Cəmiyyət dəyişdikcə adət ənənələr təkmilləşir

 

Azərbaycan xalqı hər zaman milli dəyərlərinə sadiq qalaraq

bu dəyərləri əsrlərlə yaşatmış inkişaf etdirmişdir

 

Milli adət-ənənələrimiz tarixən xalqın ruhunu, estetik duyumunu sənətkarlıq məharətini özündə yaşadıb. Buna görə cəmiyyətdə milli adət ənənələrin öyrənilməsi, varisliyi həmişə aktual olub. Çünki adət ənənələr ictimai-mədəni tərəqqinin əsas göstəricisi rolunu oynayır.

 

Hər bir ənənə müəyyən əxlaqi məna daşıyır. Onlara laqeyd qalmaq insanlar arasında münasibətlərinin pozulmasına, şəxsiyyətlə kollektiv cəmiyyət arasında ziddiyyətlərin əmələ gəlməsinə səbəb olur. Çeşidli folklor nümunələrimiz məhz adət ənənələrimiz işığında intişar tapır. İndi bu mənəvi dəyərlər zəngin mədəni irs olmaqla bərabər, eyni zamanda milli özünəməxsusluğun ifadə vasitəsinə çevrilib. Mədəni-kütləvi tədbirlərdə bir ifadə vasitəsi kimi milli xüsusiyyətlərimizin qoruyucusu olublar.

 

Gənc Politoloqlar Mərkəzinin sədri İlkin Əliyev qeyd edir ki, cəmiyyət inkişaf etdikcə adət ənənələr ayrı-ayrı quruluşların ictimai-siyasi xüsusiyyətlərinə bu ya digər formada inteqrasiya etmişdir. Buna görə hər bir ictimai-siyasi quruluş həm bütövlükdə adət ənənələrə, həm onun mənəvi-bədii dəyərlərinə öz möhürünü vurmuşdur: «Cəmiyyət dəyişdikcə adət ənənələr təkmilləşmiş, millətin, xalqın yaradıcılıq nümunələrini yaşatmış, nəsildən-nəsilə ötürülmüşdür. Yeni yaranan hər bir mənəvi dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül tapmışdır. Bu səbəbdən bütün dövrlərin adət ənənələrində baş verən yeniliklərin, istiqamətlərin öyrənilməsinə, əldə olunan tarixi təcrübənin müasir sənətşünaslıq kulturologiya elmlərinə şamil edilməsinə böyük ehtiyac vardır».

 

Ekspert bildirir ki, müasir dövrdə milli adət ənənələrimizdə bədii-estetik duyumu aşkar edən tarixi faktların mənəvi-emosional materialların öyrənilməsi, bədii-estetik dəyərlərlə milli-ənənəvi təkamülün vəhdətinin araşdırılması, mədəni varisliyin davam etməsində incəsənət sahəsindəki tarixi təcrübənin rolunun dəqiqləşdirilməsi əsas yer tutur. Bu məqsədlə Azərbaycanın musiqi, teatr, təsviri incəsənət tarixinə, dünya muzeylərində mühafizə olunan milli sənət nümunələrmizə istinad edilir: «İncəsənətin müxtəlif sahələrinə aid olan kitablar, qəzet jurnal məqalələri, muzey eksponatlraı təhlil olunur və araşdırılır. Ənənəvi sənət nümunələri ilə müasir bədii yaradıcılığın xüsusiyyətləri arasında müqayisəli təhlillər aparılır. Azərbaycanın dünyanın görkəmli alimlərinin ənənəvi incəsənətə, milli mədəniyyətə aid fikirlərinə münasibət bildirilir. Mədəniyyətin müasir mərhələdə adət ənənələr zəminində inkişaf dialektikasının araşdırılması mühüm amildir. Mədəniyyətin ənənəvi təkamül proseslərinin təhlili ilə yanaşı, mədəni asudə vaxtın müasir formaları, bazar iqtisadiyyatı şəaritinə uyğun olaraq onların təşkili metodları nəzərdən keçirilir. Asudə vaxtın funksiyaları bir çox sahələri əhatə etdiyindən onun mahiyyət əhəmiyyətinə müxtəlif aspektlərdən yanaşılmalıdır».

 

İ.Əliyev hesab edir ki, yeni yaranan mənəvi dəyərlər varislik prinsiplərinə uyğun olaraq əski adət ənənələrdən bəhrələnib. Lakin varislik qaydaları insanların mənəvi dəyərlərinin inkişafına, yeniləşməsinə mane olmayıb. Sadəcə olaraq adət ənənə formasında mənəvi mədəniyyətin tarixi təcrübəsinə əsaslanan yeni istiqamətləri yaranıb: «Aparılan araşdırmalarda mədəniyyət incəsənətin irsi xarakter daşıdığı da məlum olur. Məsələn, Azərbaycan sənətkarlarının yaşayıb-yaratdıqları tarixi mərhələlərdən asılı olmayaraq, ruhən bir-birinə oxşarlıqları aşkar edilir. Əcəmi Naxçıvaninin memarlıq sənətində, Sultan Məhəmmədin miniatür əsərlərində bu diqqət çəkir. Onların yaratdıqları mənəvi irs müasir sənətkarların əsərlərində bu ya digər formalarda özünü büruzə verir».

