Tarixin ağır günahkar illəri ilə
üz-üzə gələn Bəhlul Əfəndi Bəhcət
15 mart
1938-ci il! Novruz bayramına
düz bir həftə qalıb. Lakin bayram
abı-havası duyulmur. Xalqın neçə-neçə
oğlu “Xalq düşməni” elan edilir. Və
xalq adından güllələnir. Həmin
gün məhkəmə kürsüsündə daha bir əqidə,
məslək mübarizi əyləşdirilir. Salonda sanki ölüm abı-havası hökm
sürür. Haqsızlıq, böhtan ayaq
tutub həqiqəti susdurur. Dövrünün
mütərəqqi ziyalıları və elm xadimlərindən
Ə.Cavad və H.Cavidin yaxın silahdaşı və əqidə
dostu Bəhcət repressiyanın yeni bir qurbanı olur.
1938-ci il
martın 15-də NKVD-üçlüyünün qərarı
ilə ən ağır cəzaya layiq görülmüş
Bəhlul Əfəndi (Bəhlul Bəhcət) 1957-ci ildə
Respublika Prokurorluğuna, Dövlət Təhlükəsizlik
Komitəsinə və Azərbaycan SSR Ali Məhkəməsinə
yazılmış sorğu məktublarına cavab olaraq
bildirilib ki, Bəhlul Əfəndi Ali Məhkəmənin qərarı
ilə 5 noyabr 1958-ci ildə işində “Cinayət aktı”
olmadığına görə ölümündən sonra
tam bəraət almışdır.
İstər 20-30-cu illərin sənəd və
materiallarında, istərsə də, bədii əsərlərdə
əsasən tənqid və ittiham olunmuş B.Bəhcətin
mövqeyi iki cəhətdən müəyyənləşdirilir. O, ədəbiyyatşünas
və din xadimi Zəngəzur qəzasının qazisi idi.
Hələlik əldə olunan məlumata görə,
Əfəndiyev Bəhlul Mustafa Əfəndi oğlu 1885-ci ildə
Azərbaycanın qədim vilayətlərindən Zəngəzur
qəzasının Qubadlı rayonunun Dondarlı kəndində
anadan olmuşdur. O, din mühitində formalaşır. Atası
Mustafa Əfəndi və qayınatası Hacı Qasım
Çələbi dövrünün ən nüfuzlu din xadimlərindən
idi. Əsrin əvvəllərində fəaliyyət
göstərən bir çox dini ziyalılar kimi Bəhlul Bəhcət
də milli mühitin qorunmasına, adət və ənənələrin
gözlənilməsinə çalışırdı.
Çox ciddi dini təhsil almış Bəhlul Əfəndi
təbiətən mütərəqqi adam
idi və təsadüfi deyil ki, o, ərəbcə “sevinc” və
“gözəllik” mənalarını ifadə edən “Bəhcət”
təxəllüsünü qəbul etmişdir. Bıı məqamda deməliyik ki, əldə olan əsərlər
göstərir ki, Azərbaycan xalq ədəbiyyatına,
klassik şərq mədəniyyətinə yaxından
bağlı olmuşdur.
Bəhlul Əfəndi həm dünyəvi elmlərlə,
həm siyasətlə məşğul olsa da, Azərbaycan
xalq ədəbiyyatına qırılmaz tellərlə
bağlı olmuşdur. Bəhlul Əfəndi Xalq Qəhrəmanı
Qaçaq Nəbi ilə bağlı hadisələri qələmə
almış, onun şəninə qoşulan el nəğmələrini
toplamışdır. Sarı
Aşığın bayatılarını toplayıb kitab
halına salmışdır. “Nizami və
Qafqaz folkloru” mövzusunda elmi əsər yazmışdır.
Bəhlul Əfəndi və başqa el sənətkarları
haqqında dəyərli elmi-tədqiqat işləri
aparılmışdır. Nəbatimizin
itib-batmaqda olan incilərini toplayaraq 1935-ci ildə
Ə.Cavadın redaktorluğu ilə ayrıca kitab şəklində
çap etdirmişdir.
“Nəbati” adlı bu kitaba yazdığı ön
sözdə Bəhlul Əfəndi açıq bəyan
edirdi. Əbdülqasım Nəbati öz dövr və
mühiti ilə qiyas edilərsə demək olar ki, mütərəqqi
fikir və qənaətə malik olmağa çalışan
bir şair olmuşdur”.
1936-cı
ildə Salman Mümtaz “Əbdülqasım Nəbati
haqqında mülahizələrim” adlı məqaləsini dərc
etdirib, orada görkəmli şairin ədəbi sərvətinin
toplanmasında və tədqiqində Bəhlul Əfəndinin
böyük və xeyirxah işindən geniş söhbət
açmışdır. B.Əfəndi Azərbaycanın
tarixinə dair xeyli əsərlər yazmış, bu gün
tamamilə itib-batmış belə bir xəzinənin içərisində
“Qarabağ tarixi” xüsusi əhəmiyyət kəsb edir.
