arzu xəyallarımda Səni qədər canlandırsam belə tez gedirsən. Heç yanımda qalmırsan .

Axı Sən mənim könlümün pak aynası idin. Həqqiqət sirlərimi tez görən ağıl zəkanla , məntiq kamalınla dünyanın ən dövlətli insanı edənim idin, mənim heç vaxt duaları yerdə qalmayan, atam!

Bilirsən, indi o dua alqışlara necə ehtiyacım var? Ötkəm sözünə , verdiyin nəsihətlərə , etdiyin tövsüyələrə çox möhtacam çox ... Amma sən yoxsan. Yoxsan, yoxsan... Atasız olmaq, atacan, təsəvvür elə ki, müharibənin ortasında silahsız qalmaq kimidir.

Heç yadımdan çıxmır, bir vaxtlar övladlarının birinə böyük haqsızlıq olunmuşdur. Çox təkminli idin, amiranə duruşun gözlərimin önündən, dediyin sözlərin səsi isə qulaqlarımdan getmir: “Kimsə bu gün qürrələnə bilər ki, səni yıxdı, qara var yaxdı. Amma o yazıq, bədbəxt özü bilmədən səni çox ucaltdı. Mənim əzizim sən başqa bahar üçün yalnız yarpaq tökdün. Ona görə , Allahın rəhmətinə sığın. Çünki, Onun səbri çox, qüdrəti böyükdür” -dedin . Sonra da gülümsədin həmin balanı bağrına basdın daha ucadan: Gör sən qədər hünərli böyüksən ki, sənə qara yaxmaqda belə maraqlıdırlar”- dedin güldün. Atacan , Sən övladlarınçün çox böyük bir miras qoydunmənəvi əxlaqın, ədəbin , ədalətin biliyinlə.

Balalarına həmişə bir inci, bir cövhər kimi baxdın . O cövhərlərin hər birininşəkilalması üçün zəhmətkeş zərgər oldun. Zəhmətinlə ucaldın ucaltdın bu cövhərlərini.

Yüksək dəyərlim mənim. Övladlarının həyatında, ən güclü, ən faydalı dayaq yalnız Səndən qalan xatirələrdir.

Atacan, bilik bacarığının gücü , möhkəm xarakterin hörmətin, nəzakətin Sənə olan sevgi , ehtiramın əsası oldu bu həyatda

Sənin fəzillət dolu ömrün övladlarınçün böyük bir sərvətidir əziz atam biləsən bunu.

Sən işləyirdin ki, xarakter xasiyyətinlə kamilliyin sadəliyinlə övladlarında təcəssüm olunasan. Əzizim, ruhun sad olsun! Sənə hörmət gətirən, Səndə qibtə edilən var idisə ayrı ayrılıqda övladlarında da, nəvələrində görünür.

Sən həmişə bizlərdə tamamlanmaq istəyirdin. Dəyərlim, evimin ruh memarı, Səni tamamlamaq böyük bir məsuliyyətdir.

Gərək bundan sonra bizlər elə yaşayaq ki , Sabir Yaqubov adına az da olsa layiq ola bilək.

Amma Sən ola bilmək etiraf eləməliyəm ki, çox çətindir, amma Sənin bizlərə verdiyin tərbiyə, öyrətdiyin ədəb, yəqin ki, Sənin yanında bizləri utandırmaz, İnşallah. Mən buna əminəm.

Bu gün Sənin təqvim günündür, əziz atam!

Sənsiz tamamlanan təqvim günün mübarək olsun!

Atacan sənsiz tamamlanan təqvim günündə bir xoş xəbərim var sənə. Rəşadətli ordumuz Sənin doğulduğun, boya -başa çatdığın həyatın qədər sevdiyin Qubadlımızı erməni gavurlarından azad elədi. Sən həmişə o torpağın, həsrətindəydin. Elə o torpağın da nisgili, dərdi Səni tez apardı haqq dünyana. Sən o yerləri görəməyi necə arzu edirdin. Qubadlı ilə nəfəs alırdın. Axı o rayonun quruculuğunda Sənin aparıcı rəhbər vəzifədə işləyən bir kadr kimi çox böyük xidmətlərin olmuşdu. Bir şair, nasir, publisist kimi Qubadlıya da çoxlu əsərlər ifhaf eləmişdin. Hətta Qubadlıya qayıdandan sonra hansı işləri görməyi planlaşdırmışdın...

Bu arzu əfsus ki, Sənə nəsib olmadı. Mən əminəm Qubadlıda üçrəngli bayrağımız dalğalandığı gün Sənin ruhun da orada idi. Böyük fəxarətlə, iftixar hissi ilə həmin bayrağı seyr edirdi... Həmin o uca Ruh, Ulu Tanrıdan xahiş edirdi ki, bizim Ali Baş Komandanımızı rəşadətli ordumuzu qorusun ki, bütövlükdə Qarabağımızı erməni gavurlarından xilas edə bilək.

Ruhun şad olsun, evimin ruh memarı olan Atam.

 

Elmira Sabir qızı YAQUBOVA,

Sumqayıt şəhər 15 nömrəli tam orta məktəbin direktoru

 

Azad Azərbaycan.- 2020.- 29 oktyabr.- S.10.