 

Qeyd edək ki, milli incəsənətimizin tarixi qədim daş dövründən başlayaraq indiki dövrümüzə qədərki zaman kəsiyini əhatə edir. Orta əsrlərdə yaşamış tanınmış Azərbaycan sənətkarlarının incəsənət haqqında yazıdaqlır fikirləri təsviri incəsənətdə, musiqidə, memarlıqda, xoreoqrafiyada, teatrda mövcud olan varislik prinsiplərinin milli ənənəvi zəmində inkişafın dialektikası diqqəti cəlb edir. Bu məqsədlə, XVI əsrdə öz estetik baxışlarına görə bütün Şərqdə tanınan Təbrizli Sadıq bəy Əfşarın «Qanun-suvər» («Təfsirlər qanunu»), Soltan Məhəmməd tərəfindən əsası qoyulmuş «Təbriz məktəbi»nin nümayəndələri Mirzə Əli, Müzəffər Əli, Mir Seyid Mir Zeynalabidinin, Mir Yəhya Əli Rzanın təsviri sənət ustalarının yaradacılığı qiymətli mənbədir. Onların yaşadıqları dövrlərin sənətkarlığı haqqında tarixi məlumatlar verilir. Eyni zamanda bədii toxuculuq zərgərlik sənətimizdə mövcud olan varislik prinsipinə xüsusi diqqət yetirilir. Təbriz, Ərdəbil, Şamaxı, Gəncə, Naxçıvan, Quba başqa şəhərlərimizdə inkişaf edən xalq sənətkarlığının milli xüsusiyyətləri diqqətəlayiqdir.

 

Eyni zamanda təsviri incəsənət sahəsində ənənəviliyin davam etməsinin sübutu kimi Qədim Misir heykəltəraşı Tutmos, yunan heykəltəraşı Fidi, Miron, Praksitol, intibah dövrünün görkəmli heykəltəraşı Mikelancelo, XX əsrin məşhur rus heykəltəraşı S.T.Kononkov, Azərbaycan heykəltəraşları Fuad Əbdürrəhmanov, Cəlal Qaryağdı, Tokay Məmmədov, Ömər Eldarov, görkəmli rəssamlar Səttar Bəhlulzadə, Mikayıl Abdullayev, Tahir Salahov başqalarının yaradıcılığındakı varisliyə əməl etmək ənənələrindən, yaradıcılıq üslublarından nümunələr maraqlıdır.

 

Musiqi mədəniyyəti tariximizdə adət ənənənin inkişaf təsiretmə konturları təhlil edilərək, milli muğamlarımızdan üzübəri peşəkar musiqi yaradıcılığındakı tarixi bağlılıq ənənələrinin mövcudluğu açıqlanır. Orta əsrlərin görkəmli sənətkarlarında mövcud olan universallığın irsi xarakter daşıdığı aşkarlanmış, Fərabidən, İbn Sinadan sonra da, Azərbaycanın musiqi tarixində Səfiəddin Urməvi, Əbdülqadir Marağayi, Şəmsəddin Səhrəvəridi, Əli Sitayi, Həsən Zəfər, Hüsaməddin Qoşluq Buğa s. kimi universal sənətkarlar yetişmişdir. Yəni bu sənətkarların demək olar ki, əksəriyyəti şair, rəssam, xəttat, alim, musiqi ifaçısı peşələrinə yiyələnmişlər. Universallığın bu əlamətləri irsi olaraq Azərbaycan peşəkar musiqisinin banisi Üzeyir Hacıbəyova da keçmişdir. Eyni zamanda Üzeyir Hacıbəyovun yaratdığı mədəni irsin özü müasir sənətkarlarımızın ənənəvi örnək məktəbidir.

 

Mədəniyyət incəsənət tarixmizdə baş verən ənənəvi proseslər ümumiləşdirilmiş şəkildə özünü göstərir. Memarlıqda mövcud olan simmetriya qanunlarını öz fəaliyyətinə tətbiq edən xalq sənətkarları haqqında da elmi-tarixi məlumatlar verilir eyni zamanda bədii poetikanın ənənəvi xüsusiyyətləri şərh olunur.

 

Müasir mədəni-kütləvi tədbirlərimizin tarixi kökləri mifologiyamızla, qədim milli, dini adət ənənələrimizlə, bayram mərasimlərimizlə əlaqələndirilir. Aparılan bu araşdırmalar tədqiqatın elmi-tarixi əhəmiyyətə malik olduğuna dəlalət edir.

Aparılan elmi araşdırmalar zamanı əldə olunan başlıca qənaətə görə tədqiqatın nəticələri Azərbaycan mədəniyyət incəsənət tarixinin milli-ideoloji mənbələrinin ənənəvi-tarixi təcrübəsini aşkar etməklə, mədəniyyətdə varislik prinsipinin real mənzərəsini açıqlamaqla elmi-nəzəri əhəmiyyət daşıyır.

 

Bilman ALLAHVERDİYEV

Azad Azərbaycan.- 2020.- 3 sentyabr.- S.9.