Azərbaycanın düşdüyü bugünkü
çətin bir vəziyyətdə “Qarabağ tarixi” əsərinin
yeri xüsusi görünməkdədir.
Azərbaycanda Sovet hakimiyyətinin ilk illərində xalq
ədəbiyyatının toplaması hərəkatı
başlanmışdır. Yorulmaz
folklorçularımızdan S.Mümtaz, H.Zeynallı, B.Bəhcət,
H.Əlizadə və başqaları kənd-kənd gəzərək
eldən-obadan külli miqdarda folklor nümunələri
toplamışdılar. Məhz onların gərgin
zəhməti və xidməti sayəsində onlarla dastanlar,
aşıq şeirləri, lətifələr əldə edilib
nəşr edilmişdir.
“Aşıq təxəllüsü bayatı şairlərin,
tərcümeyi-halı və yaradıcılığı” 24
mart 1936-cı ildə “Ədəbiyyat” qəzetində Sarı
Aşığın əsərlərinin
yaradıcılıq qaynaqlarını təhlil edir, laylalar
açılır və el oxşarlıqları
araşdırılır. Ədəbiyyatşünas
H.Araslı şifahi xalq yaradıcılığı
haqqındakı yazılarında B.Bəhcət haqqında
geniş söz açmışdır.
B.Əfəndi 1934-1937-ci illərdə əvvəlcə
Azərnəşr, sonra isə AZ.FAN-ın ədəbiyyat
sektorunda işləmişdir. Onun ədəbiyyat
tarixçəsi və folklorçuluğu əsasən bu
qısa dövrə aiddir. B.Əfəndi
elə 1937-ci ildə buradaca həbs edilmişdir.
Azərbaycanda Sovet hakimiyyəti qurulana qədər B.Bəhcət
Zəngəzur qəzasının qazısı idi. Milli Demokratik
Respublika yaradıldıqdan sonra B.Bəhcət onun Zəngəzur
qəzasındakı dayaqlarından biri oldu.
Zəngəzur
qəzasında Sovet hakimiyyəti qurulmasından bəhs edən
elə bir elmi və bədii ədəbiyyat yoxdur ki, orada Bəhlul
Bəhcətdən az çox bəhs edilməsin.
Təəssüf doğuran hal odur ki, bu
yazıların hamısı birtərəfli
yazılmışdır. Bu baxımdan
partiya və dövlət xadimi N.Heydərovun xalq
yazıçısı Əli Vəliyevin, Oruc Qüdrətovun
və bir çoxlarının B.Bəhcət haqqındakı
fikirləri ilə razılaşmaq olmaz. Əksər
yazıçı və dövlət xadimləri öz
yazılarında Azərbaycan Demokratik Respublikasını
“Müsavat” hökuməti adlandırır, onun üzvlərini
isə ciddi təzyiqə məruz qoyurdular. Tələm-tələsik aradan götürülməsinə
çalışırdılar. B.Bəhcət
Sovet hakimiyyətinə qarşı dini müharibə - Cihad
elan etmişdir. O, deyirdi: “Ya qazi olaq, ya şəhid olaq”.
Sovet qoşunları Bakıya girəndə Bəhlul
Əfəndi Zəngəzur xalqına müraciət
etmişdir. Az vaxtda müraciətə
yüzlərlə adam qoşulmuşdur. Bolşeviklərin
müqəddəs dinimiz İslama qarşı cəhdləri
Zəngəzur xalqının həqiqi haqlı
narazılığına səbəb olmuşdur, yeni hakimiyyətə
qarşı nifrət oyatmışdır.
Azərbaycanı müstəqil bir dövlət kimi
görmək istəməyənlər həm daxildə, həm
xaricdə Azərbaycan ziyalılarını kökündən
baltalayırdı. Dağlıq Qarabağ problemlərinin
kökü də o vaxtdan başladı. Fürsəti
əldən verməyən daşnaklar Mikoyan, Şaumyan,
Akopyan və Abramyan kimi insan cəlladları maskalanaraq Mircəfər
Bağırovun adından danışaraq müsavatçı
və din xadimlərini məhv etmək üçün Cəbrayıl
və Əliyanlı mahallarını da son nəfərinə
qədər qırmağa başladılar. Beşikdəki körpələrə belə rəhm
etmirdilər. Qırmızı bolşeviklərdən
heç bir kömək görməyən xalq ev-eşiyini
atıb başqa yerlərə didərgin düşdülər.
Bundan istifadə edən Andronik və Dronun quldur
dəstələri Qarabağdakı daşnaklarla birləşərək
boş qalmış Azərbaycan kəndlərini təcili
tutaraq özlərinə məskən saldılar. Digər yaşayış məntəqələrində
azərbaycanlıları sıxlaşdıraraq Dağlıq
Qarabağla Ermənistan sərhədlərini
yaxınlaşdırırdılar. Bütün bu
qırğınlara dözməyən Bəhlul Əfəndi
deyirdi: “Ya qalib gəlib ağa olaq, ya da şəhid”.
Bu vaxt Bəhlul Əfəndiyə qarşı iki cəbhə
döyüşürdü. Birinci azərbaycanlı
kommunistlər, ikincisi daşnaklar. Zəngəzur
İcraiyyə Komitəsinin sədri Saak Ter-Ayrapetyan və
başqa daşnaklar azərbaycanlı kommunistlərin əli
ilə B.Əfəndiyə qarşı qoşun göndərir
və onu real bir təhlükə adlandırır. Əslində Azərbaycanın taleyi NKVD-də
işləyən ermənilərin əlində idi. Əllərinə fürsət düşən
daşnaklar Azərbaycan xalqının başına olmazın
müsibətləri açdı. Hadisələr
sərhədlərdə daha dəhşətli idi. Zəngəzurda
ermənilərə qarşı dayanmış əsas
qüvvələrdən biri Əliyanlı eli
idi. NKVD-də olan ermənilər
Əhyanlıları necə olsa məhv etməli idi. Ermənilər B.Əfəndi haqqında
Bağırova çox dəhşətli məlumatlar verirdi.
Guya Bəhlul Əfəndi Sovet hökumətinə
qarşı güllə atır və s. fitnələr
düzüb qoşdular. Öz xalqının həqiqi
düşməni olan Bağırov erməni daşnaklarının
fitvası ilə rus polkunu götürüb Zəngəzura gəldi.
Uşaqdan böyüyə hamını güllədən
keçirdi. Azərbaycan Demokratik
Respublikasının axırıncı dayaq nöqtəsi beləcə
məhv oldu. Məsələ bundadır
ki, burda bir erməninin ayağına daş dəymədi.
Ancaq beşikdə olan körpə oğlan
uşaqları Bağırovun gözü qabağında ermənilər
tərəfindən güllələndi. Bəhlul
Əfəndi öz tərəfdarları ilə müvəqqəti
İrana keçəsi oldu. Bir ildən
sonra doğma Vətənə qayıtdı. Agentlər tərəfindən Bağırova xəbər
verildi. 1924-cü ildə həbs olunaraq 10 il
müddətində azadlıqdan məhrum edildi.
B.Əfəndi Bayıl həbsxanasında olduğu
vaxtlarda, özünü çox mərd aparmış, öz
kamerasını Şərq və Avropa mədəniyyətinin
kitabxanasına çevirmişdi. Onun din xadimi, müdrik
zəka sahibi olduğunu bilən həbsxana əhli ona dərin
sitayiş edirdi. Nəhayət 10 ildən
sonra azad olunur, mənzil verilir, işlə təmin olunur.
Dəhşətli hadisə NKVD-də olan
daşnaklar müsavatçılarla bərabər Azərbaycanın
partiya və dövlət xadimlərini də kütləvi surətdə
məhv edirlər. Bir xalqı bütöv
məhv etməkdənsə onun alimlərini məhv etmək
daha sərfəli idi. Bu işi isə
çox sürətlə həyata keçirdirdi.
Yuxarıda qeyd etdiyimiz kimi, Bəhlul Əfəndi
dövrünün mütərəqqi və dərin bilikli din
xadimi idi. O,
Quranı Azərbaycan dilinə tərcümə etmiş, dini
mövzuda əsərlər yazmışdır. Bəhlul Əfəndinin gözəl səsi,
şirin avazı var imiş. İndinin
özündə Qubadlı rayonunun kəndlərində məclislərdə,
onun adı hörmətlə çəkilir, haqqında
söhbətlər gedir, ruhuna rəhmət oxunur.
Bəhlul Əfəndi dini mövzuda yazdığı əsərlərdə
sünni-şiə məsələsini ortaya atanları həmişə
günahlandırmışdır. Onun ata-babası
sünni-şiə fərqini aradan qaldırmağa
çalışmışdır. Həzrət
Əliyə böyük ehtiram bəsləmiş, həmişə
onu Məhəmməd Peyğəmbərin varisi
saymışdır. Bəhlul Əfəndi
İrana gedərkən özü ilə bir neçə
kitabın aparmış, onlardan biri də “Tarixe al Məhəmmədi”
(Məhəmmədin ailəsinin tarixidir) kitabı idi. Bu kitab Təbrizdə “Meta” mətbəəsində
çap olunur. Aradan 68 il keçəndən
sonra yenidən İranın paytaxtı Tehran şəhərində
“Məhəmmədin ailəsiniıı tarixi” kitabı
1992-ci ildə çapdan çıxır. Kitab
Tehran nəşriyyatı tərəfindən çapdan
çıxmışdır. Bu kitabda Məhəmməd
Peyğəmbərin ailəsinin həyatı çox gözəl
təsvir edilmişdir. Bu kitab Bəhlul Bəhcətin
türkcə yadigar qoyub getmiş olduğu əsərlərinin
ən gözəlidir. Gerçəkdən
taysız çox insaf ilə yazılan bir kitabdır. Bu kitabda Həzrət Əli Əmirəlmömin ibn
Abutalın hal tərcüməsi şəhadəti şərh
edilir. Kitabda Ayətullah Mərəşi Nəcəfi
ön söz yazmışdır. Böyük alim öz
ön sözündə yazır ki, Bəhlul Bəhcət əqilli
və nəqilli, elmlərdə və urfanda tayı tapılmaz
bir adam idi. Mən Bəhlul
Əfəndi ilə bir neçə dəfə
görüşdüm. İrana etdiyi səfərlərdə
onu neçə dəfə Təbriz və Həmədanda
gördüm. Bütün fənlərdə
yetkin idi. Məzhəbi munazirləri də
güclü idi. Nəsibi özünün
dediyinə görə, məşhur sahibi “Əbu Əyyub
Ənsari”yə çatır. Bəhlul Bəhcət
Əfəndinin “Ali Məhəmməd tarixində Təşrih
və mühakim” kitabı bu əsərin
taysızlığı onun sahibinin haqq axtaran olmasından
başqa əsərin müxtəsər və daha dəlilli və
əqilli-nəqilli dəlillər ilə yetkin olmasından
görmək gərəkdir. Həzrət Əmirəlmömin
buyurmuşdur: “Hər şeyin yaxşısı, sözün
az və yetkin olanıdır”.
Bəhlul Bəhcət dini təhsilini əvvəlcə
Nuxa şəhərində, sonra isə İstanbulda
almışdır. O, neçə dəfə İstanbula, bir dəfə
Misirə, Bağdada, Buxaraya və İrana səfər
etmişdir.
Bir dəfə Həcci ziyarət edib. Çox yüksək təbiətli,
təmiz yaşayan şücaətli, cəsarətli, əxlaqi
gözəl və alnı açıq, gülər,
yaraşıqlı, qamətli, uca boylu, yaxşı
danışan, hündür boylu, xoş mənzərəli adam idi. Bəhlul Əfəndi Zəngəzur
mahalında anadan olmuş və çox naməlum şəraitdə
şəhid edilmişdir. O, Azərbaycanın şəhid
alimlərindəndir.
Qeyd etmək lazımdır ki, 1980-ci illərdə Azərbaycanın
dövrü mətbuatında Bəhlul Bəhcət
haqqında bir sıra elmi və bədii məqalələr
yazılmışdır ki, o da daimi bizim diqqət mərkəzimizdə
olmuşdur.
Bunlardan
jurnalist Məti Osmanoğlunun “Elm və həyat” jurnalında
yazdığı “Nəbatinin ömür yolu” elmi məqaləsində
XIX əsrin görkəmli Azərbaycan şairi Seyid
Əbdülqasım Nəbatinin həyatı, şəxsiyyəti
və dünya görüşü haqqında tədqiqat
aparan tədqiqatçılarla yanaşı, Bəhlul Bəhcətin
də adını çəkir və onun Nəbati
haqqında düzgün fikirlərini təsdiq edir.
Filologiya
elmləri doktoru, professor Nizaməddin Şəmsizadə
“Ədəbiyyat və incəsənət” qəzetində 27
oktyabr 1988, “İllər və talelər” Bəhlul Bəhcət
adlı geniş bir məqalə yazmışdır. Bu məqalədə B.Bəhcətin bütün həyatını
hallandırmışdır. Tarixin
ağır günahkar illəri ilə üz-üzə gələn
B.Əfəndinin mühiti necə idi? Bu
mühit insanları niyə yaşada bilmirdi? Bu mühiti öyrənməyə
çalışmış, obyektiv bir nəticə əldə
etmişdir. B.Bəhcət haqqında deyilən,
yazılan haqlı-haqsız yazılara öz münasibətini
bildirmişdir.
Müəllif
B.Bəhcəti zəmanədən baş çıxaran,
haqsızlıqla barışmayan bir ziyalı kimi, din xadimi
kimi təqdim etmişdir. B.Bəhcətin həbs
olunması və bəraət aldığı barədə ətraflı
izahat vermişdir. Onun həyatındakı
tarixi hadisələrdən, tarixi faktlardan, sənədlərdən
çox gözəl, ətraflı izahat vermişdir.
1937-ci il repressiyanın bütünlüklə Azərbaycan
ədəbiyyatına zərbə vurduğunu ürək
ağrısı ilə izah etmişdir.
Qeyd edim ki, mən Nizaməddin müəllimlə Ədəbiyyat
İnstitutunda görüşmüşəm. Ondan babam Bəhlul
Əfəndi haqqında tədqiqat aparmasını xahiş
etdim.
Azərbaycanın
hörmətli yazıçısı Ələviyyə
xanım Babayeva “Ədəbiyyat və incəsənət” 21
dekabr 1990-ci il “Fikirləşməyə dəyər”
adlı xatirəsində yazır ki, uşaqlıq və gənclik
illərində mən vaxtaşırı Mikayıl
Müşfiqi ictimai məclislərdə, ədəbi gecələrdə
çox görmüşəm. Belə
görüşlərin birinə xüsusilə 35-37-ci illərdə
dostu ədəbiyyatşünas, alim, filosof Bəhlul Bəhcətlə
birlikdə gəldi dayımın yanına. Məni də kiçik yaşdan
tanıyırdı. Babam Bəhlul Bəhcətin
Mikayıl Müşfiqlə dostluğu bizim üçün
misilsiz bir xoşbəxtlikdir. Mən Ələviyyə
xanıma can sağlığı və xoşbəxtlik
arzulayıram. B.Bəhcəti tanıyan bir adam
kimi onunla görüşə gəlməməyimi, xatirələrinə
qulaq asa bilməməyimi özümə heç
bağışlaya bilmərəm.
“Sovet kəndi”
19 avqust 1989-cu il giriş əvəzi Azərbaycanda
xalq ədəbiyyatı toplamaq hərəkatı
başlamışdır. Yorulmaz
folklorçularımız S.Mümtaz, M.Zeynallı, B.Bəhcət,
H.Əlizadə və başqaları kənd-kənd gəzərək
folklor nümunələri toplayırdılar.
Tariximizin
ağ ləkələri mövzusunda
jurnalist “Avanqard” qəzetinin (Qubadlı rayon) müxbiri Hacı
Nəriman oğlunun “Avanqard” 8 fevral 1991-ci il 01 noyabr 1991-ci il
“Qarabağ” qəzetində qələmə aldığı
Bəhlul Əfəndi Bəhcət xatirə söhbəti
çox maraqlı və gözəldir. Dili-ağzı
dualı, haqq bəndəsi, Allah adamı, sənət sahibi
molla Mustafa babanın halal süfrəsi başında oturub
müdrik el ağsaqqalının söhbətinə qulaq kəsilmişdim.
Mustafa baba atası Bəhlul Bəhcət
haqqında xatirəsində qalanları olub-keçənləri
mənə söhbət edirdi. Hacı
müəllimin xatirə söhbəti mənim atamın dilindən
çıxıb. Hər sözü mənim
üçün bir yadigardır. Deyir,
babamı İrandan gələn kimi həbs etdilər ki, guya sərhədi
qanunsuz keçib. 10 il həbsdə
qaldı. Həbsdən sonra Azərnəşrdə iş,
indiki Hüsü Hacıyev küçəsində
üç otaqlı ev verdilər.
Yazıçı-publisist Səbahəddin Eloğlunun
tarixin qaranlıq səhifələri mövzusunda “Zəngəzurda
nələr olub” həmişə oxucu kütləsinin diqqət
mərkəzində olub. Qubadlı rayonunun tarixi qapısı
açılmamış bir xəzinədir. Bu xəzinə onlarca maraqlı əfsanələr,
nağıllar, hekayələrlə doludur. Zəngəzurda
olan hadisələr haqqında müəllifin “Azərbaycan gəncləri”
19 mart 1991-ci il “Meydan” 9 iyun 1993-cü il qəzetlərində
qələmə aldığı hadisələrdə Bəhlul
Cihadlı ayrıca mövzudur. Müəllif əvvəlcə
Bəhlul Bəhcəti bir Nizamişünas, folklorçu kimi
Sarı Aşığın tədqiqatçısı kimi təqdim
edir. Səbahəddin müəllim yazır: Bəhlulun
döyüşçüləri Laçın
dağlarından Qarabağa aşa bilməyib. Ancaq
Araza dönmüş daşnak ordusunun qabağında bir sipər
idi. Səbahəddin müəllimin Bakıda 1992-ci il Azərnəşr tərəfindən
buraxılmış Zəngəzur hadisələrin kitabı
respublika oxucu kütləsi arasında geniş hörmət
qazanmışdır.
Müəllif bu kitabda Bəhlul Əfəndiyə
geniş yer verib, dünyəvi elmlərə yiyələnmiş
böyük bir elm sahibi kimi tanıtmışdır. Həm də
“Böyük Ermənistan” xəyalında yaşayan
daşnaklara cavab verən bir sərkərdə kimi
tanıtmışdır. Polis podpolkovniki, tədqiqatçı
Elburus Şahmanın müdrik Bəhlul Əfəndi
haqqında “Şəfqət” qəzeti 12-18 noyabr 1991 - nə
tez unutduq, “Müsavat” 26 noyabr 1992-ci il “Sovet qoşunları
Bakıda ağköynəkliləri atəşə tutur”. “Azərbaycan”
qəzeti, 27 fevral 1993-cü il. “Ya qalib gəlib ağa olaq, ya da şəhid”
adlı elmi və tarixi faktlarla dolu yazılara Zəngəzur qəzasının
qazisi Bəhlul Bəhcət haqqında çox
açılmamış sirləri açır. Müəllif
yazır: Bakıda Milli Demokratik Respublikası yaranan vaxt Zəngəzurda
onu ilk alqışlayanlardan biri Bəhlul Əfəndi olmuş
və həmin qəzada Milli hökumətin dayaq məntəqəsini
yaratmışdır.
Müəllif
öz yazılarında Bəhlul Əfəndini din xadimi, ədəbiyyatşünas,
daşnaklara qarşı son dərəcə
amansız bir insan kimi təqdim etmişdir. O, ömür boyu
mübarizə aparmışdır ki, torpaqlarımıza erməni
daşnaklarının ayağı dəyməsin. Gözəl və xeyirxah sifətli olan ömür
boyu bir əlində Quran, bir əlində azadlıq yolunda
qılınc tutan Bəhlul Əfəndinin acınacaqlı həyatından
ürək ağrısı ilə söz
açmışdır.
Filologiya
elmləri namizədi Bədirxan Əhmədovun “Vətən səsi”
3 aprel 1991-ci ildə qəzetində “Bəhlul Bəhcət
elegiyası” adlı məqaləsində Bəhlul Bəhcətin
həyat yolunu çox gözəl, həm bədii cəhətin
açıq-aydın qələmə almışdır.
Müəllif yazır ki, B.Bəhcət
unudulmuşlarımızdandır. İndiki gənclik onu
tanımır. Ancaq o zamanın məşhur
şəxsiyyətlərindən idi. Dini əsərlər
yazmış, folklorşünas kimi tanınırdı.
Müəllif qeyd edir ki, B.Əfəndi 1920-ci ilə qədər
din idarəsində işləyib. Onun şifahi xalq ədəbiyyatının
toplanmasında fəaliyyəti xüsusi qeyd edilir.
B.Bəhcət haqqında radioda, televiziyada söhbətlər
getmişdir. 1993-cü ildə Lətif Şükür oğlunun
vasitəsi ilə radioda xüsusi bir proqram hazırlanıb
efirdə səsləndirilmişdir. 1994-cü il mayın 15-də Azərbaycan radiosunda
şair Eldar Baxışın vasitəsilə bir proqram
hazırlanıb efırə verilmişdir.
Əli
Xankişiyev - Əli Mirhaşim yazıçı-jurnalist, “Həkəri”
qəzetinin redaktoru “Müdrik el ağsaqqalı Seyid Həşim
Ağa”, “Eldən gələn səslər”, “Nurlu Mirəli
Ağa”, “Ömür karvanı” kitablarının müəllifıdir.
Əli müəllimin hər kitabı bir
ömrün salnaməsidir. Həm də
maraqlı, ibrətamiz və düşündürəndir.
Zəngəzur mahalının - ərazisi 7892 kv.km idi. Onu
günbatanda Zəngəzur dağları, şərqdə isə
Qarabağ dağları araya almışdır. Bir tərəfdən isə Naxçıvan
mahalı ilə birləşir. Zəngəzur
mahalı cənubdan Araz çayı ilə birləşir.
Mahalın ikinci yüzilliyi əvvəldən
axıra qədər ermənilərin təzyiqlərinə və
təqiblərinə məruz qaldı. Əsrin
axırlarında Zəngəzurda və bütün Ermənistandakı
azərbaycanhlar son nəfərə qədər doğma
torpaqlarından faciəli surətdə
çıxarıldı.
Zəngəzurun
qapısı - Qubadlı 31 avqust 1993-cü il.
Həmin gün Azərbaycan xalqının
tarixinə daha bir faciə yazıldı. Füzuli
və Cəbrayıl faciəsindən bir neçə gün
sonra Azərbaycanın dilbər guşələrindən olan
Qubadlı rayonu ermənilər tərəfindən
işğal olundu.
Qubadlı rayonunun ərazisi 802 kv.km. əhalisinin
sayı 30 min nəfərdən çoxdur. 94 kəndi
var. Hazırda Qubadlı xalqı Azərbaycanın 50-dən
çox rayonuna dağılıb, qaçqınlıq həyatı
yaşayır. Ümidləri isə tezliklə
doğma vətənə qayıtmaqdır.
“Közərən ocaqlar”, “Repressiya illəri” Azərbaycan
xalqının soyqırıma məruz qaldığından xəbər
verir. Xalqımızın milli ləyaqəti təhqir
olunur, mənəvi sərvətimiz talan olunur. 1920-1940-cı ilə qədər yüz minlərlə
həmvətənimiz Sibirə sürgün edildi, həbsxana
və zindanda məhv edildi. 1941-1945-ci illər
Böyük Vətən müharibəsi, Qərbi Azərbaycandakı
həmvətənlərimizin doğma yurdlarından
qovulması, Qarabağın və ona bitişik
rayonlarımızın ermənilər tərəfindən
qanunsuz işğalı, milyondan artıq həmvətənlərimizin
doğma torpaqlarından qaçqın düşməsi
xalqımıza qarşı olan soyqırımın qanlı
davamıdır.
“Ruhani, üsyançı, folklorşünas”. Mətanət xanım
Ağayevanın qələmə aldığı və “Xalq
qəzeti” qəzetində çap etdirdiyi bu dəyərli məqalə
ölümdən də ağır olan “Xalq düşməni”
adını almış Bəhlul Əfəndi Bəhcətin
faciələrlə dolu həyatına bir işıq
saçır.
“232-ci
Xalq düşməni” - İltifat Əliyevin qələmə
aldığı və “Mübariz keşikdə” qəzetində
çap etdirdiyi bu dəyərli məqalədə deyilir ki,
1938-ci ildə 15 mart tarixində üçlüyün qərarı
ilə güllələnən adamlardan biri öz
dövrünün elm və din xadimi Bəhlul Əfəndi Bəhcət
232-ci adam idi. Hər gün 232 adam... Düşünməyə dəyər. Bu idi işğalçı imperiyanın
xalqımıza olan münasibəti.
“Qarakol döyüşü” - yazıçı Səbahəddin
Eloğlunun qələmə aldığı bu ağır
faciəli hadisə Zəngəzur mahalında baş vermiş
erməni-müsəlman müharibəsinin ən qanlı
qırğınlarındandır. Bu müharibədə
Laçınlı Sultan bəy, Tarovlu Kərbalayi Məmməd,
Zəngəzurun Qazisi Bəhlul Əfəndi Bəhcət,
Laçının, Qarabağın bir çox igid
oğulları könüllü ordular ilə daşnak erməni
qoşunlarına qarşı igidliklə vuruşmuş və
düşmənlərə ağır zərbələr
vurmuşdur.
“Qana boyanmış Quran” - yazıçı Famil
Süleymanlı on beşdən çox tarixi romanların
müəllifidir. Müəllif bütün kitablarında Bəhlul
Əfəndi Bəhcətin həyat fəaliyyətinə
geniş yer vermişdir. Bəhlul Əfəndi
Qafqazda Şeyx Şamildən sonra ermənilərə və
ruslara qarşı ilk cihad bayrağı qaldıran bir
mücahid olmuşdur. Famil müəllim bu
gün də xalqımızın tarixin əks etdirən dəyərli
romanlar yazmaqdadır.
Yazıçı
Elşad Qocanın qələmə aldığı “Cəllad
etirafı” və “Sibir dərsi” kitabları 1920-1950-ci illərdə
XI Qızıl ordunun xüsusi şöbəsinin orqanları
tərəfdən qondarma “cinayət işləri” əsasında
repressiyaya məruz qalmış Azərbaycan vətəndaşlarının
acı taleyindən və onların istintaq materiallarından
oxuculara məlumat verir. Bəhlul Əfəndi Bəhcət
də həmin repressiya illərinin qurbanı olmuşdur.
Müəllif Elşad Qoca həmin hadisələri
tarixi bir şəkildə qələmə
almışdır.
Bunları göstərməkdə bir məqsədimiz
vardır. İmperiya nümayəndələri və
onların yerlərdə icraçıları, nökərləri
üçün kimin həbs edilməsi maraqlı deyildir.
Əsas məsələ bu idi ki, savadlı,
düşünən hər bir nəfər azərbaycanlı
məhv edilsin.
1937-ci ildə
xüsusi bir proses son dərəcə geniş vüsət
almışdır. Hüseyn Cavid, Əhməd Cavad, Mikayıl
Müşfiq, Bəkir Çobanzadə, Mədinə xanım
Qiyasbəyli, Hənifə Zeynallı, Yusif Vəzir Çəmənzəminli,
Abbas Mirzə Şərifzadə, Ülvü Rəcəb
Şaşıqzadə, Bəhlul Əfəndi Bəhcət və
sair kimi tanınmış şəxsiyyətlər, neçə-neçə
görkəmli alimlər, hərbçilər, ziyalılar,
din xadimləri və yüzlərlə, minlərlə adi vətəndaşlar
güllələnmiş, yaxud Sibir və Qazaxıstana
sürgün edilmişlər. Yazımın
sonunda bütün günahsız insanlara Cənabi Allahdan rəhmət
diləyirəm. Arzu edirəm ki,
xalqımız bir də elə bəlalara düçar
olmasın. Amin!
Milli şüurun və milli yaddaşın qənimi kəsilənlər
xalqın işıqlı ağıl, dərin zəka sahiblərini,
Azərbaycan tariximizin əvəzsiz şəxsiyyətlərini
güllə qarşısına qoydular, ölüm düşərgələrində
çürütdülər.
Xanlıq davası - Bəhlul Əfəndi Bəhcətin
həyat və fəaliyyətinin əsasını təşkil
edən hadisələrdən ən başlıcası
Xanlıq müharibəsidir. 1920-ci ildə Azərbaycanda,
1921-ci ildə Ermənistanda Sovet hakimiyyətinin
qurulmasından sonra Azərbaycan torpağının ermənilər
tərəfindən işğal olunmasına əsaslı
şərait yarandı.
Azərbaycan torpaqları hesabına Qərbi Azərbaycan
adlanan bir ərazidə əvvəlcə “Dağlıq Ermənistan”,
sonra isə Ermənistan adlı bir dövlət
yaradıldı. Azərbaycan xalqının ədəbi və
tarixi düşmənləri olan ermənilər əsasən
bütün Qərbi Azərbaycanda, sonra isə Dağlıq
Qarabağda və onlara bitişik mahallarda azərbaycanlılara
qarşı elan olunmamış müharibəyə başladılar.
Xalqımızın başına misli
görünməmiş müsibətlər gəldi.
Həmin
illərdə 1918-ci ildə Azərbaycan hökuməti tərəfindən
Zəngəzur mahalında qazi və ruhani başçı təyin
edilmiş Bəhlul Əfəndi Bəhcət öz zəmanəsinin
məşhur şəxsiyyətlərindən olan Hacı
Qasım Çələbi, oğlanları və yaxın
adamları ilə birlikdə 1922-ci ilin oktyabr ayında min nəfərdən
çox müsəlman mücahid ordusu ilə Zəngəzur
mahalının ən böyük kəndlərindən,
Qubadlı qəzasının mərkəzi olan Xanlıq kəndində
erməni işğalçılarına qarşı
müharibə elan etdi. Dörd gün qeyri bərabər
döyüş getdi.
Ermənilərdən, ruslardan və yerli bolşeviklərdən
ibarət təpədən-dırnağa qədər
silahlanmış əsgərlərin müqavimətinə
baxmayaraq mücahidlər qalib gəldi. Xanlıqda
Sovet hakimiyyəti yerlə-yeksan edildi. Zəngəzur
mahalı bir neçə gün azad yaşadı. Daşnaklar Zəngəzur mahalının əsas
dayaq məntəqələrindən qovulub
çıxarıldı.
Məğlub
olmuş daşnaklar öz siyasətlərin dəyişərək
Xanlıq davasına dini və millətçi don geydirərək
Moskvadan, Bakıdan və Yerevandan kömək istədilər.
Hətta yerli Azərbaycanlı kommunistlərdən
bir dəstə Gorus şəhərinə gedib Bəhlul
Əfəndiyə qarşı birgə vuruşmaq haqda
daşnakların rəhbərindən xahişlər də
etdilər. Çağırışlar nəticəsiz
qalmadı. Bakıdan böyük bir
süvari dəstəsi, Yerevanda təzəcə sovet hökuməti
qurmuş XI qızıl ordunun pilemyotçulardan ibarət bir
böyük dəstəsi, Qubadlı qəzasında fəaliyyət
göstərən erməni və müsəlman kommunistlərindən
ibarət bir batalyon əsasən Həkəri və
Dağtumas istiqamətlərindən Xanlığa hücuma
keçdilər. Qeyri-bərabər gedən
döyüşdə çoxlu insan tələfatı
olmasın deyə mücahidlər Xanlığı tərk
edib, Araz çayına sarı üz tutdular.
Beləliklə, Xanlıqda qurulan yeni hökumət faciəli
surətdə süqut etdi. Xanlıq davası qəhrəmanlıqla
süqut etsə də, milli düşmənlərimizə
tarixi bir dərs oldu.
Hacı Həmdullah
Əfəndiyev
Azad Azərbaycan.-
2020.- 3 sentyabr.- S.10.